Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № e-2(111)-192/2024 06.11.2024 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, məhkəmə iclas katibi Qurbanəliyeva Günel Bayram qızının katibliyi ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra "xxxx" ASC) Cavabdeh qarşı “Təqaüd kartlarının emissiya edilməsi barədə” müqavilə üzrə borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" ASC (kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 05 fevral 2021-ci il tarixli, 2021/001 saylı “Ödəniş kartlarının əldə edilməsinə və istifadəsinə dair” müqaviləyə əsasən xx.xx.2024-cü il tarixə olan 621.74 manat borcun, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun və 0.40 manat bank xidmət haqqının tutularaq "xxxx" ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə “Naxçıvan Dövlət Universiteti” arasında bağlanmış 05 fevral 2021-ci il tarixli, 2021/001 saylı “Ödəniş kartlarının əldə edilməsinə və istifadəsinə dair” müqaviləyə əsasən Cavabdeh adına bankda kart hesabı açılmış, bank kartı emissiya olunmuşdur və 28 noyabr 2022-ci il tarixli, 21 saylı təhvil-təslim aktına əsasən “Naxçıvan Dövlət Universiteti” tərəfindən kart Cavabdeh təhvil verilmişdir. Müqavilənin 4.4.3-cü bəndinə əsasən kart hesabında olan vəsaitin qalığı həddində əməliyyatlar həyata keçirmək, kart hesabı üzrə overdraft hallarına yol verməmək borcalan üçün vəzifə kimi müəyyən olunsa da, müqavilə şərtləri borcalan tərəfindən pozulmaqla kart hesabı üzrə overdrafta (limitdən artıq istifadə) yol verilmişdir. Bu səbəbdən borcalan ilə dəfələrlə telefonla əlaqə saxlanılmış və borcalana xəbərdarlıq məktubları ünvanlanaraq borc məbləği dəqiq göstərilməklə borcun icrası tələb edilmişdir. “Ödəniş kartlarının əldə edilməsinə və istifadəsinə dair” müqavilənin 6.1-ci maddəsinə əsasən müəyyənləşdirilmişdir ki, tərəflər bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi və ya lazımi qaydada yerinə yetirilməməsinə görə qarşı tərəfə vurduğu ziyana görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar və qarşı tərəfə vurduğu zərəri tam həcmdə ödəməyə borcludurlar. “Ödəniş kartlarının əldə edilməsinə və istifadəsinə dair” müqaviləyənin 10.1-ci maddəsinə əsasən müqavilə imzalandığı tarixdən qüvvəyə minir və icrası tərəflər üçün məcburidir. Cavabdeh 05 fevral 2021-ci il tarixli, 2021/001 saylı “Ödəniş kartlarının əldə edilməsinə və istifadəsinə dair” müqaviləyə əsasən xx.xx.2024-cü il tarixə 621.74 (altıyüz iyirmi bir manat 74 qəpik) manat overdraft borcu öhdəliyi vardır. Mülki işin icraatı zamanı tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmədiyindən, tərəfləri çağıraraq izahatların alınması, ekspertdən rəyin alınması zərurəti yarandığından məhkəmənin xx.xx.2024-cü il tarixli, e- 2(111)-192/2024 saylı qərardadı ilə iş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə müəyyən edilmiş ümumi müddəalara uyğun olaraq iddia icraatına keçirilmişdir. İş üzrə iddiaçı "xxxx" ASC (E-kredit Bank olmayan kredit təşkilatı MMC)-nin nümayəndəsi Nümayəndə2 “Elektron Məhkəmə” sistemi vasitəsi ilə məhkəməyə göndərdiyi ərizədə mülki iş üzrə məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin tam təmin olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə təyin edilmiş məhkəmə iclasına Cavabdeh gəlməməsinin səbəblərini üzrsüz hesab edərək, bankın nümayəndəsinin isə məhkəmə iclasını iştirakı olmadan keçirilməsi barədə xahişini nəzərə alaraq hazırkı işdə toplanmış sənədlərə əsasən tərəflərin iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Mülki işin icraatı zamanı cavabdeh tərəfindən iddia üzrə rəy və etirazlar daxil olmamışdır. Mülki işin icraatı zamanı işin tam, hərtərəfli və obyektiv araşdırılması üçün xüsusi bilik tələb olunduğundan məhkəmə mühasibatlıq ekspertizası təyin olunaraq rəy alınmışdır. İş materiallarına əlavə edilmiş:- "xxxx" ASC ilə “Naxçıvan Dövlət Universiteti” arasında bağlanmış 05 fevral 2021-ci il tarixli, 2021/001 nömrəli “Təqaüd kartlarının emissiya edilməsi barədə” müqavilənin 3.1ci bəndində nəzərdə tutulmuşdur ki, təqaüd kartlarının emissiya edilməsi təşkilatın müraciəti əsasında həyata keçirilir və bu müqavilə ilə rəsmiləşdirilir. Müqavilənin 3.3-cü bəndinə əsasən bank bu tapşırıqda göstərilmiş məlumatlar əsasında təqaüd alanların adına xüsusi kart hesabı açır və ödəniş kartları emissiya edir. 05 fevral 2021-ci il tarixli, 2021/001 nömrəli müqavilənin tərkib hissəsi olan ödəniş kartlarından istifadə qaydalarını müəyyən edən 2 nömrəli əlavənin 7-ci bəndinə əsasən müntəzəm olaraq, kart hesabındakı pul vəsaitinin hərəkəti yoxlanılmalı, kartdan istifadə edildikdən dərhal sonra, hesab üzrə yerinə yetirilmiş əməliyyatlara diqqət yetirilməlidir. 28 noyabr 2022-ci il tarixli, 21 saylı təhvil-təslim aktından görünür ki, Cavabdeh tərəfindən müqavilədə nəzərdə tutulan kart imza edilərək təhvil alınmışdır. xx.xx.2023 - xx.xx.2024-cü il tarixləri əks etdirən Cavabdeh adına olan AZ72NAXB**********9463000AZN nömrəli hesab üzrə çıxarışdan görünür ki, cavabdehin xx.xx.2023-cü il tarixdə 622.35 AZN overdraft borcu yaranmışdır. Qeyd olunan overdraft borcu üzrə xx.xx.2023-cü il tarixdə 0.61 manat ödənilmişdir. 02 iyul 2024-cü il tarixli, 129 nömrəli maliyyə arayışına əsasən Cavabdeh 05 fevral 2021-ci il tarixli, 2021/001 saylı “Ödəniş kartlarının əldə edilməsinə və istifadəsinə dair” müqaviləyə əsasən xx.xx.2024-cü il tarixə 621.74 manat overdraft borcu öhdəliyi vardır. 31 may 2024-ci il tarixli, 02/1000 nömrəli xəbərdarlıq məktubundan görünür ki, cavabdehə banka olan borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. xx.xx.2024-cü il tarixli, ********** nömrəli ödəniş qəbzinə əsasən məhkəməyə ərizə verilərkən "xxxx" ASC tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 30 sentyabr 2024-cü il tarixli 1042 nömrəli rəyinə əsasən iş materiallarından göründüyü kimi bağlanmış 05 fevral 2021-ci il tarixli, 2021/001 saylı “Təqaüd kartlarının emissiya edilməsi barədə” müqaviləsinin şərtlərinə, hesabdan çıxarış məlumatlarına və 07 iyul 2024-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 621.74 (altı yüz iyirmi bir manat, yetmiş dörd qəpik) manat overdraft borcu olması müəyyən edilir. İş üzrə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə ekspertizası xərclərinə dair bildirişdən görünür ki, ekspertiza xərci 50 manat təşkil edir. Məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş üzrə təqdim edilmiş materiallarından aydın olur ki borclu şəxs hazırki iş üzrə Cavabdeh 05 fevral 2021-ci il tarixli, 2021/001 saylı “Təqaüd kartlarının emissiya edilməsi barədə” müqavilə üzrə öhdəliyini pozaraq hesabına iddia ərizəsində göstərilən məbləğdə pul vəsaitini qoymadan, əslində isə iddiaçıya məxsus olan pul vəsaitini hesabdan məxaric edərək iddiaçıya maddi ziyan vurmuşdur. İşin bu halı iş materiallarında olan cavabdeh tərəfindən pul vəsaitlərinin çıxarılması əməliyyatlarını əks etdirən hesabdan çıxarışda öz əksini tapmışdır. Hesabdan çıxarışda əks olunmuş məlumatlardan da görünür ki, cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə ümumilikdə 1244.45 manat pul vəsaiti çıxarılmışdır. Məhkəmə qeyd edir ki, Texniki Overdraft dedikdə, texniki səhv nəticəsində ödənilmiş (köçürülmüş), qalıq və ya borc qismində pul vəsaiti başa düşülür. Belə ki, təqdim edilmiş ödəniş kartından çıxarışa əsasən müəyyən olunur ki, cavabdehin kartına texniki maliyyə əməliyyatı səhvi olaraq cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə 622.10 və 622.35 manat olmaqla ümumilikdə 1244.45 manat pul vəsaiti çıxarılmış, texniki maliyyə əməliyyatı səhvi olaraq məxaric olunmuş 621.74 manat məbləğində pul vəsaiti geri qaytarılmamış, cavabdeh müqavilə öhdəlikləri üzrə həmin məbləği geri qaytarmaq vəzifəsini icra etməməklə müqavilə üzrə sərbəst irədəsinə əsasən üzərinə götürdüyü vəzifəyə əməl etməmiş, nəticədə onun banka 621.74 manat məbləğində “overdraft” borcu yaranmış və iddiaçıya maddi zərər vurulmuşdur. Qeyd edilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh heç bir əsas olmadan və özünə məxsus olmayan pul vəsaitlərini istifadəsində olan kart vasitəsi ilə bankdan çıxarmaqla müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş, iddiaçıya ziyan vurmuşdur. Ona görə də, idiaçının hesabına əldə etdiyi 621.74 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə qeyd edir ki, mübahisənin qanuni əsasını əsassız varlanma təşkil etmir. Çünki, tərəflər arasında etibarlı müqavilə münasibətləri qüvvədə olmuşdur və mübahisənin faktiki və hüquqi əsasları həmin müqavilənin yuxarıda sadalanan bəndlərində öz əksini tapmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0 və 115.0.1-ci maddəsinə görə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə müvafiq olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə iddiaçı tərəfindən tələb edilən borc məbləğini nəzərdən keçirib, o cümlədən iddiaçı tərəfindən ərizəyə əlavə edilən, cavabdehin banka olan borcunu əks etdirən maliyyə arayışını və hesabdan çıxarışı əsas götürüb, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 sentyabr 2024-cü il tarixli 1042 saylı rəyini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Cavabdeh 621.74 manat məbləğində borc "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu və 0.40 qəpik xidmət haqqının əvəzi Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Məhkəmə işə baxılması ilə əlaqədar məsrəf olan iş ekspertiza xərcinin tərəflərə aid edilməsi məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, iş ekspertiza xərci olan 50 manat Cavabdeh aid edilərək ondan alınıb Azərbaycan Respublikası Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia təmin edilsin. Cavabdeh 05 fevral 2021-ci il tarixli, 2021/001 nömrəli Təqaüd kartlarının emissiya edilməsi barədə” müqavilə üzrə 621.74 manat borc, 30 manat dövlət rüsumu və 0.40 qəpik xidmət haqqı olmaqla, cəmi 652.14 (altı yüz əlli iki manat, on dörd qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. İş üzrə ekspertiza xərci olan 50 manat Cavabdeh alınaraq Azərbaycan Respublikası Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142330, büdcə səviyyəsinin kodu 2, X1 MR İdarəsi, kodu 502906, VÖEN **********, Müxbir hesab: AZ88NABZ**********0000012944, SWİFT BİK: NAXCAZ21, Naxçıvan MR Maliyyə Nazirliyi: VÖEN **********, Hesab AZ21NABZ********************) hesabına ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zülfüqar Əhmədov
Məhkəmə qərarları › İş №e-2(111)-192/2024
Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(111)-192/2024
06.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver