Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-137/2024 29.04.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı5, İddiaçı2oviçin və İddiaçı4 Tahir oğlunun, müstəqil tələb irəli sürən üçüncü şəxs X26, cavabdehin nümayəndəsi (vəkili) Nümayəndə, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 iştirakı ilə, iddiaçılar İddiaçı1, İddiaçı5, İddiaçı2oviçin, İddiaçı4 Tahir oğlunun və İddiaçı3 Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər 1 saylı Gəncə Regional «ASAN Xidmət» mərkəzində notariat ofisi, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı ərazi idarəsi və X9) qarşı miras haqqında şəhadətnamənin, çıxarışın ləğv edilməsi, mirasın qəbulu müddətinin bərpa edilməsi və vərəsə kimi tanınma tələbi barədə, müstəqil tələb irəli sürən üçüncü şəxs X26 Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər 1 saylı Gəncə Regional «ASAN Xidmət» mərkəzində notariat ofisi və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı ərazi idarəsi) qarşı miras haqqında şəhadətnamənin, çıxarışın ləğv edilməsi, mirasın qəbulu müddətinin bərpa edilməsi və vərəsə kimi tanınma tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı5, İddiaçı2, İddiaçı4 və İddiaçı3 Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər 1 saylı Gəncə Regional «ASAN Xidmət» mərkəzində notariat ofisi, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı ərazi idarəsi və X9) qarşı miras haqqında şəhadətnamənin, çıxarışın ləğv edilməsi, mirasın qəbulu müddətinin bərpa edilməsi və vərəsə kimi tanınma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxs X26 Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər 1 saylı Gəncə Regional «ASAN Xidmət» mərkəzində notariat ofisi və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı ərazi idarəsi) qarşı miras haqqında şəhadətnamənin, çıxarışın ləğv edilməsi, mirasın qəbulu müddətinin bərpa edilməsi və vərəsə kimi tanınma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşanadək iddiaçılar İddiaçı1, İddiaçı5, İddiaçı2, İddiaçı4 Tahir oğlu və İddiaçı3 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Cavabdeh verilmiş vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Çıxarışın ləğv edilməsi, onların mirasın qəbulu müddətini ötürməklərinin üzürlü hesab edilməsi, vərəsə kimi tanınmaları, cavabdehdən vəkillərə ödədikləri 10 manat, 150 manat pul məbləğlərinin alınıb onlara verilməsi, məhkəməyə çəkiləcək bütün xərclərin cavabdehdən tutulması və onun hərəkətlərinə hüquqi qiymət verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı1 iddianı müdafiə edərək, izahatında bildirdi ki, mübahisə predmeti olan və Gəncə şəhəri, X39 küçəsi, 28 ünvanında yerləşən fərdi yaşayış evi onun qaynanası X15 mülkiyyətində olmuşdur. O, S.T.Nəbiyevanın oğlu X19 arvadıdır. S.T.Nəbiyeva xx.xx.2010-cu ildə vəfat etmiş, S.T.X1, İddiaçı2 Adıgözəl oğlundan, Cavabdeh, X17 və X3 ibarət 5 vərəsəsi olmuşdur. Gəncə şəhəri, X39 küçəsi, 28 ünvanında yerləşən fərdi yaşayış evində o, uzun illər yaşamış, sonradan Cavabdeh arvadı münaqişəli vəziyyət yaratdıqdan sonra onlar başqa ünvanda yaşamağa başlamışlar. Onun əri T.Cavabdeh 1993-cü ildə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 2003-cü ildə cəzasının sonu ilə azad edilmiş və yaşamaq üçün Rusiya Federasiyasına getmişdir. X31 anası S.T.Nəbiyeva və qardaşı X32 vəfat edərkən, Gəncə şəhərinə gəlmiş və hüzür mərasimində iştirak etdikdən sonra Rusiya Federasiyasına geri qayıtmışdır. 2010-cu ildə anası S.T.Nəbiyevanın vəfat etdikdən sonra X7 şəhərinə gələrkən ayrı-ayrı ünvanlarda, yəni öz xalası qızının və digər qohumlarının yaşadıqları ünvanlarda bir neçə gün qonaq qalsa da, Gəncə şəhəri, X39 küçəsi, 28 ünvanında yerləşən fərdi yaşayış evinə getməmiş və həmin ünvanda yalnız Cavabdeh öz ailə üzvləri ilə birlikdə yaşamışdır. S.T.Nəbiyeva Gəncə şəhəri, X39 küçəsi, 28 ünvanında yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququnu rəsmiləşdirmədiyindən S.T.Nəbiyeva 2010-cu ildə vəfat etdikdən sonra heç bir vərəsəsi miras əmlakdan pay almaq üçün aidiyyəti üzrə müraciət etməmişdir. 2014-cü ildə «ASAN xidmət» mərkəzində yerləşən notariat ofisinə müraciət etdikdə isə vərəsələrdən X20 ölüm haqqında şəhadətnaməsi olsa da, doğum haqqında şəhadətnaməsi olmadığına görə sənədləşdirməni tamamlamaq mümkün olmamışdır. Bu zaman Cavabdeh rəsmişləşdirmə işlərinin tamamlanmasını öz üzərinə götürmüş və narahatçılığa əsas olmadığına onları inandırmışdır. xx.xx.2021-ci il tarixdə X46 vəfat etmiş, X33 yas mərasimində S.T.Nəbiyevadan miras qalmış əmlakın rəsmiləşdirilməsini başa çatdırmaq, mirasın vərəsələr arasında bərabər bölünməsini təmin etmək üçün X31 ilə bağlı bütün sənədlər Cavabdeh verilmişdir. Sonradan xx.xx.2022-ci il tarixdə Cavabdeh sənədləşmə ilə bağlı məlumat almaq istədikdə Cavabdeh müxtəlif bəhanələr gətirmişdir. Sonuncu dəfə 2023-cü ilin mart ayında Cavabdeh ilə telefon vasitəsi ilə əlaqə saxlayarkən Cavabdeh fərdi yaşayış evini öz adına rəsmiləşdirdiyini bildirib, müxtəlif fikirlər səsləndirmiş və nəhayət miras əmlakın bütünlüklə özünə çatmalı olduğunu demişdir. Bununla əlaqədar onlar xx.xx.2023-cü il tarixdə Gəncə Şəhər Baş Polis İdarəsinə, xx.xx.2023-cü il tarixdə isə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı ərazi idarəsinə müraciət etmiş, Gəncə şəhəri, X39 küçəsi, 28 ünvanında yerləşən fərdi yaşayış evinin xx.xx.2022-ci il tarixdə X15 adına, xx.xx.2022-ci il tarixdə isə X18 adına rəsmiləşdirildiyini bilmişlər. xx.xx.2023-cü il tarixdə o və digər iddiaçılar 1 saylı Gəncə «ASAN xidmət» mərkəzində notariat ofisinə müraciət edərək, qanun üzrə vərəsəlik hüququ şəhadətnamə verilməsini xahiş etmişlər. Lakin onlara bu barədə iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət etmək tövsiyyə olunmuşdur. Buna görə də o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonda İddiaçı1 iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı5, İddiaçı2oviç və İddiaçı4 Tahir oğlu izahatında iddianı müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etdilər. İddiaçı3, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər 1 saylı Gəncə Regional «ASAN Xidmət» mərkəzində notariat ofisi, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı ərazi idarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir Məhkəmə iclasında cavabdehin nümayəndəsi (vəkili) Nümayəndə iddianı qəbul etməyərək bildirdi ki, Adıgözəl Nəbiyev xx.xx.2004-cü ildə, anası Sona Nəbiyeva xx.xx.2010-cu ildə vəfat etmişdir. X46 1988-ci ildə Gəncə şəhəri, X39 küçəsi, 28 ünvanında yerləşən fərdi yaşayış evini ailəsi ilə birlikdə 1988-ci ildə tərk etmiş və həmin tarixdə sonra başqa ünvanda yaşamışdır. 1993-cü ildə isə X46 10 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasını çəkib qurtardıqdan sonra isə Rusiya Federasiyasına getmişdir. T.Cavabdeh cəzaçəkmə müəssisəsində olarkən verdiyi etibarnamə əsasında İddiaçı1 T.Cavabdeh Rusiya Federasiyasın Yaroslav şəhərindəki mənzili sataraq, Bakı şəhərindən mənzil almışdır. Digər vərəsə İddiaçı2 Adıgözəl oğlu 1977-ci ildə vəfat etmiş, yəni X15 ölümündən əvvəl vəfat etmiş, 2010-cu ildə X36 ölümündən sonra M.Cavabdeh oğlu X42 miras qalmış əmlakda yaşamamışdır. X6 yaşayarkən S.T.Nəbiyevadan qalmış mirası qəbul etməmiş, 2011-ci ildə vəfat etdikdən sonra M.Cavabdeh vərəsələrindən heç kim mübahisəli əmlakda yaşamamışdır. Başqa vərəsə, X8 isə 2010-cu ildən sonra Gəncə şəhəri, X39 küçəsi, 28 ünvanında yerləşən fərdi yaşayış evində yaşamamışdır. Göründüyü kimi Gəncə şəhəri, X39 küçəsi, 28 ünvanında yerləşən fərdi yaşayış evi X15 vəfatına qədər və vəfatından sonra Cavabdeh başqa vərəsə yaşamamış, mirası nə faktiki, nə də rəsmi qaydada qəbul etməmişdir. Əks halda miras əmlakda pay tələb edən vərəsə ya həmin evdə yaşayar, ya buna bir neçə il bundan əvvəl iddia edər, ya da miras əmlakda payının müəyyən olunması üçün notariusa müraciət edərdi. Mirasın açıldığı tarix X10 Gəncə şəhəri, X39 küçəsi, 28 ünvanında yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququnu təsdiq edən çıxarışın alındığı tarix deyil, S.T.Nəbiyevanın öldüyü tarixdir və miras əmlakın qəbul edilməsi məhz həmin vaxtla hesablanır. Sonda Nümayəndə idddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında müstəqil irəli sürən üçüncü şəxs X42 iddianı müdafiə edərək, izahatında göstərdi ki, İddiaçı2 Adıgözəl oğlu onun atası, X27 isə İddiaçı2 Adıgözəl oğlunun anası, yəni onun nənəsidir. Onun atası İddiaçı2 Adıgözəl oğlu 1977-ci ildə vəfat edəndən sonra anası X37 2-ci dəfə nikaha girmişdir. O, hərbi xidmətə gedənədək və hərbi xidmətdən qayıtdıqdan sonra anası X23 yanında yaşamışdır. Gəncə şəhəri, X39 küçəsi, 28 ünvanında yerləşən fərdi yaşayış evində yaşamaq istədikdə isə nənəsi X27 ona Gəncə şəhəri, Abbas Səhət küçəsində atasının, yəni ögey atasının evinin olduğunu demiş və Gəncə şəhəri, X39 küçəsi, 28 ünvanında yerləşən fərdi yaşayış evində yaşamağa icazə verməmişdir. 2010-cu ildə nənəsi X15 ölümündən sonra da o, Gəncə şəhəri, X39 küçəsi, 28 ünvanında yerləşən fərdi yaşayış evində yaşamamışdır. Sonda A.İddiaçı2 iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 izahatında göstərdi ki, X15 onun anasıdır. 2010-cu ildə anası X27 və 2011-ci ildə qardaşı X32 vəfat etmişdir. O, anası X10 vəfatından sonra Gəncə şəhərinə gələrkən, Gəncə şəhəri, X39 küçəsi, 28 ünvanında yerləşən fərdi yaşayış evinə getməmiş, digər ünvanlarda, yəni xalası qızının və başqa qohumlarının evində bir neçə gün qonaq qalmışdır. Gəncə şəhəri, X39 küçəsi, 28 ünvanında yerləşən fərdi yaşayış evində yalnız Cavabdeh öz ailə üzvləri ilə birlikdə yaşamış, digər vərəsələrdən heç kim həmin ünvanda yaşamamışdır. Məhkəmə iddia ərizələrini və işin faktiki hallarını araşdıraraq, iddiaçıları, cavabdehin nümayəndəsini (vəkilini), müstəqil tələb irəli sürən və sürməyən üçüncü şəxsləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, işdə olan AZ-İ seriyalı 439841 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X27 xx.xx.2010-ci ildə ölmüşdür. İş materiallarında olan AZ-İ seriyalı 440058 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X32 xx.xx.2011-ci ildə ölmüşdür. İşdə olan Н-ГР seriyalı 716173 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X31 xx.xx.2021-ci ildə ölmüşdür. İş materiallarında olan AZ-İİ seriyalı 065034 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X31 və X21 arasında olan nikah xx.xx.1979-cu ildə Gəncə «Nikah evi»ndə qeydə alınmışdır. İşdə olan X-ЖГ seriyalı 319569 nömrəli, Vİİ-ЖГ seriyalı 493046 nömrəli, Vİİ- ЖГ seriyalı 359123 nömrəli və İİ-ГP seriyalı 492797 nömrəli doğum haqqında şəhadətnamələrdən görünür ki, X43 xx.xx.1984-cü ildə, İddiaçı2 xx.xx.1981-ci ildə, İddiaçı5 xx.xx.1980-ci ildə, İddiaçı4 xx.xx.1989-cu ildə anadan olmuşdur. Həmin şəxslərin atası X31 və anası İddiaçı1dır. İş materiallarında olan xx.xx.1947-ci il tarixli 12303 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi X28 tərəfindən X2. İşdə olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı ərazi idarəsi tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2014-cü il tarixli məktubdan görünür ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi Gəncə şəhər notariusunun xx.xx.1947-ci il tarixli 12303 nömrəli alqı-satqı müqaviləsinə əsasən X28 tərəfindən X2. Bu fərdi yaşayış dövlət qeydiyyatına alınmamışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ********** nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Gəncə şəhəri, X39 küçəsi, 28 ünvanında yerləşən 0,0377 hektar torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi üzərində X15 mülkiyyət hüququ xx.xx.2022-ci il tarixdə ********** nömrəsi ilə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınmışdır. İşdə olan xx.xx.2022-ci il tarixli 2V-338 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, X11 miras qalmış Gəncə şəhəri, X39 küçəsi, 28 ünvanında yerləşən 0,0377 hektar torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə Cavabdeh tam hissədə pay hüququ müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ********** nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Gəncə şəhəri, X39 küçəsi, 28 ünvanında yerləşən 0,0377 hektar torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi üzərində Cavabdeh oğlunun mülkiyyət hüququ xx.xx.2022-ci il tarixdə ********** nömrəsi ilə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınmışdır. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, X27 xx.xx.2010-ci ildə ölmüş və ondan ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi miras qalmışdır. S.T.X1, İddiaçı2 Adıgözəl oğlundan, Cavabdeh, X17 və X3 ibarət 5 vərəsəsi olmuşdur. Həmin vərəsələrdən İddiaçı2 Adıgözəl oğlu 1977-ci ildə, X32 xx.xx.2011-ci ildə və X31 xx.xx.2021-ci ildə ölmüşdür. X15 xx.xx.2010-ci ildə ölümündən sonra onun sağ olan vərəsələri X31, X32 və X8, eləcə də X12 vərəsəsi X14 şəhəri, Kəpəz rayonu, General Zeynalov küçəsi, 28 ünvanında yerləşən fərdi yaşayış evində yaşamamış və mirasın qəbuluna dair notariat orqanına müraciət etməmişlər. X4 vərəsəsi Cavabdeh həmin ünvanda yaşamaqla, mirası qəbul etmiş və xx.xx.2022-ci ildə ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İddiaçılar İddiaçı1, İddiaçı5, İddiaçı2oviç, İddiaçı4 Tahir oğlu və İddiaçı3 Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər 1 saylı Gəncə Regional «ASAN Xidmət» mərkəzində notariat ofisi, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı ərazi idarəsi və X9) qarşı miras haqqında şəhadətnamənin, çıxarışın ləğv edilməsi, mirasın qəbulu müddətinin bərpa edilməsi və vərəsə kimi tanınma tələbinə dair, müstəqil tələb irəli sürən üçüncü şəxs X42 Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər 1 saylı Gəncə Regional «ASAN Xidmət» mərkəzində notariat ofisi və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı ərazi idarəsi) qarşı miras haqqında şəhadətnamənin, çıxarışın ləğv edilməsi, mirasın qəbulu müddətinin bərpa edilməsi və vərəsə kimi tanınma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1151.1 və 1151.2-ci maddələrinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir Həmin Məcəllənin 1159.1-1159.1.1-ci maddələrinə görə qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələrə birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) daxildirlər. Həmin Məcəllənin 1159.1.3-cü maddəsinə görə bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1243.1 və 1243.2-ci maddələrinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1246-cı maddəsinə görə vərəsə vərəsəliyə çağrıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1255-ci maddəsinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarının tələbindən göründüyü kimi şəxs öldükdən sonra onun əmlakı birmənalı olaraq vərəsənin əmlakına daxil olmur. Vərəsə əmlakı əldə etmək və ona mülkiyyətçi kimi sahib olmaq üçün müəyyən aktı həyata keçirməlidir. Vərəsəlik hüququ mirasın qəbul edilməsinin formal və qeyri-formal olmaqla iki üsulunu müəyyənləşdirmişdir. Formal üsul vərəsəliyin qəbul edilməsi üçün vərəsənin notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi, qeyri formal üsul isə vərəsənin mirası faktiki surətdə idarə etməyə başlaması və mirasa yiyələnməsi, eləcə də miras əmlakı qəbul etdiyini şəksiz nümayiş etdirməsi üsuludur. Mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, X27 xx.xx.2010-ci ildə ölmüş və onun ölümündən sonra miras əmlak yalnız X29 tərəfindən faktik və rəsmi qəbul edilmişdir. Həmin hal iddiaçılar İddiaçı1, İddiaçı5, İddiaçı2oviçin, İddiaçı4 Tahir oğlunun və İddiaçı3, müstəqil tələb irəli sürən üçüncü şəxs X26, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 izahatlarında da öz təsdiqini tapmış, bununla da Cavabdeh qeyd olunan xüsusatı sübutetmə vəzifəsindən azad olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarını əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. «Elektron məhkəmə» informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən protokola etiraf edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, ərizə işə tikilir. Həmçinin iddiaçılar və müstəqil tələb irəli sürməyən üçüncü şəxs iddia tələbinin əsası kimi miras əmlak üzərində X10 mülkiyyət hüququnun qeydə alınmamasını göstərmiş və mirası rəsmi qəbul etməmələrinin səbəbini həmin halla izah etmişlər. Lakin mirasın rəsmi qəbulu ilə əlaqədar mirasın açıldığı xx.xx.2010-ci il tarixdən 1 saylı Gəncə Regional «ASAN Xidmət» mərkəzində notariat ofisinə ərizə ilə müraciət edildiyi xx.xx.2023-cü il tarixədək ötən 12 il 06 ay müddətində hər hansı hərəkətin edilməsinə dair məhkəməyə sübut təqdim olunmamışdır. Halbuki, X34 xx.xx.1947-ci il tarixli 12303 nömrəli alqı-satqı müqaviləsi ilə ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evini X13 almış, hüququn qeydə alınması üçün həmin dövrdə sağ olan vərəsələrdən X19, X20 və X5, eləcə də X12 vərəsəsi X26 qanunla nəzərdə tutulmuş qaydada aidiyyəti üzrə müraciət etməsi kifayətedici olmuşdur. Digər tərəfdən iddiaçılar İddiaçı1, İddiaçı5, İddiaçı2oviç, İddiaçı4 Tahir oğlu və İddiaçı3, müstəqil tələb irəli sürən üçüncü şəxs X42, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 öz izahatlarında X15 xx.xx.2010-ci il tarixdə ölümündən sonra onların miras qalmış ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə getmələrinə Cavabdeh tərəfindən icazə verilmədiyini bildirdikləri halda, bütün vərəsələrin mirasda paylarının müəyyənləşdilməsi üçün həmin fərdi yaşayış evinə dair sənədləşmə işlərinin tamamlanmasını Cavabdeh onlara vəd etməsi ağlabatan və inandırıcı deyildir. Bundan başqa, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi üzərində X22 mülkiyyət hüququ xx.xx.2022-ci ildə qeydə alınmış, bundan 1 il 02 ay sonra – xx.xx.2023cü il tarixdə İddiaçı1 tərəfindən vərəsəlik hüququ haqqında şəhadətnamə alınması üçün Gəncə Regional «ASAN Xidmət» mərkəzində notariat ofisinə müraciət edilmişdir. Göründüyü kimi mirasın qəbuluna dair əvvəlcə X31, daha sonra isə sonuncunun vərəsələri olan iddiaçılar, habelə müstəqil tələb irəli sürən X42 hər hansı iradə ifadə etməmiş, miras əmlakın saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətləri bariz şəkildə nümayiş etdirməmiş, X15 əmlakını faktiki cəhətdən ələ keçirməmiş və ona sahib durmamışlar. Bununla yanaşı, onlar X15 miras əmlakının Cavabdeh tərəfindən idarə olunmasından və həmin şəxsin mirasa təkbaşına faktiki sahiblik etməsindən xəbərdar olmuşlar. «A.Nadirova və qeyrilərinin şikayəti üzrə» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 mart 2022-ci il tarixli Qərarında göstərilmişdir ki, miras əmlakın hansı üsulla qəbul edilməsindən və vərəsəlik şəhadətnaməsinin olubolmamasından asılı olmayaraq vərəsə tərəfindən miras əmlakın saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin bariz şəkildə nümayiş etdirilməsi onun miras aktivini və miras passivini qəbul etməsinə dəlalət edir. «G.Qəhrəmanovanın şikayəti üzrə» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 iyul 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, miras əmlakın faktiki qəbulu isə vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Beləliklə, qeyd olunanları, habelə mirasın qəbul edilməsi üçün qanunla nəzərdə tutulmuş müddətin ötürüldüyü zaman dövrünü və müddətin üzrlü səbəblərdən ötürülməsini təsdiq edən sübutların məhkəməyə təqdim olunmamasını nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı5, İddiaçı2oviçin, İddiaçı4 Tahir oğlunun və İddiaçı3 Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər 1 saylı Gəncə Regional «ASAN Xidmət» mərkəzində notariat ofisi, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı ərazi idarəsi və X9) qarşı miras haqqında şəhadətnamənin, çıxarışın ləğv edilməsi, mirasın qəbulu müddətinin bərpa edilməsi və vərəsə kimi tanınma tələbinə dair, müstəqil tələb irəli sürən üçüncü şəxs X26 Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər 1 saylı Gəncə Regional «ASAN Xidmət» mərkəzində notariat ofisi və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı ərazi idarəsi) qarşı miras haqqında şəhadətnamənin, çıxarışın ləğv edilməsi, mirasın qəbulu müddətinin bərpa edilməsi və vərəsə kimi tanınma tələbinə dair iddiası rədd edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, iddia rədd edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu iddiaçıya və müstəqil tələb irəli sürən üçüncü şəxsə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı5, İddiaçı2oviçin, İddiaçı4 Tahir oğlunun və İddiaçı3 Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər 1 saylı Gəncə Regional «ASAN Xidmət» mərkəzində notariat ofisi, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı ərazi idarəsi və X9) qarşı miras haqqında şəhadətnamənin, çıxarışın ləğv edilməsi, mirasın qəbulu müddətinin bərpa edilməsi və vərəsə kimi tanınma tələbinə dair iddiası təmin edilməsin. Müstəqil tələb irəli sürən üçüncü şəxs X26 Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər 1 saylı Gəncə Regional «ASAN Xidmət» mərkəzində notariat ofisi və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı ərazi idarəsi) qarşı miras haqqında şəhadətnamənin, çıxarışın ləğv edilməsi, mirasın qəbulu müddətinin bərpa edilməsi və vərəsə kimi tanınma tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumları müvafiq olaraq İddiaçı1, İddiaçı5, İddiaçı2oviçə, İddiaçı4 Tahir oğluna, İddiaçı3 və müstəqil tələb irəli sürən üçüncü şəxs X35 aid edilsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyevv
Məhkəmə qərarları › İş №e-2(125)-137/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-137/2024
29.04.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver