Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-2212/2025 04.06.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X11 İsa oğlunun sədrliyi, Həsənov Ariz Arif oğlunun katibliyi ilə, İddiaçı MMC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə ilə məhkəməyə müraciət edərək, xx.xx.2024 tarixli STK01-2300 saylı kredit müqaviləsinə əsasən həmin müqavilənin girovu olan 90CU042 dövlət qeydiyyat nişanlı, 2002-ci il istehsalı, qara metallik rəngli,“Mercedes-Benz” markalı “E220 CDİ” model minik avtomobili 7E-4613 saylı etibarnamə ilə idarə edən zaman inzibati xəta törətmiş Cavabdeh 575.30 AZN cərimə məbləği, o cümlədən məhkəməyə iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 AZN olmaqla ümumilikdə cəmi 605.30 AZN məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin X2 şəxsində və Cavabdeh arasında xx.xx.2024 tarixli STK01-2300 saylı 7800 AZN məbləğində kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin girovu 90CU042 dövlət qeydiyyat nişanlı, 2002-ci il istehsalı, qara metallik rəngli, “Mercedes-Benz” markalı “E220 CDİ” model minik avtomobili olmuşdur. Cavabdeh girov predmeti olan həmin avtomobili 7E-4613 saylı etibarnamə ilə idarə edən zaman inzibati xətalar törətmiş və nəticədə həmin inzibati xətaya əsasən 575.30 AZN cərimə borcu yaranmışdır. Cavabdeh müqavilə üzrə öhdəlikləri yerinə yetirmədiyindən girov predmeti olan avtomobil geri alınan zaman həmin cərimə məbləği aşkar edilmişdir. Cərimə məbləği olan 575.30 AZN İddiaçı MMC-nin X2 tərəfindən ödənilmişdir. Nəticədə cavabdeh İddiaçı MMC-nin X1 575.30 AZN maddi zərər vurmuşdur. İddiaçının nümayəndəsi X6 məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını və yekun qərar çıxarılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Mercedes-Benz” markalı “E220 CDİ” model minik avtomaşın X4 mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli STK01-2300 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh 18 ay müddətinə illik 54% dərəcəsini tətbiq etməklə 7800(yeddi min səkkiz yüz) manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanan xx.xx.2024-cü il tarixli Girov Müqaviləsindən görünür ki, Cavabdeh girov predmetinin qiymətini qarşılıqlı razılığa əsasən 5500 manat müəyyən etməklə 90CU042 dövlət qeydiyyat nişanlı, 2002-ci il istehsalı, qara metallik rəngli, “Mercedes-Benz” markalı “E220 CDİ” model minik avtomobil xx.xx.2024 tarixli STK01-2300 saylı 7800 AZN məbləğində kredit müqaviləsinin təminatı kimi girov qoymuşdur. İşdə olan xx.xx.2024-cü il tarixdə reyestrdə 7E-4613 nömrəsi ilə qeydə alınmış etibarnamədən görünür ki, X7 2002-ci buraxılış ili, Ban nömrəsi WDB2102061X094758, “Mercedes-Benz” markalı “E220 CDİ” minik markalı, **-CU-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək səlahiyyətlərini Cavabdeh etibar etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə “Mercedes-Benz” markalı “E220 CDİ” minik markalı, **-CU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 40 (qırx) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə “Mercedes-Benz” markalı “E220 CDİ” minik markalı, **-CU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 10 (on) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə “Mercedes-Benz” markalı “E220 CDİ” minik markalı, **-CU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 10 (on) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə “Mercedes-Benz” markalı “E220 CDİ” minik markalı, **-CU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 10 (on) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə “Mercedes-Benz” markalı “E220 CDİ” minik markalı, **-CU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 20 (iyirmi) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə “Mercedes-Benz” markalı “E220 CDİ” minik markalı, **-CU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 10 (on) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə “Mercedes-Benz” markalı “E220 CDİ” minik markalı, **-CU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 10 (on) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə “Mercedes-Benz” markalı “E220 CDİ” minik markalı, **-CU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 10 (on) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə “Mercedes-Benz” markalı “E220 CDİ” minik markalı, **-CU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 50 (əlli) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə “Mercedes-Benz” markalı “E220 CDİ” minik markalı, **-CU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 200 (iki yüz) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə “Mercedes-Benz” markalı “E220 CDİ” minik markalı, **-CU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 40 (qırx) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə “Mercedes-Benz” markalı “E220 CDİ” minik markalı, **-CU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 20 (iyirmi) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə “Mercedes-Benz” markalı “E220 CDİ” minik markalı, **-CU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 80 (səksən) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə “Mercedes-Benz” markalı “E220 CDİ” minik markalı, **-CU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 10 (on) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə “Mercedes-Benz” markalı “E220 CDİ” minik markalı, **-CU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 10 (on) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə “Mercedes-Benz” markalı “E220 CDİ” minik markalı, **-CU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 10 (on) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə “Mercedes-Benz” markalı “E220 CDİ” minik markalı, **-CU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 10 (on) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Mpay ödəniş qəbzlərindən görünür ki, xx.xx.2025-ci il tarixdə cəmi 575.30 manat İddiaçı MMC-nin X2 tərəfindən ödənilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı MMC və Cavabdeh arasında xx.xx.2024 tarixli STK01-2300 saylı kredit müqaviləsi və girov müqaviləsi bağlanmışdır. Həmin müqavilənin girovu 90CU042 dövlət qeydiyyat nişanlı, 2002-ci il istehsalı, qara metallik rəngli, “Mercedes-Benz” markalı “E220 CDİ” model minik avtomobili olmuşdur. Cavabdeh girov predmeti olan həmin avtomobili 7E-4613 saylı etibarnamə ilə idarə edən zaman inzibati xətalar törətmiş və nəticədə həmin inzibati xətaya əsasən 575.30 manat cərimə borcu yaranmışdır. Cavabdeh müqavilə üzrə öhdəlikləri yerinə yetirmədiyindən girov predmeti olan avtomobil geri alınan zaman həmin cərimə məbləği aşkar edilmişdir. Cərimə məbləği olan 575.30 manat İddiaçı MMC-nin X2 tərəfindən ödənilmişdir. İddiaçı MMC-yə 575.30 manat maddi ziyan dəydiyini bildirərək hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iş materiallarında olan sübutlari işin hallarının müəyyən edilməsində mötəbər sübutlar kimi qiymətləndirərək hesab edir ki, cavabdehin törətmiş olduğu delikt nəticəsində iddiaçı MMC-yə 575.30 manat maddi ziyan dəyməsi işin faktiki halı kimi təsdiq olunandır və iddiaçı hazırki iddianı qaldırmaq üçün subyektiv hüquqa malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 158-ci maddəsinin mətn və məzmununa görə əmlakdan istifadə hüququ əmlak hüquqları sayılır və əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Beləliklə, məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddiaçının tələbi əsaslı olduğundan təmin edilməli, Cavabdeh 575.30 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə verilməlidir. Bundan başqa, mülki işin materialları ilə müəyyən olunur ki, iddiaçı hazırki iddianın qaldırılması üçün 30(otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Repsublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İrəli sürülən iddia haqlı sayıldığından məhkəmə belə qərara gəlir ki, iddiaçı tərəfindən çəkilən məhkəmə xərcləri cavabdehə aid edilməli və ondan alınaraq iddiaçıya verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 575.30 (beş yüz yetmiş beş) manat 30 qəpik məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30(otuz) manat məbləğində pul alınıb, İddiaçı MMC-nə verilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi (çatdırıldığı) gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov
Məhkəmə qərarları › İş №e-2(125)-2212/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-2212/2025
04.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver