Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(103)-5252/2024 26.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 MMC-yə qarşı pu tələbinə dair iddia ərizəsi üzrə (Açar sözlər: aidiyyətin mübahisələndirilməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), X1 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 MMC-yə qarşı pul tələbinə dair mülki iş üzrə məhkəmələrarası ərazi aidiyyətinin mübahisələndirilməsinə dair məsələyə baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 MMC-yə qarşı iddia ərizə ilə Sabirabad Rayon Məhkəməsinə müraciət edərək, tərəfindən ödənilmiş 50000 (əlli min) ABŞ dolları miqdarında pulun və 220 000 (iki yüz iyirmi min) manat miqdarında əldən çıxmış faydanın Cavabdeh2 MMC-dən və Cavabdeh1 alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Sabirabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(056)-1358/2024 nömrəli qərardadı ilə mülki iş ərazi aidiyyəti üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir.
3. Sabirabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(056)-1358/2024 nömrəli qərardadı onunla əsaslandırılmışdır ki, icra yeri Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi 1540 S ünvanı göstərilən tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, FJ- F1/0321/1 nömrəli Müqavilə öhdəliklərinin icra olunmamasından əmələ gəliyini, bu səbəbdən tərəflər arasında bağanmış xx.xx.202021-ci il tarixli FJ-F1/0321/1 nömrəli müqavilənin icra yerinə görə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində baxılmalı olması ilə əlaqələndirilmişdir.
4. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin e-2(008)-5399/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadına əsasən Sabirabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e- 2(056)-1358/2024 nömrəli qərardadı ilə aidiyyətı üzrə baxılması üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilmiş İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 MMC-yə qarşı “pul” tələbinə dair mülki işin ərazi aidiyyətinin həll olunması məqsədi ilə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
5. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, Sabunçu Rayon Məhkəməsi tərəfindən “Elektron Məhkəmə” İnformasiya Sistemindən əldə edilmiş məlumatlarından görünür ki, Cavabdeh1 rəsmi qeydiyyat ünvanı ünvan 2avabdeh Cavabdeh2 MMC-nin hüquqi ünvanı isə ünvan 3 Məhkəməsinin hazırki iddia tələbi müqavilə öhdəliklərinin icra olunmamasından əmələ gəliyini bildirərək mülki işi iddiaçının seçimə görə adiyyat qaydalarına uyğun olaraq Bakı şəhəri Sabunçu rayon Məhkəməsinə göndərsədə, məhkəmə hesab edir ki, hazırki iddia ərizəsi “pul” tələbi olduğundan iddia ərizəsi ümumi adiyyat qaydalarına və yaxuddaki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 36.2-ci maddəsinə əsasən əsasən cavabdehləridən birinin rəsmi qeydiyyatdə olduğu ünvanına yerləşdiyi məhkəməsində baxılmalıdır.
Tətbiq edilən hüquq normaları:
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsində qeyd edilir ki, aidiyyət qaydalarının pozulmasına yol verilmir.
7. Həmin Məcəllənin 36.11-ci maddəsində qeyd edilir ki, icra yeri göstərilən müqavilələrdən əmələ gələn iddialar müqavilənin icra yerinə görə də verilə bilər.
8. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır
9. Həmin Məcəllənin 45.4-cü maddəsində qeyd edilir ki, məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
10. Məhkəmə kollegiyası mülki iş materiallarını nəzərdən keçirib, hesab edir ki, hazırki mülki işə Bakı şəhəri Sabunçu rayon Məhkəməsində baxılmalıdır.
11. Belə ki, işin halları ilə müəyyən edilir ki, tərəflər arasında “İcraçı” qismində tərəfi olan Cavabdeh2 MMC tərəfindən müvafiq pul müqabilində müqavilənin “Sifarişçi” qismində tərəfinin sifarişi ilə Bakı şəhəri, Sabuncu rayonu, Bilgəh qəsəbəsi 1540S ünvanında yerləşən torpaq sahəsində təmir-tikinti işlərinin aparılması ilə bağlı xx.xx.2021-ci il tarixli FJF1/0321/1№-li Müqavilə imzalanmışdır.
12. Tərəflər arasında imzalanmış müqavilədən görünür ki, müqavilənin icra yeri Bakı şəhəri, Sabuncu rayonu, Bilgəh qəsəbəsi müəyyən edilmişdir.
13. İddiaçı hazırkı iddiasında məhkəməyə müraciət edərək, müqavilə üzrə öhdəliklərin cavabdehlər tərəfindən icra olunmaması və 1 il 11 ay keçməsinə baxmayaraq təmir tikinti işlərinin başa çatdırılmaması səbəbindən iddiaçı tərəfindən ödənilmiş pulun geri qaytarılmasını və əldən çıxmış faydanın tutulmasını xahiş edir.
14. İşin hallarından görünür ki, İddiaçı nümayəndəsi Nümayəndə “Elektron Məhkəmə” sistemi vasitəsi ilə vasətətlə məhkəməyə müraciət edərək, müqavilənin icra yerinin Bakı şəhəri, Sabuncu rayonu, Bilgəh qəsəbəsi olması, həmçinin özünün Bakı şəhərində yaşadığı üçün Sabirabad rayon Məhkəməsinə gəlmək imkanlarının məhdud olduğu hallarına istinad edib mülki işin baxılması üçün Bakı şəhər Sabuncu rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir.
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 36.11-ci maddəsində qeyd edilir ki, icra yeri göstərilən müqavilələrdən əmələ gələn iddialar müqavilənin icra yerinə görə də verilə bilər.
16. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında imzalanmış müqavilənin icra yeri Bakı şəhəri, Sabunçu rayonu ərazisində yerləşdiyi üçün iddiaçının vəsatəti nəzərə alınmaqla mülki iş Bakı şəhəri Sabunçu rayon Məhkəməsində baxılmalıdır.
17. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45, 263-264, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə R A R A A L D İ:
İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 MMC-yə qarşı pul tələbinə dair mülki iş baxılması üçün ərazi aidiyyatı üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev