Məhkəmə qərarları › İş №e-2(125)-1774/2022

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-1774/2022

23.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-1774/2022 23.11.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X3 Əhməd oğlunun sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı «kredit borcu» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC-ti Cavabdeh qarşı «kredit borcu» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 100.44 manat borcun və ödənilmiş 30 manat, 0.40 manat xidmət haqqının "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etdi. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC-nin “Gəncə Texnologiya” şöbəsi ilə cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli X5 Müqaviləsinə əsasən bank tərəfindən cavabdehə istifadə etmək üçün plastik kart verilmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 7.3.7-ci yarımbəndi ilə müəyyən edilmişdir ki, texniki overdraft baş verdiyi təqdirdə, yaranmış borcu, həmin məbləğə 4.1.1.1-ci yarım bənddə qeyd olunan annuitet ödəniş qrafikində 4.1.1.2-ci yarım bənddə qeyd olunan razılaşmada və ya 4.1.2.4cü yarımbənddə qeyd olunan SMS-də göstərilən illik faiz dərəcəsi ilə hesablanmış faizləri və Bankın Tariflərində və ya müvafiq idarəetmə orqanının qərarında nəzərdə tutulduğu halda cərimə faizləri Banka ödəməyi cavabdeh öhdəsinə götürmüşdür. Şöbənin müştərisi olan cavabdeh sözügedən müqavilə əsasında ona təqdim edilmiş plastik kart hesabına xx.xx.2021-ci il tarixdə sistemdə baş vermiş gecikmələrdən sui-istifadə edərək, cəmi 88.13 manat məbləğində vəsaitin məxaric edilməsinə nail olmuşdur. Belə ki, cavabdeh xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət ərzində kartın balansına 1413.10 manat vəsait mədaxil etməsinə baxmayaraq, kartdan 1501.23 manat məbləğində vəsait məxaric etmiş və bu zaman cavabdehin kart hesabında 88.13 manat məbləğində mənfi qalıq formalaşdırılmış və həmin vəsaitə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ümumilikdə 13.82 manat faiz hesablanmışdır. Bankın Gəncə filialı tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh banka əsas borc üzrə 88.13 manat, faiz borcu üzrə 13.82 manat, cəmi 101.95 manat borcu mövcud olmuş və həmin borcdan 1.51 manat borc ödənildiyindən, cəmi 100.44 manat borcu qalmışdır. Qeyd olunan əməliyyatlardan sonra yaranmış borclarla bağlı mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında bildirdi ki, onun hazırda iddia ərizəsində göstərilən məbləği ödəməyə maddi imkanı yoxdur. Məhkəmə tərəfindən ona müəyyən vaxt verilərsə o, banka olan borcunu hissə-hissə ödəyə bilər. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, xx.xx.2020-ci il tarixli BPM**********71 X5 Müqaviləsindən görünür ki, Cavabdeh plastik kart verilmişdir. xx.xx.2022-ci il tarixli əsassız varlanmanı əks etdirən arayışdan görünür ki, Cavabdeh tərəfindən hüquqi əsası olmadan hesabdan 88.13 manat və faiz 13.82 manat məbləğində pul çırarılmış, bundan cəmi 1.51 manat geri ödəniş etmişdir. xx.xx.2022-ci il tarixli 834/2022 saylı xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh 100.44 manat məbləğində borcun 3 gün müddətində ödənilməsi, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.7-ci maddəsində göstərilir ki, əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.4-cü maddəsinə əsasən, öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1095-ci maddəsinə görə, yaranmış əsassız vrlanma hallarında (məsələn, bankın yanlışlıqla şəxsin hesabına pul vəsaiti köçürməsi) əsassız varlanma öbyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Bu müddət tələb hüququ ilə bağlı nəzərdə tutulmuş iddia müddətidir. Məhkəmə hesab edir ki, Cavabdeh 100.44 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu, 0.40 manat xidmət haqqı tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 100.44 (yüz manat qırx dörd) manat borc və ödənilmiş 30 manat dövlət rüsumu, 0.40 manat xidmət haqqı tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən bir ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar