Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2(107)-1035/2024 07.08.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), X4 və X5 ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi ilə, Mingəçevir Şəhər Məhkəməsinin sədri X6 İddiaçı Cavabdeh qarşı mülki hüquqlarının (Daşınmaz Əmlakın Dövlət reyestrində qeydə alınması ilə bağlı gözlənilən mülkiyyət hüququnun) maneəsiz həyata keçirilməsinə şərait yaradılması və cavabdehin qanunsuz və əsassız hərəkətlərinə qadağa qoyulması tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin sədri X6 öz-özünə etdiyi etiraza аçıq məhkəmə iclаsındа baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı mülki hüquqlarının (Daşınmaz Əmlakın Dövlət reyestrində qeydə alınması ilə bağlı gözlənilən mülkiyyət hüququnun) maneəsiz həyata keçirilməsinə şərait yaradılması və cavabdehin qanunsuz və əsassız hərəkətlərinə qadağa qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının 25 may 1995-ci il tarixli 488 nömrəli Sərəncamına əsasən, ona Mingəçevir şəhəri “Günəşli” yaşayış massivində ayrılmış 600 kv.m (0.06 ha) torpaq sahəsinə dair üçüncü şəxs - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin əməkdaşları tərəfindən baxış keçirilməsinə, müayinə və inventarlaşdırma işlərinin maneəsiz həyata keçirilməsinə Cavabdeh tərəfindən qoyulmuş məhdudiyyətlərin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin hakimi X7 özü-özünə etiraz etmişdir. X3 münasibətdə özü-özünə etiraz baxılıb həll edilmiş, mülki iş baxılmaq üçün məhkəmənin hakimi, X6 icraatına verilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin hakimi X8 da özü-özünə etiraz etmişdir. X2 etirazını onunla əsaslandırmışdır ki, iş üzrə cavabdeh Əzizov X1 Şəhər Məhkəməsində məsləhətçi-hakim köməkçisi vəzifəsində işləyir. Ona görə də o, özü-özünə etiraz etmişdir. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, etirazın dəlillərini araşdırıb hesab edir ki, aşağıda şərh olunanlara əsasən etiraz təmin edilməlidir. Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsi olan "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında" Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İş materiallarından müəyyən olunur ki, mülki iş üzrə cavabdeh Əzizov X1 Şəhər Məhkəməsində məsləhətçi-hakim köməkçisi vəzifəsində işləyir. Buna görə də Mingəçevir Şəhər Məhkəməsinin hakimi X8 hazırki mülki işə onun tərəfindən baxılmasına etiraz etmişdir. Məhkəmə kollegiyası X2nun öz-özünə etdiyi etirazla razılaşaraq hesab edir ki, gələcəkdə qəbul ediləcək məhkəmə aktının obyektivliyinə şübhənin aradan qaldırılması üçün etiraz təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 19.2.3-cü maddəsinə əsasən, hakim şəxsən, bilavasitə və ya dolayı yolla işin nəticəsi ilə maraqlıdırsa, ya da onun obyektivliyinə və qərəzsizliyinə şübhə doğuran kifayət qədər əsas varsa hakimin işə baxmasına yol verilmir. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, etiraz etmə və ya özü-özünə etiraz etmə yazılı formada əsaslandırılmalı və işə mahiyyəti üzrə baxılmağa başlanana qədər edilməlidir. Həmin Məcəllənin 22.5 və 22.6-cı maddələrinə əsasən əgər etiraz birinci instansiya məhkəməsində işə baxan məhkəmə sədrinə, yaxud təktərkibli məhkəmənin hakiminə edilmişsə, bu halda etiraz, baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilir. Etiraz etmə və ya özü özünə etiraz etmə məsələləri barədə məhkəmə qərardadı çıxarılır ki, bundan da şikayət verilməsinə yol verilmir. Məhkəmə kollegiyası gələcəkdə qəbul ediləcək məhkəmə aktının obyektivliyinə şübhəni aradan qaldırmaq üçün etirazla razılaşaraq belə nəticəyə gəlir ki, etiraz təmin olunmalı və mülki iş mahiyyəti üzrə baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilməlidir. Məhkəmə Kollegiyası qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 19, 22, 23-cü maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı Cavabdeh qarşı mülki hüquqlarının (Daşınmaz Əmlakın Dövlət reyestrində qeydə alınması ilə bağlı gözlənilən mülkiyyət hüququnun) maneəsiz həyata keçirilməsinə şərait yaradılması və cavabdehin qanunsuz və əsassız hərəkətlərinə qadağa qoyulması tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin sədri X6 öz-özünə etdiyi etiraz təmin edilsin. İddiaçı Cavabdeh qarşı mülki hüquqlarının (Daşınmaz Əmlakın Dövlət reyestrində qeydə alınması ilə bağlı gözlənilən mülkiyyət hüququnun) maneəsiz həyata keçirilməsinə şərait yaradılması və cavabdehin qanunsuz və əsassız hərəkətlərinə qadağa qoyulması tələbinə dair mülki iş mahiyyəti üzrə baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №e-2(107)-1035/2024
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(107)-1035/2024
07.08.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver