Məhkəmə qərarları › İş №e-2(125)-1909/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-1909/2024

06.05.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-1909/2024 06.05.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi (vəkili) Vəkil1, cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi» tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı Cavabdeh iddiaçıya məxsus olan Gəncə şəhəri, Sürəyya Qaçar (keçmiş Pavlov) küçəsi, döngə 1-də yerləşən 9 nömrəli fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki işin məhkəmədə baxılmağa hazırlanması zamanı iddiaçının nümayəndəsi (vəkili) Vəkil1 iddianın dəqiqləşdirilməsinə dair məhkəməyə ərizə təqdim edərək, Cavabdeh iddiaçıya məxsus olan Gəncə şəhəri,Sürəyya Qaçar (keçmiş Pavlov) küçəsi, döngə 1-də yerləşən 9 nömrəli fərdi yaşayış evindən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, göstərdi ki, Gəncə şəhəri, Sürəyya Qacar (keçmiş Pavlov) küçəsi, 1-ci döngədə yerləşən 9 nömrəli fərdi yaşayış evi əvvəllər onun mərhum əri Teyyub Quliyevin adına olmuşdur. Teyyub Quliyevin vəfatından sonra həmin əmlak ona miras qalmış, 2013-cü ildə onun adına vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Daha sonra həmin əmlak onun tərəfindən xx.xx.2021-cü il tarixdə Gəncə şəhəri 3 saylı notariat ofisində bağışlama müqaviləsi əsasında mərhum oğlu X15 hədiyyə olunmuşdur. Lakin X3 Federasiyası və Ukrayna Respublikası arasında gedən müharibədəki döyüşlərdən birində həlak olmuş, onun özünün əvvəllər hədiyyə etdiyi əmlak X7 ona miras qalmış və Gəncə şəhəri 6 notariat ofisində həmin miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Hazırda qeyd olunan əmlak onun mülkiyyətindədir. Cavabdeh isə onun doğma qızıdır. Cavabdeh uzun illərdir ki, ailəsi ilə birlikdə Rusiya Federassiyasında yaşayır. Gəncə şəhəri, Üzeyir Hacıbəyli küçəsində yerləşən 5 nömrəli evin 33 nömrəli mənzili X11 məxsus olmasına baxmayaraq, Cavabdeh hazırki tarixədək ona məxsus evdə qeydiyyatdadır. O, dəfələrlə Cavabdeh onun mülkiyyətində olan evdə pasport qeydiyyatından çıxmasını tələb etsə də, Cavabdeh həmin evdən qeydiyyatdan çıxmamış, bu isə onun mülkiyyətçi hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxarmışdır. Digər tərəfdən cavabdehin həmin ünvanda formal olaraq qeydiyyatda qalması nəticəsində, o, ev və kommunal xidmətlərin haqqını artıq məbləğdə ödəməyə məcbur olur. Buna görə də, o hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonda İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Vəkil1 İddiaçı izahatını müdafiə edərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 iddianı qəbul etməyərək iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının, tərəflərin nümayəndələrinin (vəkillərinin) izahatlarını və şahid ifadələrini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş X16 ifadəsində göstərdi ki, o, Gəncə şəhəri, Pavlov küçəsi, döngə 1-də yerləşən 13 nömrəli fərdi yaşayış evində yaşayır və Cavabdeh isə qonşunun qızı kimi tanımışdır. Cavabdeh təxminən 1990-cı illər ərəfəsində evlənmiş və ata evi sayılan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən köçmüşdür. Daha sonra o özü 1997-1998-ci illər ərəfəsində Rusiya Federasiyasına getdiyindən Mətanətin mübahisəli ünvanda faktiki olaraq yaşayıb-yaşamaması haqqında məlumatı olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş X38 ifadəsində göstərdi ki, o, ünvan 2 ünvanında yaşayır. İddiaçı onun qonşusu, Cavabdeh isə qonşusu Tamellanın qızı olmuşdur. Hətta o və Mətanət təxminən həmyaşıd olduqları üçün uşaq vaxtları birlikdə oynamış və vaxt keçirmişlər. Mətanət təxminən 1990-cı illərdə nikaha daxil olmuş və sözügedən ünvandan köçmüşdür. O daha sonra Cavabdeh mübahisəli ünvanda yaşamasını görməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X21 ifadəsində göstərdi ki, o, ünvan 3 ünvanında 1965-ci il tarixdən bu günə kimi yaşayır. İddiaçı isə onun qonşusudur. Tamellanın qızı Cavabdeh subay vaxtları Tamella ilə birgə yaşasa da, təxminən 18 yaşında nikaha girmiş və bundan sonra başqa ünvanda yaşamağa başlamışdır. Məhkəmədə şahid qismində dindirilmiş X32 ifadəsində göstərdi ki, Cavabdeh əri X30 onun bibisi oğludur. Cavabdeh ilə X30 təxminən 1993-1994-cü illərdə el adəti üzrə toy edərək ailə qurmuşlar. Həmin şəxslər nikaha girdikdən sonra Cavabdeh X17 valideyinlərinə məxsus Gəncə şəhəri, «95 Aptek»-ə yaxın ərazidə, Atatürk prospektində yerləşən evdə yaşamağa başlamışlar. Bundan sonra Cavabdeh qaynanası, yəni onun bibisi X43 ilə arasında mübahisələr yarandığından Cavabdeh öz valideyinlərinə məxus evə köçmüşdür. O, daşınmaz əmlak agenti kimi daşınmaz əmlakın alqı-satqısı və icarəsi (kirayəsi) sahəsində fəaliyyət göstərir. Cavabdeh mülkiyyətində olan Gəncə şəhəri, Ü.Hacıbəyli küçəsində yerləşən 5 nömrəli evin 33 nömrəli mənzili də o, qısa zaman ərzində müştəri tapan kimi uyğun qiymətə satacaqdır. Belə olan halda isə Cavabdeh mülkiyyətində başqa yaşayış sahəsi və eləcə də yaşamaq üçün yaşayış sahəsi olmayacaqdır. Buna görə də İddiaçı iddiası təmin edilməməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli **********94-10301 reyestr nömrəli daşınmaz əmlaka Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, İddiaçı ünvan 4 ünvanında yerləşən 0,0432 hektar yaşayış məntəqəsi torpağından və 78,50 kvadrat metr tikintidən ibarət daşınmaz əmlaka mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-cü il tarixdə ********** nömrəsi ilə qeydə alınmışdır. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestr publik hüquqi şəxsi 3 saylı Gəncə ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-33/2-2763/2024 nömrəli məktubundan görünür ki, 3 saylı Gəncə Ərazi İdarəsinin arxiv sənədləri və elektron baza məlumatlarına əsasən, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi ilkin olaraq X8 adına olmuşdur. Gəncə şəhəri 2 saylı Dövlət notariat kontorunun xx.xx.1966-cı il tarixli, 17-383 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi üzrə bu əmlak X22 tərəfindən X1. Həmin müqaviləyə uyğun olaraq «Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid» pasport, 1966-cı il tarixli «Torpaq qeydi» X12 adına işlənilmişdir. Göstərilən sənədləri əsasında X12 adına xx.xx.2013-cü il tarixli, **********13-103301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Gəncə şəhər 4 saylı Dövlət notariat kontorunun xx.xx.2013-cü il tarixli, 2V-1-135 reyestr nömrəli «Qanun üzrə vərəsəlik hüququ haqqında» şəhadətnaməyə əsasən, İddiaçı X12 vərəsəsi kimi tanınaraq adına xx.xx.2013-cü il tarixli, **********13-103301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Gəncə şəhəri 3 saylı notariat kontorunun xx.xx.2021-cı il tarixli, 4Ə-197 reyestr nömrəli daşınmaz əmlakın bağışlama müqaviləsinə əsasən, fərdi yaşayış evi İddiaçı tərəfindən X15 bağışlanmışdır. Həmin müqaviləyə əsasən, X13 adına xx.xx.2021-ci il tarixli, **********13-10301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Gəncə şəhər 3 saylı notariat ofisinin xx.xx.2023-cü il tarixli, 2V-80 reyestr nömrəli «Qanun üzrə vərəsəlik hüququ haqqında» şəhadətnaməyə əsasən, İddiaçı X13 vərəsəsi kimi tanınaraq adına xx.xx.2023-cü il tarixli, **********4-103301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Gəncə şəhəri, Ü.Hacıbəyli küçəsində yerləşən 5 nömrəli evin 33 nömrəli mənzili Kirovabad şəhər X26 İcraiyyə Komitəsinin 1981-ci il tarixli, 484 nömrəli orderi, xx.xx.2000ci il tarixli, 2/544 nömrəli Forma-2 arayışı, «Vətəndaşların yaşadıqları Dövlət mənzillərinin (evlərinin) özəlləşdirilməsi haqda» xx.xx.2000-ci il tarix1 52 nömrəli qərardan çıxarış əsasında X14 adına özəlləşdirilərək xx.xx.2000-ci il tarixli, 20049 reyestr nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Gəncə şəhəri 5 saylı Dövlət notariat kontorunun xx.xx.2012-ci il tarixli, 4Ə-2-331 reyestr nömrəli daşınmaz əmlakın bağışlama müqaviləsinə əsasən, mənzil X28 tərəfindən X23 bağışlanmışdır. Həmin müqaviləyə əsasən, X19 adına xx.xx.2013-cü il tarixli, **********66-05101-093017 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Gəncə şəhəri 5 saylı Dövlət notariat ofisinin xx.xx.2022-ci il tarixli, 2V-223 reyestr nömrəli «Qanun üzrə vərəsəlik hüququ haqqında» şəhadətnaməyə əsasən, ½ hissədə X48 Zakiroviçin və ½ hissədə X5 payları göstərilməklə X19 vərsələri tanınmışlar və vərəsələrin adlarına xx.xx.2023-cü il tarixli, **********24-05101-093008 reyestr nömrəl hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Gəncə şəhəri 5 saylı notariat ofisinin xx.xx.2023-ci il tarixli, 4Ə-731 reyestr nömrəli daşınmaz əmlakın bağışlama müqaviləsinə əsasən, mənzil X20 və X48 Zakiroviç tərəfindən Cavabdeh bağışlanmışdır. Müqaviləyə əsasən, sonuncunun adına xx.xx.2023-cü il tarixli, **********24-05101-093008 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1 və 76.2-ci maddələrinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertləri rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlarla obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 62.2 və 62.3-cü maddələrinə görə şahid qismində məhkəməyə çağırılan şəxs məhkəməyə gəlməyə və iş üzrə ona məlum olan məlumatları və halları bildirməyə borcludur. Şahid düzgün ifadə verməyə, hakimlərin və prosesdə iştirak edən şəxslərin suallarına cavab verməyə borcludur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X24 ifadəsini sübutların məcmusu ilə müqayisəli tədqiq edərək, hesab edir ki, həmin şahid ifadəsi işin həqiqi hallarını özündə əks etdirmədiyindən və digər sübutlarla təkzib olunduğundan sübutlar siyahısından çıxarılmalıdır. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X16, X38 və X21 öz ifadələrində 1990-cı illərdə nikaha girməsindən sonra Cavabdeh Gəncə şəhəri, Sürəyya Qacar küçəsi, 1-ci döngədə yerləşən 9 nömrəli fərdi yaşayış evində görmədiklərini bildirdikləri halda, X32 ifadəsində Cavabdeh nikaha girdikdən bir müddət sonra yenidən Gəncə şəhəri, Sürəyya Qacar küçəsi, 1-ci döngədə yerləşən 9 nömrəli fərdi yaşayış evində yaşamağa davam etdiyini göstərmişdir. Digər tərəfdən X32 məhkəmədə şahid qismində dindirilərkən məlumatlar və işin hallarını bildirməkdən daha çox iddianın rədd olunmasına yönələn təşəbbüslər göstərmiş, hətta Cavabdeh adından qərarlar verərək, özünün daşınmaz əmlak agenti olduğunu, Cavabdeh mülkiyyətində olan mənzili satacağını bildirmiş və iddianın rədd olunmasını məhkəmədən xahiş etmiş, bu isə onun ifadəsinin həqiqiliyini şübhə altına almışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki işin məhkəmədə tədqiqi zamanı Cavabdeh nümayəndəsi Nümayəndə xx.xx.2024-cü il tarixli məhkəmə hazırlıq iclasında vəsatətlə məhkəməyə müraciət edərək, sübutların təqdim olunması və vəkilin iştirakının təmin edilməsi üçün məhkəmə hazırlıq iclasının təxirə salınmasını məhkəmədən xahiş etmiş, buna görə də xx.xx.2024-cü il tarixli məhkəmə hazırlıq iclası təxirə salınaraq, xx.xx.2024-cü il tarixə təyin edilmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə hazırlıq iclasında isə cavabdehin vəkili Vəkil2 məhkəməyə gəlməmiş, vəsatətlə məhkəməyə müraciət edərək, sübutların təqdim olunması üçün həmin məhkəmə iclasının başqa vaxta təxirə salınmasını məhkəmədən xahiş etmişdir. Qeyd olunan səbəbdən xx.xx.2024-cü il tarixli məhkəmə hazırlıq iclası təxirə salınmış və xx.xx.2024-cü il tarixə təyin olunmuşdur. xx.xx.2024-cü il tarixli məhkəmə hazırlıq iclasına da cavabdeh, onun nümayəndəsi və vəkili gəlməmiş, həmçinin məhkəməyə hər hansı sübut təqdim etməmişlər. Buna görə də xx.xx.2024-cü il tarixli məhkəmə hazırlıq iclasında mülki iş məhkəmə baxış iclasına təyin olunmuşdur. Cavabdehin vəkili Vəkil2 yalnız məhkəmə baxış iclasında vəsatətlə məhkəməyə müraciət edərək, X24 məhkəmədə şahid qismində dindirilməsini məhkəmədən xahiş etmişdir. Mülki işin obyektiv, qərəzsiz, hərtərəfli və tam araşdırılması zərurəti, həmçinin iddiaçının şahidin dindirilməsinə etirazının olmaması nəzərə alınaraq, vəsatət təmin edilmiş və A.İ.Muğalova məhkəmədə şahid qismində dindirilmişdir. Lakin şahid A.İ.Muğalovanın ifadəsi həqiqətə uyğun olmadığından sübutlar siyahısından çıxarılmışdır. Göründüyü kimi mülki işə məhkəmədə baxılarkən sübutların təqdim olunması üçün Cavabdeh kifayət qədər imkan yaradılsa da, onun tərəfindən sübutlar məhkəməyə təqdim olunmamışdır. İddiaçı Mətanət qızı isə Cavabdeh uzun müddət əvvəl ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evini tərk etməsini şahidlər X6, X31 və X9 ifadələri ilə sübuta yetirməklə yanaşı, Gəncə şəhəri, Ü.Hacıbəyli küçəsində yerləşən 5 nömrəli evin 33 nömrəli mənzilin Cavabdeh mülkiyyətində olmasını təsdiq edən sübutları da məhkəməyə təqdim etmişdir. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, İddiaçı Cavabdeh anasıdır. Cavabdeh xx.xx.1969-cu ildə Gəncə şəhəri, Sürəyya Qaçar (keçmiş Pavlov) küçəsi, döngə 1-də yerləşən 9 nömrəli fərdi yaşayış evində doğulmuş və 1990-cı illərə qədər həmin ünvanda yaşamışdır. 1990-cı illərdə isə M.T.X2 ilə nikaha girmiş və yaşamaq üçün başqa ünvana köçmüşdür. Həmçinin Gəncə şəhəri, Ü.Hacıbəyli küçəsində yerləşən 5 nömrəli evin 33 nömrəli mənzili Cavabdeh mülkiyyətindədir. Gəncə şəhəri, Sürəyya Qaçar (keçmiş Pavlov) küçəsi, döngə 1-də yerləşən 9 nömrəli fərdi yaşayış evi isə xx.xx.1966-cı ildən xx.xx.2013-cü il tarixədək X12 mülkiyyətində olmuş, T.Cavabdeh ölümündən sonra xx.xx.2013-cü il tarixli, 2V-1-135 reyestr nömrəli «Qanun üzrə vərəsəlik hüququ haqqında» şəhadətnaməyə əsasən, İddiaçı X12 vərəsəsi kimi tanınaraq adına xx.xx.2013-cü il tarixli, **********13-103301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Gəncə şəhəri 3 saylı notariat kontorunun xx.xx.2021-cı il tarixli, 4Ə-197 reyestr nömrəli daşınmaz əmlakın bağışlama müqaviləsinə əsasən, Gəncə şəhəri, Sürəyya Qaçar (keçmiş Pavlov) küçəsi, döngə 1-də yerləşən 9 nömrəli fərdi yaşayış evi İddiaçı tərəfindən X15 bağışlanmışdır. Həmin müqaviləyə əsasən, X13 adına xx.xx.2021-ci il tarixli, **********13-10301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. xx.xx.2023-cü il tarixli, 2V-80 reyestr nömrəli «Qanun üzrə vərəsəlik hüququ haqqında» şəhadətnaməyə əsasən, İddiaçı X13 vərəsəsi kimi tanınmış və onun adına xx.xx.2023-cü il tarixli, **********4-103301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. İddiaçı Cavabdeh qarşı «evdən istifadə hüququnun itirilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi Cavabdeh mübahisəli evdən istifadə hüququ və buna bağlı hüquq münasibəti isə 1 sentyabr 2000-ci ilə qədər, yəni xx.xx.1969-cu il tarixdən yaranmışdır. Gəncə şəhəri, Sürəyya Qaçar (keçmiş Pavlov) küçəsi, döngə 1-də yerləşən 9 nömrəli fərdi yaşayış evi üzərində mülkiyyət hüququ əvəzsiz qaydada X12 mülkiyyətindən İddiaçı, eyni qaydada İddiaçı mülkiyyətindən X13 mülkiyyətinə keçmiş, X13 mülkiyyətindən isə əvəzsiz qaydada İddiaçı mülkiyyətinə qayıtmışdır. Qeyd olunan hallarda mülkiyyətçilərin dəyişməsi əvəzsiz qaydada baş verdiyinə görə həmin fərdi yaşayış evinə istifadə hüququ üzrə hüquq münasibətləri dəyişməmiş və yeni hüquq münasibəti yaranmamış, yəni sonrakı hüquq münasibəti əvvəlki hüquq münasibətinin davamı olmuşdur. Buna görə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2001-ci il tarixli qərarındakı hüquqi mövqeyi nəzərə alınmaqla, bu hüquq münasibətlərinə həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (Azərbaycan SSR-in 8 iyun 1992-ci il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan SSR Mənzil Məcəlləsi) müddəaları tətbiq edilməlidir. Mənzil Məcəlləsinin 60-cı maddəsinin birinci hissəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Həmin maddənin sonuncu hissəsinə əsasən şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Mənzil Məcəlləsinin 87-ci maddəsinin ikinci hissəsinə görə icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh xx.xx.1969-cu ildə Gəncə şəhəri, Sürəyya Qaçar (keçmiş Pavlov) küçəsi, döngə 1-də yerləşən 9 nömrəli fərdi yaşayış evində doğulmuş və 1990-cı illərə qədər həmin ünvanda yaşamışdır. 1990-cı illərdə isə M.T.X2 ilə nikaha girmiş və yaşamaq üçün başqa ünvana köçmüşdür. Həmçinin Gəncə şəhəri, Ü.Hacıbəyli küçəsində yerləşən 5 nömrəli evin 33 nömrəli mənzil Cavabdeh mülkiyyətindədir. Cavabdehin uzun müddətdir ki, mübahisəli mənzildə yaşamaması və başqa mənzilə malik olması onun özünə başqa daimi yaşayış yeri seçdiyi və mənzilə ehtiyacının aradan qalxdığı qənaətinə gəlməyə imkan verir. Göründüyü kimi istər Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (Azərbaycan SSR-in 8 iyun 1992-ci il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan SSR Mənzil Məcəlləsi) 60-cı maddəsinin tələbi baxımından uzun müddət (altı aydan artıq) başqa ünvanda yaşaması, istərsə də həmin Məcəllənin 87-ci maddəsinin tələbi baxımından mülkiyyətində başqa yaşayış sahəsinin olması Cavabdeh Gəncə şəhəri, Sürəyya Qaçar (keçmiş Pavlov) küçəsi, döngə 1-də yerləşən 9 nömrəli fərdi yaşayış evində istifadə hüququnun itirilmiş hesab edilməsinə əsasdır. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi əsaslı olduğu üçün təmin olunmalı, Cavabdeh Gəncə şəhəri,Sürəyya Qaçar (keçmiş Pavlov) küçəsi, 1-ci döngədə yerləşən 9 nömrəli fərdi yaşayış evindən istifadə hüququ itirilmiş hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası təmin edilsin. Cavabdeh Gəncə şəhəri,Sürəyya Qaçar (keçmiş Pavlov) küçəsi, 1-ci döngədə yerləşən 9 nömrəli fərdi yaşayış evindən istifadə hüququ itirilmiş hesab edilsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar