Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-1878/2023 05.05.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X56 Şakir oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi, vərəsəlik və mülkiyyət hüququnun tanınması” tələbi barədə iddiasına dair mülki işə, Gəncə Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi, vərəsəlik və mülkiyyət hüququnun tanınması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2nın 1986-cı ildə ölümündən sonra vərəsəliyin onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi, ünvan 1 mülkün ½ hissəsində vərəsəlik və mülkiyyət hüququnun tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri, Təbriz küçəsi 38 saylı mülk mərhum X2na məxsus olmuşdur. X2 1986-cı ildə vəfat etmiş, onun vəfatından sonra miras mülkdə o, qardaşı Vidadi, Teyyub, Həmid yaşamışdır. Sonradan qardaşları Teyyub və Vidadi başqa yerdən ev alaraq çıxıb getmişlər. Miras mülkdə Həmid və o, yaşamışdır. Onların hər birinin miras mülkdə ayrıca otaqları, hamamları, mətbəxləri vardır. Qardaşı Cavabdeh1 mülkün vərəsəlik qaydasında rəsmiləşdirilməsinə maneəçilik törədir. Halbuki, anası 1986-cı ildə öləndə onlar miras mülkdə yaşamaqla vərəsəliyi faktiki qəbul etmişdir. Hazırda Həmid və ailəsi onu yola vermədiklərindən məcbur olmuş və evdən çıxmışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin 07 aprel 2023-cü il tarixində keçirilən hazırlıq iclasında iştirak edən Cavabdeh1 məhkəməyə ərizə təqdim edərək, İddiaçı ona və digərlərinə qarşı vərəsəlik hüququnun müəyyən edilməsi tələbini qəbul etdiyini bildirərək, anası Surəyadan miras qalmış ünvan 1 ünvanda yerləşən miras mülkə onun və iddiaçının ½ hissədə miras payının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin 07 aprel 2023-cü il tarixində keçirilən hazırlıq iclasında iştirak edən Cavabdeh3 məhkəməyə ərizə təqdim edərək, İddiaçı ona və digərlərinə qarşı olan vərəsəliyin müəyyən edilməsi tələbini qəbul etdiyini, ünvan 1 ünvanda yerləşən miras əmlakdan ona düşəcək payından iddiaçının və Cavabdeh1 xeyrinə imtina etdiyini bildirərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin 07 aprel 2023-cü il tarixində keçirilən hazırlıq iclasında iştirak edən Cavabdeh4 məhkəməyə ərizə təqdim edərək İddiaçı ona qarşı olan iddiasını qəbul etdiyini, anasının ölümündən sonra miras qalmış mülkün ½ hissəsi üzərində Urqiyyənin, ½ hissəsi üzərində Həmidin vərəsəlik hüququnun tanınmasına etiraz etmədiyini, özünə düşən paydan Urqiyyənin və Həmidin xeyrinə imtina etdiyini bildirərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin 07 aprel 2023-cü il tarixində keçirilən hazırlıq iclasında iştirak edən cavabdeh X13 məhkəməyə ərizə təqdim edərək İddiaçı iddia tələbini qəbul etdiyini, anasının ölümündən sonra miras qalmış mülkün ½ hissəsi üzərində Urqiyyənin, ½ hissəsi üzərində Həmidin vərəsəlik hüququnun tanınmasına etiraz etmədiyini, özünə düşən paydan Urqiyyə və Həmidin xeyrinə imtina etdiyini bildirərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəblərinin üzrlü olması barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə şəhər 3 saylı Notariat ofisinin xüsusi notariusu X19 19 aprel 2021-ci il tarixli, 66 nömrəli məktubunda ünvan 2 ünvanında qeydiyyat olan Cavabdeh2 bildirilmişdir ki, miras qoyan mərhum X12 məxsus ünvan 4-də yerləşən miras əmlaka dair vərəsəlik şəhadətnaməsi verilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsində nəzərdə tutulmuş 1-ci dərəcəli vərəsələrin Gəncə şəhəri 3 saylı notariat ofisinə gəlmədikləri və aralarında ziddiyyət yarandığı səbəbindən vərəsəlik işi təsdiq edilə bilməz. Odur ki, həmin vərəsəlik işin rəsmiləşdirilməsi hüquqlarının müdafiəsi üçün məhkəmə orqanlarına müraciət etməsi tövsiyə olunmuşdur. xx.xx.2022-ci il tarixli, **********38-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqlarının Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanı X6 tam pay olaraq xüsusi mülkiyyətindədir. AZ-İİ seriyalı, 142421 nömrəli, 14 aprel 2021-ci il tarixli, Gəncə şəhəri Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X21 xx.xx.1986-cı ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 22 sentyabr 1986-cı ildə 589 nömrə ilə qeyd edilmişdir. Ölümün səbəbi qəfləti koronar ölüm qeyd edilmişdir. AZ-İV seriyalı, 309488 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X22 xx xxxx 1957-ci ildə doğulmuşdur. X3, X2dır. AЗ seriyalı, ******* nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X20 xx xxxxxxxx 1950-ci ildə doğulmuşdur. X3, X2dır. ИЕ seriyalı, 871725 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh3 xx xxxxxx 1953-cü ildə doğulmuşdur. X3, X2dır. Gəncə şəhəri Nizami rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, X30 xx.xx.1955-ci ildə doğulmuşdur. Bu barədə xx.xx.1955-ci il tarixində akt qeydləri kitabında 1816 nömrə ilə qeyd edilmişdir. X18 oğlu, X2dır. Gəncə şəhəri Nizami rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1 xx.xx.1962-ci ildə doğulmuşdur. Bu barədə xx.xx.1962-ci il tarixində akt qeydləri kitabında 1395 nömrə ilə qeyd edilmişdir. X18 oğlu, X2dır. Gəncə şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının 1 nömrəli SİƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 17 iyun 2021-ci il tarixli, 2316 nömrəli arayışdan görünür ki, İddiaçı ünvan 4 ünvanında qeydiyyatdadır. Küçə üçlüyü tərəfindən verilmiş arayışın surətindən görünür ki, İddiaçı ünvan 4 ünvanında yaşayır. 27 may 2021-ci il tarixli aktdan görünür ki, həmin akt tərtib edilmişdir ondan ötrü ki, ünvan 1 mülk mərhum X12 məxsusdur. X2 1986-cı ildə vəfat etmişdir. Onun vəfatından sonra miras mülkdə qızı İddiaçı, oğlanları Cavabdeh3, X30 və Cavabdeh1 yaşamışdır. Sonradan Teyyub və Cavabdeh3lar başqa yerdən ev alaraq çıxıb getmişlər. Miras mülkdə Həmid və Urqiyyə yaşamışdır. Hazırda da mülkdə Həmid və Urqiyyə yaşayır. Urqiyyənin mülkdə ayrıca otağı, koridoru, mətbəxi, hamamı və əl damı vardır. Yaşayış sahəsinin Urqiyyədə olan hissəsi ilə Həmidin heç bir əlaqəsi yoxdur. Qeyd olunan otaqda olan bütün əşyalar İddiaçı məxsusdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin **********37 nömrəli, 07 iyul 2021-ci il tarixli məktubunda bildirilmişdir ki, Kirovabad şəhəri 3-cü sahə Xalq məhkəməsinin 1940-cı il tarixli qətnaməsinə əsasən Həsənov İbrahimdən qalan mülkə Həsənova Ruhiyyənin, X7, X8, X9, X10, X11, X4 vərəsəlik hüquqları tanınmışdır. Kirovabad şəhər Xalq məhkəməsinin xx.xx.1944-cü il tarixli qətnaməsinə əsasən ünvanı Kirovabad şəhəri, Kommunist küçəsi, 42 olan bu fərdi yaşayış evi X24, X25 və X26 arasında bölünmüşdür. Kirovabad şəhəri notariat kontorunun xx.xx.1949-cu il tarixli, 1647 saylı bağışlama müqaviləsinə əsasən X26 ona məxsus Kommunist küçəsi, 42 saylı fərdi yaşayış evini X15 bağışlamışdır. Kirovabad şəhər notariat kontorunun xx.xx.1959-cu il tarixli, 17/2570-360 saylı bağışlama müqaviləsinə əsasən X27 bu mülkü (12,2 kvm, 19,6 kvm iki yaşayış otaqları, 8,6 kvm əl damı, 6,2 kvm mətbəx, 3,9 kvm, 5,5 kvm eyvanlar) X16 bağışlamışdır. X10 adına bu əmlakın yerləşdiyi 305,0 kvm torpaq sahəsinə dair xx.xx.1959-cu il tarixli torpaq qeydi tərtib edilmişdir. 1 saylı notariat kontorunun xx.xx.1976cı il tarixli, 5-1439 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən ünvanı Kommunist küçəsi, 38 olan bu əmlak X6 adına keçmişdir. Hal-hazırda ünvanı ünvan 5 dövlət reyestrində qeydiyyatdan keçməmişdir. 13 sentyabr 2022-ci il tarixli, 01/4352 nömrəli daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair arayışdan görünür ki, qiymətləndirmə zamanı daşınmaz əmlak bazarında analoji fərdi yaşayış evi sahələrinin bazar dəyəri üçün əsas olan parametrlər və bazar trendi nəzərə alınmaqla müvafiq qiymətləndirmə metodu tətbiq edilmişdir. Obyektin 13 sentyabr 2022-ci il tarixinə bazar qiyməti 65000 (altmış beş min) manat təşkil edir. xx.xx.2021-ci il tarixli, ******* nömrəli Azərbaycan Respublikası Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışın surətindən görünür ki, xx.xx.1957-ci il təvəllüdlü İddiaçı, xx.xx.1963-cü il təvəllüdlü X17, xx.xx.1990-cı il təvəllüdlü X28, xx.xx.2016-cı il təvəllüdlü X31, xx.xx.1962-ci il təvəllüdlü Cavabdeh1, xx.xx.1989-cu il təvəllüdlü X34, 09.11.200-ci il təvəllüdlü X1 şəhəri, Təbriz küçəsi, ev 38 ünvanında qeydiyyatdadırlar. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə Şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 05/09İS/101109-23 nömrəli arayışdan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində aşağıdakı şəxsə aid xx.xx.2023-cü ilədək daxil olmuş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və qeyd olunan ailə tərkibinə dair məlumatlar aşkar edilmişdir: X21 xx.xx.1925-ci ildə doğulmuşdur. 1. Əri (arvadı) X23 (xx.xx.1910) (xx.xx.1971-ci ildə vəfat etmişdir.) 2. Qızı Cavabdeh2 (xx.xx.1950) 3. Oğlu Cavabdeh3 (xx.xx.1953) 4. Oğlu Cavabdeh4 (xx.xx.1955) 5. Qızı İddiaçı (xx.xx.1957) 6. Oğlu Cavabdeh1 (xx.xx.1962) AZ-İİ seriyalı, 185373 nömrəli, 17 iyul 2021-ci il tarixli, Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X23 xx.xx.1971-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 04 oktyabr 1971-ci il tarixdə 899 nömrə ilə qeyd edilmişdir. Ölümün səbəbi ağciyər tromboemboliyası qeyd edilmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını və mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işin tərəflər arasında mübahisələndirilməyən halları ondan ibarətdir ki, ünvan 3 ünvanı xüsusi mülkiyyət hüququ əsasında X6 xüsusi mülkiyyətindədir. X21 mirasqoyan olub iddiaçı və cavabdehlərin valideynidir. X21 xx.xx.1986-cı il tarixdə vəfat etmişdir. X21 vəfat etdikdən sonra ondan qalmış miras əmlakda cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və İddiaçı yaşamışlar. Sonradan cavabdehlərdən Cavabdeh4 və Cavabdeh3 başqa yerdən ev alaraq miras əmlakdan çıxıb getmiş və miras əmlaka sahiblik etməmişlər. Miras əmlakda cavabdehlərdən Cavabdeh1 və İddiaçı yaşayaraq həmin miras əmlaka faktiki sahiblik etməkdə davam etmişlər. İddiaçının nümayəndəsi iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdmişdir. Cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 məhkəmənin baxış iclasında iştirak etməsələr də, 07 aprel 2023-cü il tarixində keçirilən hazırlıq iclasında məhkəməyə ərizə təqdim edərək iddia tələbini qəbul etdiklərini, ünvan 1 ünvanda yerləşən miras əmlakdan onlara düşəcək paylarından iddiaçının və Cavabdeh1 xeyrinə imtina etdiklərini bildirərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişlər. Digər Cavabdeh1 da sonuncu məhkəmə iclasında iştirak etməmiş, lakin məhkəmənin 07 aprel 2023-cü il tarixində keçirilən hazırlıq iclasında məhkəməyə ərizə təqdim edərək, iddia tələbini qəbul etdiyini, anası Surəya Quliyevadan miras qalmış ünvan 1 ünvanda yerləşən miras mülkə onun və iddiaçının ½ hissədə miras payının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə hazırki iş üzrə tətbiq edilməli maddi hüquq normasını müəyyən edərək aşağıdakıları qeyd edir. Belə ki, X21 1986-cı ildə vəfat etdiyindən ondan qalmış miras əmlakı vərəsələriuşaqları Cavabdeh1 və İddiaçı qəbul etmişdir. Bu baxımdan həmin dövr üçün qüvvədə olan, yəni xx.xx.2000-ci il tarixədək qüvvədə olan Mülki Məcəlləsinin normaları tətbiq olunmalıdır. xx.xx.2000-ci il tarixədək qüvvədə olan Mülki Məcəllənin 528-ci maddəsinə əsasən vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 530-cu maddəsinə əsasən, aşağıdakılar vərəsə ola bilərlər: qanun üzrə vərəsəlikdə - miras qoyan şəxs ölən zaman sağ olan vətəndaşlar, habelə miras qoyan şəxsin ölümündən sonra doğulan uşaqlar; vəsiyyət üzrə vərəsəlikdə - miras qoyan şəxs ölən zaman sağ olan vətəndaşlar, habelə miras qoyanın sağlığında ana bətnində olan və onun ölümündən sonra doğulanlar. Həmin Məcəllənin 532-ci maddəsinə əsasən qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Həmin Məcəllənin 552-ci maddəsinə əsasən vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. İşin mübahisələndirilməyən hallarından görünür ki, X21 öldükdən sonra onun övladları - cavabdeh olan oğlu Cavabdeh1 və iddiaçı olan qızı İddiaçı analarından qalan miras əmlaka sahiblik etməklə və həmin əmlakı faktiki surətdə idarə etməklə mirası qəbul etdiklərini şəksiz nümayiş etdirmişlər. Digər vərəsələrin isə buna hüquqi marağı olmamışdır. Göründüyü kimi, mirasın qəbul edildiyini vərəsə hərəkətləri ilə şəksiz nümayiş etdirdikdə, o, mirası qəbul etmiş sayılır. Odur ki, məhkəmə hesab edir ki, miras qoyan X21 öldükdən sonra onun birinci növbə vərəsələri olan uşaqları – Cavabdeh1 və İddiaçı miras qalmış ünvan 3 ünvanında yerləşən miras əmlaka faktiki surətdə yiyələndiklərindən, onlar bərabər paylarla mirası qəbul etmiş sayılırlar. Beləliklə məhkəmənin qənaətinə əsasən, iddia təmin edilməli, İddiaçı və Cavabdeh1 xx.xx.1986-cı ildə vəfat etmiş mərhum X5 miras qalmış ünvan 1 ünvanda yerləşən miras əmlakı faktiki qəbul etmələri faktı müəyyən edilməlidir. Həmçinin, ünvan 1 ünvanda yerləşən miras əmlaka (evə və torpaq sahəsinə) İddiaçı və Cavabdeh1 hər birinin ½ hissədə olmaqla miras payları müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsаsən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırılması üçün İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ona aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı və Cavabdeh1 xx.xx.1986-cı ildə vəfat etmiş mərhum X5 miras qalmış ünvan 1 ünvanda yerləşən miras əmlakı faktiki qəbul etmələri faktı müəyyən edilsin. ünvan 1 ünvanda yerləşən miras əmlaka (evə və torpaq sahəsinə) İddiaçı və Cavabdeh1 hər birinin ½ hissədə olmaqla miras payları müəyyən olunsun. Məhkəmədə iddia qaldırılması üçün İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ona aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №e-2(125)-1878/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-1878/2023
05.05.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver