Məhkəmə qərarları › İş №e-2(111)-21/2024

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(111)-21/2024

14.03.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № e-2(111)-21/2024 14.03.2024 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə və Cavabdeh3 iştirakları ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2 və onun yetkinlik yaşına çatmayan övladı X5 qarşı fərdi yaşayış evindən çıxarılma və fərdi yaşayış evinə istifadə hüquqlarının itirilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra İddiaçı ASC) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh2 Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli **********56-10301 reystr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən İddiaçı ASC-yə məxsus Kəngərli rayonu, Xok kəndində 0,0601 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 86 kvadratmetr olan fərdi yaşayış evindən çıxarılması, İddiaçı ASC-yə məxsus Kəngərli rayonu, Xok kəndində 0,0601 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 86 kvadratmetr olan fərdi yaşayış evinin tamamilə boşaldılması, cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2 və onun yetkinlik yaşına çatmayan övladı X8 ilə birlikdə İddiaçı ASC-yə məxsus Kəngərli rayonu, Xok kəndində 0,0601 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 86 kvadratmetr olan fərdi yaşayış evinə olan istiadə hüquqlarının itirilmiş hesab edilərək xitam verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ASC iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin Kəngərli Rayon filialı 26 may 2023-cü il tarixli hərracın yekunları barədə protokol və hərracın yekunları üzrə əmlakların alqı-satqısı barədə eyni tarixli müqavilə əsasında Kəngərli rayonu Xok kəndində 0.0601 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 86 kvadratmetr olan fərdi yaşayış evini alaraq tam mülkiyyət hüququ əldə etmişdir. (Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq məsələləri üzrə Dövlət Xidmətinin 02 avqust 2023-cü il tarixli **********56-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarış). Hal-hazırda cavabdehlərin İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus mənzildə yaşaması və qeydiyyatda qalması bankın mülkiyyət hüquqlarının pozulması ilə nəticələnir və bankın mülkiyyətində olan mənzil üzərində sərbəst sərəncam vermək hüquqlarını pozur. Bu səbəbdən hesab edirik ki, cavabdehlərin bankın mülkiyyətində olan mənzilə olan hüquqları itirilmiş hesab edilməlidir. İş üzrə İddiaçı ASC-nin Kreditlərin hüquqi təqibi departamentinin Korporativ və təminatlı kreditlərlə iş şöbəsinin müdiri Qardaşəli Orucov xx.xx.2023-cü il tarixdə “Elektron Məhkəmə” sistemi vasitəsi ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə göndərərək, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh5 qarşı “fərdi yaşayış evindən çıxarılma və istifadə hüququnun itirilməsi” tələbinə dair işin Naxçıvan Muxtar Respublikası Kəngərli Rayon Məhkəməsinin icraatında olduğunu, qeyd olunan işlə əlaqədar iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən texniki səhvə yol verildiyini, belə ki, xahiş edirəm hissəsində digər tələblərlə yanaşı Kəngərli rayonu, Xok kəndində 0,0601 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 86 kvadratmetr olan fərdi yaşayış evinin boşaldılmasının da xahiş olunduğunu, lakin 2-2(087)- 03/2019 saylı 11 fevral 2019-cu il tarixli Naxçıvan Muxtar Respublikasının İnzibati-İqtisad Məhkəməsinin qətnaməsində qeyd olunan mənzilin boşaldılması tələbinin təmin edildiyini və həmin qətnamənin qanuni qüvvəsini aldığını, bu səbəbdən həmin hissədə iddia tələbinin dəqiqləşdirilməsi zərurəti yarandığını bildirmiş, cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh1, Cavabdeh5 və Cavabdeh2 Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli **********56-10301 reystr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarışına əsasən İddiaçı ASC-yə məxsus Kəngərli rayonu, Xok kəndində 0,0601 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 86 kvadratmetr olan fərdi yaşayış evindən çıxarılması və cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh1, Cavabdeh5, Cavabdeh2 və onun yetkinlik yaşına çatmayan övladı X8 ilə birlikdə İddiaçı ASC-yə məxsus Kəngərli rayonu, Xok kəndində 0,0601 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 86 kvadratmetr olan fərdi yaşayış evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilərək xitam verilməsi və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər və gəlməməsinin səbəbləri barədə də məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə cavabdehlərin məhkəməyə gəlməməsinin səbəblərini üzrsüz hesab edərək və məhkəmə baxışı iclasını onların iştirakı olmadan keçirib müvafiq qərar qəbul etməsi barədə iddiaçının xahişini nəzərə alaraq, hazırkı işdə toplanmış sənədlərə əsasən məhkəmə iclasına gəlməyən cavabdehlərin iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 iddianı qəbul etmədiyini, krediti özünün götürmədiyini, krediti götürənin də krediti ödəməli olduğunu, krediti ödəmədiklərinə görə məsələnin bu vəziyyətə gəlib çıxdığını, səhv etdiyini, inandığından əmlakını girov qoyduğunu, krediti götürənlərlə danışıb kredit pulunu tezliklə ödətdirəcəyini bildirmişdir. Mülki işin icraatı zamanı cavabdehlər tərəfindən iddia üzrə rəy və etirazlar daxil olmamışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki:- Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin MH seriyalı, ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”ın surətindən görünür ki, Cavabdeh3 məxsus Naxçıvan MR, ünvan 1i ünvanında 0.0601 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 86.0 kv.m olan fərdi yaşayış evi torpaq sahəsi ilə birlikdə 48 ay müddətinə (xx.xx.2013xx.xx.2017) İddiaçı Naxçıvan MR Baş İdarəsi Kəngərli rayon filialının xeyrinə yüklü edilmiş və xx.xx.2013-cü il tarixdə ********** nömrə ilə Daşınmaz əmlakın dövlət reyestrində 24/2 nömrəli reyestr kitabının 234 nömrəli vərəqində qeydiyyata alınmışdır. Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”ın surətindən görünür ki, Naxçıvan MR, ünvan 1ində 0.0601 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 86.0 kv.m olan fərdi yaşayış evi mülkiyyət hüququ üzrə İddiaçı ASC-nin adına daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. Banklar tərəfindən verilmiş kreditlərin təminatı olaraq fiziki və hüquqi şəxslər tərəfindən girov (ipoteka) qoyulmuş əmlakın açıq hərracda satışı üzrə hərrac komissiyasının hərrac yekunları barədə Azərbaycan Respublikası 26 may 2023-cü tarixli Protokolun surətindən görünür ki, "xxxx" ASC Naxçıvan Muxtar Respublikası Hərracların Təşkili üzrə Auksion Mərkəzində keçirilmiş hərracın nəticəsinə görə Kəngərli rayon Xok kəndində 0.2306 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 111.06 kv.m yaşayış, 85.58 kv.m qeyri-yaşayış, 89.35 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evini 19762.50 manata, Kəngərli rayon Xok kəndində 0.0601 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 42.00 kv.m yaşayış, 44.00 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evini isə 6757.50 manata əldə etmişdir. Eyni zamanda satıcı - Naxçıvan Muxtar Respublikası Hərracların Təşkili üzrə Auksion Mərkəzi ilə alıcı - İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə arasında bağlanmış 26 may 2023-cü il tarixli “hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” müqavilənin surətindən görünür ki, Kəngərli rayon Xok kəndində 0.2306 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 111.06 kv.m yaşayış, 85.58 kv.m qeyri-yaşayış, 89.35 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi 19762.50 (on doqquz min yeddi yüz altmış iki manat əlli qəpik) manat dəyərində, Kəngərli rayon Xok kəndində 0.0601 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 42.00 kv.m yaşayış, 44.00 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi isə 6757.50 (altı min yeddi yüz altmış iki manat əlli qəpik manat) dəyərində alıcı tərəfindən əldə edilmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati-İqtisadi Məhkəməsinin 11 fevral 2019-cu il tarixli 2-2(087)-03/2019 saylı qətnaməsindən görünür ki, iddia təmin edilərək cavabdeh X3 30 noyabr 2018-ci il tarixə 22385.67 (iyirmi iki min üç yüz səksən beş manat 67 qəpik) manat əsas borc və 1618.73 (Min altı yüz on səkkiz manat 73 qəpik) manat faiz borcu olmaqla, cəmi 24004.40 (iyirmi dörd min dörd manat 40 qəpik) manat məbləğində kredit borcu və 30.0 (otuz) manat dövlət rüsumunun tutularaq "Kapital Bank” ASC Kəngərli rayon filialının xeyrinə ödənilməsi, kredit borcu ödənilmədiyi təqdirdə tutmanın ipoteka ilə yüklü edilmiş, mülkiyyət hüququ X7 məxsus olan Kəngərli rayon Xok kəndində 0.2306 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 111.06 kv.m yaşayış, 85.58 kv.m qeyri-yaşayış, 89.35 kv.m köməkçi sahədən ibarət (müstəqil qiymətləndirici tərəfindən 31000 manat məbləğində likvid qiymətlə qiymətləndirilmiş) fərdi yaşayış evinə və Cavabdeh3 məxsus Naxçıvan MR, Kəngərli rayonu, Xok kəndində mülkiyyətində olan 0.0601 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 42.00 kv.m yaşayış, 44.00 kv.m köməkçi sahədən ibarət (müstəqil qiymətləndirici tərəfindən 10600 manat məbləğində likvid qiymətlə qiymətləndirilmiş) fərdi yaşayış evinə yönəldilməsi və həmin əmlakların açıq hərracda satıldıqdan bir ay sonra boşaldılması qət edilmişdir. Kəngərli rayon Xok kənd İƏDÜN tərəfindən verilmiş 23 noyabr 2023-cü il tarixli 15/625 nömrəli arayışdan görünür ki, Kəngərli rayon Xok kəndində 0.0601 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 86.0 kv-m olan "Kapital Bank” ASC-yə məxsus fərdi yaşayış evində Cavabdeh3, Cavabdeh4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh5 və X8 qeydiyyatdadırlar. xx.xx.2023-cü il tarixli ********** nömrəli ödəniş qəbzinə əsasən məhkəməyə ərizə verilərkən İddiaçı ASC tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Mülki işin araşdırılmış hallarından görünür ki, Naxçıvan Muxtar Respublikası İnzibati- İqtisadi Məhkəməsinin 11 fevral 2019-cu il tarixli 2-2(087)-03/2019 saylı qətnaməsində iddia təmin edilərək cavabdeh X3 30 noyabr 2018-ci il tarixə 22385.67 (iyirmi iki min üç yüz səksən beş manat 67 qəpik) manat əsas borc və 1618.73 (Min altı yüz on səkkiz manat 73 qəpik) manat faiz borcu olmaqla, cəmi 24004.40 (iyirmi dörd min dörd manat 40 qəpik) manat məbləğində kredit borcu və 30.0 (otuz) manat dövlət rüsumunun tutularaq "Kapital Bank” ASC Kəngərli rayon filialının xeyrinə ödənilməsi, kredit borcu ödənilmədiyi təqdirdə tutmanın ipoteka ilə yüklü edilmiş, mülkiyyət hüququ X7 məxsus olan Kəngərli rayon Xok kəndində 0.2306 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 111.06 kv.m yaşayış, 85.58 kv.m qeyri-yaşayış, 89.35 kv.m köməkçi sahədən ibarət (müstəqil qiymətləndirici tərəfindən 31000 manat məbləğində likvid qiymətlə qiymətləndirilmiş) fərdi yaşayış evinə və Cavabdeh3 məxsus Naxçıvan MR, Kəngərli rayonu, Xok kəndində mülkiyyətində olan 0.0601 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 42.00 kv.m yaşayış, 44.00 kv.m köməkçi sahədən ibarət (müstəqil qiymətləndirici tərəfindən 10600 manat məbləğində likvid qiymətlə qiymətləndirilmiş) fərdi yaşayış evinə yönəldilməsi və həmin əmlakların açıq hərracda satıldıqdan bir ay sonra boşaldılması qət edilmişdir. Əmlaka dair İddiaçı Açıq Səhmdar Cəmiyyətinin mülkiyyət hüquqları ********** nömrə ilə xx.xx.2023-cü il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydə alınmış və bankın adına çıxarış alınmışdır. Cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2 və onun yetkinlik yaşına çatmayan övladı X8 qeyd edilən fərdi yaşayış evində yaşayırlar. İşin araşdırılan halları ilə müəyyən edilmişdir ki, əmlakın İddiaçı Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətinə keçməsinə baxmayaraq, cavabdeh şəxslər fərdi yaşayış evindən çıxmamış və hazırda da orada yaşayırlar. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyasının 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 nömrəli protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərənsam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 152.2-ci maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 157.2-ci maddəsinə əsasən - mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 26 sentyabr 2007-ci il qərarında Konstitusiya Məhkəməsi vurğulamışdır ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuşsa və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüşlərsə, ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi cəhətdən təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə baxışında müəyyən edilmişdir ki, Naxçıvan MR, ünvan 1ində 0.0601 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 86 kv.m olan fərdi yaşayış evi xx.xx.2023-cü il tarixdə iddiaçının adına qeydiyyatdan keçirilmiş və hal-hazırda mülkiyyətindədir. Cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 Cavabdeh5, Cavabdeh2 və onun yetkinlik yaşına çatmayan övladı X8 iddiaçıya məxsus fərdi yaşayış evində yaşayırlar. Cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2 və onun yetkinlik yaşına çatmayan övladı X4 həmin fərdi yaşayış evində qalması, mülkiyyətçinin fərdi yaşayış evinə dair hüquqlarını həyata keçirilməsinə mane olur, iddiaçının mülkiyyət hüquqlarını kobud şəkildə pozur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2 Naxçıvan MR, ünvan 1ində 0.0601 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 86 kv.m olan fərdi yaşayış evindən çıxarılmalı, cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2 və onun yetkinlik yaşına çatmayan övladı X4 Naxçıvan MR, ünvan 1ində 0.0601 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 86 kv.m olan fərdi yaşayış evinə olan istifadə hüquqlarına xitam verilməlidir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh2 Naxçıvan Muxtar Respublikası, ünvan 1ində 0.0601 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 86 kv.m olan fərdi yaşayış evindən çıxarılsın. Cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2 və onun yetkinlik yaşına çatmayan övladı X1 Muxtar Respublikası, ünvan 1ində 0.0601 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 86 kv.m olan fərdi yaşayış evinə olan istifadə hüquqlarına xitam verilsin. İddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə bağlı ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zülfüqar Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar