Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-1028/2023 03.08.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi (vəkili) Nümayəndə, cavabdehlərin nümayəndəsi (vəkili) X3, müstəqil tələb irəli sürməyən üçün şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «qəza çıxışının bağlanmasının qanunsuz hesab edilməsi və cavabdehlərin hesabına sökülərək, çıxış ehtiyat qapısının əvvəlki vəziyyətə gətirilməsi, yolun bağlanması üçün quraşdırılmış jalüzün cavabdehlərin öz hesabına sökülməsi, ümumi istifadədə olan yoldan istifadə ilə əlaqədar cavabdehlərin özbaşına və qanunsuz müdaxilələrinə son qoyulması öhdəliyinin qoyulması, qəza çıxışının qanunsuz bağlanması nəticəsində vurulmuş mənəvi zərərin ödənilməsi, qeyri-yaşayış binasından istifadə və sahibliklə əlaqədar müdaxilənin cavabdehlərə və üçüncü şəxslərə qadağan edilməsi, qeyri-yaşayış binasından sərbəst istifadə və sahibliklə bağlı istənilən maneənin aradan qaldırılması, binaya dair iddiaçının həyata keçirmək istədiyi hərəkətlərə müdaxilənin qarşısının alınması» tələbi barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülkiyyət hüququ ilə İddiaçı məxsus olan, Gəncə şəhəri, X8 prospekti, 42 ünvanında yerləşən qeyri-yaşayış binasının qəza çıxışının çöl hissədən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən qanunsuz, özbaşına qaynaqla və mişar daşı ilə (və ya hər hansı bir tikinti materialı ilə) bağlanmasının qanunsuz hesab olunması, həmin qeyri-yaşayış binasının qəza çıxışının çöl hissədən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən qanunsuz, özbaşına qaynaqla və mişar daşı ilə (və ya hər hansı bir tikinti materialı ilə) bağlanmasının cavabdehlərin öz hesablarına sökülməsi və çıxış ehtiyat qapısının əvvəlki vəziyyətə gətirilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması (yenidən bərpa olunması), həmin qeyri-yaşayış binasının qəza çıxışının çöl hissəsinə gedən və ümumi istifadədə olan yolun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən qanunsuz, özbaşına bağladıqları və quraşdırdıqları jalüzün cavabdehlərin öz hesablarına sökülməsi, Dövlətin mülkiyyətində olan və tərəflərin ümumi istifadəsində olan torpaq sahəsindən sərbəst istifadə olunması, hər hansı maneələr qoyulmadan rahat şəkildə ümumi maraqlar naminə istifadə edilərkən cavabdehlərin hər hansı bir özbaşına və qanunsuz müdaxilələrinə son qoyulması öhdəliyinin onların üzərinə qoyulması, həmin qeyri-yaşayış binasının qəza çıxışının çöl hissədən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən qanunsuz, özbaşına qaynaqla və mişar daşı ilə (və ya hər hansı bir tikinti materialı ilə) bağlanması nəticəsində vurulmuş 5.000 manat mənəvi ziyanın cavabdehlərdən müştərək qaydada alınaraq (tutularaq) İddiaçı xeyrinə ödənilməsi (verilməsi), həmin qeyri-yaşayış binasının mülkiyyətçisinin mülkiyyətindən istifadə və sahibliklə bağlı hər hansı bir müdaxilənin cavabdehlərə və digər üçüncü şəxslərə qadağan edilməsi, qeyri-yaşayış binasından sərbəst istifadə və sahibliklə bağlı istənilən maneələrin aradan qaldırılması və binaya dair iddiaçının həyata keçirmək istədiyi bütün hərəkətlərə cavabdehlər və digər istənilən üçüncü şəxslərin hər hansı müdaxilələrinin qarşısının alınmasına dair onların üzərinə öhdəlik qoyulması, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 171 manat məbləğində pul vəsaitinin cavabdehlərdən alınaraq (tutularaq) iddiaçıya ödənilməsi (verilməsi) tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmədə iddianı müdafiə edərək, göstərdi ki, Gəncə şəhəri, Kəpəz rayonu, X8 prospekti, 42 ünvanında yerləşən qeyri-yaşayış binası mülkiyyət hüququ ilə ona məxsusdur. Eyni zamanda, bu qeyri-yaşayış binasının texniki pasportu da qeydiyyat orqanı tərəfindən hazırlanaraq təqdim olunmuşdur. Göstərilən mülkiyyət obyekti onun mülkiyyətinə müvafiq vərəsəlik hüquq münasibətlərindən irəli gələrək əldə olunmuşdur. Cavabdehlərdən Cavabdeh1 məxsus olan qeyri-yaşayış binası da ona məxsus olan mülkiyyətlə qonşu sahələrdir. Onlar arasında olan məsafə nə uzaq, nə də tam bitişik deyildir. Tərəflər arasında mülkiyyətlərdən istifadə, onlara giriş-çıxış və bu kimi digər xüsusatlar hər bir mülkiyyət sahibinə şəxsən maneəsiz mənsubdur. Lakin onun mülkiyyətində olan qeyri-yaşayış binasının arxa hissəsində qəza çıxışı üçün nəzərdə tutulan qapısı vardır. Bu çıxış, onun mülkiyyətində olan qeyri-yaşayış binasının yanğın, partlayış və istənilən digər xoşagəlməz hadisələr zamanı orada olan şəxslərin rahat təxliyyəsi üçün nəzərdə tutulmuşdur. Göstərilən çıxış qapısı hələ vaxtı ilə tikilinin köhnə texniki sənədlərində birbaşa öz əksini tapmışdır. Çıxış qapısından istifadə edərək obyektdən çölə çıxdıqda, orada yerləşən torpaq sahəsi mülkiyyət hüququ ilə Dövlətə məxsus olan bir ərazidir. Eyni zamanda, torpaq sahəsinə hər iki qeyri-yaşayış binasının qarşısından istifadə etməklə və onların aralarında olan, hər iki tərəfin uzun müddətdir ki, istifadələrində olan istifadə olunmaqla keçilir. Yəni onunla cavabdehə qeyri-yaşayış sahələrinin arasında olan torpaq sahəsi ancaq mülkiyyət hüququ ilə Dövlətə məxsusdur. O da həmin qəza çıxışından istifadə edərkən, haqqında danışılan torpaq sahəsinə və eləcə də tikilinin çöl hissəsindən qəza çıxışına gəlib çatmaq üçün hər iki tərəfin ümumi istifadəsində olan yoldan istifadə edir. Bütün qeyd olunanlara baxmayaraq, cavabdehlər birləşərək 24 may 2021-ci il tarixdə heç bir əsas olmadan, hər hansı bildiriş və ya xəbərdarlıq etmədən ona məxsus olan qəza çıxışını çöl tərəfdən özbaşına qaynaqlayaraq bağlamışlar. Bundan qabaq isə qapının çöl tərəfi onlar tərəfindən özbaşına olaraq mişar daşından və ya kərpicdən istifadə etməklə hörülmüş, daha da bərkidilmiş və sonda da, qeyd olunan qaynaqla daha da bərkidilmişdir. Bununla da cavabdehlər onun mülkiyyətinə birbaşa olaraq, özbaşına həm müdaxilə etmişlər, həm də bu hərəkətləri ilə ona ziyan vurmuşlar. Göstərilən xüsusatla bağlı onun müvafiq şikayəti əsasında X5 Nəzarəti Əmakdaşları yerdə baxış keçirərək, 03 iyun 2021-ci il tarixli akt tərtib etmişlər. Həmin aktla bir daha təsdiq olunmuşdur ki, cavabdehlər ona məxsus qeyri-yaşayış binasının ehtiyat çıxışını özbaşına bağlamışlar və onlara aid olan inşaat materialları yığmışlar. Qeyd olunan aktın tərtib olunmasından sonra, X5 İdarəsinin rəisi Natiq Piriyev tərəfindən Cavabdeh1, Gəncə şəhər Kəpəz rayon Bələdiyyəsinin sədrinə və Gəncə şəhər Kəpəz rayon İcra Hakimiyyətinin Başçısına 16 iyun 2021-ci il tarixdə eyni məzmunlu rəsmi müraciətlər edərək, ehtiyat qapısının bağlanmasının qanunsuz hesab olunması, bir çox təhlükələr yaratması və s. bu kimi digər halların aradan qaldırılması ilə bağlı tələblər irəli sürülmüşdür. Həmin məktubların verilməsi ilə əlaqədar, əlavə olaraq o, həm də X5 Nəzarət İdarəsinin 16 iyun 2021-ci il tarixli 37/A-00969 nömrəli məktubu ilə məlumatlandırılmışdır. Bundan başqa, 03 iyun 2021-ci il tarixli Akt tərtib olunarkən cavabdehin qeyd olunan torpaq sahəsini icarəyə götürməsi barədə məlumat verilmişdir. Qeyd olunan məlumatı şifahi qaydada digər Cavabdeh2 bildirmişdir. Bu səbəbdən, o, qeyd olunan torpaq sahəsinin bələdiyyə mülkiyyətində olub-olmamasının dəqiqləşdirilməsi üçün rəsmi müraciət etmişdir. Onun müraciətinə Kəpəz Bələdiyyəsinin 16 iyun 2021-ci il tarixli, A-846 nömrəli cavab məktubu ilə bildirilmişdir ki, müraciətin cavablandırılması DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinin 10 iyun 2021-ci il tarixli **********44 nömrəli məktubu ilə müəyyənləşdirilmişdir. DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsi 10 iyun 2021-ci il tarixli **********44 nömrəli məktubuna əsasən də haqqında danışılan torpaq sahəsinin yaşayış məntəqələrinin torpaqları olmaqla, məqsədli növünün sahibkarlıq, mülkiyyət növünun isə Dövlətə məxsus olduğu aşkarlanmışdır. Göstərilən halların dəqiqləşdirilməsi və bir daha müəyyləşdirilməsi üçün DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinin əməkdaşları 29 iyun 2021-ci il tarixdə mübahisəli əraziyə baxış keçirmişlər. Artıq baxış zamanı cavabdehlər nəinki qeyri-yaşayış binasının ehtiyat çıxış qapısını, ümumiyyətlə ona məxsus olan binanın arxa hissəsinə keçmək üçün nəzərdə tutulan torpaq sahəsinin giriş hissəsindən jalüz quraşdırmaqla, ümumi girişi də bağlamışlar. Bununla da cavabdehlər daha da irəli gedərək bu dəfə ona mü lkiyyət hüququ ilə məxsus olan binanın arxa hissəsinə keçməyə imkan verən yolu da özbaşına zəbt etmişlər. Bu səbəbdən 29 iyun 2021-ci il tarixli yeni akt tərtib olunmuş və hətta cavabdehlərdən Cavabdeh2 aktı imzalamaqdan imtina etmişdir. Digər Cavabdeh1 isə qəsdən həmin baxışda iştirak etməkdən boyun qaçıraraq, bütün işlərin Nofəl tərəfindən yerinə yetirilməsini tapşırmışdır. Buna görə Cavabdeh2 həmin aktı qəsdən imzalamamışdır. Bununla bağlı əlavə imtina aktı tərtib edilmişdir. Bu aktın tərtin olunmasından sonra Azərbaycan Respublikası ƏMDK yanında X1 Təşkili üzrə Dövlət Agentliyinin 12 iyul 2021-ci il tarixli **********83 nömrəli məktubu ilə ona ətraflı məlumat verilmiş, ümumilikdə 0,19 hektar torpaq sahəsinin Cavabdeh2 tərəfindən torpaq qanunvericiliyinin tələblərinə zidd olaraq hasarlanması və orada talvar tikilməsi faktının öz təsdiqini tapması, bununla bağlı müvafiq tədbirlərin görülməsi ilə əlaqədar müvafiq Dövlət orqanlarına rəsmi müraciət və göstərişlərin verilməsi barədə bildirilmişdir. Bütün bu qeyd olunanlara baxmayaraq, cavabdehlər yenə də qanunsuz əməllərindən çəkinməmiş və bu qanunsuz hərəkətlərini davam etdirmişlər. O məcbur olub, bu dəfə X5 Nəzarəti İdarəsinə rəsmi qaydada müraciət etmişdir. Yenə də həmin İdarənin 11 avqust 2021-ci il tarixli 37/A- 01260 nömrəli növbəti məktubu ilə bildirilmişdir ki, nöqsanların aradan qaldırılması istiqamətində bir çox müraciətlər olunmuş və bu barədə müvafiq tədbirlərin görülməsi tələb olunmuşdur. Həmçinin cavabdehlər öz əməllərini ört-basdır etmək üçün, onlardan Cavabdeh1 hazırki iş üzrə üçüncü şəxslə təcili haqqında danışılan torpaq sahəsinin icarəyə götürülməsi barədə 30 avqust 2021-ci il tarixli 736 nömrəli müqavilə bağlamışdır. Ancaq müqavilə bağlanarkən müqavilə tərəfi olan üçüncü şəxs torpaq sahəsini monitorinq etməmiş, qeyd edilən icarə müqaviləsinin bağlanmasının hansı məqsədlərlə bağlandığını bilmədən belə bir addım atmışdır. Onun müvafiq müvafiq məktub və şikayətlərindən sonra üçüncü şəxs bilmişdir ki, cavabdeh həmin icarə müqaviləsindən sui-istifadə etmiş, ona məxsus olan mülkiyyətə özbaşına, qanunsuz və əsassız olaraq müdaxilə etmiş, nəticədə onun konstitusion hüquqları pozulmuşdur. Bunun üçün də üçüncü şəxs yerində yoxlama aparmış və müəyyən etmişdir ki, qeyd edilən icarə müqaviləsinin qüvvədə saxlanılması artıq onun mülkiyyət hüquqlarını pozacaqdır. Bunun üçün də icarə müqaviləsinin 05 noyabr 2021-ci il tarixli 178 nömrəli Sərəncamının ləğv olunması istiqamətində bir çox hüquqi prosedurları yerinə yetirməyə başlamışdır. Belə ki, ƏMDX-nin 08 oktyabr 2021-ci il tarixli **********88 nömrəli məktubu ilə cavabdehlərdən Cavabdeh1 rəsmi qaydada müraciət olunaraq bildirilmişdir ki, ona sərbəst istifadəyə və qəza çıxışının açılmasına şəraitin yaradılmalı, bu kimi qanunvericilikdə nəzərdə tutulan tələblərə əməl olunmalıdır. Əks təqdirdə bağlanmış icarə müqaviləsinin ləğvi üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada tədbir görüləcəkdir. Göstərilən məktuba da əhəmiyyət verilmədiyindən hazırki iş üzrə ƏMDX tərəfindən Cavabdeh1 ilə bağlanmış icarə müqaviləsi 05 noyabr 2021-ci il tarixli 178 nömrəli Sərəncamla ləğv edilmişdir. Bu barədə də İdarənin 23 noyabr 2021-ci il tarixli **********67 nömrəli məktubu ilə rəsmi qaydada bildirilmişdir. Eyni zamanda, 3 saylı Gəncə Ərazi İdarəsinin 23 dekabr 2021-ci il tarixli **********15 nömrəli mnəktubu ilə bildirilmişdir ki, cavabdehlərdən Cavabdeh1la bağlanmış 30 avqust 2021-ci il tarixli 736 nömrəli icarə müqaviləsi 05 noyabr 2021-ci il tarixli Sərəncamla ləğv edilmiş və Cavabdeh1 verilmiş 10 sentyabr 2021-ci il tarixli çıxarışın ləğvi ilə bağlı qanunvericiliyin tələblərinə uyğun tədbirlər həyata keçirilir. Bütün bu xüsusatlar ƏMDX-nin 29 dekabr 2021ci il tarixli **********52 nömrəli yeni məktubu ilə də öz təsdiqini bir daha tapmışdır. Daha sonra Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDRX publik hüquqi şəxsinin 26 yanvar 2022-ci il tarixli, **********12 nömrəli məktubu ilə ona bildirilmişdir ki, Cavabdeh1 ilə bağlanmış icarə müqaviləsi ləğv edilmiş və bu barədə daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatın aparılması barədə bildirilmişdir. Həmçinin qeyd olunan məktubla eyni məzmunlu bir daha 16 iyun 2022-ci il tarixli **********95 nömrəli əlavə məktub da verilmişdir ki, bu da 22 yanvar 2022-ci il tarixli məktubu bir daha təsdiq etmişdir. Qeyd olunan halların araşdırılması həmçinin Gəncə şəhər İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsinin 23 dekabr 2021-ci il tarixli, A-162- 008 nömrəli məktubu ilə bir daha təsdiq olunmuşdur ki, iona məxsus olan ehtiyat çıxış qapısı tam bağlanmış və oradan sərbəst hərəkətin məhdudlaşdırılması bir daha müəyyən olunmuşdur. Bu səbəbdən, qeyd olunan ehtiyat çıxışının açılmasının Memarlıq və Tikinti Şöbəsi tərəfindən etiraz olunmadığı göstərilmişdir. Daha sonra, X5 Nəzarəti İdarəsinin 07 aprel 2022-ci il tarixli 37/A-00478 nömrəli məktubu ilə bildirilmişdir ki, Cavabdeh1la bağlanmış icarə müqaviləsinin ləğvi səbəbindən, onun adına verilmiş çıxarışın və torpaq sahəsinin plan və ölçüsünün ləğv olunduğu, bu barədə də müvafiq müvafiq tədbirlərin görülməsinin təmin olunması bildirilmişdir. Qeyd olunanlardan başqa, cavabdehlərin qanunsuz hərəkətləri bu gün də davam etməkdədir. Həm onun mülkiyyətinə müdaxilə olunmuş, həm ona maddi ziyan dəymiş, həm də cavabdehlərin bu hərəkətləri nəticəsində ona məxsus olan qeyri-yaşayış obyektini digər üçüncü icarə hüququ ilə vermək mümkün olmamışdır. Çünki cavabdehlərin bu hərəkətləri digər şəxslərin həmin sahədən istifadə olunmasını qeyri-mümkün etməklə yanaşı, onun gözlənilən gəlirlərdən əsassız olaraq məhrum olunduğunu özündə göstərir. Bütün bunlar onu bildirir ki, ona məxsus olan binanın ehiyat qəza çıxışının cavabdehlər tərəfindən qanunsuz və özbaşına qaynaqlanaraq, sonradan da mişar daşı və ya kərpicdən istifadə edilməklə hörülməsi cavabdehlərin hesabına sökülərək əvvəlki vəziyyətə gətirilməli, vurulmuş mənəvi ziyan ödənilməli və mülkiyyət hüququna qarşı cavabdehlərin hər hansı müdaxiləsi və ya maneənin aradan qaldırılması barədə məhkəmə qətnaməsi çıxarılmalıdır. Çünki cavabdehlərin bu günə qədər də bu qanunsuz və özbaşına hərəkətlərinin davam etməsi və heç bir qanunvericiliyi və dövlət orqanlarının tələb və göstərişlərini nəzərə almamalarının qarşısı alınmalıdır. Sonda İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə məhkəmədə iddiaçının izahatını müdafiə edərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehlərin nümayəndəsi (vəkili) E.O.Osmanov məhkəmədə iddianı qəbul etməyərək, bildirdi ki, hazırda iddiaçının maneənin aradan qaldırılmasını tələb etdiyi torpaq sahəsi hüquqi və fiziki şəxslərin istifadəsinə verilmiş torpaq sahəsinin icarəyə verilməsi barədə 30 avqust 2021-ci il tarixli 736 nömrəli müqaviləyə əsasən Cavabdeh1 icarəyə verilmişdir. Həmin müqavilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 05 noyabr 2021-ci il tarixli, 178 nömrəli sərəncamı ilə, Gəncə şəhəri, Kəpəz rayonu, Xətai prospekti ilə Məmməd Xələfov küçəsinin kəsişməsində yerləşən 700,0 kv.m torpaq sahəsinə dair ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti arasında bağlanmış 30 avqust 2021-ci il tarixli, 736 nömrəli icarə müqaviləsi 26 oktyabr 2021-ci il tarixdən ləğv edilmişdir. Cavabdeh1 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 25 noyabr 2021-ci il tarixli Sərəncamının ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin 2- 1(114)-755/2022-ci il tarixli 1 iyun 2022-ci il tarixli qərarı ilə iddia təmin edilərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 25 noyabr 2021-ci il tarixli, 178 nömrəli sərəncamı ləğv edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(104)-444/2022 nömrəli 22 noyabr 2022-ci il tarixli qərarla üçüncü şəxs və cavabdehin apellyasiya şikayətlərini təmin etməmiş, birinci instansiya məhkəməsinin 1 iyun 2022-cu il tarixli qərarını dəyişdirmədən saxlamışdır. Bundan sonra Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 02 may 2023-cü il tarixli 2-1(102)-925/2023 nömrəli qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(104)-444/2022 nömrəli 22 noyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Hazırda da həmin torpaq sahəsi Cavabdeh1 qanuni istifadəsindədir və həmin torpaq sahəsindən Cavabdeh1 istədiyi qaydada istifadə etməkdə, jalüzlə torpaq sahəsini mühafizə etməkdə haqlıdır. Lakin cavabdehlər heç vaxt iddiaçının mülkiyyətinə müdaxilə etməmiş və iddiaçıya aid tikilinin qapısını bağlamamışlar. Buna görə də iddia tələbi əsassızdır. Sonda E.O.Osmanov iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Müstəqil tələb irəli sürməyən üçün şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi M.A.Hüseynov iddianın təmin və ya rədd olunması məsələsinin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Gəncə Şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişlər. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını və tərəflərin nümayəndələrini, habelə müstəqil tələb irəli sürməyən üçün şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Cavabdeh1 ünvanlanmış 08 oktyabr 2021-ci il tarixli **********88 nömrəli məktubdan görünür ki, İddiaçı mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Ş.İ.Xətai prospekti, 42 ünvanındalı qeyri-yaşayış obyektinin ehtiyat qəza çıxış qapısının qarşısındakı dövlət mülkiyyətində olan torpaq sahəsi Cavabdeh1 tərəfindən istifadə edilməsi səbəbindən həmin qəza çıxış qapısından istifadə edilməsinin mümkünsüz olduğu barədə şikayəti daxil olmuşdur. Qeyd edilən torpaq sahəsi hazırda bağlanılmış icarə müqaviləsi əsasında Cavabdeh1 tərəfindən istifadə edildiyi və yaranmış mübahisənin tərəflər arasında həll edilməsinin məqsədəuyğun olduğu üçün İddiaçı mülkiyyətində olan obyektinin ehtiyat qəza çıxışından sərbəst istifadə etməsinə şərait yaradılması tələb olunur. Əks halda bağlanılmış icarə müqaviləsinin birtərəfli qaydada ləğv edilməsi üçün qanunamüvafiq qaydada tədbirlərin görülməsinə zərurət yaranacağı barədə Cavabdeh1 xəbərdarlıq edilmişdir. İş materiallarında olan 03 iyun 2021-ci il tarixli aktın surətindən görünür ki, X6 Yanğın Nəzarət İdarəsinin YTNİŞ-nin əməkdaşları tərəfindən Gəncə şəhəri, Ş.İ.Xətai prospekti, 42 ünvanında yerləşən obyektə baxış keçirilmişdir. Həmin ünvanda İddiaçı məxsus 1 mərtəbəli obyekt yerləşir. Obyektin arxa ehtiyat çıxış qapısının qarşı tərəfi icarə əsasında «Azərbaycan» inşaat materialları mağazasına verilmişdir. Vətəndaşa məxsus obektin arxa tərəfinin ehtiyat çıxış qapısı qonşu obyektin sahibi tərəfindən qaynaq olunaraq bağlanmışdır və inşaat materialları yığılmışdır. İşdə olan 29 iyun 2021-ci il tarixli aktların surətlərindən görünür ki, Gəncə şəhəri, Ş.İ.Xətai prospekti, 42 ünvanında qeyri-yaşayış obyektinə baxış keçirilmişdir. Baxış zamanı İddiaçı mülkiyyətində olan qeyri-yaşayış obyektinin arxa çıxış qapısının mişar daşı ilə hörülərək bağlanıldığı, arxa çıxış qapısının qarşısında Dövlət mülkiyyətində olan torpaq sahəsi üzərində qonşuluqda yerləşən «Azərbaycan» İnşaat materialları mağazasının sahibkarı tərəfindən inşaat materialları yığılması və talvar quraşdırılaraq Dövlət mülkiyyətində olan torpaq sahəsinin zəbt edilməsi, eyni zamanda İddiaçı məxsus obyektin arxa giriş qapısına gedən yola Jalüz darvaza qoyularaq məhdudlaşdırıldığı aşkar olunmuşdur. «Azərbaycan» İnşaat materialları mağazasının nümayəndəsi Cavabdeh2 sözügedən torpaq sahəsi üzərində quraşdırılan talvarların və inşaat materialları yığılmış torpaq sahəsinin Gəncə şəhəri, Kəpəz rayonu, Kəpəz bələdiyyəsinin 25 dekabr 2005-ci il tarixli 73 nömrəli sərəncamına əsasən Cavabdeh1 20 il müddətinə icarəyə verildiyini bildirmiş və həmin sənədləri təqdim etmişdir. Eyni zamanda İddiaçı tərəfindən sözügedən torpaq sahəsinin mülkiyyət növü ilə bağlı Kəpəz bələdiyyəsinə və DƏDRX-nin 3 saylı ərazi idarəsinə sorğu göndərilmiş, həmin sorğuya cavab olaraq bildirilmişdir ki, sözügedən torpaq sahəsi Dövlət mülkiyyətinə aiddir. Araşdırma zamanı müəyyən olunmuşdur ki, sözügedən ərazidə Cavabdeh2 tərəfindən qeyri-qanuni yolla təxminən 0,19 hektar torpaq sahəsi zəbt edilmişdir. Cavabdeh2 qanunvericiliyin tələbləri izah olunmuş və torpaq sahəsini boşaltması tələb olunmuşdur. Cavabdeh2 həmin aktı izamalaqmdan imtina etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında X1 Təşkili üzrə Dövlət Agentliyinin 12 iyul 2021-ci il tarixli **********83 nömrəli məktubundan görünür ki, İddiaçı Azərbaycan Respublikası Torpaq Məsəlləsinin 103-cü maddəsinin 4-cü bəndinə əsasən, rayonların (şəhərlərin) daxilində torpaq üzərində mülkiyyət, torpaqdan istifadə məsələləri üzrə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərin mübahisələrinə müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə və məhkəmə tərəfindən baxıldığından, İddiaçı aidiyyəti üzrə müraciət etmək hüququ izah edilmişdir. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 23 noyabr 2021-ci il tarixli **********67 nömrəli məktubundan görünür ki, İddiaçı mülkiyyətində olan obyektin ehtiyat qəza çıxış qapısının qarşısındakı torpaq sahəsinin istifadəçisinin həmin çıxışdan istifadə edilməsinə maneələr törətməsi nəzərə alınaraq, sözügedən torpaq sahəsinin icarəçisi – Cavabdeh1 yaranmış mübahisənin tərəflər arasında həll edilməsinin məqsədəuyğun olduğu və İddiaçı məxsus obyektin ehtiyat qəza çıxışından sərbəst istifadə edilməsinə şəraitin yaradılmasının tələb olunduğu barədə xəbərdarlıq məktubu göndərilmişdir. Lakin yaranmış mübahisəli hal tərəflər arasında həll edilməmiş və İddiaçı məxsus obyektin ehtiyat qəza çıxış yolu qeyd edilən torpaq sahəsinin icarəçisi tərəfindən müxtəlif üsullarla kəsilərək, İddiaçı fəaliyyətinə maneələrin törədildiyi barədə Əmlak Məsələləri Dövlət Xidmətinin Gəncə ərazi şöbəsinin məktubu nəzərə alınaraq, Cavabdeh1 ilə sözügedən ünvanda yerləşən 700 kvadrat metr torpaq sahəsinə dair bağlanılmış icarə müqaviləsi Xidmətin 05 dekabr 2021-ci il tarixli 178 nömrəli Sərəncamına əsasən 26 oktyabr 2021-ci il tarixindən ləğv edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 29 dekabr 2021-ci il tarixli **********52 nömrəli məktubundan görünür ki, Cavabdeh1 icarəsində olan torpaq sahəsinə dair bağlanmış 30 avqust 2021-ci il tarixli 178 nömrəli sərəncamına əsasən 26 oktyabr 2021-ci il tarixindən ləğv edilmişdir. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadasrtı və Reyestri publik hüquqi şəxsinin 26 yanvar 2022-ci il tarixli **********12 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə Cavabdeh1 arasında bağlanmış 30 avqust 2021-ci il tarixli 736 nömrəli icarə müqaviləsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti rəisinin 05 noyabr 2021-ci il tarixli 178 nömrəli sərəncamı ilə ləğv edilmişdir. Eyni zamanda bununla bağlı daşınmaz əmlakın dövlət reyestrində bununla bağlı müvafiq qeydiyyat aparılmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadasrtı və Reyestri publik hüquqi şəxsinin 16 iyun 2022-ci il tarixli **********95 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 05 noyabr 2021-ci il tarixli 178 nömrəli Sərəncamına əsasən Gəncə şəhəri, Kəpəz rayonu, Ş.İ.Xətai prospekti ilə M.Xələfov küçəsinin qərb tərəfi ünvanında yerləşən 0,07 hektar torpaq sahəsinə dair Cavabdeh1 ilə bağlanılmış icarə müqaviləsinə xitam verilmiş və həmin torpaq sahəsi üzərində Cavabdeh1 icarə hüququ ləğv edilmişdir. İşdə olan **********57-06301 reyestr nömrəli daşınmaz əmlaka dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, X8 prospekti, 42 ünvanında yerləşən 383,10 kvadrat metr tikiliyə və 0,042590 hektar torpaq sahəsinə İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın Dövlət reyestrində 17 iyun 2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmışdır. İş materiallarında olan **********57-06301 reyestr nömrəli daşınmaz əmlaka dair 09 iyun 2020-ci il tarixdə tərtib edilmiş texniki pasportun surətindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, X8 prospekti, 42 ünvanında yerləşən və İddiaçı mülkiyyətində olan tikilinin arxa hissəsində qapının olması nəzərdə tutulmuşdur. Həmin qeyri-yaşayış binasının ön giriş hissəsi Gəncə şəhəri, Ş.İ.Xətai prospekti istiqamətindədir və qeyd olunan istiqamətdə binaya daxil olmaq üçün hər hansı maneə mövcud deyildir. İşdə olan **********37 reyestr nömrəli əmlaka dair hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan və 30 avqust 2021-ci il tarixli 736 nömrəli müqavilənin surətindən görünür ki, 736 nömrəli, 30 avqust 2021-ci il tarixli müqaviləyə əsasən, icarəyəverən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə «icarəçi» Cavabdeh1 arasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 30 avqust 2021-ci il tarixli, 131 nömrəli sərəncamı əsasında, icarəyə verənin icarəyə verdiyi Gəncə şəhəri, Kəpəz rayonu, Heydər Əliyev prospekti ilə M.Xələfov küçəsinin kəsişməsinin qərb tərəfi ünvanındakı qeyri-yaşayış binasının yerləşdiyi 700.kv.m torpaq sahəsi icarəçi tərəfindən icarə şərtləri əsasında müvəqqəti istifadəyə götürülmüşdür. Müqavilənin müddəti 30 avqust 2021-ci il tarixdən 30 avqust 2023-cü il tarixədək müəyyən edilmişdir. Cavabdeh1 Gəncə şəhəri, Kəpəz rayonu, Xətai prospekti ilə Məmməd Xələfov küçəsinin kəsişməsində yerləşən 0.07 ha torpaq sahəsinə dair 11 sentyabr 2021-ci il tarixli, ********** qeydiyyat, **********37 reyestr nömrəli yüklülük çıxarışı verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 02 may 2023-cü il tarixli 2-1(102)-925/2023 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 05 noyabr 2021-ci il tarixli, 178 nömrəli sərəncamı ilə, Gəncə şəhəri, Kəpəz rayonu, Xətai prospekti ilə Məmməd Xələfov küçəsinin kəsişməsində yerləşən 700,0 kv.m torpaq sahəsinə dair Cavabdeh1 ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti arasında bağlanmış 30 avqust 2021-ci il tarixli, 736 nömrəli icarə müqaviləsi 26 oktyabr 2021-ci il tarixdən ləğv edilmişdir. Cavabdeh1 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 25 noyabr 2021-ci il tarixli Sərəncamının ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-755/2022-ci il tarixli 1 iyun 2022-ci il tarixli qərarı ilə iddia təmin edilərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 25 noyabr 2021-ci il tarixli, 178 nömrəli sərəncamı ləğv edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(104)-444/2022 nömrəli 22 noyabr 2022-ci il tarixli qərarla üçüncü şəxs və cavabdehin apellyasiya şikayətlərini təmin etməmiş, birinci instansiya məhkəməsinin 1 iyun 2022-cu il tarixli qərarını dəyişdirmədən saxlamışdır. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 02 may 2023-cü il tarixli 2-1(102)- 925/2023 nömrəli qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2- 1(104)-444/2022 nömrəli 22 noyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, hüquqi və fiziki şəxslərin istifadəsinə verilmiş torpaq sahəsinin icarəyə verilməsi barədə 30 avqust 2021-ci il tarixli 736 nömrəli müqaviləyə əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə Gəncə şəhəri, Kəpəz rayonu, Heydər Əliyev prospekti ilə M.Xələfov küçəsinin kəsişməsinin qərb tərəfi ünvanındakı qeyri-yaşayış binasının yerləşdiyi 700.kv.m torpaq sahəsi Cavabdeh1 tərəfindən müvəqqəti istifadəyə götürülmüşdür. Müqavilənin müddəti 30 avqust 2021-ci il tarixdən 30 avqust 2023-cü il tarixədək müəyyən edilmişdir. Cavabdeh1 Gəncə şəhəri, Kəpəz rayonu, Xətai prospekti ilə Məmməd Xələfov küçəsinin kəsişməsində yerləşən 0.07 ha torpaq sahəsinə dair 11 sentyabr 2021-ci il tarixli, ********** qeydiyyat, **********37 reyestr nömrəli yüklülük çıxarışı verilmişdir. Cavabdeh1 həmin sənədlər əsasında qeyd olunan torpaq sahəsindən istifadə etmiş və həmin torpaq sahəsinə gedən yolu jalüzlə bağlamışdır. Cavabdeh1 ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti arasında bağlanmış 30 avqust 2021-ci il tarixli, 736 nömrəli icarə müqaviləsi 26 oktyabr 2021-ci il tarixdən ləğv edilmişdir. Cavabdeh1 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 25 noyabr 2021-ci il tarixli Sərəncamının ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-755/2022-ci il tarixli 1 iyun 2022-ci il tarixli qərarı ilə iddia təmin edilərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 25 noyabr 2021-ci il tarixli, 178 nömrəli sərəncamı ləğv edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(104)-444/2022 nömrəli 22 noyabr 2022-ci il tarixli qərarla üçüncü şəxs və cavabdehin apellyasiya şikayətlərini təmin etməmiş, birinci instansiya məhkəməsinin 1 iyun 2022-cu il tarixli qərarını dəyişdirmədən saxlamışdır. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 02 may 2023-cü il tarixli 2-1(102)-925/2023 nömrəli qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(104)-444/2022 nömrəli 22 noyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Hazırda həmin torpaq sahəsi Cavabdeh1 istifadəsindədir. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülkiyyət hüququ ilə İddiaçı məxsus olan, Gəncə şəhəri, X8 prospekti, 42 ünvanında yerləşən qeyri-yaşayış binasının qəza çıxışının çöl hissədən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən qanunsuz, özbaşına qaynaqla və mişar daşı ilə (və ya hər hansı bir tikinti materialı ilə) bağlanmasının qanunsuz hesab olunması, həmin qeyri-yaşayış binasının qəza çıxışının çöl hissədən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən qanunsuz, özbaşına qaynaqla və mişar daşı ilə (və ya hər hansı bir tikinti materialı ilə) bağlanmasının cavabdehlərin öz hesablarına sökülməsi və çıxış ehtiyat qapısının əvvəlki vəziyyətə gətirilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması (yenidən bərpa olunması), həmin qeyri-yaşayış binasının qəza çıxışının çöl hissəsinə gedən və ümumi istifadədə olan yolun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən qanunsuz, özbaşına bağladıqları və quraşdırdıqları jalüzün cavabdehlərin öz hesablarına sökülməsi, Dövlətin mülkiyyətində olan və tərəflərin ümumi istifadəsində olan torpaq sahəsindən sərbəst istifadə olunması, hər hansı maneələr qoyulmadan rahat şəkildə ümumi maraqlar naminə istifadə edilərkən cavabdehlərin hər hansı bir özbaşına və qanunsuz müdaxilələrinə son qoyulması öhdəliyinin onların üzərinə qoyulması, həmin qeyri-yaşayış binasının qəza çıxışının çöl hissədən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən qanunsuz, özbaşına qaynaqla və mişar daşı ilə (və ya hər hansı bir tikinti materialı ilə) bağlanması nəticəsində vurulmuş 5.000 manat mənəvi ziyanın cavabdehlərdən müştərək qaydada alınaraq (tutularaq) İddiaçı xeyrinə ödənilməsi (verilməsi), həmin qeyri-yaşayış binasının mülkiyyətçisinin mülkiyyətindən istifadə və sahibliklə bağlı hər hansı bir müdaxilənin cavabdehlərə və digər üçüncü şəxslərə qadağan edilməsi, qeyri-yaşayış binasından sərbəst istifadə və sahibliklə bağlı istənilən maneələrin aradan qaldırılması və binaya dair iddiaçının həyata keçirmək istədiyi bütün hərəkətlərə cavabdehlər və digər istənilən üçüncü şəxslərin hər hansı müdaxilələrinin qarşısının alınmasına dair onların üzərinə öhdəlik qoyulması, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 171 manat məbləğində pul vəsaitinin cavabdehlərdən alınaraq (tutularaq) iddiaçıya ödənilməsi (verilməsi) tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.1-ci maddəsinə görə mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır. Həmin Məcəllənin 158.2-ci maddəsinə görə əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 241.1-ci maddəsinə görə torpaq sahəsinin mülkiyyətçisi onu başqa şəxslərin istifadəsinə, o cümlədən icarəsinə verə bilər. Həmin Məcəllənin 241.2-ci maddəsinə görə dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən istifadə hüququ fiziki və hüquqi şəxslərə torpaq sahələrini bu cür istifadəyə verməyə vəkil edilmiş dövlət orqanının və ya yerli özünüidarə orqanının qərarına əsasən, qanunla müəyyənləşdirilmiş qaydada verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə görə mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 238.1-ci maddəsinə görə daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Həmin Məcəllənin 239.2-ci madəsinə görə fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1 və 700.2-ci maddələrinə icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Həmin Məcəllənin 706.1-ci maddəsinə görə torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. Qanunvericiliyin qeyd olunan normalarının tələbindən göründüyü kimi istifadə hüququ əmlak hüququdur və mülkiyyətçi olmasa da, əmlaka sahiblik edən şəxsə də mülkiyyətçi hüquqları mənsubdur. Hazırki halda isə iddia predmeti olan torpaq sahəsindən istifadə hüququ Cavabdeh1 məxsusdur. Buna görə də Cavabdeh1 həmin torpaq sahəsindən digər şəxslərin hüquqlarından azad şəkildə istifadə və sahiblik etmək hüququna malikdir. Bundan başqa, Gəncə şəhəri, Kəpəz rayonu, X8 prospekti, 42 ünvanında yerləşən və İddiaçı mülkiyyətində olan tikilinin ön giriş hissəsi Gəncə şəhəri, Ş.İ.Xətai prospekti istiqamətindədir və qeyd olunan istiqamətdə binaya daxil olmaq üçün hər hansı maneə mövcud deyildir. Buna görə də həmin qeyri-yaşayış binasından E.Q.Abıyevin istifadəsinə Cavabdeh1 tərəfindən hər hansı maneə yaradılmamışdır. Digər tərəfdən İddiaçı sərbəst istifadə olunmasını tələb etdiyi torpaq sahəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 30 avqust 2021-ci il tarixli 131 nömrəli sərəncamı əsasında Cavabdeh1 ilə bağlanmış «Hüquqi və fiziki şəxslərin istifadəsinə verilmiş torpaq sahəsinin icarəyə verilməsi barədə» 30 avqust 2021-ci il tarixli 736 nömrəli müqaviləyə əsasən Cavabdeh1 icarəyə verilmişdir. Cavabdeh1 isə məhz həmin müqaviləyə əsasən torpaq sahəsindən istifadə hüququ əldə etmişdir. Qeyd olunan səbəbdən İddiaçı Cavabdeh1 icarəsinə verilmiş torpaq sahəsindən sərbəst istifadəsinin, eləcə də jalüzlə bağlamasının onun mülkiyyətində olan daşınmaz əmlakdan bu və ya digər məqsədlərlə istifadəyə mane olduğunu hesab etdiyi halda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 30 avqust 2021-ci il tarixli 131 nömrəli sərəncamının qanuniliyini inzibati icraat qaydasında mübahisələndirə və onun tələbi qanuni olduğu halda həmin sərəncamın ləğvinə nail ola bilər. Hazırki halda isə İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 30 avqust 2021-ci il tarixli 131 nömrəli sərəncamının qanuniliyini inzibati icraat qaydasında mübahisləndirməsini, yaxud həmin sərəncamın qanunsuz hesab edilməsini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi İddiaçı sərbəst istifadəsini tələb etdiyi torpaq sahəsinin Cavabdeh1 istifadəsində olmasının hüquqi əsasları mövcuddur və Cavabdeh1 həmin torpaq sahəsindən istifadəsi digər şəxslərin mülkiyyətindən istifadəyə maneə yaratmır. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi mülkiyyət hüququ ilə İddiaçı məxsus olan, Gəncə şəhəri, X8 prospekti, 42 ünvanında yerləşən qeyri-yaşayış binasının qəza çıxışının çöl hissəsinə gedən və ümumi istifadədə olan yolun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən qanunsuz, özbaşına bağladıqları və quraşdırdıqları jalüzün cavabdehlərin öz hesablarına sökülməsi, Dövlətin mülkiyyətində olan və tərəflərin ümumi istifadəsində olan torpaq sahəsindən sərbəst istifadə olunması, hər hansı maneələr qoyulmadan rahat şəkildə ümumi maraqlar naminə istifadə edilərkən cavabdehlərin hər hansı bir özbaşına və qanunsuz müdaxilələrinə son qoyulması öhdəliyinin onların üzərinə qoyulması, həmin qeyri-yaşayış binasının mülkiyyətçisinin mülkiyyətindən istifadə və sahibliklə bağlı hər hansı bir müdaxilənin cavabdehlərə və digər üçüncü şəxslərə qadağan edilməsi, qeyriyaşayış binasından sərbəst istifadə və sahibliklə bağlı istənilən maneələrin aradan qaldırılması və binaya dair iddiaçının həyata keçirmək istədiyi bütün hərəkətlərə cavabdehlər və digər istənilən üçüncü şəxslərin hər hansı müdaxilələrinin qarşısının alınmasına dair onların üzərinə öhdəlik qoyulması hissəsində təmin edilməməlidir. Qeyd olunanlardan əlavə mülki işin məhkəmədə tədqiqi zamanı İddiaçı məxsus olan, Gəncə şəhəri, X8 prospekti, 42 ünvanında yerləşən qeyri-yaşayış binasının qəza çıxışının çöl hissədən cavabdehlər tərəfindən mişar daşı və digər tikinti materialları ilə bağlanmasını təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmiş, iddiaçı yalnız həmin tələbinin əsası kimi müxtəlif dövlət orqanları tərəfindən ona ünvanlanmış məktublara və tərtib olunmuş aktlara istinad etmişdir. Halbuki, həmin məktublar və aktlar qəza ehtiyat çıxışının bağlanması təsdiq etsə də, həmin qəza ehtiyat çıxışının məhz cavabdehlər tərəfindən bağlanmasını müəyyən etmək üçün kifayətedici sübut deyildir. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi mülkiyyət hüququ ilə İddiaçı məxsus olan, Gəncə şəhəri, X8 prospekti, 42 ünvanında yerləşən qeyri-yaşayış binasının qəza çıxışının çöl hissədən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən qanunsuz, özbaşına qaynaqla və mişar daşı ilə (və ya hər hansı bir tikinti materialı ilə) bağlanmasının qanunsuz hesab olunması və bu tələbə bağlı olan həmin qeyri-yaşayış binasının qəza çıxışının çöl hissədən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən qanunsuz, özbaşına qaynaqla və mişar daşı ilə (və ya hər hansı bir tikinti materialı ilə) bağlanmasının cavabdehlərin öz hesablarına sökülməsi və çıxış ehtiyat qapısının əvvəlki vəziyyətə gətirilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması (yenidən bərpa olunması), həmin qeyri-yaşayış binasının qəza çıxışının çöl hissədən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən qanunsuz, özbaşına qaynaqla və mişar daşı ilə (və ya hər hansı bir tikinti materialı ilə) bağlanması nəticəsində vurulmuş 5.000 manat mənəvi ziyanın cavabdehlərdən müştərək qaydada alınaraq (tutularaq) İddiaçı xeyrinə ödənilməsi (verilməsi) hissəsində də təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər(§68). «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). Beləliklə, məhkəmə mülki işin məhkəmə iclasında müəyyən olunmuş və yuxarıda qeyd olunmuş hallarını nəzərə alaraq, sübut institunun əsas prinsipi olan sübutetmə vəzifələrinə istinad etməklə hesab edir ki, iddia təmin edilməməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, iddia rədd edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «qəza çıxışının bağlanmasının qanunsuz hesab edilməsi və cavabdehlərin hesabına sökülərək, çıxış ehtiyat qapısının əvvəlki vəziyyətə gətirilməsi, yolun bağlanması üçün quraşdırılmış jalüzün cavabdehlərin öz hesabına sökülməsi, ümumi istifadədə olan yoldan istifadə ilə əlaqədar cavabdehlərin özbaşına və qanunsuz müdaxilələrinə son qoyulması öhdəliyinin qoyulması, qəza çıxışının qanunsuz bağlanması nəticəsində vurulmuş mənəvi zərərin ödənilməsi, qeyri-yaşayış binasından istifadə və sahibliklə əlaqədar müdaxilənin cavabdehlərə və üçüncü şəxslərə qadağan edilməsi, qeyri-yaşayış binasından sərbəst istifadə və sahibliklə bağlı istənilən maneənin aradan qaldırılması, binaya dair iddiaçının həyata keçirmək istədiyi hərəkətlərə müdaxilənin qarşısının alınması» tələbi barədə iddiası rədd edilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №e-2(125)-1028/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-1028/2023
03.08.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver