Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-113/2024 01.03.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X5,X6 və X12 iştirakları ilə, İddiaçı Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X8,X9 və X15) qarşı «birgə nikah dövründə əldə olunmuş əmlaka və miras əmlaka payın müəyyən edilməsi» tələbi barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X16, X17 və X21) qarşı Gəncə şəhəri, N.Nərimanov prospekti, 194 ünvanında yerləşən qeyri-yaşayış binasının (229 saylı ərzaq malları mağazasının) ½ hissəsinə birgə nikah dövründə əldə olunmuş əmlak kimi iddiaçının payının müəyyən edilməsi, həmin qeyri-yaşayış binasının mərhum X18 miras qalmış digər ½ hissəsinə, həmçinin ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə miras payının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, mərhum X26 ilə nikahlarını 1981-ci ildə qeydə aldırmışlar. Onların birgə nikahlarından Cavabdeh, X16, X17 və X21 anadan olmuşdur. X26 23 avqust 2021-ci il tarixində vəfat etmişdir. M.Ə.Seyidovun vəfatından sonra ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və Gəncə şəhəri, N.Nərimanov prospekti, 194 ünvanında yerləşən qeyri-yaşayış binası (229 saylı ərzaq malları mağazası) miras qalmışdır. Hər iki miras əmlak onun tərəfindən idarə edilməklə faktiki qəbul edilmişdir. Belə ki, o, M.Ə.Seyidovun sağlığından hazırki tarixə kimi fərdi yaşayış evində yaşamaqla onu idarə edir. Qeyri-yaşayış binasını onlar M.Ə.Seyidovun sağlığında icarəyə vermişlər və hazırda icarə pulunu o, alır. Lakin mirasın bölgüsü ilə bağlı Cavabdeh ilə razılığa gələ bilməmiş və bu səbəbdən də notariat ofisində qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Buna görə də o, X18 miras qalmış əmlaklara payının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Gəncə şəhəri, N.Nərimanov prospekti, 194 ünvanında yerləşən qeyri-yaşayış binasını (229 saylı ərzaq malları mağazasını) X26 onunla rəsmi nikaha daxil olduqdan sonra, birgə nikahda olduqları dövrdə əldə etmişdir. Buna görə də Gəncə şəhəri, N.Nərimanov prospekti, 194 ünvanında yerləşən qeyriyaşayış binasının (229 saylı ərzaq malları mağazasının) 1/2 hissəsi mülkiyyət hüququ əsasında ona məxsusdur. Bundan başqa, qeyd edilən qeyri-yaşayış binasının digər 1/2 hissəsinə onun miras payı da müəyyən edilməlidir. Həmçinin, onun hazırda yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində olan miras payı da müəyyən edilməlidir. Sonda İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iddiaçı ilə eyni məzmunlu izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X16, X17 və X21 iddianın təmin olunmasına etirazları olmadığını bildirdilər. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin izahatını, şahidin ifadəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə icasında şahid qismində dindirilən X10 ifadəsində göstərdi ki, İddiaçı qonşuluğunda, yəni ünvan 3 ünvanında yerləşən 4 nömrəli fərdi yaşayış evinə 1992-ci il tarixdə gəlin köçmüşdür. İddiaçı X26 ilə evli olmuş və onların Şahin, Vüsalə, Samirə və Günel adlı 4 uşaqları olmuşdur. Onların münasibətləri normal olmuş və mərhum Mirqəni Seyidov bizneslə məşğul olmuş və təxminən 2 il bundan əvvəl vəfat etmişdir. Mirqəni Seyidovun bacısı və arvadı Gəncə şəhəri, Qaçaq Nəbi küçəsi, 1-ci dalan ünvanında yerləşən 2 nömrəli fərdi yaşayış evində yaşamışlar. Cavabdeh isə sözügedən evə nə atasının sağlığında, nə də ki atasının ölümündən sonra gəlməmişdir. Digər uşaqlar, yəni Vüsalə, Samirə və Günel atalarının sağlığında tez-tez həmin evə gəlmiş və atalarına baş çəkmiş, atalarının vəfatından sonra isə analarına qulluq etmək üçün gəlmişlər, lakin daimi olaraq orada yaşamışlar və miras əmlaka dair hər hansı iddiaları olmamışdır. Bununla yanaşı X18 miraq qalmış mağaza Gəncə şəhərində «Panda» marketin yaxınlığında yerləşir və həmin mağazanı İddiaçı idarə edir. Belə ki, iş materiallarında olan İİ-ЖГ seriyalı 449533 nömrəli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X26 ilə İddiaçı arasında olan nikah xx.xx.1981-ci il tarixdə, 239 akt qeyd nömrəsi ilə Kirovabad şəhər Nikah evində qeydə alınmışdır. İşdə olan AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan AZ-İİ seriyalı, 213042 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X26 xx.xx.2021ci il tarixdə Gəncə şəhərində ölmüşdür. İşdə olan Vİİİ-ЖГ seriyalı, 416793 nömrəli, Xİİ-ЖГ seriyalı, 320418 nömrəli və XVİ- ЖГ seriyalı 312679 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Seyidova (Nəbiyeva) Vüsalə Mirqani qızı xx.xx.1982-ci ildə, Seyidova (Tağıyeva) Samirə Mirqəni xx.xx.1987-ci ildə və Seyidova (Rzazadə) Günel Mirqəni qızı xx.xx.1991-ci ildə anadan olmuşdur. Həmin uşaqların atası X26 oğlu, anası İddiaçıdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə olunması və Özəlləşdirilməsi Departamenti tərəfindən verilmiş xx.xx.2003-cü il tarixli, 00517 nömrəli dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında şəhadətnamənin surətindən görünür ki, X7 şəhəri, N.Nərimanov küçəsi, 194 ünvanında yerləşən 229 nömrəli ərzaq malları mağazasını xx.xx.2023-cü il tarixdə almışdır. İşdə olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2007-ci il tarixli, MH seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Qaçaq Nəbi küçəsi, 1-ci dalan ünvanında yerləşən 0,0192 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X22 məxsusdur. İş materiallarında olan Gəncə şəhər Qeydiyyat Şöbəsinin xx.xx.2022-ci il tarixli 05/09İS/023841-22 nömrəli arayışın surətindən görünür ki, X20 vərəsələri arvadı İddiaçı (xx.xx.1955), uşaqları –X3 (xx.xx.1982), Cavabdeh (xx.xx.1983), X4 (xx.xx.1987) və X11 (xx.xx.1991) ibarət olmuşdur. İşdə olan xx.xx.2023-cü il tarixli «Elektron notariat» Avtomatlaşdırılmış İnformasiya sistemindən çıxarışdan görünür ki, Gəncə şəhər 1 saylı Notariat Ofisində xx.xx.2022-ci il tarixdə ölmüş şəxs (miras qoyan) X20 qanun üzrə vərəsəsi Cavabdeh vərəsəlik işi açdırmışdır. İş materiallarında olan Gəncə şəhər 1 saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2023-cü il traixli, 18 nömrəli notariat hərəkətlərinin aparılmasından imtinaya dair qərarın surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X20 vəfatından sonra adına miras qalmış əmlaklara dair qanun üzrə vərəsələr arasında mübahisə olduğu üçün İddiaçı qanun üzrə vərəsəlik hüququ haqqında şəhaətnamənin verilməsindən imtina olunmuşdur. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixi, 3-21-3-33/2- 4500/2023 nömrəli məktubdan görünür ki, ünvan 5 ünvanında 0,0192 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 96,3 kv/m olan fərdi yaşayış evinə dair Gəncə şəhər 1 saylı notariat kontorunun xx.xx.2016-cı il tarixli, 2V-1-229 reyest nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhaətnaməyə əsasən X22 xx.xx.2007-ci il tarixli, **********84-10301 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Ərazi İdarəsinin elektron baza məlumatlarına əsasən Gəncə şəhəri, Nəriman Nərimanov prospekti, 194 ünvanında yerləşən 229 saylı ərzaq mağazasının X20 adına olduğu müəyyən edilmişdir. Həmin əmlaka dair xx.xx.2014-cü il tarixli texniki pasport tərtib edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixi, 3-21-3- 33/2-8476/2023 nömrəli məktubdan görünür ki, 3 saylı Gəncə Ərazi İdarəsinin arxiv sənədlərinə və elektron baza məlumatlarına əsasən, Gəncə şəhəri, Nəriman Nərimanov prospekti, 194 ünvanında (229 saylı ərzaq malları mağazası) yerləşən qeyri-yaşayış binası «Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılmasına dair» xx.xx.2003-cü il tarixli, ******* qeydiyyat nömrəli şəhadətnaməsinə əsasən X20 adına xx.xx.2014-cü il tarixli Texniki pasport işlənmişdir. Kirovabad şəhəri 2 saylı Dövlət notariat kontorunun xx.xx.1982-ci il tarixli, 15-212 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evi X14 tərəfindən X1. Qeyd olunan müqaviləyə əsasən, X13 adına xx.xx.2005-cı il tarixli, 21852 reyestr nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Gəncə şəhəri 1 saylı Dövlət notariat kontoru tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli, 2V-1-229 reyestr nömrəli «Qanun üzrə vərəsəlik hüququ haqqında» şəhadətnaməyə əsasən, X2 Səkinə Xamoy qızının vərəsəsi tanınmış və vərəsənin adına xx.xx.2007-ci il tarixli, **********84- 10301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, İddiaçı və X26 xx.xx.1981-ci il tarixdə nikahlarını qeydə aldırmışlar. Həmin şəxslərin birgə nikahlarından xx.xx.1982-cı il tarixdə Nəbiyeva (Seyidova) Vüsalə Mirqani qızı, xx.xx.1983-cü il tarixdə Cavabdeh, xx.xx.1987-ci il tarixdə Tağıyeva (Seyidova) Samirə Mirqəni qızı və xx.xx.1991-ci il tarixdə Rzazadə (Seyidova) Günel Mirqəni qızı adlı 4 uşaq anadan olmuş, X26 xx.xx.2021-ci il tarixdə ölmüşdür. X26 vəfat edərkən, mülkiyyətində Gəncə şəhəri, N.Nərimanov prospekti, 194 ünvanında yerləşən qeyri-yaşayış binasından və ünvan 8ında yerləşən 2 nömrəli fərdi yaşayış evindən ibarət əmlak olmuşdur. Gəncə şəhəri, N.Nərimanov prospekti, 194 ünvanında yerləşən qeyri-yaşayış binası xx.xx.2003cü ildə alqı-satqı müqaviləsi əsasında, Gəncə şəhəri, Qaçaq Nəbi küçəsi, 1-ci dalanda yerləşən 2 nömrəli fərdi yaşayış evi isə xx.xx.2006-cı il tarixdə vərəsəlik hüququ əsasında əldə edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə görə ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin 225.2-ci maddəsinə görə nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə görə nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətidir (ərarvadın hər birinin əmlakıdır). Buna görə də məhkəmə Gəncə şəhəri, Qaçaq Nəbi küçəsi, 1-ci dalanda yerləşən 2 nömrəli fərdi yaşayış evinin əvəzsiz əldə edilməsini, eləcə də Gəncə şəhəri, N.Nərimanov prospekti, 194 ünvanında yerləşən qeyri-yaşayış binasının birgə nikah dövründə alqı-satqı əsasında alınmasını nəzərə alaraq, hesab edir ki, Gəncə şəhəri, Qaçaq Nəbi küçəsi, 1-ci dalanda yerləşən 2 nömrəli fərdi yaşayış evi üzərində yalnız mərhum X20 mülkiyyət hüququ mövcud olsa da, Gəncə şəhəri, N.Nərimanov prospekti, 194 ünvanında yerləşən qeyri-yaşayış binası ½ hissəsi üzərində X20, digər ½ hissəsi üzərində isə İddiaçı mülkiyyət hüququ mövcud olmuşdur. Qeyd olunan səbəbdən Gəncə şəhəri, N.Nərimanov prospekti, 194 ünvanında yerləşən qeyri-yaşayış binasının ½ hissəsinə İddiaçı payı müəyyən edilməli, X26 vəfat edərkən, mülkiyyətində olmuş Gəncə şəhəri, N.Nərimanov prospekti, 194 ünvanında yerləşən qeyri-yaşayış binasının digər ½ hissəsinə, eləcə də Gəncə şəhəri, Qaçaq Nəbi küçəsi 1-ci dalanda yerləşən 2 nömrəli fərdi yaşayış evinə vərəsələrin miras payları onların sayına mütənasib surətdə bölünməlidir. Belə ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etdiyindən və «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarı qəbul olunarkən həmin iddia ərizəsi üzrə mülki iş məhkəmənin icraatında olduğundan tərəflər arasında vərəsəlik münasibətlərinə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarı tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1151.1-ci maddəsinə görə miras (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1-ci maddəsinə görə qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər) valideynlər (övladlığa götürənlər) bərabər pay hüququna malikdirlər. Həmin Məcəllənin 1162-ci maddəsinə görə sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarında göstərilmişdir ki, vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilir. Beləliklə, məhkəmə mülki işin məhkəmə iclasında müəyyən edilmiş və yuxarıda qeyd olunmuş hallarını nəzərə alaraq, hesab edir ki, mülkiyyət hüququ ilə X20 adına qeydə alınmış, Gəncə şəhəri, N.Nərimanov prospekti, 194 ünvanında yerləşən (229 nömrəli ərzaq malları mağazası) qeyri-yaşayış binasının ½ hissəsinə İddiaçı, bundan başqa İddiaçı, Cavabdeh, Nəbiyeva (Seyidova) Vüsalə Mirqani qızının, Tağıyeva (Seyidova) Samirə Mirqəni qızının və Rzazadə (Seyidova) Günel Mirqəni qızının hər birinin X18 miras qalmış, Gəncə şəhəri, N.Nərimanov prospekti, 194 ünvanında yerləşən (229 nömrəli ərzaq malları mağazası) qeyri-yaşayış binasının ½ hissəsinin 1/5 hissəsinə (yəni həmin əmlakın 1/10 hissəsinə) və Gəncə şəhəri, Qaçaq Nəbi küçəsi, 1-ci dalanda yerləşən 2 nömrəli fərdi yaşayış evinin 1/5 hissəsinə payı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası təmin edilsin. Mülkiyyət hüququ ilə X20 adına qeydə alınmış, Gəncə şəhəri, N.Nərimanov prospekti, 194 ünvanında yerləşən (229 nömrəli ərzaq malları mağazası) qeyri-yaşayış binasının ½ hissəsinə İddiaçı payı müəyyən edilsin. İddiaçı, Cavabdeh, Nəbiyeva (Seyidova) Vüsalə Mirqani qızının, Tağıyeva (Seyidova) Samirə Mirqəni qızının və Rzazadə (Seyidova) Günel Mirqəni qızının hər birinin X18 miras qalmış, Gəncə şəhəri, N.Nərimanov prospekti, 194 ünvanında yerləşən (229 nömrəli ərzaq malları mağazası) qeyri-yaşayış binasının ½ hissəsinin 1/5 hissəsinə (yəni həmin əmlakın 1/10 hissəsinə) və Gəncə şəhəri, Qaçaq Nəbi küçəsi, 1-ci dalanda yerləşən 2 nömrəli fərdi yaşayış evinin 1/5 hissəsinə payı müəyyən edilsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №e-2(125)-113/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-113/2024
01.03.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver