Məhkəmə qərarları › İş №e-2(125)-1846/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-1846/2024

10.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-1846/2024 10.06.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «pul tələbi» barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı əsassız varlanma nəticəsində əldə edilmiş vəsaitin əvəzi qismində 953 manat 77 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 868 manat 36 qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı ASC iddia ərizəsində göstərmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında “Fiziki şəxslərə ödəniş kartının (debet, kredit) verilməsi üzrə xidmətlərin göstərilməsi" dair xx.xx.2021-ci il tarixli, ******************** nömrəli müqavilə bağlanmışdır. Müqaviləyə əsasən bank ödəniş kartının verilməsi ilə bağlı müvafiq bank xidmətləri göstərməyi, müştəri isə müqavilə üzrə nəzərdə tutulmuş hallarda komissiya haqlarını, xidmət haqlarını, habelə digər ödənişləri həyata keçirməyi öz öhdəsinə götürmüşdür. Müqavilə şərtlərinə əsasən bank tərəfindən müvafiq kart Cavabdeh təhvil verilmiş və onun istifadəsində olmuşdur. xx.xx.2022-ci il tarixində RRN **********59 nömrəli əməliyyat revers (geri çəkilmə) olsa da texniki xəta səbəbindən balans azalmamış və vəsait istifadə edilmişdir. Bununla əlaqədar olaraq iddiaçıya 953 manat 77 qəpik həcmində ziyan dəymişdir. xx.xx.2021-ci il tarixli, ******************** nömrəli müqavilənin 2.7-ci bəndinə əsasən, borcluya ödənilmiş vəsait geri qaytarıldıqda, borclunun hesabında kifayət qədər vəsait olmadığı halda borclunun ödəniş kartına bağlı olan hesabda borc məbləği yaradılır və bu məbləğ sonradan borclu tərəfindən qeyd-şərtsiz ödənilməlidir. Göründüyü kimi, cavabdeh ilə iddiaçı arasında olan xx.xx.2021-ci il tarixli, ******************** nömrəli müqavilə ödəniş kartının verilməsi və ondan istifadə münasibətlərini tənzimləyir. Borcun yaranmasına səbəb olan hadisə zamanı cavabdehin əldə etdiyi vəsait onun müqaviləyə əsasən əldə etməli olduğu əmlak (vəsait) deyildir və cavabdehin əsassız varlanması kimi şərh edilməlidir. Borcun ödənilməsi tələbi ilə borcluya dəfələrlə müraciət olunmasına, məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, Cavabdeh onun istifadəsində olan ödəniş kartına bağlı olan hesabına köçürülən vəsaitin qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir. Sonda iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdirlər. xx.xx.2024-cü il tarixdə «Elektron məhkəmə» informasiya sistemi vasitəsi ilə məhkəməyə daxil olmuş ərizəsində iddiaçının nümayəndəsi Nümayəndə mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanan xx.xx.2021-ci il tarixli, ******************** nömrəli fiziki şəxslərə ödəniş kartının (debet, kredit) verilməsi üzrə xidmətlərin göstərilməsinə dair müqavilənin surətindən görünür ki, müştəri bu xidmət müqaviləsini imzalamaqla razılaşır ki, Bank tərəfindən özünün rəsmi internet səhifəsi üzərindən yaxud bunun üçün xüsusi yaradılmış digər elektron vasitələrlə Bankın tətbiq etdiyi yazılı formada tərtib edilmiş sənədin mübadiləsi vasitəsilə ona kredit verilməsi (kredit xətti ayrılması) təklifi təqdim edilə bilər. Belə bir təklif göndərildiyi zaman müştəri Banka təqdim etdiyi mobil telefon nömrəsi vasitəsilə ona göndərilmiş avtomatik birdəfəlik kodu (OTP) daxil etməklə «Standart Şərtlər»in və bu Xidmət Müqaviləsinin ayrılmaz tərkib hissəsi sayılan müvafiq kreditinin (kredit xəttinin) şərtlərini özündə əks etdirən Əlavən(lər)in şərtləri ilə razı olduğunu bildirir və kredit (kredit xətti) müqaviləsi bağlanmış hesab edilir. Bununla yanaşı kreditin verilməsi (kredit xəttinin ayrılması) ayrıca müqavilə üzrə də rəsmiləşdirilə bilər. İşdə olan xx.xx.2023-cü il tarixli arayışın surətindən görünür ki, İddiaçı ASC-nin müştərisi olan Cavabdeh məxsus debet kart hesabı üzrə xx.xx.2022-ci il tarixində RRN **********59 nömrəli əməliyyat revers (geri çəkilmə) olsa da nağdlaşdırma əməliyyatlarından sonra texniki xəta səbəbindən balans azalmamış və müştəri vəsaiti istifadə etmişdir. Bununla əlaqədar olaraq banka 953 manat 77 qəpik həcmində ziyan dəymişdir. İş materiallarında olanAZ66AZRT******************** hesabdan çıxarışdan görünür ki, Cavabdeh İddiaçı ASC-yə məxsus debet kartından xx.xx.2022-ci il tarixdən xx.xx.2022ci il tarixədək 953 manat 77 qəpik məbləğində pul vəsaitini almışdır. İşdə olan xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Cavabdeh borcu könüllü ödəməsi barədə xəbərdarlıq edilmişdir. Beləliklə, mülki iş materiallarından görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, ******************** nömrəli fiziki şəxslərə ödəniş kartının (debet, kredit) verilməsi üzrə xidmətlərin göstərilməsinə dair müqaviləyə uyğun olaraq İddiaçı ASC üzərinə düşən öhdəliyi yerinə yetirərək Cavabdeh debet kart təqdim etmişdir. Müqavilə şərtlərinə əsasən bank tərəfindən müvafiq kart Cavabdeh təhvil verilmiş və cavabdehin istifadəsində olmuşdur. xx.xx.2022-ci il tarixində RRN **********59 nömrəli əməliyyat revers (geri çəkilmə) olsa da texniki xəta səbəbindən balans azalmamış və vəsait Cavabdeh tərəfindən istifadə edilmişdir. Beləliklə, işdə olan sübutlarla Cavabdeh İddiaçı ASC-yə 953 manat 77 qəpik məbləğində maddi ziyan vurduğu təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 439.4-cü maddəsinə görə öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1 və 1091.2-ci maddələrinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Beləliklə, məhkəmə mülki işin məhkəmə iclasında müəyyən edilmiş və qeyd olunmuş hallarını nəzərə alaraq, hesab edir ki, iddia təmin edilməli, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 953 manat 77 qəpik məbləğində pul vəsaiti tutulmalıdır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 30 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin iddiası təmin edilsin. Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 953 (doqquz yüz əlli üç) manat 77 (yetmiş yeddi) qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat, cəmi 983 (doqquz yüz səksən üç) manat 77 (yetmiş yeddi) qəpik məbləğində pul vəsaiti pul vəsaiti tutulsun. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar