Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2(125)-235/2024 23.01.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, İddiaçı, Cavabdeh2 nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdehlər Gəncə Şəhər İcra Hakimiyyətinə, Cavabdeh2nə, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X5 3 saylı Gəncə Ərazi İdarəsinə və Azərbaycan Respublikasının Mənzil X1rşı "tikintinin sökülməsi, torpaq sahəsindən çıxarılma və sənədlərin ləğv edilməsi" tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsini mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində göstərməklə cavabdehlər Gəncə Şəhər İcra Hakimiyyətinə, Cavabdeh2nə və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X5 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh2 MMC-nin inşa etdiyi binanın mərhum anası X2 qanuni varisi kimi ona xüsusi mülkiyyət hüququ ilə məxsus, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 42,9 kv.m ölçüdə torpaq sahəsinə düşən hissəsinin sökülməsi, Cavabdeh2 MMC-nin həmin torpaq sahəsindən çıxarılması, qanunsuz tikintiyə və qeydiyyata əsas olmuş cavabdehlər “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X5 3 saylı Gəncə Ərazi İdarəsi və Cavabdeh1 tərəfindən verilmiş sənədlərin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə gedişində iddiaçının vəsatəti əsasında Azərbaycan Respublikasının Mənzil X4 cavabdeh qismində işə cəlb edilmişdir. Məhkəmənin hazırlıq iclaslarında iştirak edən iddiaçı iddia ərizəsinin məhkəmə baxışına təyin edilərək baxılmasını və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh2 MMC-nin nümayəndəsi bildirdi ki, hazırkı tələbə cavab verməli şəxs onun təmsil etdiyi qurum deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Həmin Məcəllənin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda iddia ərizəsi baxılmamış saxlanılır. Məhkəmənin hazırlıq iclasında iddiaçıya iddia tələbinin dəqiqləşdirilməsi, iddia ərizəsinin nəticə hissəsində ləğv edilməsini istədiyi sənədlərin konkret hansı sənədlərdən ibarət olmasının göstərilməsi təklif edilmiş, lakin kifayət qədər vaxt verilməsinə və şərait yaradılmasına baxmayaraq iddiaçı iddia tələbini dəqiqləşdirməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizənin məzmunu MPM-in 149-cu maddəsinin tələblərinə uyğun təqdim edilmədiyindən, yəni iddia ərizəsinin nəticə hissəsində qeyri-müəyyənliyə yol verildiyindən, daha dəqiqi - iddiaçı tərəfindən qanunsuz tikintiyə və qeydiyyata əsas olmuş cavabdehlər “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X5 3 saylı Gəncə Ərazi İdarəsi və Cavabdeh1 tərəfindən verilmiş sənədlərin hansı sənədlərdən ibarət olması konkret göstərilmədiyindən və iddiaçı məhkəmə iclasında bu nöqsanı aradan qaldırmadığından, belə halda isə iddia ərizəsini məhkəmə baxışına təyin edib baxmaq mümkün olmadığından hazırki iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı cavabdehlər Gəncə Şəhər İcra Hakimiyyətinə, Cavabdeh2nə, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X5 3 saylı Gəncə Ərazi İdarəsinə və Azərbaycan Respublikasının Mənzil X1rşı "tikintinin sökülməsi, torpaq sahəsindən çıxarılma və sənədlərin ləğv edilməsi" tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №e-2(125)-235/2024
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №e-2(125)-235/2024
23.01.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver