Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2(125)-1427/2023 30.01.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi X3, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X2 və Cavabdeh3 qarşı «mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, vərəsəlik və mülkiyyət hüququnun tanınması» tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyünə dair məsələyə baxaraq, m ü ə y y ə n e t d i m: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X2 və Cavabdeh3 qarşı «mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, vərəsəlik və mülkiyyət hüququnun tanınması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, anası X1 1986-cı ildə ölümündən sonra vərəsəliyin onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi, Gəncə şəhəri, Təbriz küçəsi, 38 saylı mülkün ½ hissəsində vərəsəlik və mülkiyyət hüququnun tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş zəruri tələblərə əməl edilmədən, yəni yolverilməz əsaslarla məhkəməyə verildiyindən iddia ərizəsinin məhkəmə icraatına qəbulundan imtina olunmalıdır. Belə ki, iddiaçı «mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, vərəsəlik və mülkiyyət hüququnun tanınması» nı məhkəmədən xahiş etmiş, lakin bununla bağlı müvafiq notariat kontoruna müraciət etməmiş, birbaşa məhkəməyə müraciət etmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Göründüyü kimi, iddiaçı hazırki iddia tələbi ilə bağlı məhkəməyə müraciət etməzdən öncə mirasın faktiki qəbulu ilə bağlı mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməlidir. Notariat kontoru müvafiq notariat hərəkətlərini aparmaqdan hər hansı əsasla imtina etdikdə iddiaçı hazırki iddia ərizəsində qeyd olunan cavabdehlərlə yanaşı müvafiq notariat kontorunu da cavabdeh qismində qeyd etməklə məhkəmədə yenidən iddia qaldıra bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2-ci və 153.2-ci maddələrinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının hazırki tələbi məhkəmənin səlahiyyətinə aid deyil və iddia ərizəsi yolverilməz əsaslarla məhkəməyə verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X2 və Cavabdeh3 qarşı «mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, vərəsəlik və mülkiyyət hüququnun tanınması» tələbinə dair iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsindən imtina edilsin. İddiaçıya, notariat kontoruna müraciət etmək hüququnun olması izah edilsin. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçıya qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №e-2(125)-1427/2023
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №e-2(125)-1427/2023
30.01.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver