Məhkəmə qərarları › İş №e-2(111)-119/2024

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qərardad — İş №e-2(111)-119/2024

22.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qıvraq qəsəbəsi İş № e-2(111)-119/2024 22.04.2024 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra "xxxx" ASC) Cavabdeh qarşı borcun alınması tələbinə dair mülki işə Kəngərli Rayon Məhkəməsinin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh əsassız varlanması nəticəsində yaranmış və İddiaçı ASC-yə olan 279.95 manat borcunun, həmçinin ərizəyə görə ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul еdilməsini xahiş etmişdir. Mülki işin 22 aprel 2024-cü il tarixə təyin edilmiş məhkəmə hazırlıq iclasına İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə “Elektron Məhkəmə” sistemi vasitəsi ilə məhkəməyə ərizə göndərərək iddia ərizəsinin və ödənilmiş dövlət rüsumunun "xxxx" ASC Kodu: 507699 VÖEN: ********** Müxbir hesab: AZ02NABZ******************** S.W.İ.F.T.Bik: AZRT AZ 22 Hesab № ******************** İBAN № AZ15AZRT******************** VÖEN: ********** geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iş üzrə İddiaçı ASC-nin ərizəsi qaytarılmalıdır. Çünki, onun nümayəndəsi ərizənin qaytarılması barədə vəsatət vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanması zamanı iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Eyni zamanda məhkəmə büdcədən dövlət rüsumunun qaytarılması məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, iddiaçı təşkilatın 05 mart 2022-ci il tarixdə ********* nömrəli qəbz əsasında ödədiyi 50.55 (əlli manat əlli beş qəpik) manat məbləğində dövlət rüsumu qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən ərizə geri qaytarılarsa dövlət rüsumu qaytarılır. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər "Elektron Məhkəmə" informasiya sistemi vasitəsi ilə Kəngərli Rayon Məhkəməsinə təqdim edildiyindən və həmin sənədlərin əsli iddiaçıda saxlanıldığından qərardaddan şikayət vermə müddəti bitdikdən sonra həmin sənədlərin "xxxx" ASC-yə geri qaytarılmasına zərurət yaranmır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının MPM-in 170.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar verdi: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun alınması tələbinə dair ərizəsi əlavə olunmuş sənədlərlə birlikdə ərizəçiyə geri qaytarılsın. İddiaçı təşkilatın 05 mart 2022-ci il tarixdə ********* nömrəli qəbz əsasında ödədiyi 50.55 (əlli manat əlli beş qəpik) manat məbləğində dövlət rüsumu "xxxx" ASC Kodu: 507699 VÖEN: ********** Müxbir hesab: AZ02NABZ******************** S.W.İ.F.T.Bik: AZRT AZ 22 Hesab № ******************** İBAN № AZ15AZRT******************** VÖEN: ********** geri qaytarılsın. Qərardaddan o, rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Kəngərli Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zülfüqar Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar