Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № e-2(111)-57/2022 07.04.2022 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil1, Cavabdeh və onun vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış evindən məcburi çıxarılma” tələbinə dair mülki işə Kəngərli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “yaşayış evindən məcburi çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh və onun ailə üzvlərinin mülkiyyətində olan Naxçıvan şəhəri, Hüseyn Cavid 28 A ünvanında yerləşən yaşayış evindən məcburi qaydada çıxarılmaları barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 01 noyabr 2018-ci il tarixdə Naxçıvan şəhəri Hüseyn Cavid 28 A ünvanında yerləşən yaşayış evini nisyə alqı-satqı müqaviləsi əsasında hər ay üzrə 600 (altı yüz) manat olmaqla, hər ilin sonunda 10000 (on min) manat almaqla 5 il (60) ay müddətinə, ümumilikdə 60000 (altmış min) manata Kəngərli rayonunun Təzəkənd sakini X1. O, ailə üzvləri ilə birlikdə köçüb mənzildə məskunlaşmışlar. Aralarında bağlanmış fərdi yaşayış evinin alqı-satqısı haqqında müqavilənin şərtləri pozulduğu təqdirdə Cavabdeh maddi və mənəvi masuliyyət daşıyacağını, müqavilə öhdəliklərini tam şəkildə yerinə yetirməyi öz öhdəsinə götürmüşdür. O, 01 noyabr 2018-ci il tarixdən 01 yanvar 2021-ci il tarixədək ona 24 (iyirmi dörd) ay müddətinə 14400 (on dörd min dörd yüz manat, iki ay isə 5000 (beş min) və 2000 (iki min) manat vermişdir. Eyvaz 01 noyabr 2021-ci il tarixədək ona cəmi 25899 (iyirmi beş min səkkiz yüz doxsan doqquz) manat vermişdir. Aralarında 34101 (otuz dörd min yüz bir) manat pul vəsaiti qalır. Lakin, o, noyabr 2021-ci il tarixdən ödəməni dayandırmış, öhdəliyi pozmuşdur. Ona dəfələrlə xəbərdarlıq etməyinə baxmayaraq pulu ödəməkdən boyun qaçırır. Özü isə həmin evi satdığına görə Bakı şəhərində kreditlə götürdüyü evin borcunu verə bilmir. Göstərilənlərə əsasən Cavabdeh onun ailə üzvlərinin mülkiyyətində olan Naxçıvan şəhəri, Hüseyn Cavid 28 A ünvanında yerləşən yaşayış evindən məcburi qaydada çıxarılmaları barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə iddiaçı məhkəmə iclasına gəlməmiş və bu barədə məhkəməyə teleqram göndərərək məhkəmə iclaslarını onun iştirakı olmadan vəkili və nümayəndəsi Vəkil1 iştirakı ilə keçirilib tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilən iş üzrə iddiaçının vəkili və nümayəndəsi Vəkil1 izahatında iddianı müdafiə etdiyini, nümayəndəsi və vəkili olduğu İddiaçı ilə cavabdeh arasında 01 noyabr 2018-ci il tarixdə Naxçıvan şəhəri Hüseyn Cavid 28 A ünvanında yerləşən fərdi yaşayış evinin nisyə alğı-satqı müqaviləsinin bağlandığını, müqavilə əsasında cavabdeh tərəfdən hər ay 600 manat, hər ilin sonunda 10000 manat olmaqla 60 ay müddətinə ümumilikdə 60000 manat pul verilməsinin nəzərdə tutulduğunu, lakin cavabdehin bu müqavilənin şərtlərini pozduğunu və hər ay iddiaçıya ödəməli olduğu 600 manat pulu ödəmədiyini, tərəflər arasında olan mübahisənin bundan qaynaqlandığını, hətta iddiaçı cavabdehi bundan əvvəl ilk məhkəməyə verən zaman özünün də vasitəçilik edərək tərəfləri barışdırdığını, lakin həmin məhkəmədən sonra cavabdehin yenidən öhdəliyi pozduğuna görə iddiaçının yenidən iddia qaldırdığını, iddiaçının bu dəfə fikrinin tam qəti olduğunu və cavabdehin mənzildən çıxarılmasını tələb etdiyini, bu günə qədər cavabdeh tərəfindən iddiaçıya 27000 manat pul ödənildiyini, lakin iddiaçının dediyinə görə isə 25899 manat pul ödənildiyini, cavabdehin bununla bağlı iddia qaldırıb öz pulunu iddiaçıdan tələb edə biləcəyini göstərərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilən Cavabdeh izahatında iddianı qəbul etmədiyini, dəfələrlə “evin sənədini göndərsin deyə” iddiaçıya müraciət etdiyini, evin kanalizasiya xəttini düzəltdirdiyini, lakin iddiaçının buna yanaşmadığını, iddiaçının anasının Naxçıvan şəhərində, özünün isə Bakı şəhərində yaşadığını, iddiaçı ona “evi boşalt ver anamgilə” dediyini, sonra iddiaçının anasının onlara gəldiyini və hər ay iddiaçıya 300 manat pul ödəyəcəyi barədə razılaşdıqlarını, sonra polis şöbəsindən çağırdıqlarını və iddiaçının orada onu təhqir etdiyini, nalayiq sözlər işlətdiyini, iddiaçının hər ay 300 manat pulun ona ödənilməsinə razı olmadığını bildirdiyini, həmin zaman iddiaçıya maddi vəziyyətinin aşağı olduğundan 3-5 ay müvəqqəti 300 manat pul ödəyəcəyini dediyini, iddiaçının bununla razılaşmadığını və evdən çıxmaqlarını xahiş etdiyini, 2021-ci ilin noyabr ayından iddiaçıya ödəmə aparmadığını, evdən çıxmaq müqabilində qarşı tərəfə ödədiyi pulu qaytarmalı olduğunu göstərərək iddianın rədd olunmasını xahiş etdi. İş üzrə cavabdehin vəkili Vəkil2 iddiaçının burada əsas niyyətini pərdələyərək cavabdehi evdən çıxarmaq və həmin evi baha qiymətə başqasına satmaq olduğunu, çünki cavabdeh iddiaçı tərəflə razılaşmış və hər ay 600 manat yox, 300 manat ödəyəcəyini bildirmiş, iddiaçı isə sonradan cavabdehə zəng edərək ümumiyyətlə ödənişi dayandırmağını tələb etmiş, cavabdehin də iddiaçının bu tələbinə əsasən ödəniş etməyi dayandırdığını, hətta bununla bağlı iddiaçının səs yazılarının da mövcud olduğunu, hətta cavabdehin özü də 4 ay maddi vəziyyətinin aşağı olduğundan ödəniş etmədiyini və sonradan iddiaçıya birdəfəlik 2500 manat pul ödədiyini qeyd etdiyini, burada bir ailənin yaşayış evindən məcburi çıxarılmasından və cavabdehin bu günə qədər iddiaçıya ödədiyi pulların aqibətinin necə olmasından söhbət getdiyini göstərərək iddianın rədd olunmasını xahiş etdi. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı, ******* nömrəli çıxarışın notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, Naxçıvan şəhəri, H.Cavid küçəsi. Ev 28A ünvanında 0.0130 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 55.74 kv.m olan fərdi yaşayış evi İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 18/22 nömrəli reyestr kitabının 4338 nömrəli vərəqində 07 iyun 2017-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının 2 №-li Sahə İƏDÜN-nin 25 noyabr 2021-ci il tarixli, 01/4431 nömrəli arayışına əsasən İddiaçı həqiqətən Naxçıvan şəhəri, H.Cavid küçəsi. Ev 28 A ünvanının sahibidir, lakin həmin ünvanda yaşamır. İş materiallarında olan İddiaçı AZE 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin notariat qaydada təsdiq edilmiş surətindən görünür ki, o, ünvan 5 ünvanında qeydiyyatdadır. İş materiallarında olan ünvan 6 İƏDÜN-nin 06 dekabr 2021-ci il tarixli, 11 nömrəli arayışına əsasən Cavabdeh həqiqətən Kəngərli rayon Təzəkənd kəndində qeydiyyatdadır. İş materiallarında olan 01 noyabr 2018-ci il tarixli Sazişdən (fərdi yaşayış evinin nisyə alğı-satqısı haqqında müqavilə) görünür ki, İddiaçı ilə Cavabdeh arasında müqavilə bağlanmış, İddiaçı Naxçıvan şəhəri, Hüseyn Cavid, 28A-da yerləşən fərdi yaşayış evini nisyə alğı-satqı müqaviləsi əsasında hər ay üzrə 600 (altı yüz) manat olmaqla, hər ilin sonunda 10000 (on min) manat almaqla 5 il (60 ay) müddətinə, ümumilikdə 60000 (altmış min) manata Cavabdeh satılmasına razılıq verməyi, onun evdən istifadə etməyini, yaşamağa şarait yaratmağı, Cavabdeh isə X2 Naxçıvan şəhəri, Hüseyn Cavid, 28A-da yerləşən fərdi yaşayış evini nisyə alqı-satqı müqaviləsi əsasında hər ay üzrə 600 (altı yüz) manat olmaqla, hər ilin sonunda 10000 (on min) manat ödəməklə 5 il (60 ay) muddətinə, ümumilikdə 60000 (altmış min) manata almağı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421-ci (müqavilənin dəyişdirilməsi və ləğv edilməsi asasları) maddəsinin tələbini tam şəkildə yerinə yetirməyi, müqavilə öhdəliklərindən irəli gələn tələblərin pozulduğu təqdirdə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən məhkəməyə müraciət etməyi, məhkəmə orqanlarında iddiaçı və ya cavabdeh qismində mülki işin tərəfi kimi iştirak etməyi, müqavilənin şərtlərini pozduğu təqdirdə maddi və mənəvi məsuliyyət daşıyacaqları və yuxarda göstərilən şərtlər müqabilində, müqavilə öhdəliklərini tam şəkildə yerinə yetirməyi öz öhdələrinə götürmüşlər. Məhkəmə iş üzrə tərəflərin verdiyi izahatları və təqdim edilmiş iş materiallarını hərtərəfli, tam və obyektiv araşdıraraq və onlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı mülkiyyətində olan Naxçıvan şəhəri, Hüseyn Cavid 28 A ünvanında yerləşən yaşayış evindən Cavabdeh və onun ailə üzvlərinin məcburi qaydada çıxarılmalarına dair iddiası təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin MH seriyalı, ******* nömrəli çıxarışına əsasən ünvan 7 ünvanında 0.0130 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 55.74 kv.m olan fərdi yaşayış evi İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 18/22 nömrəli reyestr kitabının 4338 nömrəli vərəqində 07 iyun 2017-ci il tarixdə qeydiyyata alınmış, 01 noyabr 2018-ci il tarixdə İddiaçı ilə Cavabdeh arasında (fərdi yaşayış evinin nisyə alğı-satqısı haqqında) müqavilə bağlanmış, İddiaçı Naxçıvan şəhəri, Hüseyn Cavid, 28A-da yerləşən fərdi yaşayış evini nisyə alqı-satqı müqaviləsi əsasında hər ay üzrə 600 (altı yüz) manat olmaqla, hər ilin sonunda 10000 (on min) manat almaqla 5 il (60 ay) müddətinə, ümumilikdə 60000 (altmış min) manata Cavabdeh satılmasına razılıq verməyi, onun evdən istifadə etməyini, yaşamağa şarait yaratmağı, Cavabdeh isə İddiaçı Naxçıvan şəhəri, Hüseyn Cavid, 28A-da yerləşən fərdi yaşayış evini nisyə alqı-satqı müqaviləsi əsasında hər ay üzrə 600 (altı yüz) manat olmaqla, hər ilin sonunda 10000 (on min) manat ödəməklə 5 il (60 ay) muddətinə, ümumilikdə 60000 (altmış min) manata almağı öhdəsinə götürmüş, lakin cavabdeh 2021ci ilin noyabr ayından ödəməni dayandırmış, öhdəliyi pozmuş, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq pulu ödəməkdən boyun qaçırmışdır. Cavabdeh haliyədə ailə üzvüləri ilə birlikdə iddiaçının mülkiyyətində olan ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evində yaşayır. İddiaçı isə cavabdehdən həmin yaşayış evindən çıxarılmasını tələb edir. Məhkəmə ik növbədə mübahisənin həlli ilə əlaqədar aşağıda göstərilən qanunverici normaları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-ci maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə müvafiq olaraq Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Hüquqi dövlət və demokratik cəmiyyətdə mülkiyyətin tam həcmdə müdafiəsi ali dəyərlərdən biri kimi qiymətləndirilir. Konstitusiya mülkiyyət hüququnu təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına da zəmanət vermişdir. Məhz buna görə mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Konstitusiyanın 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinin tələblərinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinin tələblərinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 228.2-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla), daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir (Mülki Məcəllənin 146.1, 146.2 və 178.1-ci maddələri). Qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiət etibarilə nəinki mülkiyyətçinin hüquqi cəhətdən təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Həmçinin, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, cavabdehin həmin mənzildə ailə üzvləri ilə birlikdə iddiaçının razılığı əsasında müvəqqəti yaşamaları sonuncunun mənzildən istifadə hüququnu yaratmır. Belə ki, qanunvericiliyin tələblərinə əsasən cavabdehlərin istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı və yalnız mülkiyyətçi ilə bağlanan notariat qaydasında olan razılaşma olduğu halda yarana bilərdi ki, məhkəmə iclasında tərəflər arasında belə bir razılaşmanın olması müəyyən edilmədi. Göründüyü kimi tərəflər arasında (fərdi yaşayış evinin nisyə alğı-satqısı haqqında) müqavilə bağlanmış müqavilə bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Cavabdeh öhdəliyi yerinə yetirmədiyinə görə və haliyədə ailəsi ilə birlikdə iddiaçının mülkiyyətində olan Naxçıvan şəhəri, Hüseyn Cavid, 28A-da yerləşən fərdi yaşayış evində yaşadığından iddiaçı ozünə məxsus fərdi yaşayış evindən cavabdehin və onun ailə üzvlərinin məcburi qaydada çıxarılmaları tələb edir. Cavabdeh isə ona məxsus fərdi yaşayış evindən çıxmaqdan, iddiaçıya məxsus evi boşaltmaqdan imtina etdiyindən iddiaçı məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə baxışında Cavabdeh qaldırılmış iddia tələbinə etirazını bildirsə də, etirazlarının əsası kimi istinad etdiyi hallara dair məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” işi üzrə 17.01.1970-ci il tarixli qərarı; “Piersack Belçikaya qarşı” iş üzrə 01.10.1982-ci il tarixli qərarı; “X8rşı” işi üzrə 26.10.1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Beləliklə məhkəmə, mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı iddiası təmin edilməli, Cavabdeh Raşid oğlu ailə üzvləri ilə birlikdə İddiaçı mülkiyyətində olan Naxçıvan şəhəri, Hüseyn Cavid 28 A ünvanında yerləşən yaşayış evindən məcburi qaydada çıxarılmalıdır. Eyni zamanda məhkəmə cavabdehə izah edir ki, İddiaçı ilə aralarında (fərdi yaşayış evinin nisyə alğı-satqısı haqqında) bağlanmış müqaviləyə əsasən ona ödədiyi pul vəsaitinin qaytarılması tələbi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququ vardır. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Çünki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216- 220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh Raşid oğlu ailə üzvləri ilə birlikdə İddiaçı mülkiyyətində olan Naxçıvan şəhəri, Hüseyn Cavid 28 A ünvanında yerləşən yaşayış evindən məcburi qaydada çıxarılsın. İddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Cavabdehə izah edilsin ki, iddiaçı ilə aralarında (fərdi yaşayış evinin nisyə alğısatqısı haqqında) bağlanmış müqaviləyə əsasən ona ödədiyi pul vəsaitinin qaytarılması tələbi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququ vardır. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zülfüqar Əhmədov
Məhkəmə qərarları › İş №e-2(111)-57/2022
Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(111)-57/2022
07.04.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver