Məhkəmə qərarları › İş №e-2(125)-1065/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-1065/2023

06.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-1065/2023 06.02.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi X1, İddiaçı «X3 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyətinin (bundan sonra QSC) Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclasından kənar baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı “X3 Azərbaycan” QSC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “X3 Azərbaycan” QSC-nin xeyrinə 688,50 (altı yüz səksən səkkiz manat əlli qəpik) manat və 3825 (üç min səkkiz yüz iyirmi beş) manat xidmət haqqının, cəmi 4513,50 (dörd min beş yüz on üç manat əlli qəpik) manatın və ödənilmiş 65,13 (altmış beş manat on üç qəpik) manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh və “X3 Azərbaycan” QSC arasında xx.xx.2014-cü il tarixli, 186205/01 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh illik 15 faiz olmaqla 48 ay müddətinə 92000 manat kredit verilmişdir. xx.xx.2014-cü il tarixli, 186205/01 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə xx.xx.2014-cü il tarixdə bank ilə ipoteka qoyan Cavabdeh arasında 186205/01 saylı ipoteka müqaviləsi bağlanmışdır. Bağlanmış ipoteka müqaviləsinə əsasən mülkiyyət hüququ ilə Cavabdeh məxsus ünvan 1 ünvanında 0,0463 ha torpaq sahəsində yerləşən 1 və 2 mərtəbəli 4 otaqlı, 75,4 kv.m yaşayış, 67,2 kv.m köməkçi sahədən ibarət olan fərdi yaşayış evi "xxxx" QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Cavabdeh öz öhdəliklərini lazımınca yerinə yetirmədiyi üçün "xxxx" QSC məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-256/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh 67013,01 manat əsas borc, 7946,03 manat faiz borcu, 100 manat cərimə borcu, 5,50 manat bildiriş və tutmanın yönəldilməsi haqqında bildirişin göndərilməsi üçün çəkilmiş poçt xərcləri, 30 manat ipotekaya qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyata alınması üçün çəkilmiş xərc, 30 manat məbləğində iddia ərizəsi üçün dövlət büdcəsinə köçürülmüş dövlət rüsumu olmaqla, cəmi 75124,54 manat pul vəsaitinin tutularaq, "X3 Azərbaycan" QSC-nin xeyrinə ödənilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş borclu Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə yönəldilərək açıq hərracda ixtisaslaşdırılmış təşkilat vasitəsilə satılması, satışdan əldə olunmuş vəsait borcun ödənilməsi üçün kifayət etmədikdə məbləğin qalan hissəsinin Cavabdeh tutulması və yaşayış evinin 1 ay müddətində boşaldılması qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-18/2020 saylı xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(044)- 256/2017 saylı qətnaməsi Cavabdeh 7946,03 manat faiz borcunun tutulması hissəsində dəyişdirilərək həmin məbləğin 6019,83 manat olmaqla, Cavabdeh 67013,01 manat əsas borc və 6019,83 manat faiz borcu olmaqla, 73032,84 manat məbləğində pul vəsaitinin tutularaq "X3 Azərbaycan" QSC-nin xeyrinə tutulması qət edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün aidiyyəti üzrə Gəncə şəhər üzrə İcra idarəsinə göndərilmiş və prosessual ardıcıllığa əsasən əmlak satılması üçün hərraca çıxarılmışdır. Keçirilən hərrac proseslərində həmin əmlak satılmadığı üçün yekun olaraq banka (girov saxlayana) təklif edilmiş və həmin əmlaklar hərracın nəticələri barədə 23 dekabr 2021-ci il tarixli, 563/21saylı hərracın yekun protokoluna əsasən “X3 Azərbaycan” QSC tərəfindən əldə edilmişdir. "X3 Azərbaycan" QSC tərəfindən xx.xx.2021-ci il tarixində 1050 saylı ödəniş tapşırığına əsasən 688,50 manat (ƏDV 18%) və 3825 manat xidmət haqqının, cəmi 4513,50 manatın "xxxx" MMC-yə ödənilməsinə dair 1050 saylı ödəniş tapşırığı/hesab faktura verilmiş və həmin tarixli bank köçürmə sənədi ilə qeyd edilən məbləğlər sonuncunun bank hesabına ödənilmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə iş üzrə sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-18/2020 nömrəli, 10 iyun 2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 23 yanvar 2017-ci il tarixli, 2(044)-256/2017 saylı qətnaməsi ilə Cavabdeh 7946,03 manat faiz borcunun tutulması hissəsində dəyişdirilməsi və həmin məbləğ 6019,83 manat olmaqla, Cavabdeh 67013,01 manat əsas borc və 6019,83 manat faiz borcu olmaqla, cəmi 73032,84 manat pul tutulması qət edilmişdir. "xxxx"nin ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair 563/21 nömrəli protokolundan görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)- 18/2020 nömrəli, 10 iyun 2020-ci il tarixli icra sənədinə əsasən Cavabdeh məxsus Gəncə şəhəri, Nizami rayonu, Əttarlar küçəsində 0,0463 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi keçirilən iki hərrac baş tutmadığından ipoteka saxlayan “X3 Azərbaycan” QSC tərəfindən 76500 manata almışdır. 1050 nömrəli, 27 dekabr 2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, “X3 Azərbaycan” QSC tərəfindən "xxxx"nin hesabına 688,50 manat ödəniş edilmişdir. 1050 nömrəli, 27 dekabr 2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, “X3 Azərbaycan” QSC tərəfindən "xxxx"nin hesabına 3825 manat ödəniş edilmişdir. Məhkəmə mübahisənin həlli ilə bağlı aşağıdakı maddi hüquqi normaları qeyd etməyi lazım bilir. Belə ki, İcra Haqqında Azərbaycan Respublikası Qanununun 74.1-ci maddəsinə əsasən İcra məmuru tərəfindən borcludan tutulmuş, o cümlədən borclunun əmlakının satılmasından əldə olunmuş pul məbləğindən əvvəlcə tələbkarın (tələbkarların) tələblərinin təmin olunması üçün istifadə edilir. İpoteka Haqqında Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir: 4.1.1. əsas borc; 4.1.2. faizlər; 4.1.3. öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi; 4.1.4. ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi. 4.2. Bu Qanunun 4.1.4-cü və ya 5-ci maddələrində nəzərdə tutulmuş tələblər istisna olmaqla, ipoteka müqaviləsində əsas öhdəliyin (bu Qanunun 4.1.1-4.1.3-cü maddələrində nəzərdə tutulmuş tələblərin) konkret məbləği göstərilibsə, həmin öhdəlik yalnız bu məbləğdə təmin edilmiş sayılır. İpoteka Haqqında Azərbaycan Respublikası Qanununun 47.2-ci maddəsinə əsasən ipoteka predmetinə məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldildikdə ipoteka predmetinin satılmasından əldə olunan gəlir icra məmurlarının depozit hesabına daxil olduqdan sonra 7 təqvim günündən gec olmayaraq icra məmuru tərəfindən aşağıdakı qaydada bölüşdürülür: 47.2.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka ilə təmin olunmuş tələbinin, o cümlədən əsas borcun, faizlərin, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, yaxud icranın gecikdirilməsi nəticəsində dəbbə pulunun və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsinə (bu ödənişlər göstərilən ardıcıllıqla həyata keçirilir); 47.2.2-ci maddəsinə əsasən bu Qanunun 4.1.4-cü və 5-ci maddələrində nəzərdə tutulmuş xərclərin ödənilməsinə; 47.2.3-cü maddəsinə əsasən sonrakı ipoteka saxlayan ipoteka hüququnu həyata keçirdikdə onun tələbinin ödənilməsinə; 47.2.4-cü maddəsinə əsasən bu Qanunun 47.2.1-47.2.3-cü maddələrində qeyd edilən tələblər tam ödənildikdən sonra “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş məbləğdə icra ödənişinin ödənilməsinə. Həmin Qanunun 47.3-cü maddəsinə əsasən birgə ipoteka saxlayanların tələbi ipoteka müqaviləsində müəyyən edilmiş qaydada, müəyyən olunmadıqda isə onların tələblərinə mütənasib olaraq bölüşdürülür. Həmin Qanunun 47.4-cü maddəsinə əsasən bu Qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır. Həmin Qanunun 47.5-ci maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 440.4-cü və “Məhkəmə Qərarlarının İcrası Haqqında” Azərbaycan Respublikası Qanununun 74.1-ci maddələrinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2002-ci il tarixli qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 440.4-cü və “Məhkəmə Qərarlarının İcrası Haqqında” Azərbaycan Respublikası Qanununun 74.1-ci maddəsində olan icra ödənişi icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər icra sənədi üzrə icraat zamanı borcluya tətbiq olunmuş cərimələr ödənilir. Qalan pul məbləğindən...” müddəalar Azərbaycan Respublikası Konstitusiyasının 12, 13, 29, 60 və 71-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Məhkəmə iş materiallarında olan sübutlara və qeyd olunan hüquq normalarına istinad edərək hesab edir ki, ipoteka predmetinin hərracda satılması ilə bağlı hərrac təşkilatçısının xərcləri iddiaçı tərəfindən qarşılandığından həmin pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə məhkəmənin qənaətinə əsasən iddia təmin olunmalı, Cavabdeh “X3 Azərbaycan” QSC-nin xeyrinə 688,50 (altı yüz səksən səkkiz manat əlli qəpik) manat (18% ƏDV) və 3825 (üç min səkkiz yüz iyirmi beş) manat xidmət haqqı olmaqla, cəmi 4513,50 (dörd min beş yüz on üç manat əlli qəpik) manat tutularaq "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehə aid edilməli və iddiaçı tərəfindən ödənilmiş 65,13 (altmış beş manat on üç qəpik) manat dövlət rüsumu da cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227 və 360-cı maddələrinə əsasən, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh “X3 Azərbaycan” QSC-nin xeyrinə 688,50 (altı yüz səksən səkkiz manat əlli qəpik) manat (18% ƏDV) və 3825 (üç min səkkiz yüz iyirmi beş) manat xidmət haqqı olmaqla, cəmi 4513,50 (dörd min beş yüz on üç manat əlli qəpik) manat və məhkəmədə iddia qaldırılması üçün dövlət rüsumu olaraq ödənilmiş 65,13 (altmış beş manat on üç qəpik) manat tutularaq "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar