Məhkəmə qərarları › İş №e-2(125)-140/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-140/2023

13.09.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-140/2023 13.09.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə1, cavabdehin nümayəndəsi (vəkili) Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «cavabdehin evindən ona məxsus olan evin həyətyanı sahəsinə baxan 4 ədəd pəncərənin hörülüb bağlanması» tələbi barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı ünvan 1 ünvanında yerləşən evin iddiaçıya məxsus Gəncə şəhəri, Əli Nəzmi küçəsində yerləşən 45 nömrəli evin həyətyanı sahəsinə baxan 4 ədəd pəncərənin hörülüb bağlanması və Cavabdeh ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun alınıb iddiaçıya verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki işin məhkəmədə baxılmağa hazırlanması zamanı iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə1 iddianın dəqiqləşdirilməsinə dair məhkəməyə ərizə təqdim edərək, ünvan 1 ünvanında yerləşən evin iddiaçıya məxsus Gəncə şəhəri, Əli Nəzmi küçəsində yerləşən 45 nömrəli evin həyətyanı sahəsinə baxan 4 ədəd pəncərənin üst hissəsində 60 sm saxlanılmaqla hörülüb bağlanması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, izahatında bildirdi ki, Gəncə şəhəri, Əli Nəzmi küçəsində yerləşən 45 nömrəli fərdi yaşayış evi onun xüsusi mülkiyyətindədir. 2017-ci ildə hazırki cavabdehin əri olan X9 ilk iddia üzrə ona qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəfindən «ona məxsus evin arxa tərəfində olan 4 ədəd pəncərəyə vurulmuş plastik löhvənin» açılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bundan sonra o ilk iddiaya birləşdirilmiş iddia üzrə cavabdeh X3rşı «cavabdehin evindən ona məxsus olan evin həyətyanı sahəsinə baxan 4 ədəd pəncərənin hörülüb bağlanması» tələbi ilə məhkəmədə iddia qaldıraraq, ilk iddiaya birləşdirilmiş iddia üzrə cavabdeh X5 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin arxa hissəsində ona məxsus ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı torpaq sahəsinə baxan 4 ədəd pəncərənin hörülüb bağlanması və cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 03 aprel 2018-ci il tarixli qətnaməsi əsasında onun tərəfindən X7 məxsus evin arxa tərəfində olan 4 ədəd pəncərəyə vurulmuş plastik listlərin açılması, X5 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin arxa hissəsində İddiaçı məxsus ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı torpaq sahəsinə baxan 4 ədəd pəncərənin üst hissəsində 60 sm saxlanılmaqla hörülüb bağlanması qət edilmişdir. Həmin qətnamədən X9 tərəfindən apellyasiya və kassasiya şikayəti verilmiş, lakin qətnamə qüvvədə saxlanılmış və icra edilmişdir. Lakin bundan sonra X9 həmin mülkiyyətində olan evi hazırki iş üzrə cavabdeh olan arvadı X6 bağışlamışdır. Evin mülkiyyətçisi dəyişən kimi, bağlanmış pəncərələr təkrarən sökülmüşdür. Bununla bağlı həm icra məmuruna, həm də məhkəməyə ərizə ilə müraciət etmişdir. Lakin icra məmuru və məhkəmə tərəfindən ona yazılı məlumat verilmişdir ki, həmin iş artıq icra edilmiş və iş üzrə icraata xitam verilmişdir. Sonda İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə1 iddiaçının izahatını müdafiə edərək, bildirdi ki, sözügedən iddiaya dair Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 03 aprel 2018-ci il tarixli, 2(044)-28/2018 nömrəli qətnaməsi qəbul olunmuşdur. Sözügedən qətnamədən apellyasiya və kassasiya qaydasında verilən şikayətlər təmin olunmamışdır. Həmin qətnamə icra olunmuş, X5 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin arxa hissəsində İddiaçı məxsus ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı torpaq sahəsinə baxan 4 ədəd pəncərənin üst hissəsində 60 sm saxlanılmaqla hörülmüşdür. Daha sonra X9 özünə məxus olan evi hazırki iş üzrə cavabdeh olan arvadına bağışlamışdır. Cavabdeh tərəf isə mülkiyyətçinin dəyişməsindən istifadə edərək məhkəmə qətnaməsi ilə pəncərənin üst hissəsinə hörülmüş divarı sökmüşdür. Bu isə iddiaçının mənafeyinə və hüququna ziddir. Belə ki, cavabdehin pəncərələri onun sahəsinə baxdığından iddiaçı mülkiyyətindən tam olaraq maneəsiz istifadə edə bilmir. Sonda iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə1 iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi (vəkili) Nümayəndə2 iddianı qəbul etməyərək, bildirdi ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi cavabdehin xüsusi mülkiyyətindədir. Buna görə də cavabdehin öz mülkiyyətində olan əmlakdan istədiyi qaydada istifadə etmək hüququ vardır. Digər tərəfdən iddianın təmin olunması mənzilin havalanmasına mənfi təsir göstərə və nəticədə mənzildə yaşayan şəxslərin səhhətinin pisləşməsinə səbəb ola bilər. Buna görə də iddianın təmin olunması qanuna və məqsədə müvafiq deyildir. Sonda Nümayəndə2 iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını və tərəflərin nümayəndələrini (vəkillərini) dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2002-ci il tarixli, 680 nömrəli Azərbaycan Respublikası Gəncə Dövlət Tikinti və Arxitektura Komitəsi Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqların Qeydiyyat İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Gəncə şəhəri, Əli Nəzmi küçəsində yerləşən ümumi sahəsi 146 kv/m olan 6 yaşayış otağından ibarət olan 45 nömrəli fərdi yaşayış evi İddiaçı məxsusdur. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin 05 iyul 2018-ci il tarixli 2(104)-2622/2018 nömrəli qətnaməsinin surətindən görünür ki, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(044)-28/2018 saylı qətnaməsi X5 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin arxa hissəsində İddiaçı məxsus ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı torpaq sahəsinə 4 ədəd pəncərənin üst hissəsində 60 sm saxlanılmaqla hörülüb bağlanması hissəsində dəyişdirilmədən saxlanılmışdır. İşdə olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, X12 küçəsi, ev 7 ünvanında yerləşən ümumi sahəsi 0,044 ha olan torpaq sahəsi və ümumi sahəsi 116,3 kv/m olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh məxsusdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 noyabr 2022-ci il tarixli 10/5517 nömrəli ekspert rəyindən görünür ki, İddiaçı tərəfindən bağlanması tələb edilən pəncərələr Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsi tərəfindən verilmiş Texniki Pasportda öz təsdiqini tapdığından, o cümlədən pəncərələrin bağlanması Tikinti Norma və Qaydaları 2.08.01.89un 1.3-cü bəndinin tələblərinə zidd olduğundan Texniki Pasportda göstərilən 4 və 5 saylı yaşayış otaqlarının pəncərələrinin bağlanması həmin yaşayış otaqlarının havalanmasına və işıqlanmasına mənfi təsir göstərə bilər. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 iyul 2023-cü il tarixli 10/1933 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin arxa hissəsində İddiaçı məxsus Gəncə şəhəri. Əli Nəzmi küçəsi, 45 saylı fərdi yaşayış evinin həyətyanı torpaq sahəsinə baxan 4 ədəd pəncərələrin bağlandığı təqdirdə yaşayış evinin havalanmasına və işıqlanmasına mənfi təsir göstərə bildiyi müəyyən olunur. ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinin Cavabdeh həyətyanı torpaq sahəsinə tərəf baxan pəncərələrin üst hissəsində 50-60 sm hissəsi saxlanılmaqla və açılıb-bağlanan çərçivə quraşdırılmaqla pəncərələrin hörülməsi texniki cəhətdən mümkündür. Lakin həmin evin pəncərələrinin üst hissəsində 50-60 sm hissəsi saxlanılmaqla və açılıb-bağlanan çərçivə quraşdırılmaqla pəncərələrin hörülməsi yaşayış evinin havalanmasına və işıqlanmasına hansı dərəcədə mənfi təsir göstərməsi aidiyyatı qurumlar (Gigiyena və Epidemiologiya Mərkəzinin mütəxəssisləri) tərəfindən araşdırıldıqdan sonra müəyyən oluna bilər. ünvan 6 ünvanında yerləşən yaşayış evinin Cavabdeh həyətyanı torpaq sahəsinə tərəf baxan pəncərələrin üst hissəsində 50-60 sm hissəsi saxlanılmaqla və açılıb-bağlanan çərçivə quraşdırılmaqla pəncərələrin hörülməsinin tikinti-texniki normalara uyğun olub-olmaması məsələsi həmin otaqların havalanmasına və işıqlanmasına hansı dərəcədə mənfi göstərməsi aidiyyatı qurumlar tərəfindən araşdırıldıqdan sonra müəyyən oluna bilər. İş materiallarında olan Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli, 2(044)-28/2018 nömrəli məktubunun surətindən görünür ki, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(044)- 28/2018 nömrəli icra sənədi icra edilərək xx.xx.2019-cu ildə icra sənədi üzrə icraata xitam verilmişdir. Yenidən məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Məhkəmə iş üzrə təqdim olunan sübutları, eləcə də tikinti-texniki obyektlərinin tədqiqi ekspertizasının 22 noyabr 2022-ci il tarixli 10/5517 nömrəli və 21 iyul 2023-cü il tarixli 10/1933 nömrəli, habelə Gəncə Apellyasiya Məhkəməsinin 05 iyul 2018-ci il tarixli 2(104)-2622/2018 nömrəli qətnaməsində qeyd olunan 16 fevral 2018-ci il tarixli, 25790 nömrəli rəylərini müqayisəli tədqiq edərək, hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 noyabr 2022-ci il tarixli 10/5517 nömrəli və 21 iyul 2023-cü il tarixli 10/1933 nömrəli ekspert rəyləri sübutlar sıyahısından çıxarılmalı və yekun məhkəmə qərarının qəbulu zamanı nəzərə alınmamalıdır. Belə ki, tikinti-texniki obyektlərinin tədqiqi ekspertizasının 22 noyabr 2022-ci il tarixli 10/5517 nömrəli rəyində otaqlarının pəncərələrinin bağlanması həmin yaşayış otaqlarının havalanmasına və işıqlanmasına mənfi təsir göstərə bildiyi qeyd olunsa da, 21 iyul 2023cü il tarixli 10/1933 nömrəli ekspert rəyində pəncərələrin üst hissəsində 50-60 sm hissəsi saxlanılmaqla və açılıb-bağlanan çərçivə quraşdırılmaqla pəncərələrin hörülməsinin tikintitexniki normalara uyğun olub-olmaması məsələsinin həmin otaqların havalanmasına və işıqlanmasına hansı dərəcədə mənfi göstərməsi aidiyyatı qurumlar tərəfindən araşdırıldıqdan sonra müəyyən oluna bildiyi qeyd olunmuşdur. Göründüyü kimi 22 noyabr 2022-ci il tarixli 10/5517 nömrəli rəyində otağın havalanmasına və işıqlanmasına dair sual cavablandırılsa da, 21 iyul 2023-cü il tarixli 10/1933 nömrəli rəydə eyni suala cavab verilməsi digər qurumla əlaqələndirilmişdir. Qeyd olunan xüsusat isə həmin rəylərin əsaslı olmamasına dəlalət edir. Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 101.3-cü maddəsinə görə ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(044)-28/2018 nömrəli qətnaməsi ilə X5 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin arxa hissəsində İddiaçı məxsus Gəncə şəhəri, Əli Nəzmi küçəsində yerləşən 45 ünvanında fərdi yaşayış evinin həyətyanı torpaq sahəsinə baxan 4 ədəd pəncərənin üst hissəsində 60 sm saxlanılmaqla hörülüb bağlanması qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(104)-2622/2018 nömrəli qətnaməsi ilə Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(044)-28/2018 nömrəli qətnaməsi, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli 2(102)-7569/2018 nömrəli qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(104)-2622/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(044)-28/2018 nömrəli qətnaməsi qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmiş və icrası təmin edilmişdir. Lakin sonradan X9 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini xx.xx.2021-ci il tarixində 2 saylı Notariat Ofisində 4Ə-565 saylı reyestr nömrəsi ilə təsdiq edilmiş daşınmaz əmlakın bağışlama müqaviləsi əsasında hazırki iş üzrə cavabdeh olan Cavabdeh bağışlamışdır. X10 isə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin arxa hissəsində İddiaçı məxsus Gəncə şəhəri, Əli Nəzmi küçəsində yerləşən 45 ünvanında fərdi yaşayış evinin həyətyanı torpaq sahəsinə baxan 4 ədəd pəncərəni bərpa etmişdir. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin icraatında olmuş 2(044)-28/2018 nömrəli mülki iş üzrə tərəflər və əsaslar, habelə icra sənədi üzrə tələbin yönəldiyi şəxs (borclu) dəyişmişdir. Buna görə də İddiaçı S.A.Abbasovaya qarşı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi həmin evin arxa hissəsində İddiaçı məxsus Gəncə şəhəri, Əli Nəzmi küçəsində yerləşən 45 ünvanında fərdi yaşayış evinin həyətyanı torpaq sahəsinə baxan 4 ədəd pəncərənin üst hissəsində 60 sm saxlanılmaqla hörülüb bağlanmış vəziyyətdə X4 mülkiyyətinə keçmişdir. Lakin X1 şəhəri, H.Araslı küçəsi, ev 7 ünvanında yerləşən fərdi yaşayış evinin arxa hissəsində İddiaçı məxsus Gəncə şəhəri, Əli Nəzmi küçəsində yerləşən 45 ünvanında fərdi yaşayış evinin həyətyanı torpaq sahəsinə baxan 4 ədəd pəncərəni bərpa etmişdir. Bu isə iddiaçının öz mülkiyyət hüquqlarını sərbəst həyata keçirməyə mane olur. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi qanuni və əsaslı olduğu üçün təmin olunmalı, Cavabdeh məxsus olan Gəncə şəhəri, Həmid Araslı küçəsində yerləşən 7 nömrəli fərdi yaşayış evinin arxa hissəsində İddiaçı məxsus Gəncə şəhəri, Əli Nəzmi küçəsində yerləşən 45 nömrəli fərdi yaşayış evinin həyətyanı torpaq sahəsinə baxan 4 ədəd pəncərə üst hissələrində 60 sm saxlanılmaqla hörülüb bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə görə ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə aiddir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının dəyəri qismində 150 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası təmin edilsin. Cavabdeh məxsus olan Gəncə şəhəri, Həmid Araslı küçəsində yerləşən 7 nömrəli fərdi yaşayış evinin arxa hissəsində İddiaçı məxsus Gəncə şəhəri, Əli Nəzmi küçəsində yerləşən 45 nömrəli fərdi yaşayış evinin həyətyanı torpaq sahəsinə baxan 4 ədəd pəncərə üst hissələrində 60 sm saxlanılmaqla hörülüb bağlansın. Cavabdeh tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının dəyəri qismində 150 (bir yüz əlli) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulsun. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar