Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-2120/2023 14.12.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X3 Əli oğlunun sədrliyi Əsgərov Sərxan Elxan oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi, Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı evin naturada bölünərək payların ayrılması tələbinə dair iddiası üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı evin naturada bölünərək payların ayrılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 yerləşən ümumi paylı mülkiyyət olan 0.06 ha torpaq sahəsi və evin 1/2 hissədə naturada bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında daşınmaz əmlakın dövlət reyestri xidməti Hüququların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlər reyestrindən xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışla Gəncə şəhəri Bayan küçəsi, 110 ünvanda yerləşən 29.2 kv.m 1 yaşayış otağı, 29.2 kv.m köməkçi sahə və 0.06 ha torpaq sahəsinin ½ hissəsi iddiaçının mülkiyyətindədir. Əmlakın 20.6 kv.m 1 yaşayış otağı, 40.1 kv.m köməkçi sahə və 0.06 ha torpaq sahəsi isə Cavabdeh mülkiyyətindədir. Gəncə şəhəri Bayan küçəsi, 110 ünvanda yerləşən və 0.03 ha torpaq sahəsi ona məxsus olduğuna baxmayaraq cavabdeh həmin torpaq sahəsini təmamilə zəbt etmişdir. Bundan başqa, cavabdeh 29.2 kv.m 1 yaşayış otağı, 29.2 kv.m köməkçi sahənin altında yerləşən zirzəmini də, zəbt edərək öz maraqları üçün istifadə edir. Cavabdeh tərəfindən zəbt edilən zirzəminin və torpaq sahəsinin iddiaçıya verilməsi barədə heç bir razılığa gələ bilmir. Hər dəfə payların bölünməsi mövzusunda söhbət açan kimi cavabdeh iddiaçını və övladlarını ölümlə hədələyir. Mübahisəli fərdi yaşayış evinin və torpağın naturada ayrılması mümkündür. Odur ki, Gəncə şəhəri Bayan küçəsi, 110 ünvanda yerləşən 29.2 kv.m 1 yaşayış otağı, 29.2 kv.m köməkçi sahənin altında yerləşən zirzəminin cavabdehin istifadəsindən alınanaraq iddiaçıya verilməsi və ünvan 1 ünvanda yerləşən 0.06 ha torpaq sahəsinin ½ payın (fərdi yaşayış evlə birlikdə) naturada ayrılması, fərdi yaşayış evinin və torpağın paya uyğun bölünməsi və ayrıca giriş-çıxış yolunun müəyyən edilməsinə dair qətnamə çıxarılması xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi, Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ünvan 2 yerləşən ümumi paylı mülkiyyət olan 0.06 ha torpaq sahəsi və evin 1/2 hissədə naturada bölünməsi, Gəncə şəhəri Bayan küçəsi, 110 ünvanda yerləşən “A” literli ümumi sahəsi 113.2 kv.m olan yarım zirzəminin iddiaçının mülkiyyətində olan 29.2 kv.m 1 yaşayış otağı, 29.2 kv.m köməkçi sahənin altında yerləşən hissəsindən cavabdehin istifadəsindən alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbi ilə razı olmadığını bildirmiş, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, xx.xx.2022-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 2 yerləşən fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə 1/2 hissəsi Cavabdeh, 1/2 hissəsi İddiaçı adlarına qeyd edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 sentyabr 2023-cü il tarixli 10/3702 saylı rəyində, **********08-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış üzrə İddiaçı və Cavabdeh ümumi birgə mülkiyyətində olan ünvan 2 0.06 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 119.1 kv.m olan fərdi yaşayış evindən 20.6 kv.m 1 yaşayış otağı, 40.1 kv.m köməkçi sahənin Cavabdeh və 29.2 kv m 1 yaşayış otağı, 29.2 kv.m köməkçi sahənin isə İddiaçı naturada ayrılmasının “İnşaat Norma və Qaydaları” 2.08.01.89-un 1.1, 2.2, 2.4. və 2.9. bəndlərinin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün olduğu, lakin torpaq sahəsinin 3 tərəfdən qonşu sahələrlə əhatə olunduğunu, torpaq sahəsinə bir tərəfdən giriş-çıxış yolunun olduğunu, torpaq sahəsinin üzərində fərdi yaşayış evi və digər təyinatlı tikililərin olduğunu nəzərə alaraq, torpaq sahəsinin tərəflərin paylarına uyğun naturada ayrılmasının texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya, mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 223.2-ci maddəsinə əsasən birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mükiyyətçilərdən hər birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. Azərbaycan Respublikası MPM-nin 58.1-ci barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. Azərbaycan Respublikası MPM-nin 58.2-ci hüquq varisi prosesə daxil olana qədər prosesdə edilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, hüquqi varisi üçün də məcburidir. Məhkəmə prosesində məhkəmə ekspertizası mərkəzinin 20 sentyabr 2023-cü il tarixli 10/3702 saylı məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə mübahisəli mülkün tərəflər arasında bölünməsinin texniki cəhətdən mümkün olmaması müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı evin naturada bölünərək payların ayrılmasına dair iddia tələbi təmin edilməməlidir. Məhkəmə iddia tələbinin ünvan 2 ünvanında yerləşən “A” literli ümumi sahəsi 113.2 kv.m olan yarım zirzəminin iddiaçının mülkiyyətində olan 29.2 kv.m 1 yaşayış otağı, 29.2 kv.m köməkçi sahənin altında yerləşən hissəsinin cavabdehin istifadəsindən alınaraq iddiaçının istifadəsinə verilməsi hissəsi ilə bağlı qeyd edir ki, iş materiallarında olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-2478/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, ünvan 3 ünvanda yerləşən X2 miras qalmış 0.06 ha torpaq sahəsini X1 qəbul etməsi faktı müəyyən edilməklə həmin miras əmlakın ½ hissəsinə onun vərəsəlik hüququnun tanınması qət edilmişdir. Zirzəmi tərəflər arasında bölünməmiş və ümumi istifadədə saxlanılmışdır. Odur ki, iddiaçının Gəncə şəhəri Bayan küçəsi, 110 ünvanda yerləşən “A” literli ümumi sahəsi 113.2 kv.m olan yarım zirzəminin iddiaçının mülkiyyətində olan 29.2 kv.m 1 yaşayış otağı, 29.2 kv.m köməkçi sahənin altında yerləşən hissəsindən cavabdehin istifadəsindən alınaraq iddiaçıya verilməsi tələbi əsassız olduğundan təmin edilməməlidir. İş üzrə məhkəmə ekspertiza xərci 20 sentyabr 2023-cü il tarixli rəy üzrə 100 manat iddiaçıdan tutularaq Dövlət xəzinədarlıq Agentliyinə kodu: 210005, VÖEN:-**********, müxbir hesab: AZ41NABZ********************, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: SWİFT BİK: CTREAZ22, **********, hesab № AZ43CTRE********************, büdcə səviyyəsinin kodu 3, büdcə təsnifatının kodu 142595-ə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı evin naturada bölünərək payların ayrılmasına dair iddia tələbi təmin edilməsin. İş üzrə məhkəmə ekspertiza xərci 20 sentyabr 2023-cü il tarixli rəy üzrə 100 manat İddiaçı tutularaq Dövlət xəzinədarlıq Agentliyinə kodu: 210005, VÖEN:-**********, müxbir hesab: AZ41NABZ********************, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: SWİFT BİK: CTREAZ22, **********, hesab № AZ43CTRE********************, büdcə səviyyəsinin kodu 3, büdcə təsnifatının kodu 142595-ə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №e-2(125)-2120/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-2120/2023
14.12.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver