Məhkəmə qərarları › İş №e-2(110)-761/2024

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-761/2024

09.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-761/2024 09.09.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X5 oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Group MMC-nin Cavabdeh qarşı “müqavilə üzrə yaranmış borcun ödənilməsi tələbinə dair” iddia ərizəsinə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı "xxxx" X3 Cəmiyyətinin nümayəndəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 1512 (bir min beş yüz on iki) manat məbləğində pul vəsaiti, məhkəməyə müraciət üçün ödənilmiş 35.12 manat dövlət rüsumu tutularaq, iddiaçı "xxxx" Group MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsində hazırki mülki iddia tələbi üzrə iddiaçı "xxxx" Group MMC ilə Cavabdeh arasında 20 iyun 2023-cü il tarixli 00199 saylı X4 bağlandığını, həmin müqaviləyə əsasən iddiaçı "xxxx" X3 Cəmiyyətinin dəyəri 1712 manat olan “Cavsm” markalı cihazı Cavabdeh istifadəsinə verməyi öhdəsinə götürdüyünü, Cavabdeh isə dəyəri 1712 manat təşkil edən “Cavsm” markalı cihazı qəbul etməyi və 200 manat ilkin ödəniş etməklə 18 ay müddətinə aylıq 84 manat ödəməyi öhdəsinə götürdüyünü, lakin iş üzrə Cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetimədiyini və cəmi 200 manat məbləğində ödəniş etdiyini, tərəflər arasında müqavilə bağlandığı vaxtdan iddiaçının üzərinə götürdüyü öhdəlikləri qismən yerinə yetirərək, müqavilədə nəzərdə tutulmuş cihazı cavabdehə təhvil versə də, yekunda 1512 manat borcu yarandığını, iddiaçı tərəfindən cavabdehə borcun ödənilməsinə dair 16 yanvar 2024-cü il tarixli 123001 nömrəli xəbərdarlıq məktubu göndərilsə də, heç bir müsbət nəticə əldə olunmadığına görə məhkəməyə müraciət etmək zərurətinin yarandığını bildirmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, lakin xx.xx.2024-cü il tarixdə İddiaçı MMC-nin nümayəndəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış şəxsi kabinet vasitəsilə məhkəməyə ərizə göndərərək, ərizəsində, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki iş icraatda olduğunu, həmin mülki iş üzrə növbəti məhkəmə iclasının xx.xx.2024-cü il tarixə, saat 11:00-a təyin olunduğunu, iş yükünün çoxluğunu və məsafənin uzaq olmasını nəzərə alaraq, iştirak edə bilməmələrinin üzrlü hesab edilməsini və məhkəmə baxış iclasını onların iştirakı olmadan keçirərək iddia tələblərinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.6cı maddəsinə əsasən mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə əvvəlcədən dəfələrlə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə baxışı iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə olunmuş "xxxx" Group MMC ilə Cavabdeh arasında bağlanmış 20 iyun 2023-cü il tarixli, 00199 saylı X1 1.1-ci bəndinə əsasən, Lizinqə Verən qanuni əsaslarla ona məxsus olan “Cavsm” markalı cihazı, (sonradan “cihaz” adlandırılacaq) icarəyə verir, icarəçi isə həmin cihazı xidməti ehtiyacları üçün (müvafiq icra hakimiyyəti orqanından lisenziya alınmaqla) öz istifadəsinə qəbul edir. Həmin Müqavilənin 1.2-ci bəndinə əsasən Lizinq müqaviləsi üzrə əldə edilən lizinq obyektinin qiyməti 1712 (bir min yeddi yüz on iki) manat təşkil edir. Həmin Müqavilənin 1.3-cü bəndinə əsasən Lizinq alan lizinq müqaviləsi üzrə lizinq verənə 200 (iki yüz) manat ilkin ödəniş etməklə 18 ay müddətində aylıq 84 (səksən dörd) manat lizinq məbləği ödəməyi öhdəsinə götürür. bu müqavilə üzrə ödənilməli olan məbləğ ödəniş qaydası bu müqavilənin ayrılmaz tərkib hissəsi olan “Qiymətlərin Razılaşdırılması” əlavəsində göstərilir. Həmin Müqavilənin 3.2-ci bəndinə əsasən hesablaşma müqavilədə göstərilmiş İddiaçı Şirkətinin hesabına köçürmə yolu ilə aparılır və ya nağd qaydada ödənilə bilər. Həmin Müqavilənin 3.3-cü bəndinə əsasən müqavilə ilə nəzərdə tutulmamış əlavə xidmətlər tərəflərin razılığı ilə, bu müqavilənin tərkib hissəsini təşkil edəcək əlavələr əsasında ödənilir. Həmin Müqavilənin 4.1-ci bəndinə əsasən bu müqavilə bağlandığı tarixdən qüvvəyə minir və 18 ay müddətində qüvvədədir. İş materiallarına əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh 18 ay müddətinə, yəni xx.xx.2023 – xx.xx.2024 tarixlərində ayda 84 manat məbləğində pulu "xxxx" Group MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli Maliyyə arayışına əsasən, hal-hazırda cavabdehin cəmiyyətə olan borcu 20 iyun 2023-cü il tarixli müqaviləsinə əsasən, 1512 (bir min beş yüz on iki) manat təşkil edir. İş materiallarında olan ********** nömrəli, xx.xx.2024-cü il tarixli Mədaxil Qəbzindən görünür ki, "xxxx" Group MMC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar dövlət büdcəsinin AZ60AİİB******************** xəzinə hesabına 35.12 (otuz beş manat on iki qəpik) manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş tələb Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. Çünki qeyd olunan sənədlərdən də göründüyü kimi "xxxx" Group MMC ilə Cavabdeh arasında bağlanmış 20 iyun 2023-cü il tarixli, 00199 saylı X2 əsasən Lizinq Alan qiyməti 1712 manat olan “Cavsm” markalı cihaz üçün 200 manat ilkin ödəniş ödəyərək, qalan məbləği 18 ay müddətinə ayda 84 manat ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda iş üzrə tərəflər arasında bağlanmış Müqaviləyə əlavənin 2-ci bəndinə əsasən "Ödəniş cədvəli" üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 0.5 faizi həcmində "Müştəri" mübahisəsiz olaraq cərimə ödəməlidir. Lakin Cavabdeh üzərinə götürdüyü öhdəliyi lazımı qaydada icra etməyərək müqavilə üzrə cəmi 200 manat ödəniş etmişdir. Ona görə də məhkəmə hesab edir ki, "xxxx" Group MMC belə bir tələb irəli sürməkdə haqlı olmuş və Cavabdeh onun risk dairəsinə daxil olan öhdəlikləri icra etmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq "xxxx" Group MMC-yə olan borcunu ona ödəməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; - 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; - 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun; - 601.2-ci maddəsinə əsasən, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir; - 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; - 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; - 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Həmçinin Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 35.12 (otuz beş manat on iki qəpik) manat dövlət rüsumunun əvəzidə cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir Beləliklə də, işin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, “Müştəri” yazılı formada bağlanmış müqavilənin şərtlərinə əməl etməməklə "xxxx" Group MMC qarşısında müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən "xxxx" Group MMC “Müştəri”yə qarşı borcu alınması ilə bağlı məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Bu səbəbdən də məhkəmə mülki iş materiallarinda olan sübutlara qiymət verərək bu qənaətə gəlir ki, Cavabdeh “Cavsm” markalı cihaz üçün 1512 (bir min beş yüz on iki) manat məbləğində pul alınaraq "xxxx" X3 Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırı; - 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır... Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasınin Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : İddia təmin edilsin. Cavabdeh 20 iyun 2023-cü il tarixli, 00199 saylı X4 üzrə “Cavsm” markalı cihaz üçün 1512 (bir min beş yüz on iki) borc və 35.12 (otuz beş manat on iki qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 1547.12 (bir min beş yüz qırx yeddi manat on iki qəpik) manat məbləğində pul alınaraq "xxxx" X3 Cəmiyyətinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar