Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-188/2025 14.01.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Rəhimli Gülxarə İmaməddin qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə, cavabdehin nümayəndəsi (vəkili) X6 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «mənzildən istifadə hüququna xitam verilməsi» tələbi barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı cavabdehin iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki işin məhkəmədə baxılmağa hazırlanması zamanı iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh onun keçmiş arvadıdır. O və Cavabdeh nikahlarını xx.xx.1994-cü il tarixdə qeydə aldırmış və Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə aralarında olan nikah pozulmuşdur. Lakin onlar arasındakı nikah münasibətləri faktiki olaraq, 2010-cu il tarixdə başa çatmışdır. O, 1991-ci il tarixdə ünvan 1 ünvanındakı torpaq sahəsini zibillikdən təmizlədikdən sonra o, həmin ərazidə fərdi yaşayış evi inşa etmişdir. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli, 2-622/2007 nömrəli qətnaməsi ilə ünvan 1 ünvanındakı torpaq sahəsində tikilmiş tikililərə onun mülkiyyət hüququna dair hüquqverici sənədlərlə təmin etmək Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Gəncə şəhər Ərazi İdarəsinin rəhbərliyinə tapşırılmış, xx.xx.2011-ci il tarixdə onun hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Cavabdeh sözügedən evdə qeydiyyatda olmasına baxmayaraq orada yaşamamış, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə sonuncu dəfə 2016-cı il tarixində gələrək şəxsi əşyalarını götürüb getmişdir. Cavabdehin daimi yaşadığı ünvan olduğundan keçən müddət ərzində bir dəfə də olsun mübahisələndirilən ünvana gəlib orada yaşamamışdır. Bundan başqa, Cavabdeh ona məxsus evdə formal olaraq qeydiyyata olması onun mülkiyyət hüquqlarını pozur, əlavə kommunal xərclərin ödənməsinə gətirib çıxarır. Buna görə də o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonda İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə İddiaçı izahatını müdafiə edərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi (vəkili) X15 iddianı qəbul etməyərək izahatında göstərdi ki, Cavabdeh 2016-cı il tarixdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini daimi olaraq tərk etməmişdir. Onun getmə səbəbi oğlu Yasinin universitetə qəbul olması ilə əlaqədar olmuş və müvəqqəti olaraq Bakı şəhərinə köçmüşdür. Daha sonra 2020-ci il tarixdə atasının dəfni ilə əlaqədar həmçinin oğlunun universiteti bitirməsi ilə əlaqədar mübahisələndirilən evə gəlmişdir. İddiaçı onu həmin mənzilə buraxmaq istəməsə də cavabdeh orada yaşamışdır. Cavabdeh daimi olaraq həmin ünvanı tərk etməmişdir və onun sözügedən ünvanda istifadə hüququ vardır. Sonda cavabdehin nümayəndəsi (vəkili) X15 iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını, iddiaçının və cavabdehin nümayəndələrini (vəkillərini) və şahidləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, İddiaçı Qərbi Azərbaycandan köç edən zaman onların qonşuluğuna köçmüş və orada yaşamağa başlamışdır. Onların evlərinin qapısı eyni həyətə açılır. İddiaçı ilk öncə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini tikmiş, daha sonra Cavabdeh ilə evlənərək sonuncunu həmin ünvana gəlin gətirmişdir. Lakin Cavabdeh təxminən 7-8 il bundan öncə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən köçərək getmiş, orada yaşamamışdır. O, Cavabdeh həmin müddətdən sonra görməmişdir. İddiaçı ilə Cavabdeh birgə nikahlarından anadan olmuş uşaqları Yasin və Samirə hərdənbir atalarının yanına gələrkən analarının Bakı şəhərində yaşadığını bildirmişlər. Cavabdeh gedərkən ona demişdir ki, həm işləyəcək, həm də oğlu Yasinin yanında qalacaqdır. Yasini isə o, təxminən 1 il bundan öncə görümüşdür. Yasinin atası İddiaçıla hansı müddətdə ərzində evdə yaşadığını bilmir, lakin təxminən bir neçə ay orada yaşadığını görmüşdür. Yasin atası Poladla mübahisələndirilən evdə qalan zaman Azadə gəlməmiş, həmin evdə yaşamamışdır. Azadə evlənən zaman cehiz gətirməmişdir. O, həmin evdə olan əşyaların kimə məxsus olmasını bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, İddiaçı onunla qapı bir üzbəüz ünvanda yaşayır. 2017-ci ilin sonlarında o özü həmin ünvana köçmüşdür. O, yay aylarında Göygöl rayonu, Hacıməlik qəsəbəsində, qış aylarında isə Gəncə şəhərində yaşayır. O, Cavabdeh heç vaxt görməmiş, qonşulardan onun İddiaçı arvadı olmasını eşitmişdir. İddiaçı oğlunun adı Yasin, qızının ası isə Samirədir. Samirə ona anasının uşaq baxçasında işlədiyini demişdir. Yasin təxminən 1 il öncə atasının yanına ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə gəlmiş, 2-3 ay orada yaşamışdır. Azadə həmin vaxt da Yasinlə birlikdə gəlməmiş, nə də ki İddiaçıla birlikdə yaşamamışdır. İşdə olan AZ-İ seriyalı,487467 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Əmirova (Bayramova) Azadə Qərib qızı arasında olan nikahın pozulması haqqında akt qeydi xx.xx.2022-ci il tarixdə 225 akt qeyd nömrəsi ilə qeydə alınmışdır. İş materiallarında olan xx.xx.2011-ci il tarixli, MA seriyalı ******* nömrəli, **********37-10301 reyestr nömrəli çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir. İşdə olan «Yaşayış yeri üzrə qeydiyyat» haqqında xx.xx.2024-cü il tarixli, ******* nömrəli arayışın surətindən görünür ki, Cavabdeh, X9 və X2 şəhəri, Zərifə Əliyeva küçəsi, 2-ci döngə, ev 8A ünvanında yerləşən evdə qeydiyyatdadırlar. İş materiallarında olan Azərbaycan Respublikası Gəncə şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi 9 saylı xidmət sahəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 255 nömrəli arayışdan görünür ki, Bayramova (Əmirova) X20 şəhəri, Zərifə Əliyeva (keçmiş F.Əliyev) küçəsi, 2-ci döngə, ev 8A ünvanında yerləşən evdə yaşamır. İşdə olan X17, X1 və X10 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, İddiaçı sabiq arvadı Bayramova X12 Əmirova məxsus ünvan 1 ünvanında yerləşən evdən 2016-cı ilin yay aylarından Bakı şəhərinə köçmüş və geri qayıtmamışdır. İş materiallarında olan Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(043)-570/2021 nömrəli qətnaməsinin surətindən görünür ki, X11 ilə İddiaçı arasında xx.xx.1994-cü il tarixdə Gəncə şəhəri Kəpəz rayon VVAQ şöbəsində 496 nömrə ilə qeydə alınmış nikah pozulmuşdur. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Xidməti Daşınmaz Əmlakın Dölvət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-21-3-33/2-12592/2024 nömrəli məktubunun surətindən görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli, 2-622 2007 saylı qətnaməsi ilə Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Gəncə şəhər Ərazi İdarəsinin rəhbərliyinin İddiaçı Gəncə şəhəri, F.Əliyev küçəsi 2-ci döngə, 8 saylı binanın qarşısında yerləşən 31,0 kv.m və 13,8 kv.m iki yaşayış otağı və 13, 1 kv.m dəhlizdən ibarət olan fərdi yaşayış evinə hüquqverici sənəd verməkdən imtinası onun hüquq və azdlığını məhdudlaşdırılan hərəkət hesab edilməklə aradan qaldırılması və həmin idarənin rəhbərliyinə göstərilən tikililərə dair İddiaçı mülkiyyət hüququna dair hüquqverici sənədlərlə təmin etmək tapşırılması qət edilmişdir. Sözügedən məhkmə qətnaməsi icra olunaraq ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə dair İddiaçı adına xx.xx.2011-ci il tarixli, **********37-10301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Gəncə şəhər Ərazi İdarəsinin xx.xx.2007-ci il tarixli 2799 nömrəli arayışından görünür ki, F.Əliyev küçəsi, 2-ci döngə 8 saylı binanın qarşısında İddiaçı istifadəsində olan 137,7 kv. m. torpaq sahəsində 1991-ci ildə aparılan inventarlaşdırma zamanı 31,6 kv. m. və 13,8 kv. m. iki yaşayış otağı, 13,1 kv. m. dəhliz olan «A» literli yaşayış binasının inşa edildiyi müəyyən edilmişdir. Həmin tikililər 1990-1991-ci illərdə inşa edildiyi aşkar edilmişdir. İşdə olan Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli, 2- 622/2007 nömrəli qətnaməsinin surətindən görünür ki, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Gəncə şəhər Ərazi İdarəsinin rəhbərliyinin İddiaçı Gəncə şəhəri, F.Əliyev küçəsi 2-ci döngə, 8 saylı binanın qarşısında yerləşən 31,0 kv.m və 13,8 kv.m iki yaşayış otağı və 13, 1 kv.m dəhlizdən ibarət olan fərdi yaşayış evinə hüquqverici sənəd verməkdən imtinası onun hüquq və azadlığını məhdudlaşdırılan hərəkət hesab edilməklə aradan qaldırılması qət edilmiş və həmin idarənin rəhbərliyinə göstərilən tikililərə dair İddiaçı mülkiyyət hüququna dair hüquqverici sənədlərlə təmin etmək tapşırılmışdır. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, İddiaçı 1990-1991-ci illərdə Gəncə şəhəri, Zərifə Əliyeva (keçmiş F.Əliyev) küçəsində 2-ci döngdə yerləşən 8A nömrəli torpaq sahəsini zəbt etmiş və orada fərdi yaşayış evi tikmiş, xx.xx.1994-cü ildə Cavabdeh ilə nikahlarını qeydə aldırmış və həmin tarixdə Cavabdeh ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. İddiaçıla Cavabdeh arasında olan münasibətlər pisləşdiyindən aralarında olan nikah Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(043)-570/2021 nömrəli qətnaməsi əsasında pozulmuşdur. Lakin 2016-ci ildə Cavabdeh yaşamaq üçün başqa ünvana köçmüş, özünə məxsus əşyaları Gəncə şəhəri, Zərifə Əliyeva (keçmiş F.Əliyev) küçəsində 2-ci döngdə yerləşən 8A nömrəli fərdi yaşayış evindən aparmışdır. Həmin vaxtdan ötən 8 il müddət ərzində cavabdeh mübahisələndirilən ünvanda yaşamamışdır. Buna görə də İddiaçı cavabdehin mülkiyyətində olan evə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh nümayəndəsi E.E.Əliyev isə iddianı qəbul etməyərək Cavabdeh 2016-cı il tarixdə sözügedən ünvandan müvəqqəti köçdüyünü, daha sonra orada yaşamasını bildirsə də cavabdehin keçən 8 il ərzində həmin ünvanda yaşamasına dair məhkəməyə sübut təqdim etməmişdir. Məhkəmə tərəflər arasındakı mübahisənin həlli ilə əlaqədar qeyd etməyi zəruri hesab edir ki, ilk növbədə Gəncə şəhəri, Zərifə Əliyeva (keçmiş F.Əliyev) küçəsində 2-ci döngədə yerləşən 8A nömrəli fərdi yaşayış evinə mülkiyyət hüququnun yarandığı tarix müəyyən edilməli, daha sonra həmin fərdi yaşayış evinə Cavabdeh istifadə hüququnun olub-olmaması yoxlanılmalı və iddia tələbinin qanuniliyi araşdırılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.4-cü maddəsinə görə qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun 8.0.4-cü maddəsinə görə qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, İddiaçı 1990- 1991-ci illərdə Gəncə şəhəri, Zərifə Əliyeva (keçmiş F.Əliyev) küçəsində 2-ci döngdə yerləşən 8A nömrəli torpaq sahəsini zəbt etmiş və orada fərdi yaşayış evi tikmişdir. Qeyd olunan xüsusat Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Gəncə şəhər Ərazi İdarəsinin xx.xx.2007-ci il tarixli 2799 nömrəli arayışı və Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli, 2-622/2007 nömrəli qətnaməsi ilə təsdiq edilmişdir. Lakin Gəncə şəhəri, Zərifə Əliyeva (keçmiş F.Əliyev) küçəsində 2-ci döngədə yerləşən 8A nömrəli torpaq sahəsində İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış, bununla əlaqədar İddiaçı mülkiyyyət hüquqlarının qeydə alınması təmin etmək məqsədi ilə Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli, 2-622/2007 nömrəli qətnaməsi ilə Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Gəncə şəhər Ərazi İdarəsinin rəhbərliyinin İddiaçı Gəncə şəhəri, F.Əliyev küçəsi 2-ci döngə, 8 saylı binanın qarşısında yerləşən 31,0 kv.m və 13,8 kv.m iki yaşayış otağı və 13, 1 kv.m dəhlizdən ibarət olan fərdi yaşayış evinə hüquqverici sənəd verməkdən imtinası onun hüquq və azadlığını məhdudlaşdırılan hərəkət hesab edilməklə aradan qaldırılması qət edilmiş və həmin idarənin rəhbərliyinə göstərilən tikililərə dair İddiaçı mülkiyyət hüququna dair hüquqverici sənədlərlə təmin etmək tapşırılmışdır. Lakin həmin məhkəmə qətnaməsi xx.xx.2011-ci il tarixdə icra olunaraq Gəncə şəhəri, Kəpəz rayonu, F.Əliyev küçəsində yerləşən 2-ci döngədə yerləşən 8A nömrəli fərdi yaşayış evinə dair İddiaçı adına xx.xx.2011-ci il tarixli, **********37-10301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Göründüyü kimi istər «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun 8-ci maddəsi, istərsə də Mülki Məcəllənin 139-1-ci maddəsinin tələbi baxımından İddiaçı daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydə alınma əsası Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli, 2- 622/2007 nömrəli qətnaməsi olmuşdur. Buna görə də Cavabdeh ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi ilə hüquq münasibətləri həmin tarixdən yaranmışdır. Əks yanaşma, daşınmaz əmlakın dövlət reyestrinin aparılması əsası kimi məhkəmə qərarının qəbulundan sonra uzun müddət ərzində qeydiyyatın aparılmamasına istinadla hüquq münasibətinin məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatla şərtləndirilməsi yalnız mülkiyyətçinin maraqlarına xidmət etməklə hüquqdan sui-istifadə halının yaranmasına və mülkiyyətçinin mənzildə yaşayan ailə üzvlərinin hüquqlarının məhdudlaşdırılmasına səbəb olar. Yəni mülkiyyətçi əmlak üzərində hüquqlarının qeydə alınma əsaslarını əldə etdiyi halda digər şəxslərin istifadə hüquqlarının yaranmaması üçün hüquqların qeydiyyatında maraqlı olmaz. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 may 2008-ci tarixli Qərarında da formalaşdırılmış hüquqi mövqeyə görə mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin mənzildə istifadə hüququnun yaranması üçün notariat qaydasında təsdiq olunmuş müqavilənin bağlanması tələb olunmur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli Qərarında göstərilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 228-ci maddəsində nəzərdə tutulan hüquq mahiyyət etibarilə servitutdur. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə görə, servitut bir qayda olaraq daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman, servitut sahibi öz mülkiyyətində olan daşınmaz əşyasından başqa daşınmaz əşyanın servitutla yüklü hala gəlməsi hesabına istifadə etməkdə güzəşt və üstün imkanlara malik olur. Bunun tək istisnası, Mülki Məcəllənin 255.8-ci maddəsində nəzərdə tutulan şəxsi servtitutdur. Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinə görə yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Həmin Məcəllənin 255.8-ci maddəsinə görə daşınmaz əşya müəyyən şəxsin xeyrinə servitutla yüklü edilə bilər. Bu cür yüklülük şəxsi servitut adlanaraq ondan ibarət olur ki, mülkiyyətçidən başqa, həmin şəxs binadan və ya onun bir hissəsindən özü və ya ailəsi üçün mənzil kimi istifadə edə bilir. Şəxsi servitut başqa şəxslərə verilmir. Həmin Məcəllənin 262.2-ci maddəsinə görə yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, İddiaçı Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli, 2-622/2007 nömrəli qətnaməsi ilə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququ əldə edərkən, onun arvadı Cavabdeh həmin mənzildə yaşamış və həmin mənzildən istifadə hüququ əldə etmişdir. Lakin 2016-cı ildə Cavabdeh yaşamaq üçün başqa ünvana köçmüş, özünə məxsus əşyaları ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən aparmış, ötən 8 il müddətində ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi ilə hər hansı əlaqəsi olmamışdır. Qeyd olunan xüsusat X7 İddiaçı qarşı nikahın pozulması tələbinə dair Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin icraatında olmuş 2(043)-570/2021 nömrəli mülki işin məhkəmə icraatı dövründə A.Q.Əmirova (Bayramova) tərəfindən məhkəməyə təqdim edilmiş ərizə və izahatda, habelə hazırki mülki işin məhkəmə tədqiqi zamanı dindirilmiş şahid ifadələri ilə təsbit edilmişdir. Cavabdeh nümayəndəsi (vəkili) X15 iddia tələbinə etirazının əsası kimi cavabdehin oğlunun təhsili ilə əlaqədar başqa ünvanda müvəqqəti yaşamasını, 2020-ci il tarixdə Cavabdeh atasının dəfni ilə əlaqədar, həmçinin oğlunun universiteti bitirməsi ilə əlaqədar mübahisələndirilən evə gəldiyini göstərmişdir. Lakin Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin icraatında olmuş 2(043)-570/2021 nömrəli mülki işin məhkəmə icraatı dövründə A.Q.Əmirova (Bayramova) tərəfindən məhkəməyə təqdim edilmiş izahatda ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə getməsindən deyil, məcburi aparılmasından bəhs edilmişdir. Digər tərəfdən şahid ifadələrində tərəflərin birgə nikahlarından doğulmuş uşaqların ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə gəlsələr də, Cavabdeh 2016-cı ildən sonra həmin mənzilə gəlmədiyini göstərmişlər. Göründüyü kimi Cavabdeh nümayəndəsinin iddiaya etirazının əsası kimi istinad etdiyi hallar ağlabatan mülahizəyə əsaslanmır və inandırıcı deyildir. Digər tərəfdən Cavabdeh ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini tərk etdiyi 2016-cı ildən ötən 8 il müddətində cavabdeh yaşayış sahəsindən istifadəyə maneənin aradan qaldılması tələbinə dair məhkəmədə iddia qaldırılmamış, eləcə də məhkəmədən kənar qaydada hər hansı hərəkət edilməmişdir. Beləliklə, mülki işin məhkəmə iclasında və yuxarıda qeyd olunmuş halları ilə Cavabdeh ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə ehtiyaclarının aradan qalxdığı və onun mənzili könüllü tərk etdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin MƏcəllənib 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə Cavabdeh ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə ehtiyaclarının aradan qalxdığını və onun mənzili könüllü tərk etdiyini nəzərə alaraq, hesab edir ki, iddia təmin edilməli, Cavabdeh İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüququna xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası təmin edilsin. Cavabdeh İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüququna xitam verilsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №e-2(125)-188/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-188/2025
14.01.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver