Azərbaycan Respublikası adından QƏRARDAD Qıvraq qəsəbəsi İş № e-2(111)-184/2023 26.05.2023 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Mən, Kəngərli Rayon Məhkəməsinin hakimi Əhmədov Zülfüqar Əziz oğlu, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və X1 Dövlət Xidmətinə və Cavabdeh4nə qarşı “fərdi yaşayış evinə dair verilmiş çıxarışın, onun əsasında bağlanmış bağışlama müqaviləsinin və verilmiş çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsini ona əlavə edilmiş sənədləri məhkəmənin inzibati binasında tərəflərin iştirakı olmadan nəzərdən keçirərək müəyyən etdim: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və X1 Dövlət Xidməti və Cavabdeh4nə qarşı Kəngərli Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Naxçıvan MR Kəngərli rayonu, Qabıllı kəndində yerləşən *,2642 ha torpaq sahəsində inşa edilmiş 112,29 m2 fərdi yaşayış evinin Cavabdeh2 adına özəlləşdirilməsinin etibarsız hesab edilməsi və buna dair Cavabdeh2 verilmiş MH seriyalı №**692*6 nömrəli çıxarışın ləğv olunması, Cavabdeh2 ilə Cavabdeh1 arasında Kəngərli rayon notariat ofisində bağlanmış, reyestrdə 4Ə-31 nömrə ilə qeyd edilmiş 2* mart 2*2*-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi və Cavabdeh1 oğlunun adına verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Şərur Rayon Aqrar İslahat Komissiyasının *7 mart 1999-cu il tarixli *6 nömrəli qərarı ilə Naxçıvan MR. Kəngərli rayonu, Qabıllı kəndində JN-173A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” əsasında ona (5 nəfər ailə üzvü ilə birlikdə) *,26 hektar torpaq sahəsi verilmişdir. Sözügedən torpaq sahəsində anasından və atasındandan qalan fərdi yaşayış evi olmuşdur. Bu yaxınlarda ona məlum olmuşdur ki, həmin fərdi yaşayış evi onun xəbəri olmadan cavabdeh (qardaşı) Cavabdeh2 adına sənədləşdirilmiş, daha sonra bağışlanma müqaviləsi əsasında cavabdeh (bacım oğlu) Cavabdeh1 adına sənədləşdirilmişdir. Bildirir ki, onun sözügedən sənədləşmə işlərindən məlumatı olmamış, hər hansı formada razılığı alınmamışdır. Bu səbəbdən hesab edirəm ki, sözügedən torpaq sahəsinin və orada yerləşən fərdi yaşayış evinin sənədləşdirilməsi və daha sonra həmin fərdi yaşayış evinin bağışlanması müqaviləsi və çıxarış etibarsızdır. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri qanunvericiliyin tələbləri daxilində nəzərdən keçirərək aşağıdakılar qeyd edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinin tələbinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Mülki prosessual qanunvericiliyin tələbindən də göründüyü kimi hər hansı bir şəxs hüququnun müdafiəsini məhkəmə qaydasında həyata keçirirsə müvafiq qaydalara əməl etməlidir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi aidiyyat qaydalarına riayət etmədən verildiyinə görə geri qaytarılmalıdır. Belə ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 1* aprel 2*15-ci il tarixli 4 №-li Qərarinın 17-ci bəndində qeyd edilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibatihüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülkihüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilibkeçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülkihüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır.” İddiaçının ərizəsində və tələbindən aydın olur ki, iddiaçı o, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədin qanunsuzluğunu mübahisələdirərək onun etibarsız hesab edilərək ləğvini tələb edir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İddiaçıya izah olunur ki, iddiaçı Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və X1 Dövlət Xidməti tərəfindən Cavabdeh2 verilmiş MH seriyalı №**692*6 nömrəli çıxarışın ləğv olunması (qeydiyyatın mübahisələndirilməsi) tələbi ilə ilk əvvəl inzibati məhkəməyə müraciət edərək həmin inzibati aktı mübahisələndirməli, bunun nəticəsi olaraq daha sonra bağışlama müqaviləsinin ləğvi tələbi ilə mülki icraat qaydasına məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 114.1. və 114.1.3-cü maddələrə əsasən ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa qaytarılır. Qeyd edilənlərə əsasən belə nəticəyə gəlirəm ki, iddia ərizəsi aidiyyat qaydalarına riayət etmədən verildiyinə görə geri qaytarılmalı, iddiaçıya hazırkı iddia tələbi ilə bağlı inzibati məhkəməyə müraciət etmək hüququ izah edilməli, habelə iddiaçı tərəfindən Kəngərli Rayon Məhkəməsinin hesabına 16.*5.2*23-ci il tarixli ********** №-li qəbz əsasında ödənilmiş 1** manat məbləğində dövlət rüsumu özünə qaytarılmalıdır. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər "Elektron Məhkəmə" informasiya sistemi vasitəsi ilə Kəngərli Rayon Məhkəməsinə təqdim edildiyindən və həmin sənədlərin əsli iddiaçıda saxlanıldığından qərardaddan şikayət vermə müddəti bitdikdən sonra həmin sənədlərin iddiaçıya geri qaytarılmasına zərurət yaranmır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 152.1.3, 152.2-152.4, 267-268-ci maddələrini rəhbər tutaraq, qərara aldım: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və X1 Dövlət Xidmətinə və Cavabdeh4nə qarşı “fərdi yaşayış evinə dair verilmiş çıxarışın, onun əsasında bağlanmış bağışlama müqaviləsinin və verilmiş çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia icraatı qaydasında verilmiş iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya “çıxarışın” ləğvi tələbi ilə bağlı inzibati məhkəməyə müraciət etmək hüququnun olması izah olunsun. İddiaçı tərəfindən Kəngərli Rayon Məhkəməsinin hesabına 16.*5.2*23-ci il tarixli ********** №-li qəbz əsasında ödənilmiş 1** manat məbləğində dövlət rüsumu özünə qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 1* gün müddətində Kəngərli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zülfüqar Əhmədov
Məhkəmə qərarları › İş №e-2(111)-184/2023
Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qərardad — İş №e-2(111)-184/2023
26.05.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver