Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-1646/2025 27.05.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əİirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, ilk iddia üzrə İddiaçı, ilk iddia üzrə İddiaçı və qarşılıqlı iddia üzrə Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə, ilk iddia üzrə Cavabdeh1, onun vəkili Vəkil2, qarşılıqlı iddia üzrə Cavabdeh2 iştirakı ilə, İlk iddia üzrə İddiaçı ilk iddia üzrə Cavabdeh1 qarşı “mənzilə istifadə hüququna xitam verilməsi və onun azyaşlı uşaqları, əşyaları ilə birlikdə məzildən çıxarılması” tələbinə dair ilk iddiası və Cavabdeh1 İddiaçı və Cavabdeh2 qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Gəncə şəhəri 6 saylı Notariat Ofisi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə ərazi idarəsi) “daşınmaz əmlakın bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi və dövlət reyestrindən çıxarışın ləğvi” tələbinə dair qarşılıqlı iddiası barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və onun azyaşlı övladları - 07 oktyabr 2010-cu il təvəllüdlü X4 və 10 yanvar 2013-cü il təvəllüdlü Cavabdeh2 Fizuli oğlunun iddiaçıya məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi və onların əşyaları ilə birlikdə həmin evdən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki hallarına görə ünvan 2 ünvanında yerləşən 0,05 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 177,9 kv.m olan fərdi yaşayış evindən ibarət **********54-10301 reyestr nömrəli daşınmaz əmlak İddiaçı xüsusi mülkiyyətində olmaqla, daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəsi ilə xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur. Mülkiyyət hüquqları qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Cavabdeh1 məhrum X2nun həyat yoldaşıdır. Qardaşı ilə cavabdeh 2010-cu ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Onların birgə nikahlarından 07 oktyabr 2010-cu il tarixində X14 və 10 yanvar 2013-cü il tarixində isə Cavabdeh2 Fizuli oğlu dünyaya gəlmişlər. X2 18 iyun 2020-ci il tarixində vəfat etmişdir. Qardaşının vəfatından sonra ona verilən sığorta və kompensasiya pulunu toplayaraq cavabdehə vermişlər. Həmin vaxt belə razılığa gəlmişlər ki, bu pula ev alıb köçsünlər. Cavabdeh elə yaşadıqları küçədən ev alsa da, onu anasının adına almış və yenə də ona məxsus olan evdə yaşamağa davam etmişdir. Bir müddət buna göz yumaraq əmi kimi həmişə qardaşının uşaqları ilə maraqlanır və onların ehtiyaclarını qarşılayırdı. Lakin son zamanlar cavabdeh onun ümumiyyətlə uşaqlarla əlaqə saxlamağına imkan vermir. Hələ bu azmış kimi mülkiyyətində olan evdən də çxmaq istəmir və hazırda ona məxsus olan evdə yaşayır. Yəni cavabdehin ucbatından öz mülkiyyətindən istədiyi kimi istifadə edə bilmir. Ona görə də Cavabdeh1 və onun azyaşlı övladları, 07 oktyabr 2010-cu il təvəllüdlü X4 və 10 yanvar 2013-cü il təvəllüdlü Cavabdeh2 Fizuli oğlunun ona məxsus evin yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi və onların əşyaları ilə birlikdə evdən çıxarılmaları üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bundan başqa, Cavabdeh1 İddiaçı və Cavabdeh2 qarşı qarşılıqlı iddia ərizəsi, sonradan tələbin dəqiqləşdirilməsi barədə ərizə verməklə Gəncə şəhəri 6 saylı Notariat Ofisini və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə ərazi idarəsini mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində qeyd edərək cavabdehlər Cavabdeh2 ilə İddiaçı arasında Gəncə 6 saylı Notariat Ofisi tərəfindən xx.xx.2023-cü il tarixdə 4Ə-117 reyestr nömrəsi ilə bağlanmış Daşınmaz Əmlakın Bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evi barəsində İddiaçı adına verilmiş xx.xx.2023-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli mülkiyyət hüququ haqqında çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iş üzrə cavabdehlərdən İddiaçı ona qarşı məhkəmədə iki nəfər azyaşlı uşaqları ilə birlikdə ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evinin yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi və əşyaları ilə birlikdə evdən çıxarılması barədə iddia qaldırmışdır. O, ilkin iddiaya qarşı qarşılıqlı iddia verir. Belə ki, o, ilkin iddia üzrə İddiaçı qardaşı və qarşılıqlı iddia üzrə Cavabdeh2 oğlu X15 ilə 2010-cu ildə rəsmi nikah qeydiyyatından keçib evlənməklə mübahisəli evə gəlin köçmüşdür. Həmin vaxtıda evin mülkiyyətçisi olan Cavabdeh2 onu ailə üzvü kimi evinə köçürməklə, evə pasport qeydiyyatına salmışdır. 2010-cu ildən o, ailə üzvi kimi, həmin mübahisəli evdə yaşamaqla, orada 2010-cu ildə və 2013-cü ildə iki nəfər uşağı anadan olmuşdur. Mərhum əri X15 18 iyun 2020-ci il tarixdə avtoqəza nəticəsində vəfat etmişdir. Mərhum əri X15 vəfat etdikdən sonra da hazırda da o və uşaqları mübahisəli evdə yaşamaqla orada pasport qeydiyyatındadırlar. Mərhum əri vəfat edəndən sonra da, nikahları qüvvədədir, ona qeydiyyat orqanları tərəfindən xitam verilməmişdir, o, cavabdehlərdən Cavabdeh2 ailə üzvüdür və notarial qaydada yaşayış sahəsini 05 fevral 2023-cü il tarixdə digər cavabdeh İddiaçı bağışlayanda ailə üzvü kimi onun razılığı alınmalı idi. Ancaq, onun razılığı alınmadan qanunsuz olaraq bağışlama müqaviləsi bağlanmaqla bu müqavilə əsasında İddiaçı evə çıxarış alaraq hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh2 hələ 2021-ci ildə bu mübahisəli evi ilkin iddiada iddiaçı olan oğlu İddiaçı bağışlamaq üçün Gəncə 1 saylı Notariat ofisinə müraciət etmiş, ancaq, həmin vaxt orada qeydiyyatda olan ailə üzvü kimi razılıq vermədiyindən 1 saylı Notariat ofisi bağışlama əqdinin aparılmasından imtina etmişdir. Cavabdeh2 Notariat Ofisinin bu imtinasından Gəncə Şəhər Məhkəməsində iddia qaldırmışdır və Gəncə Şəhər Məhkəməsində bu barədə 2(125)-3232/2022 nömrəli iş olmuşdur. Həmin vaxt da Cavabdeh2 iddiası təmin olunmamışdır. Ancaq, bundan 1 il sonra cavabdehlər Gəncə 6 saylı Notariat Ofisi ilə əlaqəyə girərək onun xəbəri və razılığı olmadan bağışlama müqaviləsi bağlamaqla İddiaçı adına ev özgəninkiləşdirilmişdir. Daşınmaz əmlakın belə bağışlanma müqaviləsi bağlanan andan etibarsız hesab edilməlidir. Çünki bu bağışlama müqaviləsi yalnız onu iki nəfər az yaşlı uşağı ilə evdən çıxarmaq niyyəti ilə bağışlanmışdır. Qarşılıqlı iddianın təmin edilməsi, ilkin iddianın təmin edilməsini tam aradan qaldırdığından qəbul edilməlidir. Mübahisəli yaşayış sahəsinin bağışlama müqaviləsi ilə özgəninkiləşdirilməsi 03 mart 2025-ci ildə birinci məhkəmə hazırlıq iclasında ona məlum olmuş və bundan 3 gün sonra bağışlama müqaviləsinin surətini qarşı tərəfin nümayəndəsindən almaqla, qarşılıqlı iddia qaldırmışdır. Yəni bunun üçün əsaslar xx.xx.2025-ci ildə əmələ gəlmişdir. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə iddiaçı ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ilk iddianın təmin edilməsini, qarşılıqlı iddianın isə təmin edilməməsini xahiş etdi. Həmçinin izahatında bildirdi ki, Cavabdeh1 mərhum X2 ilə rəsmi nikaha daxil olaraq mübahisəli evə köçmüşdür. X2 18 iyun 2020-ci il tarixdə öldükdən sonra da Cavabdeh1 uşaqları ilə birlikdə həmin evdə yaşamağa davam etmişdir. Mübahisəli evin bütün işıq, su və qaz, yəni kommunal xərcləri özü tərəfindən ödənilir. Qardaşı öldükdən sonra da büdcəsi daxilində qardaşının uşaqlarına da köməklik etmişdir. Qardaşının ölümündən sonra yığılan bütün pul vəsaiti - 20000 manat Cavabdeh1 verilmişdir. Cavabdeh1 mərhum qardaşının adına olan Gəncə şəhəri Sevinc qəsəbəsində yerləşən torpağı 10000 manata satıb oradan əldə etdiyi pul vəsaiti ilə ona verilən pul vəsaitini toplayaraq mübahisəli evin yerləşdiyi küçənin başında anasının adına ev almışdır. Buna baxmayaraq Cavabdeh1 uşaqları ilə birlikdə həmin evdə yaşamağa davam edir. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə İddiaçı və qarşılıqlı iddia üzrə Cavabdeh2 nümayəndəsi və vəkili ilk iddianın təmin edilməsini, qarşılıqlı iddianın isə təmin edilməməsini xahiş etdi. Həmçinin izahatında bildirdi ki, mübahisə predmeti olan ev üzrə bütün kommunal xərclər ilk iddia üzrə iddiaçı tərəfindən ödənilir. İlk iddia üzrə Cavabdeh1 həmin evdə yaşaması ilk iddia üzrə iddiaçı üçün əlavə kommunal xərclər yaradır. Bundan başqa, bağışlama müqaviləsi veriləndə notariat orqanında hər hansı qanun pozuntusuna yol verilməmişdir. Ümumiyyətlə hesab edir ki, ilk iddia üzrə cavabdeh, Cavabdeh1 hazırkı qarşılıqlı iddianı vermək üçün subyektiv hüququ yoxdur, buna görə də qarşılıqlı iddia əsassızdır. “Notariat hərəkətlərinin aparılması barədə təlimat”ın pozulduğu qeyd edilsə də, həmin təlimatda ailə üzvləri kimi Ailə Məcəlləsində göstərilən ailə üzvləri nəzərdə tutulur. Bu halda, mülkiyyətçinin gəlini istər nikahda olsun, istərsə də, olmasın, ailə üzvü hesab edilmir. Hesab edir ki, Cavabdeh1 həmin evdə ümumiyyətlə istifadə hüququ əldə etməmişdir. Cavabdeh1 ilə mərhum X15 arasında nikah 2009-cu ilin oktyabr ayının 1-dən sonra bağlandığı üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin təsir dairəsinə düşür. Buna görə də, Cavabdeh1 istifadə hüququ yoxdur, yəni yaranmamışdır. Bundan başqa, şahid ifadəsində ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 20000 manat məbləğində pulun verilmədiyini bildirsə də, həmin pul Cavabdeh1 verilmişdir. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə Cavabdeh1 ilk iddianın təmin edilməməsini, qarşılıqlı iddianın isə təmin edilməsini xahiş etdi. Həmçinin izahatında bildirdi ki, mübahisəli fərdi yaşayış evindən çıxmaq istəmir. X15 ilə 2010-cu ildə rəsmi nikah qeydiyyatından keçib evlənsə də, 2009-cu ilin noyabr ayının 13-dən faktiki nikah əsasında mübahisəli evə gəlin köçmüşdür. Həmin evdə uşaqlarının da haqqı var. Başqa yaşayış yeri yoxdur. 5 ildir ki, həyat yoldaşı ölmüşdür, bu müddət ərzində ilk iddia üzrə iddiaçı tərəfindən ailəsinə heç bir köməklik olunmayıb. Həmin uşaqlara bu 5 il ərzində necə baxmasından nə uşaqların əmisinin, nə babasının, nə də nənəsinin xəbəri yoxdur. Uşaqlardan biri 9-cu, biri isə 6-cı sinifdə oxuyur. Heç bir yerdə işləmir, həmçinin şəkərli diabet xəstəliyindən əziyyət çəkir. Mərhum həyat yoldaşının ölümündən yığılan bütün pulu, yəni 20000 manat məbləğində pulu uşaqların hazırlıq və digər yaşayış xərclərinə sərf etmişdir. İlk iddia üzrə iddiaçının qeyd etdiyi anasının adına aldığı ev öz qardaşının vəsaiti hesabına alınmışdır. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə Cavabdeh1 vəkili Vəkil2 ilk iddianın təmin edilməməsini, qarşılıqlı iddianın isə təmin edilməsini xahiş etdi. Həmçinin bildirdi ki, Cavabdeh1 ilk iddia üzrə iddiaçının qardaşı mərhum X15 ilə rəsmi nikaha daxil olaraq mübahisə predmeti olan evə gəlin köçmüş, onların birgə nikahdan iki övladı doğulmuşdur. Cavabdeh1 həyat yoldaşı X15 avtoqəza nəticəsində öldüyündən yas mərasimini təşkil etmək üçün onun həyat yoldaşının ölümünə səbəb olan sürücü tərəfindən ona pul verilmişdir. Bundan başqa, ilk iddia üzrə iddiaçının atası ilə Cavabdeh1 arasında çoxsaylı məhkəmə mübahisələri olmuşdur. Cavabdeh2 məhkəməyə şikayət verərək, Gəncə şəhəri 1 saylı Notariat Ofisinin notariusu X16 mübahisə predmeti olan evi ilk iddia üzrə iddiaçıya bağışlama müqaviləsini təsdiqləməyi tapşırmaq haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Buna səbəb odur ki, Gəncə şəhəri 1 saylı Notariat Ofisinin notariusu X23 həmin evdə qeydiyyatda olan digər şəxs Cavabdeh1 razılığı tələb olunduğundan Cavabdeh2 evi ilk iddia üzrə iddiaçıya bağışlamasına dair notariat hərəkətini həyata keçirməkdən imtina etmişdir. Ancaq, bundan 1 il sonra qarşılıqlı iddia üzrə cavabdehlər Gəncə 6 saylı Notariat Ofisi ilə əlaqəyə girərək Cavabdeh1 xəbəri və razılığı olmadan bağışlama müqaviləsi bağlamaqla “Notariat hərəkətlərinin aparılması barədə təlimat”ın qaydalarını pozaraq evi İddiaçı adına özgəninkiləşdirmişlər. Belə bağışlanma müqaviləsi bağlanan andan etibarsız hesab edilməlidir. Həmin əqd özü-özlüyündə əhəmiyyətsiz olduğuna görə etibarsız əqddir. Çünki bu bağışlama müqaviləsi yalnız cavabdehi iki nəfər az yaşlı uşağı ilə evdən çıxarmaq niyyəti ilə bağışlanmışdır. Bundan başqa, hazırda Cavabdeh1 X15 ilə nikahları qüvvədədir, nikaha xitam verilməmişdir. Məhkəmə iclasında iştirak edən qarşılıqlı iddia üzrə Cavabdeh2 ilk iddianın təmin edilməsini, qarşılıqlı iddianın isə təmin edilməməsini xahiş etdi, əlavə etdi ki, evini öz iradəsi ilə iddiaçıya bağışlamışdır, gəlini Cavabdeh1 həmin evə hüququ yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirdi ki, Cavabdeh1 bibisidir. Cavabdeh1 həyat yoldaşı X15 ölənə qədər həyat yoldaşının ailəsi ilə münasibətləri yaxşı olmuşdur. X1 ölümündən sonra yığılan 20000 manat məbləğində pul Cavabdeh1 verilməmiş, ilk iddia üzrə iddiaçı həmin pulu banka keçirəcəyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə ərazi idarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəblərini bildirməmişdir. İş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən digər üçüncü şəxs Gəncə şəhəri 6 saylı Notariat Ofisi də məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, onun nümayəndəsi məhkəməyə gəlməmiş, məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını, şahid ifadəsini dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, ilk iddia qismən təmin edilməli, qarşılıqlı iddia isə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş ******* nömrəli, xx.xx.2024-cü il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, İddiaçı ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evində qeydiyyatdır. Qeydiyyatda olan digər şəxslər X9, Cavabdeh2, X10, X14, X17, X12 və X6r. 7882667 nömrəli, xx.xx.2025-ci il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, İddiaçı ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evində qeydiyyatdır. Qeydiyyatda olan digər şəxslər X9, X10, X17, X12, X13, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh2 Fizuli oğludur. İş materiallarına əlavə edilmiş, Gəncə Şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş 3-16-5/8-70-Ə-232/2025 nömrəli, xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X15 ilə X3 nikahı xx.xx.2010-cu il tarixdə 454 nömrəli akt qeydi ilə Gəncə Şəhər Qeydiyyat şöbəsində qeydə alınmış, nikah bağlandıqdan sonra ərin soyadı Əsgərov, arvadın soyadı Əsgərova qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş, Gəncə “ASAN xidmət” X19 tərəfindən verilmiş AZ-İİ seriyalı, 216910 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X15 xx.xx.2020-ci il tarixdə “kəllə sümükləri və üz sümüklərinin çoxsaylı sınığı” səbəbindən ölmüşdür. İş materiallarına əlavə edilmiş, Gəncə şəhəri Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2010-cu il tarixdə verilmiş AZ-İ seriyalı, 591758 nömrəli nikah haqqında şəhadətnamədən, eləcə də doğum haqqında şəhadətnamələrdən görünür ki, X15 ilə X7 arasında xx.xx.2010-cu il tarixdə Gəncə şəhəri Nizami rayon Qeydiyyat şöbəsində 454 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra ərin soyadı Əsgərov, arvadın soyadı Əsgərova qeyd edilmişdir. Nikahdan iki uşaq – 07 oktyabr 2010-cu il təvəllüdlü X4 və 10 yanvar 2013-cü il təvəllüdlü Cavabdeh2 Fizuli oğlu doğulmuşdur. İlk iddia üzrə iddiaçı öz iddia tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən sübut qismində mübahisəli əmlaka dair dövlət reyestrindən çıxarışı ilə yanaşı, həmin evə dair kommunal xidmət barədə abonentin saldosunu və “Zenner” smart sayğaca olan ödənişlər cədvəlini, habelə mərhum qardaşının ölümündən sonra yığılan bütün pul vəsaiti - 20000 manatı Cavabdeh1 verməsini təsdiq edən qohumların tərtib etdiyi xx.xx.2021-ci il tarixli aktın surətini iş materiallarına əlavə etmişdir. İş materiallarından görünür ki, ərizəçi Cavabdeh2, Gəncə şəhəri 1 saylı Notariat Ofisinin xüsusi notariusu X18 və Cavabdeh1 maraqlı şəxs qismində qeyd etməklə “notariat hərəkətlərinin aparılmasından imtina” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri 1 saylı Notariat Ofisinin notariusu X16 planlaşdırdığı bağışlama müqaviləsini təsdiqləməyi tapşırmaq haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-3999/2021 nömrəli, 18 noyabr 2021-ci il tarixli qərardadı ilə ərizənin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilmiş, ərizəçiyə Gəncə İnzibati Məhkəməsinə müraciət etmək hüququnun olması izah edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-951/2022 nömrəli, 16 fevral 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 18 noyabr 2021-ci il tarixli, 2(044)-3999/2021 nömrəli qərardadı və onun əsasında çıxarılmış 16 dekabr 2021-ci il tarixli, 2(044)-3999/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Ərizəçi Cavabdeh2 sonuncu qərardaddan kassasiya şikayəti vermiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-951/2022 nömrəli, 15 mart 2022-ci il tarixli qərardadı ilə kassasiya şikayəti geri qaytarılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-3863/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə ərizəçi Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş və Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 mart 2022-ci il tarixli, 2(104)-951/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Gəncə şəhəri 6 saylı notariat ofisində xx.xx.2023-cü il tarixdə rəsmiləşdirilmiş 4Ə- 117 reyestr nömrəli daşınmaz əmlakın bağışlanma müqaviləsindən görünür ki, Cavabdeh2 tam mülkiyyət hüququ üzrə mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 0,05 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 177,9 kv.m, yaşayış sahəsi 143,8 kv.m, yardımçı sahəsi 34,1 kv.m olan 4 otaqlı fərdi yaşayış evini oğlu – İddiaçı bağışlamışdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş mübahisəsiz hallarına görə Cavabdeh1 İddiaçı mərhum qardaşının arvadı, qarşılıqlı iddia üzrə digər Cavabdeh2 isə gəlinidir. Belə ki, Cavabdeh1 ilə mərhum X15 arasında xx.xx.2010-cu il tarixdə Gəncə şəhəri Nizami rayon Qeydiyyat şöbəsində 454 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah bağlanmışdır. Nikahdan iki uşaq – 07 oktyabr 2010-cu il təvəllüdlü X4 və 10 yanvar 2013-cü il təvəllüdlü Cavabdeh2 Fizuli oğlu doğulmuşdur. İddiaçının qardaşı, cavabdehin isə əri X15 xx.xx.2020-ci il tarixdə “kəllə sümükləri və üz sümüklərinin çoxsaylı sınığı” səbəbindən ölmüşdür. İşin məhkəmə tərəfindən müəyyən edilmiş digər hallarına görə mübahisəli - ünvan 2 ünvanında yerləşən 0,05 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 177,9 kv.m olan fərdi yaşayış evindən ibarət **********54-10301 reyestr nömrəli daşınmaz əmlak əvvəllər Cavabdeh2 mülkiyyətində olmuş, sonuncu Gəncə şəhəri 6 saylı notariat ofisində xx.xx.2023-cü il tarixdə rəsmiləşdirilmiş 4Ə-117 reyestr nömrəli daşınmaz əmlakın bağışlanma müqaviləsi əsasında həmin əmlakı oğlu – İddiaçı bağışlamışdır. Hazırda sözügedən əmlak İddiaçı xüsusi mülkiyyətində olmaqla, daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəsi ilə xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. Həmçinin, qeyd edilməlidir ki, mübahisəli evin hazırkı mülkiyyətçisi İddiaçı qardaşı arvadı, əvvəlki mülkiyyətçi Cavabdeh2 gəlini olan Cavabdeh1 mərhum X15 ilə xx.xx.2010-cu il tarixdə nikaha daxil olduqdan sonra mübahisəli evdə yaşaması, himayəsində olan iki azyaşlı övladının da hazırda onunla birlikdə həmin evdə yaşaması, pasport qeydiyyatında olması işin mübahisəsiz hallarıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə hesab edir ki, tərəflər arasındakı mövcud mübahisəyə 01 oktyabr 2009cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin müddəaları tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, ilk iddia üzrə cavabdehin mübahisəli fərdi yaşayış evinə dair hər hansı hüququ yoxdur. Belə ki, Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinin tələbinə görə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Göründüyü kimi, mülkiyyətçi ilə bərabər həmin yaşayış sahəsində yaşayan şəxslərin istifadə hüquqlarının yaranması əsaslarını müəyyən edən MM-nin 30.1-ci maddəsinin mənası baxımından mülkiyyətçinin ailə üzvləri 2 qrupa bölünür. Birincisi, mülkiyyətçi ilə birlikdə yaşayan onun arvadı (əri), uşaqları və valideynləri, ikincisi, mülkiyyətçinin himayəsində olmaqla əmək qabiliyyəti olmayan və mülkiyyətçi tərəfindən ailə üzvü kimi köçürüldükdə - digər qohumlar. Mülki işin mübahisəsiz halıdır ki, cavabdeh hazırkı mülkiyyətçi olan iddiaçının qardaşı arvadı, əvvəlki mülkiyyətçinin isə gəlinidir, ona görə də, Mənzil Məcəlləsinin adı çəkilən müddəalarında nəzərdə tutulan mənada həm hazırkı, həm də keçmiş mülkiyyətçinin ailə üzvləri tərkibinə daxil deyil, keçmiş mülkiyyətçinin digər oğlu ilə nikaha daxil olduqdan sonra ona məxsus fərdi yaşayış evində yaşamışdır. Həmçinin, cavabdeh hazırkı və əvvəlki mülkiyyətçilərin digər qohumu da hesab edilə bilməz. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Ailə Məcəlləsinin 15-ci Fəsli ailənin başqa üzvlərinin, yəni qardaş və bacıların yetkinlik yaşına çatmayan və ya əmək qabiliyyəti olmayan qardaş və bacılarını, baba və nənənin nəvələrini, nəvələrin baba və nənəni, yetirmələrin öz faktik tərbiyəçilərini, ögey oğul və qızların ögey ata və ananı saxlamaqla bağlı öhədilikərinin əsaslarını müəyyən edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. İşin hallarından da göründüyü kimi, cavabdeh iddiaçının, eləcə də fərdi yaşayış evinin keçmiş mülkiyyətçisinin digər qohumu deyil və cavabdeh, əmək qabiliyyəti olmayan şəxslər kimi onların himayəsində olmamışdır. Sadalanan qanunvericilik normalarına, eləcə də, Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə hesab edir ki, cavabdeh iddiaçının, eləcə də fərdi yaşayış evinin keçmiş mülkiyyətçisin ailə üzvü, habelə iddiaçıdan və fərdi yaşayış evinin keçmiş mülkiyyətçisindən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən özünün saxlanılmasını tələb etmək hüququna malik olan şəxs olmamışdır. Bu halda isə, cavabdehin və onun azyaşlı uşaqlarının sözügedən fərdi yaşayış evindən istifadə hüquqları yaranmır. Odur ki, mövcud olmayan istifadə hüququna xitam verilməsinə dair ilk iddia tələbi təmin oluna bilməz. Bununla belə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məcəllənin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, iddiaçı mübahisəli fərdi yaşayış evinin mülkiyyətçisi kimi öz əmlakına sahib olmaq, öz əmlakından maneəsiz şəkildə istifadə etmək hüququna malik olduğundan, cavabdehin və onun azyaşlı uşaqlarının isə həmin evə dair hər hansı hüququ mövcud olmadığından ilk iddia qismən təmin edilərək cavabdeh və onun azyaşlı uşaqları mübahisəli fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxarılmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Məcəllənin 668.1.1-ci maddəsinə əsasən daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə bağışlama etibarlıdır. Məcəllənin 670.1-ci maddəsinə əsasən bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. Məhkəmə baxışında tədqiq edimiş sübutlarla müəyyən edilmişdir ki, Gəncə şəhəri 6 saylı notariat ofisində xx.xx.2023-cü il tarixdə rəsmiləşdirilmiş 4Ə-117 reyestr nömrəli daşınmaz əmlakın bağışlanma müqaviləsi əsasında Cavabdeh2 tam mülkiyyət üzrə ona məxsus ünvan 2 ünvanında yerləşən 0,05 ha torpaq sahəsini və həmin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 177,9 kv.m, yaşayış sahəsi 143,8 kv.m, yardımçı sahəsi 34,1 kv.m olan 4 otaqlı fərdi yaşayış evini oğlu – İddiaçı bağışlamış və həmin müqavilə şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilməmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı həmin bağışlama müqaviləsinin etibarsız sayılmasını tələb edir. Məhkəmə qarşılıqlı iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, qarşılıqlı iddia əsassızdır. Belə ki, qarşılıqlı iddianın mahiyətindən də göründüyü kimi, qarşılıqlı iddiaçı bağışlama müqaviləsinin etibarsızlığını onunla əsaslandırır ki, 2010-cu ildən o, ailə üzvi kimi, həmin mübahisəli evdə yaşamaqla, orada 2010-cu ildə və 2013-cü ildə iki nəfər uşağı anadan olmuşdur. Mərhum əri X15 18 iyun 2020-ci il tarixdə avtoqəza nəticəsində vəfat etmişdir. Mərhum əri X15 vəfat etdikdən sonra da hazırda da o və uşaqları mübahisəli evdə yaşamaqla orada pasport qeydiyyatındadırlar. Mərhum əri vəfat edəndən sonra da, nikahları qüvvədədir, ona qeydiyyat orqanları tərəfindən xitam verilməmişdir, o, cavabdehlərdən Cavabdeh2 ailə üzvüdür və notarial qaydada yaşayış sahəsini 05 fevral 2023-cü il tarixdə digər cavabdeh İddiaçı bağışlayanda ailə üzvü kimi onun razılığı alınmalı idi. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyası hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququnun olduğunu (36-cı maddənin İ hissəsi), habelə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilməsini (60 maddənin İ hissəsi) müəyyən etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Həmçinin, Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Mülki Prosessual Məcəllənin qeyd edilən müddəası tələb edir ki, hüquq və azadlıqlarının, eləcə də maraqlarının qorunması və təmin edilməsi üçün məhkəmə müdafiəsi hüququndan istifadə edən şəxsin məhkəməyə müraciət edərkən subyektiv hüquqa malik olub-olmaması müəyyən edilməlidir. Qanunvericilik müəyyən edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehlərin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırılmalıdır. İddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı. Bu mənada, məhkəmə hesab edir ki, iddiaçı hazırkı iddia tələbini irəli sürmək üçün subyektiv hüquqa malik deyil. İşin mübahisəsiz halıdır ki, Cavabdeh2 bağışlanılan əmlakın mülkiyyətçisi olmuşdur və mülkiyyətçi olaraq hər kəsin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək kimi konstitusiyon hüququ vardır (AR Konstitusiyasının 29-cu maddəsinin İİİ hissəsi). Məhkəmə bir daha vurğulayır ki, Mülki Məcəllənin 152.5-ci maddəsində müəyyən edilmişdi ki, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, qarşılıqlı iddia üzrə iddiaçının və onun azyaşlı uşaqlarının mübahisəli evə dair hər hansı hüququ mövcud deyil və olmamışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh2 ona məxsus daşınmaz əmlakı qanunvericiliyə uyğun olaraq oğlu - İddiaçı bağışlamaqla konstitusiyon hüququndan istifadə etmişdir. Hazırkı qarşılıqlı iddianın dəlilləri əsasında mülkiyyətçinin öz əmlakının hüquqi müqəddəratının həlli ilə bağlı həyata keçirilmiş qanuni iradəsinin ləğv edilməsi qanuni və əsaslı hesab edilə bilməz. Cavabdeh2 özünə məxsus daşınmaz əmlakını özgəninkiləşdirməsi qarşılıqlı iddiaçının hər hansı hüquqlarını pozmamışdır və belə halda sonuncu sözügedən bağışlama müqaviləsini mübahisələndirmək üçün subyektiv hüquqa malik deyil. Məhkəmə həmçinin qeyd edir ki, qarşılıqlı iddiaçının sözügedən evə pasport qeydiyyatı yalnız formal xarakter daşıyır. Məhkəmə eyni zamanda hesab edir ki, mübahisəli əmlaka dair İddiaçı adına verilmiş xx.xx.2023-cü il tarixli, **********54-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış törəmə hüquq münasibəti olub, həmin əmlaka dair sözügedən bağışlama müqaviləsindən törənmişdir. Buna görə də mübahisəli əmlaka dair bağlanmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsinə dair hissədə iddia əsassız olduğundan, törəmə hüquq münasibəti olan mübahisəli əmlaka dair iddiaçının adına verilmiş dövlət reyestrindən çıxarışın ləğv edilməsi tələbi də təmin edilməməlidir. Həmçinin qeyd edilməlidir ki, iş üzrə şahid ifadəsində X1 ölümündən sonra yığılan 20000 manat məbləğində pulun Cavabdeh1 verilmədiyini bildirir. Bundan başqa, cavabdeh tərəf məhkəmə qərardadı ilə Cavabdeh2 “notariat hərəkətlərinin aparılmasından imtina” tələbinə dair ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edildiyinə istinad edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, həmin halların mövcud olub-olmaması hazırkı iş üzrə hər hansı əhəmiyyət kəsb etmir. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir (MPM-in 77.1-ci maddəsi). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.2-ci maddəsi). Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-in 76-cı maddəsi). Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır (MPM-in 80-ci maddəsi). Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz (maddə MPM-in 81-ci maddəsi). Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir (maddə MPM-in 88-ci maddəsi). Elektron və digər daşıyıcılar üzərində səs və ya video yazılar təqdim edən və ya onların tələb olunması barədə vəsatət qaldıran şəxslər həmin yazıların nə vaxt, kim tərəfindən və hansı şəraitdə yazılmasını göstərməyə borcludur. Qanunla icazə verilən hallardan başqa, gizli yolla əldə edilmiş səs və ya video yazılardan sübut kimi istifadə oluna bilməz. Məhkəmə iclasında səs və video yazıların aparılmasına bu Məcəllənin 10.10-cu maddəsinin tələblərinə əməl edilməklə yol verilir (MPM-in 95-ci maddəsi). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (MPM-in 217.4-cü maddəsi). İş üzrə məhkəmə xərci iddiaçı və cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumlarından ibarətdir. İlk iddia tələbi əsasən əsaslı olduğundan və qarşılıqlı iddia tələbi təmin olunmadığından, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən ilk iddia üzrə ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalı, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu isə cavabdehin özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İlk iddia qismən təmin edilsin. Cavabdeh1 və onun azyaşlı övladları - 07 oktyabr 2010-cu il təvəllüdlü X14, 10 yanvar 2013-cü il təvəllüdlü Əsgərov X21 şəhəri, Qızıl Hacılı küçəsi, 2-ci döngə, ev 11 ünvanında yerləşən 0,05 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 177,9 kv.m olan fərdi yaşayış evindən ibarət **********54-10301 reyestr nömrəli daşınmaz əmlakdan əşyaları ilə birlikdə çıxarılsın. İlk iddia qalan hissədə təmin edilməsin. Cavabdeh1 İddiaçı və Cavabdeh2 qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Gəncə şəhəri 6 saylı Notariat Ofisi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə ərazi idarəsi) “daşınmaz əmlakın bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi və dövlət reyestrindən çıxarışın ləğvi” tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Cavabdeh1 ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 (bir yüz) manat alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №e-2(125)-1646/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-1646/2025
27.05.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver