Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2(125)-1435/2023 06.04.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi X2, Bayramova Zöhrə Oktay qızının katibliyi ilə, İddiaçı cavabdehlər Gəncə şəhər X1 Hüquqi şəxsə və Tibbi Ərazi Bölmələrinin X3 Hüquqi şəxsə qarşı əmrin ləğv edilməsi və əmək müqaviləsinin bağlanma öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi barədə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİM: İddiaçı cavabdehlər Gəncə şəhər X1 Hüquqi şəxsə və Tibbi Ərazi Bölmələrinin X3 Hüquqi şəxsə qarşı əmrin ləğv edilməsi və əmək müqaviləsinin bağlanma öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhər X1 Hüquqi şəxsi tərəfindən qəbul edilmiş əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli əmrin ləğv edilməsi və Gəncə şəhər Kardioloji xəstəxanasına həkim-labarant vəzifəsində çalışmasına dair əmək müqaviləsinin bağlanması öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə göndərərək, işin baxılmamış saxlanmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmiş İddiaçı və cavabdehlər Gəncə şəhər X1 Hüquqi şəxs və Tibbi Ərazi Bölmələrinin X3 Hüquqi şəxsin nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, hazırki iş üzrə iddiaçının xahişi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Odur ki, iddiaçı iddia ərizəsinin baxılmamış saxlanmasını xahiş etdiyindən iddia ərizəsi baxılmamış saxlanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdehlər Gəncə şəhər X1 Hüquqi şəxsə və Tibbi Ərazi Bölmələrinin X3 Hüquqi şəxsə qarşı əmrin ləğv edilməsi və əmək müqaviləsinin bağlanma öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №e-2(125)-1435/2023
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №e-2(125)-1435/2023
06.04.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver