Məhkəmə qərarları › İş №e-2(125)-1532/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-1532/2025

13.05.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-1532/2025 13.05.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən çıxarılma” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Mülki işin mübahisəsiz halı bundan ibarətdir ki, Gəncə Şəhər Məhkəməsinin 2(125)- 710/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən, iddiaçı Gəncə şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi cavabdehlər İddiaçı, X3, X4 və X6 (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2) qarşı “mənzildən istifadə hüquqlarının itirilməsi” tələbinə dair iddiası təmin olunmuş, cavabdehlər İddiaçı, X3, X4 və X5 ünvan 1 ünvanından istifadə hüquqları itirilmiş hesab edilmişdir. Qətnamədən narazı qalan cavabdehlər İddiaçı, X3 və X4 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 sentyabr 2024- cü il tarixli 2(104)- 1568/2024 nömrəli qətnaməsi ilə cavabdehlər İddiaçı, X3 və X4 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməsi; Gəncə Şəhər Məhkəməsinin 21 may 2024-cü il tarixli 2(125)-710/2024 nömrəli qətnaməsi ləğv olunması; İş üzrə yeni qətnamə qəbul edilməsi; İddiaçı Gəncə şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin cavabdehlər İddiaçı, X3, X4, X9 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh1 qarşı cavabdehlərin mənzildən istifadə hüquqlarının itirilməsi tələbinə dair iddiası təmin edilməməsi qət edilmişdir. Həmin Qərardan görünür ki, “45. Yuxarıda da qeyd olunduğu kimi cavabdehlərdən İddiaçı mənzil kirayə müqaviləsində ailə üzvü kimi göstərilmişdir. Digər iki cavabdehlər sonuncunun qızı, digəri isə nəvəsidir. İddiaçı mülkiyyətində fərdi yaşayış evi (mənzil) və ya digər əsaslarla yaşayış yeri olubolmaması, eləcədə onun özündən asılı və ya asılı olmayan səbəblərdən (ailə üzvləri ilə birlikdə) mənzildə yaşamaması iddiaçı tərəfindən araşdırılmamış, sadəcə onların mənzildə yaşamaması əsas gətirilərək üçüncü şəxs Dürdanə Məmmədovanın mənzili özəlləşdirməsinə zəmin yaratmaq üçün xeyrinə iddia qaldırılmışdır. 46. Gəncə şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən məhkəməyə ünvanlanmış sorğuya cavabdan müəyyən etmək olur ki, ünvan 1 dair hazırkı iş üzrə üçüncü şəxs X2 ilə mənzil kirayə müqaviləsi bağlanmamışdır.” Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1568/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 sentyabr 2024- cü il tarixli 2(104)-1568/2024 nömrəli qətnaməsindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır. Bundan başqa, ünvan 1; yeni qaydalarla: AZ 2012, Gəncə şəhəri, X8 küçəsi, giriş 8, M5 ünvanında yerləşən 3 nömrəli mənzil (bundan sonra –mübahisəli mənzil) Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən xx.xx.2025ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə İddiaçı adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsiylə məhkəməyə müraciət edərək, cavabdehlərin əşyaları ilə birlikdə iddiaçının mülkiyyətində olan ünvan 1; yeni qaydalarla: AZ 2012, Gəncə şəhəri, X8 küçəsi, giriş 8, M5 ünvanında yerləşən 3 nömrəli mənzildən cavabdehlərin əşyaları ilə birlikdə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixdə Gəncə şəhəri, Heydər Əliyev prospekti,ev 27, mənzil 40; Yeni qaydalarla: AZ 2012, Gəncə şəhəri, X8 küçəsi, giriş 8, M5, m3 özəlləşdirilmə əsasında mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Hal-hazırda cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin mənzildən çıxartmaq istəyir. Mənzildən çıxartmaq istədiyi şəxslər ögey anası və ögey bacısıdır. Ögey anası Cavabdeh1 Gəncə şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyniin vasitəsilə ona və övladlarına iddia qaldıraraq, mənzili özəlləşdirmək istəmiş, ancaq apellyasiya instansiya məhkəməsi tərəfindən hər tərəfli, tam və obyektiv araşdırılma aparılaraq buna imkan verilməmişdir. Belə ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(104)-1568/2024 saylı qətnaməsi ilə müəyyən edilmişdir ki, 421 nömrəli orderdə X1 ailə üzvləri kimi arvadı Növrəstə İmanova, qızı Xalidə, oğlu Həsən və qızı Yaqut göstərilmişdir. Hazırkı iş üzrə üçüncü şəxs X2, eləcədə sonuncunun qızı Cavabdeh2 həmin orderdə icarədarın ailə üzvləri kimi qeyd olunmamışdı. Həmin qətnamədən narazı qalaraq Sarıyeva (Məmmədova) Dürdanə Valeh qızı tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)-4019/2024 saylı qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 sentyabr 2024-cü il tarixli, 2(104)-1568/2024 nömrəli qətnaməsindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Sarıyeva (Məmmədova) Dürdanə Valeh qızı tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilmişdir. Məhkəmə qərarları ilə mülkiyyət hüququ ilə ona məxsus olan mənzilə hüquqları olmayan şəxsin mənzilində yaşamaları mülkiyyət hüququnu pozur. Məhkəmə iclasında iştirak edən iddiaçının təmsilçisi ərizədə yazılanların izahatı olaraq qəbul edilməsini və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən iddiaçı tərəfi dinləyərək və sübutları araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsində göstərilir ki, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Hazırkı iş üzrə iddiaçı xüsusi mülkiyyət hüquqi ilə ona məxsus olan mübahisəli mənzildən cavabdehlərin əşyalarıyla birlikdə çıxarılmasını xahiş etmiş və həmin daşınmaz əmlaka mülkiyyət hüququnu həyata keçirə bilməməsi ilə tələbini əsaslandırmışdır. Mülki icraat qaydasında formal həqiqəti müəyyən etməli olan məhkəmə çəkişmə prinsipini təmin etmiş, lakin cavabdeh tərəf mübahisəli yaşayış sahəsinə hər hansı hüququnun yaranmasını təsdiqləyən dəlil təqdim etməmişdir. Bununla yanaşı, cavabdeh tərəfin həmin evə hüququ tədqiq edilmiş iş materialları ilə müəyyən olunmur. Məhkəmə hesab edir ki, hazırki halda iddiaçı mübahisəli mənzilin mülkiyyətçisi olduğundan o, öz mülahizəsinə görə qanuna müvafiq qaydada əmlaka dair sahiblik və istifadə hüququna həyata keçirə bilməlidir. Lakin cavabdeh tərəfin hər hansı hüququnun olmamasına baxmayaraq, iddiaçı göstərilən hüquqlarını həyata keçirə bilmir. Odur ki, iddiaçı mülkiyyətində olan evdən cavabdehlərin çıxarılmasını tələb etməkdə haqlıdır. Beləliklə, məhkəmə hesab edir ki, mövcud şərtlər daxilində iddiaçının iradəsinə zidd olaraq cavabdehlərin iddiaçının mülkiyyətindəki mənzildə yaşaması iddiaçının əmlakı üzərində hüququnun həyata keçirməsini əsassız məhdudlaşdıran hal kimi qiymətləndirilməlidir. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, mübahisəli mənzildə cavabdehlərin qalması iddiaçının mülkiyyət hüququnu məhdudlaşdıran hal olduğundan, iddia tələbi təmin edilməli, cavabdehlər iddiaçının mülkiyyətində olan mənzildən əşyalarıyla birgə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrinə əsasən, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı məxsus ünvan 1; yeni qaydalarla: AZ 2012, Gəncə şəhəri, X8 küçəsi, giriş 8, M5 ünvanında yerləşən 3 nömrəli mənzildən əşyaları ilə birlikdə çıxarılsınlar. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar