Məhkəmə qərarları › İş №e-2(125)-1039/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-1039/2025

25.02.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-1039/2025 25.02.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X14 Tahir oğlunun sədrliyi, Əlizadə Ümid Maqsud oğlunun katibliyi, İddiaçı və cavabdeh “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” X13 nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” X9rşı xx.xx.2024-cü il tarixli, 18-1-37/3-1-3504/2024 nömrəli əmrin ləğvi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi və əmək müqaviləsinin müddətsiz hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı cavabdeh “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” X9rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” X13 14 noyabr 2024cü il tarixli, 18-1-37/3-1-3504/2024 nömrəli əmrinin ləğv edilməsi, istifadə edilməmiş məzuniyyət günləri olaraq qalan 32 gün əvəzi 1838 manat pulun cavabdehdən tutulub ona verilməsi, onunla cavabdeh “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” X15 arasında bağlanmış əmək müqaviləsinin müddətsiz hesab edilməsi, əvvəlki iş yeri olan “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” X13 Təcili və X3 şöbəsinin müdiri vəzifəsinə bərpa olunmasının təmin edilməsinə və əmək müqaviləsinə əsassız xitam verildiyi gündən etibarən əvvəlki işinə bərpa olunduqdan sonra işini icra edənədək yığılmış əmək haqqının cavabdehdən tutulub ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırılmışdır ki, o, 2-ci Vətən Müharibəsi veteranı, Gəncə Şəhər Birləşmiş Xəstəxanasının 14 noyabr 2024-cü il tarixli, 18-1- 37/3-1- 3504/2024 nömrəli əmri ilə Əmək Məcəlləsinin 68-ci maddəsinin "b" bəndinə əsasən (əmək müqaviləsinin müddətinin bitməsi əsası ilə) onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı hüquqlarının kobud şəkildə pozulduğunu bildirmişdir. Ona 60 günlük istifadə edilməmiş məzuniyyət günlərinin əvəzi son haqq-hesab ödənilmişdir. O, xx.xx.2022-ci il tarixdə "Gəncə Şəhər Birləşmiş Xəstəxanası" X13 Abbas Səhhət adına X7 Yardım şöbəsində həkim kimi işə qəbul olunmuş, 09 mart 2023-cü il tarixdə "Gəncə Şəhər Birləşmiş Xəstəxanası" X13 təcili və X3 şöbəsinə çağırışçı həkim vəzifəsinə təyin olunmuş və 30 may 2023-cü il tarixdə isə “Gəncə Şəhər Birləşmiş Xəstəxanasının Təcili və X3 şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdir. İşə təyin olunduğunda əmək müqaviləsi ona təqdim edilməmiş, əmək müqaviləsinə dəyişikliklər olduğu halda da ona əmək müqaviləsi təqdim edilməmişdir. Bu, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinə ziddir. Qanunvericiliyə əsasən, əmək müqaviləsi işçi ilə işəgötürən arasında əmək münasibətlərinin hüquqi əsasını təşkil edən sənəddir və onun bağlanması məcburidir. Əmək müqaviləsinin itirilməsi və ona təqdim edilməməsi səbəbilə işəgötürən tərəfindən onun hüquqlarına zidd hərəkətlərə yol verilmişdir. Belə ki, o, əmək münasibətlərinin şərtləri, müqavilə müddəti və digər hüquqları barədə məlumatlandırılmamışdır. Əmək Məcəlləsinin 47-ci maddəsinin tələbinə əsasən, müddətli əmək müqavilələri yalnız müəyyən şərtlərlə bağlana bilər. Onun tutduğu vəzifə (şöbə müdiri) daimi xarakter daşıdığı halda, işəgötürən qanunsuz olaraq müddətli müqavilə bağlamış (işəgötürənin dediyinə görə) və 14 noyabr 2024-cü il tarixində müqaviləyə xitam vermişdir. Lakin onunla əmək müqaviləsi bağlanılmasına baxmayaraq müqavilə ilə tanış edilməmişdir. Eyni zamanda, əmək müqaviləsinə nəzarət edilməmiş, nəticədə müqavilə itirilmiş və onun iradə ifadəsi nəzərə alınmamışdır. 30 may 2023-cü il tarixdə Təcili X3 şöbəsinin müdiri vəzifəsinə təyin olunduğundan əmək müqaviləsinə xitam verilənədək 2 ilə yaxın müddət keçmişdir. Bu isə müddətli əmək müqaviləsinin bağlanması tələblərinə ziddir və işəgötürən tərəfindən hüquqlarının onun ziyanına sui-istifadə edilməsini göstərir. Halbuki, onun tutduğu vəzifə müvəqqəti xarakter daşımamışdır. Onunla bağlanmış əmək müqaviləsi müddətli deyil, müddətsiz olmalıdır. Hətta əmək müqaviləsi müddətli olsa belə, müddətli əmək müqaviləsinə xitam verilməsinə zidd olaraq onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Bundan əlavə, əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin tələblərinə zidd olaraq, 7 gün əvvəlcədən yazılı xəbərdarlıq edilməmişdir. Bu qədər hüquq pozuntularının mövcudluğu səbəbindən əmək hüquqlarının bərpa edilməsi və işə bərpa olunması üçün yuxarı orqanlara, mediasiya təşkilatına və son olaraq məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Onunla bağlanmış əmək müqaviləsi ona verilmədiyi və itirildiyi üçün onun hüquqları pozulmuşdur. İşəgötürən əmək müqaviləsi ilə bağlı məlumatı gizlətmiş və onun hüquqlarını sistematik olaraq pozmuşdur. Əmək Məcəlləsinə əsasən, əmək müqaviləsinə xitam verilərkən işçi ən azı 7 gün əvvəlcədən yazılı qaydada xəbərdar edilməlidir. Bu tələb pozularaq ona heç bir xəbərdarlıq edilmədən əmək müqaviləsinə xitam verilmişdir. 2 illik əmək fəaliyyəti dövründə məzuniyyət hüququndan istifadə etməmişdir. Hətta ona ödənilmiş məzuniyyət əvəzi tam məbləğdə hesablanmamış, qanunsuz olaraq azaldılmışdır. Əmək Məcəlləsinə əsasən, istifadə edilməmiş məzuniyyət üçün tam məbləğdə kompensasiya ödənilməli olduğu halda, bu tələb pozulmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verib əlavə olaraq göstərdi ki, cavabdeh tərəfindən qanunsuz surətdə işdən çıxarılmışdır. 14 noyabr 2024-cü il tarixdə kadrlar şöbəsi tərəfindən müqaviləyə xitam veriləcəyi bildirilmişdir. Əmək müqaviləsinə xitam verilməsi barədə həmin gün məlumatı olmuşdur. Ən azı 1 həftə qalmış ona məlumat verilməli olduğu halda heç bir məlumat verilməmişdir. İş materiallarına əlavə olunmuş xəbərdarlıq məktubundan xəbəri yoxdur, ona çatdırılmamışdır. Bakı şəhərində yerləşən ünvanına göndərildiyi üçün əldə edə bilməmişdir, bu barədə poçtdan maraqlanmış, məktubu göndərən səhiyyə idarəsinə zərfin çatdırıla bilməməsi barədə məlumat verildiyi bildirilmişdir. Bundan sonra Əmək Müfəttişliyinə və Prokurorluğa şikayət etmiş, cavabdeh tərəf onu qanunsuz işdən çıxardıqlarına görə cərimə olunmuşdur. Şikayət etdikdən sonra ödənilməmiş 32 gün üçün 1432 manat məzuniyyət pulu da ona ödənilmişdir. Buna görə də iddia tələbində göstərdiyi 1838 manat məzuniyyət pulunun ona ödənilməsini tələb etmir. Qanunvericiliyə uyğun olaraq mərhələli şəkildə aidiyyəti orqanlara müraciət etmiş, heç bir müddəti ötürməmişdir. İlk növbədə idarənin özünə müraciət etmiş, 10 gün müddət ərzində cavab verməli olduqları halda müddət ötürülərək heç bir rəsmi cavab verilməmişdir. Bundan sonra xx.xx.2024-cü il tarixli ərizə ilə mediasiyaya müraciət etmiş, xx.xx.2024-cü ildə ərizəsi qeydiyyata alınmış və xx.xx.2024cü il tarixdə ona arayış verilmişdir. xx.xx.2024-cü il tarixədək məhkəməyə müraciət etmək hüququ olduğu halda müddəti ötürmədən xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Əmək müqaviləsinə xitam verildiyini bildiyi gün xx.xx.2024-cü il tarixdə şəxsi işini eləcə də, əmək kitabçasını tələb etmiş, əvvəlcə olmadığı deyilmiş, daha sonra noyabrın axırlarında axtarıb tapıb təqdim etmişdirlər. Kadrlar üzrə mütəxəssis ona demişdir ki, şəxsi işi onun tapşırığı əsasında böyük tibb bacısı Əzizə Rüstəmovaya təhvil vermişdir. Halbuki, kadrlar üzrə mütəxəssis onunla heç bir tabeçiliyi olmayan şəxsdir, həmçinin belə bir tapşırığın verilməsi üçün məsul olan şəxs də o deyildir. Bu barədə qanunsuz akt tərtib olunmuş, aktda yalnız iki nəfərin imzası olmaqla, heç bir komissiya üzvü tərəfindən imza edilməmiş, eləcə də aktın qeydiyyatı barədə heç bir rəsmi məlumat olmamışdır. Həmçinin əmək müqaviləsi də cavabdeh müəssisə tərəfindən itirilmişdir. İşlədiyi müddətdə heç bir nöqsanı olmamışdır. Onun vəzifəsi daimi xarakter daşıdığı halda onunla müddətli əmək müqaviləsi bağlanmış, bundan heç bir məlumatı olmamış, əmək müqaviləsinin surəti ona təqdim olunmamışdır. Halbuki, onun vəzifəsində müddətli əmək müqaviləsinin bağlanılması üçün heç bir meyar yoxdur. İlk dəfə işə götürüldüyü vaxt da müddətli əmək müqaviləsi istəmədiyini bildirmiş, müddətli əmək müqaviləsinə imza etməmişdir. 2024-cü ilin avqust ayında həmin müəssisədə işləyən bir feldşer onun barəsində şikayət etmiş, həmin şikayət məktubunu oxuduqda əmək müqaviləsinin müddətli olduğu göstərilmiş, bu barədə şifahi şəkildə kadrlar şöbəsinə müraciət etmiş, cavabında isə “Narahat olma, cəfəngiyyat xarakterlidir.” deyilmişdir. Qanunsuz olaraq işdən çıxarıldığından və onunla müddətsiz əmək müqaviləsi bağlanmalı olduğu halda müddətli əmək müqaviləsi bağlandığından iddia tələbinin əsaslı olduğunu və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi və əlavə olaraq göstərdi ki, məzuniyyət gönlərinə görə tələb etdiyi 1838 mant cavabdeh tərəfindən ödənildiyi üçün hazırda tələb etmir. Məhkəmə iclasında cavabdeh “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” X10 nümayəndəsi X6 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, müddətli əmək müqaviləsinin vaxtı bitdiyinə görə işçinin əmək müqaviləsinə xitam verilmişdir. Bu barədə bildiriş poçt vasitəsilə göndərilmiş, ancaq şəxsə çatdırılıb-çatdırılmaması barədə məlumatları olmamışdır. İddiaçı adına X1 Sistemində elektron kabinet olmamışdır. Müəssisənin cərimə edilməsi ilə bağlı icraat başlanılmış, ancaq hələ qərar qəbul edilməmişdir, bu barədə şikayət də veriləcəkdir. Şəxsi işin böyük tibb bacısı Əzizə Rüstəmovaya təhvil verilməsi ilə bağlı kadrlar üzrə mütəxəssis Günay Məmmədovaya əmək funksiyalarını pozduğuna görə töhmət verilmişdir. Əzizə Rüstəmova əmək müqaviləsinin ona təhvil verildiyini, daha sonra seyfə qoyduğunu bildirsə də, əmək müqaviləsi itmişdir. Müqavilənin müddətli olub-olmamasını öyrənmək məqsədilə iddiaçının heç bir rəsmi müraciəti olmamışdır. İddiaçı əmək müqaviləsinə imza etmədiyini iddia etsə də, bu barədə müvafiq əmr və bildirişlər elektron sistemdə də öz əksini tapmışdır. Həmçinin iddiaçının müddəti ötürməsi barədə məhkəməyə ərizə təqdim etdiklərini göstərərək, iddiaçının xx.xx.2024-cü il tarixədək vaxtı olduğu halda xx.xx.2024-cü ildə məhkəməyə müraciət etdiyini bildirmişdir. İddia tələbi əsassız olduğundan təmin olunmamasını xahiş etdi. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- ******* saylı əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixli əmrə əsasən xx.xx.2022ci ildə “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” PHŞ A.Səhhət adına xəstəxananın Təcili yardım şöbəsinə təcili və təxirəsalınmaz yardım üzrə həkim vəzifəsinə qəbul edilmiş, xx.xx.2023-cü il tarixli, 273 nömrəli əmrə əsasən xx.xx.2023-cü ildə “X5” PHŞ X16 şöbəsinə Təcili və Təxirəsalınmaz yardım üzrə həkim vəzifəsinə keçirilmiş, xx.xx.2023-cü il tarixli, 627 nömrəli əmrə əsasən xx.xx.2023-cü ildə Təcili X3 şöbəsinə şöbə müdiri vəzifəsinə keçirilmiş, xx.xx.2024-cü il tarixli, 18-1-37/3-1-99/2024 nömrəli əmrə əsasən xx.xx.2024-cü il tarixdə Təcili və X3 şöbəsində 1.0 ştat vahidi saxlanılmaqla xx.xx.2024-cü il tarixdən daxili əvəzçilik üzrə əlavə 0,5 ştat vahidi Təcili və X3 üzrə həkim vəzifəsindən iş verilmiş, xx.xx.2024-cü il tarixli, 18-1-37/3-1-3504/2024 nömrəli əmrə əsasən “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” PHŞ-nin Təcili və X3 şöbəsinin şöbə müdiri ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2 “b”- əmək müqaviləsinin müddətinin qurtarmasına əsasən xx.xx.2024-cü il tarixdən xitam verilmişdir. “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” PHŞ-in direktoru İlkin İsmayılov tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli əmrin surətindən görünür ki, İddiaçı xx.xx.2023-cü ildə “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” PHŞ-in Abbas Səhhət adına xəstəxananın təcili yardım şöbəsinin təcili yardım üzrə həkim vəzifəsindən təcili və X3 şöbəsinə təcili və X3 üzrə həkim vəzifəsinə keçirilmişdir. Gəncə Şəhər Birləşmiş Xəstəxanası” PHŞ-in direktoru İlkin İsmayılov tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli əmrin surətindən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdən “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” PHŞ-in Təcili və X3 şöbəsinin Təcili və X3 üzrə həkim vəzifəsindən həmin şöbənin şöbə müdiri vəzifəsinə keçirilmişdir. “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” PHŞ tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli, 18-1-37/3-190/2024 nömrəli məktubdan görünür ki, xx.xx.2024-cü il tarixdən əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) xitam veriləcəyi bildirilmişdir. “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” PHŞ-nin direktoru İlkin İsmayılov tərəfindən imzalanmış xx.xx.2024-cü il tarixli, 18-1-37/3-1-3504/2024 nömrəli əmrdən görünür ki, “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” PHŞ-nin Təcili və X3 şöbəsinin şöbə müdiri ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2 “b” əmək müqaviləsinin müddətinin qurtarması maddəsinə əsasən xx.xx.2024-cü il tarixdən xitam verilmişdir. xx.xx.2024-cü il tarixli ilkin mediasiya sessiyası üçün ərizənin surətindən görünür ki, İddiaçı ərizəsi Gəncə 2 saylı Mediasiya Təşkilatında xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmışdır. xx.xx.2024-cü il tarixli, MŞG/MT033/2023-00765 nömrəli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışın surətindən görünür ki, tərəflər xx.xx.2024-cü il tarixdə, saat 10:00-da keçirilən ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilməsi barədə qərar qəbul etməmişlər. İlkin mediasiya xidmətinin göstərilməsinə görə 55 manat mediasiya xərcini İddiaçı ödəmişdir. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Aparatı tərəfindən İddiaçı ünvanlanmış məktubdan görünür ki, İddiaçı işdən azad olunması ilə bağlı Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsmana) ünvanladığı ərizə ilə əlaqədar X8 Xidmətinə müraciət edilmiş, Xidmətə təqdim edilmiş işçilərin əmək müqavilələrinin qeydiyyatı jurnalında İddiaçı xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli müddətli əmək müqavilələrinin bir nüsxəsini imza edərək təhvil aldığı qeyd edilmiş, lakin İddiaçıla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndi (əmək müqaviləsinin müddətinin qurtarması) ilə xx.xx.2024-cü il tarixindən xitam veriləcəyi barədə ona göndərilmiş 01.11,2024-cü il tarixli, 18-1-37/3-190/2024 nömrəli xəbərdarlıq bildirişinin İddiaçı çatdırılmasını təsdiq edən sənədlər təqdim edilməmişdir. Xəstəxananın rəhbərliyi tərəfindən Xidmətə təqdim olunmuş sənədlərdən, həmçinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və Məşğulluq” altsisteminə Xidmət tərəfindən baxış keçirilərkən İddiaçıla Xəstəxana rəhbərliyi arasında xx.xx.2022-ci il tarixindən xx.xx.2023cü il tarixinədək 1 (bir) il müddətinə əmək müqaviləsinin bağlanıldığı, xx.xx.2023-cü il tarixində Təcili və X3 şöbəsinin müdiri vəzifəsinə keçirilməsi, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinin tələbləri pozularaq İddiaçıla bağlanılmış əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış ona xəbərdarlıq edilmədiyi və əmək müqaviləsinə müddəti bitdikdən sonra bu Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndi (əmək müqaviləsinin müddətinin qurtarması) ilə xx.xx.2024-cü il tarixində xitam verildiyi müəyyən edilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üçün əhəmiyyətli olan halları araşdırıb hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İşin müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında müddətli əmək müqaviləsi bağlanaraq iddiaçı xx.xx.2022-ci ildə “Gəncə şəhər Birləşmiş Xəstəxanası” PHŞ A.Səhhət adına xəstəxananın təcili yardım şöbəsinə təcili və təxirəsalınmaz yardım üzrə həkim vəzifəsinə qəbul edilmiş, xx.xx.2023-cü ildə X16 şöbəsinə təcili və təxirəsalınmaz yardım üzrə həkim vəzifəsinə keçirilmiş və xx.xx.2023-cü ildə təcili X3 şöbəsinə şöbə müdiri vəzifəsinə keçirilmişdir. xx.xx.2024-cü il tarixdə əmək müqaviləsinin müddəti bitdiyindən Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən xx.xx.2024-cü il tarixdən əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı iddia etmişdir ki, onunla cavabdeh arasında əmək müqaviləsi bağlanarkən əmək müqaviləsinin surəti ona təqdim edilməmiş, müqavilənin müddətli bğlanmasından məlumatı olmamışdır. Onun vəzifəsi daimi xarakter daşıdığı halda onunla müddətli əmək müqaviləsi bağlanmışdır. Halbuki, onun vəzifəsində müddətli əmək müqaviləsinin bağlanılması üçün heç bir meyar yoxdur. Əmək müqaviləsinə xitam verilərkən ən azı 7 gün əvvəlcədən yazılı qaydada xəbərdar edilmədən həmin tələb pozularaq əmək müqaviləsinə xitam verilmişdir. Cavabdeh tərəfin nümayəndəsi iddia tələbinə qarşı etiraz edərək öz etirazlarının əsası kimi müqavilənin müdətli olub-olmamasını öyrənmək məqsədilə iddiaçının heç bir rəsmi müraciəti olmadığını, iddiaçının əmək müqaviləsinə imza etmədiyini iddia etsə də, bu barədə müvafiq əmr və bildirişlərin elektron sistemdə də öz əksini tapdığını bildirmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra-Əmək Məcəlləsi) 45-ci maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Əmək Məcəlləsinin 47-ci maddəsinin «f» bəndinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. Əmək Məsəlləsinin 68-ci maddəsinin «v» bəndinə əsasən Əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridə əmək müqaviləsinin müddətinin qurtarmasıdır. Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinə əsasən müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur. Göründüyü kimi, tərəflər arasında müddətli əmək müqaviləsi bağlanmış, müqavilə müddəti bitdikdən sonra işəgötürən cavabdeh tərəfindən əmək müqaviləsinə xitam verilmişdir. İddiaçının əmək müqaviləsi bağlanarkən müddətli bağlanmasından məlumatının olmadığına dair göstərdiyi dəlillərlə bağlı məhkəmə qeyd edir ki, müqavilə tərəflərin sərbəst iradə ifadəsi ilə bağlanmış və keçən müddət ərzində də iddiaçı tərəfindən həmin müqavilə mübahisələndirilməmişdir. Bununla belə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Aparatı tərəfindən İddiaçı ünvanlanmış məktubdan görünür ki, İddiaçı işdən azad olunması ilə bağlı Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsmana) ünvanladığı ərizə ilə əlaqədar X8 Xidmətinə müraciət edilmiş, Xidmətə təqdim edilmiş işçilərin əmək müqavilələrinin qeydiyyatı jurnalında İddiaçı xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli müddətli əmək müqavilələrinin bir nüsxəsini imza edərək təhvil aldığı, habelə xəstəxananın rəhbərliyi tərəfindən Xidmətə təqdim olunmuş sənədlərdən, həmçinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və Məşğulluq” altsisteminə Xidmət tərəfindən baxış keçirilərkən İddiaçıla Xəstəxana rəhbərliyi arasında xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək 1 (bir) il müddətinə əmək müqaviləsinin bağlanıldığı müəyyən edilmişdir. İddiaçının təyin olunduğu vəzifənin daimi xarakter daşıdığı halda onunla müddətli əmək müqaviləsi bağlanmasının qanunsuz olması ilə bağlı göstərdiyi dəlillərlə bağlı məhkəmə qeyd edir ki, qeyd olunan qanunvericiliyə görə tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. Bununla belə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli Qərarı ilə Konstitusiya Məhkəməsi hesab etmişdir ki, tərəflərin hüquq bərabərliyinin real təmin edilməsi şərti ilə Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi əməyin azadlığı, əmək müqaviləsinin məcburi bağlanılmasının yolverilməzliyinə dair konstitusiya prinsipi ilə hər hansı ziddiyyət yaratmır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 dekabr 1993-cü il tarixli 5 nömrəli qərarının 31-ci bəndində göstərilmişdir ki, əgər işə bərpa haqqında mübahisəni həll edərkən məhkəmə hesab etsə ki, əmək müqaviləsini pozmaq üçün müdiriyyətin əsası olsa da, o, əmrdə işdən çıxarma səbəbini düzgün ifadə etməmiş və ya müvafiq olmayan qanuna istinad etmişdir, onda məhkəmə işdən çıxarmaya əsas vermiş faktiki halları əsas götürərək, işdən çıxarma səbəbinin ifadəsini qüvvədə olan əmək qanunvericiliyinə uyğunlaşdıra bilər. İddiaçının əmək müqaviləsinə xitam verilərkən ən azı 7 gün əvvəlcədən yazılı qaydada xəbərdar edilməməsinə dair məhkəmə qeyd edir ki, cavabdehin həmin hərəkəti inzibati məsuliyyət yaratmaqla əmrin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra- MPM)14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 217.4-cü maddəsində isə göstərilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” X9rşı əmrin ləğvi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi və əmək müqaviləsinin müddətsiz hesab edilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutub məhkəmə, qət etdi: İddiaçı cavabdeh “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” X9rşı əmrin ləğvi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi və əmək müqaviləsinin müddətsiz hesab edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə”informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar