Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2(125)-1943/2024 18.11.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X5 Şakir oğlunun sədrliyi, Səmədli Aylin Vurğun qızının katibliyi, Cavabdeh "xxxx" X4 Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçılar İddiaçı2, İddiaçı4, İddiaçı1, İddiaçı5 və İddiaçı3 cavabdehlər Cavabdeh2 və "xxxx" X4 Səhmdar Cəmiyyətinə (üçüncü şəxs Cavabdeh1) qarşı “icra qeydinin ləğv edilməsi və hərracın dayandırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, Gəncə Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçılar İddiaçı2, İddiaçı4, İddiaçı1, İddiaçı5 və İddiaçı3 cavabdehlər Cavabdeh2 və "xxxx" X4 Səhmdar Cəmiyyətinə (üçüncü şəxs Cavabdeh1) qarşı “icra qeydinin ləğv edilməsi və hərracın dayandırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 8İ-647 saylı, 22 yanvar 2024-cü il tarixli icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçılar “iddia tələbinin həcminin artırılması” barədə ərizə verərək, 1138micKPZ/22 saylı ipoteka müqaviləsinə əsasən Gəncə şəhəri, ünvan 1 ünvanını girov qoymuş İddiaçı5 iddiaçı qismində tanınması və Cavabdeh2 8İ-647 saylı, 22 yanvar 2024cü il tarixli icra qeydinin və Cavabdeh2 8İ-683 saylı, 23 yanvar 2024-cü il tarixli icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçılar və üçüncü şəxsin nümayəndəsi məhkəmənin çağırışlarına üzrlü səbəblər göstərmədən gəlməmiş, iddiaçılar işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə iclasında cavabdeh "xxxx" X4 Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iddiaçıların üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlmədiklərini qeyd edib, işə mahiyyəti üzrə baxılmasını tələb etməməklə yanaşı, iddia ərizəsinin baxılmamış saxlanılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh2 nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, lakin, məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə, işə Cavabdeh2 nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 259.0.6-cı maddəsinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. 260-cı maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçılar heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlmədiklərindən, cavabdehlərdən "xxxx" KB ASC-nin nümayəndəsi isə işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyindən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Həmçinin, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu İddiaçı1 qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçılar İddiaçı2, İddiaçı4, İddiaçı1, İddiaçı5 və İddiaçı3 cavabdehlər Cavabdeh2 və "xxxx" X4 Səhmdar Cəmiyyətinə (üçüncü şəxs Cavabdeh1) qarşı “icra qeydinin ləğv edilməsi və hərracın dayandırılması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu İddiaçı1 qaytarılsın. Qərardaddan həmin qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən işə baxan Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №e-2(125)-1943/2024
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №e-2(125)-1943/2024
18.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver