Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(105)-3681/2021 28.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Ağayeva Elnarə Nəriman qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı müqavilənin etibarsız hesab edilməsi və əmlak tələbinə dair iddia ərizəsi üzrə məhkəmələr arasında ərazi aidiyyəti məsələsinin müəyyən edilməsinə dair mülki işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 03 sentyabr 2021-ci il tarixli qərardadı ilə mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Abşeron rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Abşeron Rayon Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli qərardadı ilə (hakim C.SƏfiyeva) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı müqavilələrin etibarsız hesab edilməsi və əmlak bölgüsü tələbinə dair mülki işin ərazi aidiyyəti üzrə hansı məhkəmədə baxılmalı olmasını müəyyən etmək üçün mülki işin Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası ərazi aidiyyətinin müəyyən edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1. maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Mülki Prosessual Məcəllənin 35.1. maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Prosessual normanın məzmununa görə hər bir kəs qanunla qorunan hüquqlarının və azadlıqlarının müdafiəsi üçün məhkəməyə müraciət edə bilər. Əgər hər hansı şəxs digər şəxs tərəfindən onun hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi üçün məhkəməyə müraciət edirsə, onda iddia tələbi tələbin yönəldiyi şəxsin rəsmi qeydə alındığı yer üzrə məhkəməyə müraciət edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsində hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ təsbit edilmişdir. Bu normada qeyd edilən “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydaları, qanuni məhkəmə tərkibinin mövcudluğu və s. subyektiv elementləri ehtiva edir (Konstitusiya Məhkəməsi Plenumunun 06.10.2012-ci il tarixli qərarı). Aidiyyət qaydalarının pozulmasına yol verilmir. Aidiyyət qaydalarına riayət etməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir (Mülki Prosessual Məcəllənin 31.1., 31.2. maddələri). İşdən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı müqavilələrin etibarsız hesab edilməsi və əmlak bölgüsü tələbi ilə məhkəməyə müraciət etmiş, Sabunçu Rayon Məhkəməsi daşınmaz əmlakın fərdi yaşayış evinin inşa edildiyi torpaq sahəsinin 08.07.2013-cü il tarixdə DƏDRX-də icarə hüququ X1 adına qeydə alınmış sahəsi 0,25 ha. olmaqla RX ******* reyestr saylı çıxarışa əsasən Abşeron rayonu, Ramana südçülük sovxozu ərazisində yerləşdiyini, lakin iddiaçının iddia tələbini əmlakın yerləşdiyi ərazi üzrə verməməklə aidiyyət qaydalarını pozması ilə mülki işin Abşeron rayon məhkəməsinə göndərilməsi qərara alınmış, Abşeron Rayon Məhkəməsi isə iddia tələbinin torpaq sahəsi ilə bağlı olmadığını, bunun da həmin tələbin müstəsna aidiyyət üzrə Abşeron Rayon Məhkəməsində baxılmasını istisna etdiyindən iddia ərizəsi üzrə məhkəmələr arasında ərazi aidiyyətinə görə fikir ayrılığı olduğuna görə mülki işin Azərbaycan Respublikası MPM-in 45.4-cü maddəsinə əsasən ərazi aidiyyətinə görə hansı məhkəmədə baxılmalı olmasınının müəyyən edilməsi üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir (Mülki Prosessual Məcəllənin 39.1. maddəsi). Prosessual normanın məzmuna görə hər bir kəs qanunla qorunan hüquqlarının və azadlıqlarının müdafiəsi üçün məhkəməyə müraciət edə bilər. Əgər hər hansı şəxs digər şəxs tərəfindən onun hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi üçün məhkəməyə müraciət edirsə, onda iddia tələbi tələbin yönəldiyi şəxsin rəsmi qeydə alındığı yer üzrə məhkəməyə müraciət edilməlidir. Lakin bəzi kateqoriya işlər üzrə müstəsna aidiyyat qaydalarında riayət edilməklə daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialara baxılması üçün müstəsna aidiyyət müəyyən edilmişdir. Belə kateqoriya mübahisələrə daşınmaz əşyanın yerləşdiyi yerin məhkəməsində baxılır. Ər-arvadın daşınmaz əşya üzərində ümumi birgə mülkiyyətinin bölünməsinə dair iddiaların ərazi aidiyyəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1. maddəsinə uyğun olaraq qanunla başqa hal nəzərdə tutulmamışdırsa, cavabdehin rəsmi qeydə alındığı yer üzrə müəyyən edilməlidir. Hazırkı işin predmeti müqavilələrin etibarsız hesab edilməsi və əmlak bölgüsü tələbi təşkil edir. Göründüyü kimi hazırkı tələb MPM-nin 39-cu maddəsində qeyd edilən bəzi kateqoriyalı işlər üzrə müstəsna aidiyyat qaydaları ilə baxılmalı olan işlərin siyahısına daxil deyildir. Bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir (Mülki Prosessual Məcəllənin 45.4. maddəsi). İşdən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı müqavilələrin etibarsız hesab edilməsi və əmlak bölgüsü tələbi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddia ərizəsi düzgün olaraq Sabunçu Rayon Məhkəməsinə verilmişdir. Bu baxımdan İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı müqavilələrin etibarsız hesab edilməsi və əmlak bölgüsü tələbinə dair mülki iş baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 45.4., 263, 264, 400cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı müqavilələrin etibarsız hesab edilməsi və əmlak bölgüsü tələbinə dair mülki iş baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №e-2(105)-3681/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(105)-3681/2021
28.10.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver