Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-2351/2025 18.07.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Qasımov Zakir Zaur oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin Cavabdeh qarşı “kommunal xidmətlərin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin Cavabdeh qarşı iddia ərizəsi və ona əlavə olunmuş ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 60,62 Bina 1 ünvanında yerləşən Cavabdeh mülkiyyətində olan mənzillərə dair kommunal xidmətlərinə görə 29325 manat borcun və 183 manat dövlət rüsumunun cavabdehdən alınaraq "xxxx" MMMC-nə ödənilməlinə dair qətnamə qəbul edilməsini xahiş etdimişdir. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli 79 saylı sərəncamına əsasən, Bakı şəhəri, Nəsimi rayonu, R.Behbudov küçəsi, Ş.Əzizbəyov, S.Əsgərova küçələri ilə Bülbül prospektinin kəsişməsindəki 391-ci məhəllə (indiki Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 60,62) ünvanında yerləşən yaşayış binaları "xxxx" Məhdıd Məsuliyyətli Cəmiyyəti tərəfindən inşa edilmiş və 19 fevral 2019-cu il tarixində imzalanan “Bəzi çoxmənzilli binaların istismara icazə verilməsinin sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən istismara verilmişdir. Davamında sahə mülkiyyətçilərinin xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli ümumi yığıncağının qərarları əsasında "xxxx" mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti təsis edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən xx.xx.2022-ci il tarixində 1122- MM9-0269 sayı ilə dövlət qeydiyyatına alınmışdır. Cəmiyyətin fəaliyyət istiqamətinə daşınmaz əmlak kompleksini birgə idarə etmək, binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etmək daxildir. Bu fəaliyyətdə yaşayış binasının mülkiyyətçilərin ümumi istifadəsində olan daxili və xarici kommunal xidmətlərin təchizatı xəttlərinin və ümumi istifadədə olan digər qurğu və avadanlıqların, yaşayış binasının binadaxili istilik və elektrik enerjisi, təbii qaz, lift, məişət ullantıları və kanalizasiya xidmətlərinin təchizatı qurğuların təmir və ya bərpa olunması və onların işlək vəziyyətdə saxlanılması, yaşayış binasının daxili və xarici divarlarının, zirzəmi və damların, həmçinin giriş blokların təmir olunması və işıqlandırılması, həyətyanı sahənin yaşıllaşdırılması, binaların mühafizəsi və bu kimi digər işlərin görülməsi nəzərdə tutulmuşdur. Dövlət qeydiyyatından sonra MMMC-nin idarə heyəti tərəfindən nizamnamədən irəli gələn səlahiyyətlər daxilində MMMC-nin ümumi yığıncağının çağırılması təşkil edilmiş, habelə bu çərçivədə MMMC-nin ümumi yığıncağının müəyyən qərarları ilə məsələlər tənzimlənmiş, işlərin lazımi qaydada həyata keçirilməsi məqsədilə idarə heyəti tərəfindən sakinlərin əksəriyyəti ilə xidmət müqaviləsi imzalanmış, qanunvericiliyin və Cəmiyyətin nizamnaməsinin tələblərinə uyğun işlər təşkil edilmiş və hazırda da həyata keçirilməkdədir. Qeyd etmək lazımdır ki, yuxarıda göstərilən işlərin görülməsinə nail olmaq üçün Cəmiyyətin Ümumi Yığıncağının müvafiq qərarı ilə mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahəsinə uyğun ödəniləcək aylıq xidmət haqlarının hədləri müəyyən edilmişdir. Bildirmək lazımdır ki, "xxxx"MMC-nin xx.xx.2025-ci tarixli mənzil mülkiyyətçilərinə dair Arayışdan göründüyü kimi Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, ev 2, mənzil 1 (Yeni qaydalarla: AZ 1014, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 62, M17, ml) ünvanında yerləşən Cavabdeh mülkiyyətində olan mənzillərin ümumi sahəsi 1175 kvadrat metrdir və cavabdeh 25 aydır ki, kommunal ödənişləri etmir. Qeyd etmək lazımdır ki, “Nəsimi-48" MMMC-nin müvafiq Protokoluna əsasən kompleksdə olan yaşayış mənzillərinin və qeyri-yaşayış obyektlərinin kommunal ödənişləri təmirsiz olduğu halda 1 kv.m. üçün 1 manat, təmirli olduğu halda isə 1 kv.m. üçün 1.5 manat nəzətdə tutulmuşdur. Qeyd etmək lazımdır ki, İddiaçı kommunal ödənişlərə dair cavabdehə dəfələrlə müraciət etməsinə baxmayaraq, qeyd olunan ödənişlər cavabdeh tərəfindən edilməmişdir. Bundan başqa cavabdeh müştərək cəmiyyətin iştirakçısı olmasada, cəmiyyətin yaranmasından və fəaliyyət göstərməsindən xəbərdardır. Belə ki, "xxxx" MMC-nin "xxxx" MMMC-ə ünvanladığı xx.xx.2025-ci il tarixli “Arayış”ının 5-ci abzasında mənzillər "xxxx" MMC-i tərəfindən alıcıların mülkiyyətinə verildikdə, onlar tərəfindən Müştərək cəmiyyətin fəaliyyəti barədə məlumat verildiyi və cəmiyyətin əməkdaşlarına yönəldiyi qeyd edilmişdir. İddia ərizəsinə əlavə edilən sübutlardan göründüyü kimi cavabdeh qərəzli olaraq kommunal xidmətlərə dair ödəniş etməsindən yayınır. Belə ki, cavabdehin oğlu X2 müştərək cəmiyyətin yarandığı andan hazırki dövrədək həmin yaşayış kormpleksində olan mənzilinə görə kommunal ödənişləri etmişdir. Qeyd etmək lazımdır ki, iddiaçı tərəfindən cavabdehin qeydiyyatda olan ünvanına (ünvan 5al 2025-ci il tarixdə rəsmi xəbərdarlıq məktubu göndərilmişdir. Yuxarıda qeyd olunan xəbərdarlıqda cavabdehin mülkiyyətində olan ümumi sahəsi 1233 kvadrat metr olan sahəyə dair 01 yanvar 2023-cü il tarixdən 01 fevral 2025-ci il tarixədək borc öhdəliyini, yəni ümumilikdə 30850 AZN (otuz min səkkiz yüz əlli manat) 5 gün ərzində ödəməsi qeyd edilmişdir. "xxxx" MMMC-nin 30 sentyabr 2023-cü il tarixli Ümumi yığıncağının növbədən kənar iclasının 5 saylı protokolunda yaşayış kompleksinin sakinlərinin kommunal xidmətlərə dair ödənişləri vermədiklərə halda, onlara bu barədə müvafiq xəbərdarlıqların göndərilməsini və bundan sonra ödənişlər olmadığı halda məkəməyə müraciət ediləcəyi qeyd olunmuşdur. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının onun səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə bu Məcəllə ilə müəyyən edilmiş qaydada qəbul etdiyi qərarların icrası həmin binada bütün sahə mülkiyyətçiləri, o cümlədən, səsvermədə iştirak etməyən mülkiyyətçilər üçün məcburidir (Mənzil Məcəlləsini 45.5 m.). Mənzil qanunvericiliyinin yuxarıda qeyd olunan tələblərindən də açıq görünür ki, binanın ümumi əmlakının saxlanılması qanundan irəli gələn birbaşa öhdəlikdir, qanunla nəzərdə tutulan müqaviləni bağlamaqdan hər hansı formada yayınmaq binanın ümumi əmlakının saxlanmasına dair qanundan irəli gələn öhdəliyi sadəcə olaraq dayandırmır. Mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti qeyrikommersiya təşkilatı olan hüquqi şəxsdir və onun əsas məqsədi mənfəət götürmək və əldə olunan mənfəəti iştirakçıları arasında bölüşdürmək deyil. Çoxmənzilli binanın ümumi əmlakının istifadəyə verilməsi haqqında qərar qəbul etmək çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının səlahiyyətlərinə aiddir. Qeyd olunanlardan göründüyü kimi çoxmənzilli binanın ümumi əmlakının istifadəyə verilməsi haqqında qərarlar "xxxx" MMMCnin iclaslarında hənin binada yaşayan və cəmiyyətin üzvü olan şəxslər tərəfindən səs çoxluğu ilə qəbul edilir. Qeyd olunanlardan göründüyü kimi "xxxx" MMMC-i bütün məsələlərlə və o, cümlədən müvafiq ünvanda yerləşən binaların ümumi əmlakının istifadəyə verilməsi haqqında qərarlar qəbul edirlər. "xxxx" MMMC-nin Nizamnaməsinin 4.1.7-ci maddəsinə görə sahə mülkiyyətçilərinin çoxmənzilli binaların ümumi əmlaklarına sahiblik, ondan istifadə va Qanunvericiliklə müəyyən edilmiş hallarda barəsində sərəncam vermək hüquqlarının keçirilməsini çətinləşdirən və maneçilik törədən 3-cü şəxslərin hərəkətlərinin qarşısının alınması və ya bu kimi hərəkətlərə son qoyulması üçün zəruri tədbirlər görmək müştərək cəmiyyətin vəzifələrindən biridir. Yuxarıda qeyd olunanlara əsasən cavabeh ümumi olaraq kompleksdə olan əmlakına dair kommunal xidmətlərə görə (mənzillər təmirsiz olduğu üçün) 1 manat X 1175 kv.m. X 25 ay=29 375 manat "xxxx"MMMC-yə ödəməlidir. Cavabdeh tərəf iddiaya etirazlar verərək, iddianın rədd olunmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçıya borcu yoxdur. "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin yaşayış binasının mülkiyyətçilərin ümumi istifadəsində olan daxili və xarici kommunal xidmətlərin təchizatı xəttlərinin və ümumi istifadədə olan digər qurğu və avadanlıqların, yaşayış binasının binadaxili istilik və elektrik enerjisi, təbii qaz, lift, məişət tullantıları və kanalizasiya xidmətlərinin təchizatı qurğuların təmir və ya bərpa olunması və onların işlək vəziyyətdə saxlanılması, yaşayış binasının daxili və xarici divarlarının, zirzəmi və damların, həmçinin giriş blokların təmir olunması və işıqlandırılması, həyətyanı sahənin yaşıllaşdırılması, binaların mühafizəsi və bu kimi digər işlərin görülməsi barədə ümumi yığıncağının çağırılmasından məlumatı olmamış, bu barədə ona heç bir məlumat verilməmiş, o,həmin yığıncaqda iştirak etməmişəm. Eyni zamanda iddiaçının hazırkı iddia ərizəsinə əlavə etdiyi 26 fevral 2025-ci il tarixli xəbərdarlıq məktublarından da heç bir məlumatı olmamışdır. Nə MMMC-nin ümumi yığıncağının keçirilməsi barədə bildiriş, nə iddia ərizəsinə əlavə edilmiş 26 fevral 2025-ci il tarixli bildiriş ona çatmamışdır. İddiaçı MMMCnin ümumi yığıncağının keçirilməsi barədə bildirişin, iddia ərizəsinə əlavə edilmiş 26 fevral 2025-ci il tarixli xəbərdarlıq məktubunun hər hansı formada ona çatmasını (təqdim edilməsini) təsdiq edən hər hansı bir sənədi iddia ərisəninə əlavə etməmişdir. Qeyd edir ki, iddiaçı öz iddia ərizəsində ona məxsus Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, ev 2, mənzil 1 (Yeni qaydalarla: AZ 1014, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 62, M17, m1) ünvanında yerləşən mənzillərin ümumi sahəsinin 1233 kvadrat metr olduğunu göstərmişdir. Bunun "xxxx" MMC-nin xx.xx.2025-ci tarixli mənzil mülkiyyətçilərinə dair arayışdan göründüyü qeyd edərək, həmin arayışı da iddia ərizəsinə əlavə etmişdir. Qeyd edir ki, mənzillərin ümumi sahəsinin 1233 kvadrat metr olması tamamilə yanlışdır. Sözügedən ünvandan ona məxsus 3 mənzil vardır və həmin mənzillərin ümumi sahəsi 810 kv-metrdir. Həmin mənzillərə hüquqların dövlət qeydiyyatına dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların surətini də hazırki etiraza əlavə edir. Bundan başqa iddiaçının istinad etdiyi arayışa nəzər saldıqda belə orada onun adına qeyd olunmuş mənzillərin ümumi sahəsinin 1233 kv-metr olmadığını görə bilər. Həmin arayışda "xxxx" MMC tərəfindən inşa edilmiş “Gülüstan Residence” Yaşayış Kompleksin 1 Saylı Binasında onun adına ümumi sahələri 186, 139, 332.30, 218.90 və 298.80 kvadrat metr olmaqla 5 mənzilin olduğu qeyd edilmişdir. Həmin mənzillərin ümumi sahəsinin cəmidə 1175 kvadrat metrdir. Lakin bir daha nəzərə çatırmaq istəyir ki, sözügedən ünvandan ona məxsus 3 mənzil vardır və həmin mənzillərin ümumi sahəsi 810 kv-metrdir. Həmin mənzillərdə də yaşayış yoxdur. Onu da qeyd edir ki, "xxxx" MMC tərəfindən "xxxx" MMMC-yə göndərilmiş arayışda 1 və 2 saylı binaların mülkiyyətçilərinin siyasının xx.xx.2023-cü il tarix üzrə məlumatları özündə əks etdirdiyini bildirmişdir. Maraqlısı isə iddiaçı MMMC-nin mənzillərin ümumi sahəsinin 1233 kv metr olmasını necə hesablaması və nəyə əsasən hesablamasıdır. "xxxx" MMMCnin hazırkı iddia ərizəsinə əlavə edilmiş 26 fevral 2025-ci il tarixli 13 nömrəli xəbərdarlıq məktubunda “Gülüstan Residence” Yaşayış Kompleksində mülkiyyətində olan bina 1, mərtəbə 14, 3 saylı mənzilin 325 kv metr sahəsinə dair üzərimə düşən 01 yanvar 2023-cü il tarixindən 01 fevral 2025-ci il tarixinədək borc öhdəliklərini, yəni ümumlikdə 8125 manat pulu, 26 fevral 2025-ci il tarixli 14 nömrəli xəbərdarlıq məktubunda “Gülüstan Residence” Yaşayış Kompleksində mülkiyyətində olan bina 1, mərtəbə 15, 2 saylı mənzilin 908 kv metr sahəsinə dair üzərinə düşən 01 yanvar 2023-cü il tarixindən 01 fevral 2025-ci il tarixinədək borc öhdəliklərimi, yəni ümumlikdə 22700 manat pulu ödəməyi bildirilmişdir. Xəbərdarlıq məktubu ilə iddia ərizəsinə əlavə edilmiş "xxxx" MMC tərəfindən "xxxx" MMMC-yə göndərilmiş arayışı müqayisə etdikdə arayışda onun mülkiyyətində ümumi sahəsi 325 və 908 kv metr olan mənzillərin qeyd edilmədiyini görə bilər. Bir daha qeyd edir ki, sözügedən arayışda "xxxx" MMC tərəfindən inşa edilmiş “Gülüstan Residence” Yaşayış Kompleksin 1 Saylı Binasında mənim adıma ümumi sahələri 186, 139, 332.30, 218.90 və 298.80 kvadrat metr olmaqla 5 mənzilin olduğu qeyd edilmişdir. Maraqlısı isə iddiaçı "xxxx" MMMC-nin hansı sənədlər əsasında xəbərdarlıq məktubunda qeyd edilmiş mənzillərin onun mülkiyyətində olmasını, həmin mənzillərin 325 və 908 kv metr olması müəyyən etməsidir. Həmçinin onu da qeyd edir ki, iddiaçı "xxxx" MMC-nin xəbərdarlıq məktublarında ödəməyini tələb etdiyi pulun cəmi ilə iddia ərizəsində ondan tutularaq onlara ödənilməsini tələb etdikləri pul məbləği arasında da fərq vardır. 13 və 14 saylı xəbərdarlıq məktubunda iddiaçının ödəməyi tələb etdiyi pulun cəmi 30825 manat, iddia ərizəsində tələb etdiyi pulun məbləği isə 30850 manatdır. Nəzərə çatdırmaq istəyir ki, "xxxx" MMMC ilə aramızda hər hansı bir xidmət müqaviləsi belə yoxdur. Yəni nə iddiaçı onun qarşısında üzərində öhdəlik götürmüşdür, nə də ki o, iddiaçı qarşısında hər hansı bir öhdəlik götürmüşdür. İddiaçının məndən hər hansı bir məbləğdə pul tələb etməsi tamamilə absurddur. İddiaçı "xxxx" MMMC öz iddia ərizəsində heç bir əsaslandırma etmədən yalnız bir cümlə ilə mülkiyyətində olan mənzillərə dair kommunal xidmətlərinə görə məndən 30850 manat pul tələb etmişdir. Lakin iddiaçı öz iddia ərizəsində həqiqətən də komunal xidmət göstərilməsini, göstərilmiş komunal xidmətlərin keyfiyyətli şəkildə həyata keçirilməsini heç bir şəkildə əsaslandırmamış, eyni zamanda lift xidmətinin, təmizlik xidmətinin və s. digər xidmətlərin hansı şirkətlərlə bağlanmış müqavilə əsasında həyata keçilməsindən məlumat verməmiş, nəniki xidmətlərin keyfiyyətli bir şəkildə həyta keçirilməsini təsdiq edən sənədi, heç xidmətlərin həyata keçirilməsini təsdiq edən hər hansı bir təsdiqedici sənədi öz iddia ərizəsinə əlavə etməmişdir. Bundan başqa iddiaçı öz iddia ərizəsində komunal xidmətlərə görə borcların hansı qaydada hesablanmasını, hansı tariflər əsasında hesablanmasını iddia ərizəsində göstərməmiş, hesablamaların doğru olub-olmamasını sübuta yetirməmişdir. İddiaçı "xxxx" MMMC öz iddia ərizəsində MMMC-nin ümumi yığıncağının keçirilməsi barədə ona məlumatın verilməsi, borcunu ödəməklə bağlı mənə xəbərdarlıq məktublarının göndərilməsi, çatmasını, komunal xidmətlərin göstərilməsini və.s halları heç bir şəkildə sübuta yetirə bilməmiş, yalnız onun komunal borcunun olduğunu bildirərək ondan əsassız və qanunsuz olaraq 30850 manat məbləğində pul tələb etmişdir. Bundan başqa, iddiaçı "xxxx" MMMC Cavabdeh ona pul borclu olduğunu iddia edir. Qeyd edir ki, borc münasibətlərinin yaranması üçün tərəflər arasında müəyyən hüquqi və iqtisadi münasibətlərin olması tələb olunur. Borc münasibətləri adətən müqavilə əsasında, zərər vurulması nəticəsində və s. digər əsaslardan biri üzrə yaranır. Hazırki stuatsiyada Cavabdeh "xxxx" MMM-yə borcunun yaranması üçün onlar arasında hər hansı bir müqavilə münasibətləri olmalıdır. Cavabdehla "xxxx" MMMC arasında hər hansı bir müqavilə münasibətləri mövcud olmamışdır. Yəni nə iddiaçı Cavabdeh qarşısında hər hansı bir öhdəlik götürümüşdür, nə də Cavabdeh iddiaçı qarşısında. "xxxx" MMMC-nin nizamnaməsindən görünür ki, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin cəmiyyətin üzvləri olmayan çoxmənzilli binaların sahə mülkiyyətçiləri ilə çoxmənzilli binaların ümumi əmlakının saxlanılması və təmir haqqında müqavilələr bağlamaq kimi vəzifəsi müəyyən edilmişdir. Mənzil Məcəlləsinin yuxarıda qeyd olunan normalarından göründüyü kimi, çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi əmlakın saxlanması və təmiri üzrə xərcləri, habelə kommunal xidmətlərə görə haqqı yazılı müqavilə əsasında ödəməlidirlər. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu xüsusilə vurğulayır ki, belə müqavilələrdə müəyyən olunan xərclər və xidmət haqqları görülən işlərə və xidmətlərə uyğun hesablanmalı, real qiymətləri əks etdirməlidir, eləcə də sahə mülkiyyətçilərinin sosial, iqtisadi və maddi vəziyyəti nəzərə alınmaqla aydın və ağlabatan olmalıdır. Cavabdeh mülkiyyətində olan mənzilə göstərilən kommunal xidmətlərin yerinə yetirilməsi barədə "xxxx" MMMC və Cavabdeh arasında Azərbaycan Respublikası Mənzil Məccələsində və "xxxx" MMMC-nin nizamnaməsində mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin vəzifəsi kimi müəyyən edilmiş hər hansı bir müqavilə bağlanmamışdır. İddiaçı belə bir müqaviləni, eyni zamanda müqavilənin bağlanmasının təklif edilməsi, hüquqlarını müdafiə etdiyim şəxsin bu müqaviləni qəbul etməkdən imtina etməsini təsdiq edəcək hər hansı bir sübut növünü məhkəməyə təqdim etməmişdir. Bundan başqa, məhz kommunal xidmətlərə görə xidmət haqlarının ödənilməsinin tələb edilməsinin mənzil qanunvericiliyinə uyğun həyata keçirilməməsi ilə bağlı olduğunu nəzərə alaraq, çoxmənzilli binanın idarə edilməsi səlahiyyəti binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti (ixtisaslaşmış istehlak kooperativi) vasitəsilə və ya idarəedici təşkilat tərəfindən həyata keçirilir. Bu aspektdən yanaşaraq məhkəmə hazırki işin tam, obyektiv, hətərəfli araşdırılması və ədalətli qərarın qəbul edilməsi üçün "xxxx" MMMC tərəfindən 2023-2025-cı illər ərzində hər müvafiq il üçün xərclər və gəlirlər smetasının və maliyyə fəaliyyəti haqqında hesabatın tərtib edilib-edilməməsinə, onların təsdiq olunmaq üçün cəmiyyət iştirakçılarının ümumi yığıncağına təqdim edilib-edilməməsinə və bununla da mənzil qanunvericiliyinin normalarına riayət edilib-edilməməsinə hüquqi qiymət verməlidir. MMMC tərəfindən 2023-2025-cı illər ərzində hər müvafiq il üçün xərclər və gəlirlər smetasının və maliyyə fəaliyyəti haqqında hesabatın tərtib edilməsini, onların təsdiq olunmaq üçün cəmiyyət iştirakçılarının ümumi yığıncağına təqdim edilməsini təsdiq edən hər hansı bir sənəd məhkəməyə təqdim edilməmişdir. Mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti, hətta çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı təbii inhisarda olan malların təminatı ilə (qaz, elektrik, su və s.) bağlı kommunal xidmətlərin satış qiymətini müəyyən etmək səlahiyyətində deyildirlər. Beləliklə, dövlət inhisarında olan mallarla bağlı göstərilən kommunal xidmətlərin qiyməti yalnız dövlət tərəfindən müəyyən edilir və göstərilən bu cür kommunal xidmətlərin həcmi müvafiq sayğacla hesablanır. Bu cür kommunal xidmətlər çoxmənzilli yaşayış binalarının ümumi istifadədə olan sahələrinə göstərildikdə (dəhlizin işıqlandırılması və s.), bununla bağlı kommunal ödənişlər həmin ümumi sahənin istifadəçiləri (çoxmənzilli binada mənzillərin mülkiyyətçiləri) tərəfindən həyata keçirilir. Həmin kommunal xidmətlərə görə ödənişlər binanın sahə mülkiyyətçilərinin ümumi paylı mülkiyyətdəki paylarına mütənasib olaraq ödənilir. Bu baxımdan hazırki iş üzrə məhkəmə yaranmış mübahisəni həll edərkən, həmin təşkilatlar tərəfindən ümumi istifadədə olan sahələrdə sərf edilən təbii inhisarda olan malların (qaz, elektrik, su və s.) qiymətinin Tarif Şurası tərəfindən müəyyən edilmiş satış qiymətlərinə müvafiq olaraq kommunal xidmətlərə daxil edilməsinə xüsusi diqqət yetirməlidirlər. Eyni zamanda məhkəmə tərəfindən qiymətlərin dövlət tənzimlənməsi haqqında qanunvericilik normalarına, həm də çoxmənzilli binaya aid ümumi istifadədə olan yerlərlə bağlı kommunal ödənişlərin həmin binanın sahə mülkiyyətçiləri arasında bölüşdürülməsi qaydasını müəyyən edən mənzil qanunvericiliyinin normalarına riayət edilib-edilməməsini araşdırılmalıdır. Hazırki iş üzrə məhkəmənin diqqət yetirməli olduğu məqamlardan biri də iddiaçının çoxmənzilli bina mülkiyyətçisi, yəni Cavabdehla müqavilə bağlamadan kommunal xidmətlərə görə haqq tələb etməsi, eləcə də kommunal xidmətin növlərinə görə xərclərin bölüşdürülməsinə dair ona məlumat verməməsi barədə dəlilləridir. Məhkəmə hazırki işə baxarkən bu dəlillərə hüquqi qiymət verməlidir. Belə ki, çoxmənzilli binaların idarə edilməsinin əsas şərtlərindən biri kommunal xidmətləri həyata keçirən təşkilatların çoxmənzilli binanın sahə mülkiyyətçiləri qarşısında hesabat verməsidir. "xxxx" MMMC-nin hazırkı iddia əriz əsinə əlavə edilmiş 26 fevral 2025-ci il tarixli 13 nömrəli xəbərdarlıq məktubu ilə iddia ərizəsinə əlavə edilmiş "xxxx" MMC tərəfindən "xxxx" MMMC-yə göndərilmiş arayışı müqayisə etdikdə arayışda hüquqlarını müdafiə etdiyim şəxsin mülkiyyətində ümumi sahəsi 325 və 908 kv metr olan mənzillərin qeyd edilmədiyini görə bilər. Bir daha qeyd edim ki, sözügedən arayışda "xxxx" MMC tərəfindən inşa edilmiş “Gülüstan Residence” Yaşayış Kompleksin 1 Saylı Binasında hüquqlarını müdafiə etdiyim şəxsin adına ümumi sahələri 186, 139, 332.30, 218.90 və 298.80 kvadrat metr olmaqla 5 mənzilin olduğu qeyd edilmişdir. Maraqlısı isə iddiaçı "xxxx" MMMC-nin hansı sənədlər əsasında xəbərdarlıq məktubunda qeyd edilmiş mənzillərin hüquqlarını müdafiə etdiyim şəxsin mülkiyyətində olmasını, həmin mənzillərin 325 və 908 kv metr olması müəyyən etməsidir. Həmçinin, iddiaçı "xxxx" MMC-nin xəbərdarlıq məktublarında ödəməyimi tələb etdiyi pulun cəmi ilə iddia ərizəsində məndən tutularaq onlara ödənilməsini tələb etdikləri pul məbləği arasında da fərq vardır. 13 və 14 saylı xəbərdarlıq məktubunda iddiaçının ödəməyi tələb etdiyi pulun cəmi 30825 manat, lakin ilkin iddia ərizəsində hüquqlarını müdafiə etdiyi şəxsdən 30850 manat, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə isə 29325 manat tələb etmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmişdir. Qeyd edir ki, iddiaçı tərəfindən məhkəməyə Cavabdeh adına tərətib edilmiş iki fərqli maliyyə arayışı təqdim edilmişdir. Birinci maliyyə arayışında Cavabdeh adına olan mənzilin ümumi sahəsi 1233 m2, yekun borc isə 30825 manat (19 nömrəli, xx.xx.2025-ci il tarixli Maliyyə arayışı), İkinci maliyyə arayışında isə Cavabdeh adına olan mənzilərin sahəsi 1175 kv.m-təmirsiz, yekun borc məbləği isə 29375.00 manat (komunal xidmətlər haqqında 19 nömrəli, xx.xx.2025-ci il tarixli Maliyyə arayışı) göstərilmişdir. Necə ola bilər ki, qısa bir zaman aralığından tərtib edilmiş iki maliyyə arayışı arasında bu qədər fərq olar, cavabdehin mülkiyyətində olan mənzilin sahəsi azala bilər. Bu halın özü iddiaçının tələbinin qeyri müəyyənliyin olmasını özündə ehtiva edir. Qeyd edir ki, sözügedən binadan hüququalarını müdafiə etdiyim şəxsin adına 3 mənzil vardır ki, həmin mənzillərin ümumi sahəsi 810.3 kv metrdir. Mənzillərin çıxarışları da məhkəməyə təqdim edilmişdir. İddiaçı "xxxx" MMMC öz iddia ərizəsində heç bir əsaslandırma etmədən yalnız bir cümlə ilə hüquqlarını müdafiə etdiyi şəxsin mülkiyyətində olan mənzillərə dair kommunal xidmətlərinə görə ondan müvafiq məbləğdə pul tələb edir. Lakin iddiaçı öz iddia ərizəsində həqiqətən də komunal xidmət göstərilməsini, göstərilmiş komunal xidmətlərin keyfiyyətli şəkildə həyata keçirilməsini heç bir şəkildə əsaslandırmamış, eyni zamanda lift xidmətinin, təmizlik xidmətinin və.s digər xidmətlərin hansı şirkətlərlə bağlanmış müqavilə əsasında həyata keçilməsindən məlumat verməmiş, nəniki xidmətlərin keyfiyyətli bir şəkildə həyta keçirilməsini təsdiq edən sənədi, heç xidmətlərin həyata keçirilməsini təsdiq edən hər hansı bir təsdiqedici sənədi öz iddia ərizəsinə əlavə etməmişdir. Bundan başqa iddiaçı öz iddia ərizəsində komunal xidmətlərə görə borcların hansı qaydada hesablanmasını, hansı tariflər əsasında hesablanmasını iddia ərizəsində göstərməmiş, hesablamaların doğru olub-olmamasını sübuta yetirməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının təmsilçisi iddia ərizəsində yazılanların izahatı olaraq qəbul edilməsini və tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ünvanlayaraq digər məhkəmə iclasında iştirak edəcəyi üçün iclasın təxirə salınmasını xahiş etmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsi dinləyərək və mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeyri-Kommersiya Qurumlarının dövlət reyestrindən çıxarışın surətindən görünür ki, "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin fəaliyyət istiqamətinə Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 60, 62 ərazisi üzrə daşınmaz əmlak kompleksini birgə idarə etmək, binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etmək daxildir; "xxxx" LLC tərəfindən "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, "xxxx" MMC tərəfindən inşa edilmiş X1 yaşayış binalarında yerləşən mənzillərin mülkiyyətçilər və mənzillərin çıxarış ilə təmin edilməsi haqqında cari məlumat diqqətə çatdırılır. Qeyd edir ki, 1 və 2 saylı binalarda mülkiyyətçilərin siyahısı xx.xx.2023-cü il tarixi üzrə məlumat özündə əks etdirir. Bu tarixdən sonra mənzil mülkiyyətçiləri haqqında "xxxx" MMC-də hər hansı məlumat mövcud deyil. 3 saylı bina üzrə isə mülkiyyətçi məlumatları arayışın verildiyi tarix üzrə eynidir. Həmin arayışa əsasən, Cavabdeh adına Bülbül 60, M14, m3 ünvanında sahəsi 186 kv.m; Bülbül 60, M14, m4 ünvanında sahəsi 139 kv.m; Bülbül 60, M15, m2 ünvanında sahəsi 332.3 kv.m; Bülbül 60, M16, m2 ünvanında sahəsi 218.9 kv.m; Bülbül 60, M17, m2 ünvanında sahəsi 298.8 kv.m çıxarış alınmamış mənzil barədə məlumat var; "xxxx" MMMC-nin 30 sentyabr 2023-cü il tarixli Ümumi yığıncağının növbədən kənar iclasının 5 saylı protokolundan görünür ki, iki aydan artıq kommunal haqqı ödəməyən sakinlərə yazılı xəbərdarlıq göndərilərək, 15 gün ərzində ödəmədiyi təqdirdə servis xidmətlərdən ayrılması qərara alınmışdır; "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, "xxxx" MMMC Ümumi Yığıncağının qiyabi formada növbədənkənar iclası keçirilmiş və xx.xx.2023-cü il tarixli 2 saylı qərarı ilə rəsmiləşdirilmişdir. İclasın gündəliyinə daxil edilmiş məsələlər sadə səs çoxluğu ilə qəbul edilmiş və icrası bütün mülkiyyətçilər üçün məcburidir. Qərara əsasən, yaşayış kompleksində mülkiyyət sahibi olan və Cəmiyyət ilə çoxmənzilli binanın idarə edilməsinə dair xidmət müqaviləsi imzlamaqdan boyun qaçıran və ya imzalamış, lakin ödəniş etməyən və ya həmin xidmət müqaviləsində nəzərdə tutulmuş lazımi qaydada ödənişi etməyən şəxslərə, həmin şəxslərin və ya şəxsin yaşayış kompleksinin ümumi istifadəsində olan və Cəmiyyət tərəfindən və ya onun vasitəsilə istismarı və istifadəsinə görə xidmət göstərilən sahələrdən, o cümlədən istilik sistemindən (həmçinin isti su), soyutma sistemindən istifadəsinə məhdudiyyətlər tətbiq ediləcəkdir. Bundan başqa, bir neçə dəfə kommunal xidmətləri üzrə müqavilənin imzalanması təklif edilmişdir. Buna baxmayaraq, həmin müqavilənin bağlanmasını həyata keçirməmişdir. Sözügedən məsələ ilə bağlı “Gülüstan Residence” yaşayış kompleksində mülkiyyətində olan bina 1, mərtəbə 15, 2 saylı mənzilin 908 kvadrat metr sahəyə dair üzərinə düşən 01 yanvar 2023-cü il tarixdən 01 fevral 2025-ci il tarixinədək borc öhdliklərini, yəni ümumilikdə 22700 manat 5 gün ərzində lazımınca icra etmədikdə, yuxarıda sadalanan məhdudiyyətlərin tətbiq olunmasına başlanılacaqdır; "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli 15 saylı Bina xərclərinin və yığım tariflərinin təhlili haqqında məlumatları əks etdirən sənəddən görünür ki, xx.xx.2023 – xx.xx.2024-cü il tarixləri əhatə edən 17 aylıq dövr ərzində ümumi xərclər 623,329.25 manat olmuşdur. Binanın 72%-inin (təmirli) hər m2 üçün 1.5 manat, binanın 28%-inin (təmirsiz) hər m2 üçün 1 manat ödədiyi qeyd edilmişdir; Əlaqəli xidmətlər üzrə auditə dair hesabatdan görünür ki, Cəmiyyət sakinlərə məxsus yaşayış və qeyri-yaşayış sahələrinə görə 17 ay ərzində 681777 manat 50 qəpik vəsait əldə etmiş və həmin vəsaitdən nizamnaməyə uyğun olaraq – 623329.30 manat xərcləmişdir; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Cavabdeh adına verilmiş çıxarışlara əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, giriş 60, M17, m2 ünvanında ümumi sahələri xx.xx.2025-ci il tarixdə 356.8, m2, 257.1 m2 və 196.4 m2 olan daşınmaz əmlak xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır; "xxxx" MMMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən, Cavabdeh mənzillərin sahəsi təmirsiz 1175 m2 olmaqla aylıq kommunal xidmət haqqı 1175 manat 25 ay kommunal xidmət haqları üzrə ödənilməməklə yekun borc məbləği 29375 manatdır; "xxxx" MMC Mənzil Mülkiyyətçilərinin Ümumi yığıncağının xx.xx.2023-cü il tarixli, 2 nömrəli protokoluna əsasən, icraçı direktor Qədirov Elçin, İdarə heyətinin üzvləri, 37 nəfər mənzil sahibləri, onlaırn səlahiyyətli nümayəndələri və qiyabi iştirak edənlərin qərara almışdır: 1. “Gülüstan Residence” yaşayış kompleksində idarə etmənin "xxxx" LLC-dən "xxxx" MMC-yə keçirilməsi ilə əlaqədar 2023-cü ilin yanvar ayı üzrə əməkdaşların əmək haqlarının "xxxx" LLC tərəfindən ödənilmədiyinə görə əməkdaşlara 2023-cü ilin yanvar ayı üzrə "xxxx" MMC tərəfindən maddi yardım edilsin. Maddi yardım adı çəkilən əmkdaşların gələcək maaş və avans dpvrləri ilə mühasibatlıqda müxabirləşsin; 2. “Gülüstan Residence” yaşayış kompleksində təmirsiz mənzillərin üzrə kommunal haqqı 1 m2 üçün 1 manat təşkil olunsun. Təmir başlandığı gündən etibarən kommunal haqqı 1 m2 üçün 1.5 manat təsdiq olunsun. Təmirli mənzillər üzrə kommunal haqqı əvvəlki qaydada 1 m2 1.5 manat olaraq qüvvədə qalsın; 3. “Gülüstan Residence” yaşayış kompleksinin ərazisində yerləşən təmirsiz qeyri-yaşayış sahələri və ofislər üzrə kommunal haqqı 1 m2 1 manat təsdiq edilsin. Təmir başlandığı gündən etibarən kommunal haqqı 1 m2 1.5 manat təsdiq edilsin. Təmirli qeyri-yaşayış sahələrinin və ofislərin istifadədə olan sahəsi üzrə kommunal haqqı 1 m2 1.5 manat müqabilində təsdiq edilsin; 4. "xxxx" MMMC və mənzil mülkiyyətçiləri ilə xidmət müqaviləsi bağlandıqdan sonra kommunal haqları reyestr çıxarışında qeyd olunan sahəyə uyğun hesablansın; Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-3552/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti həmin ünvanda "xxxx" MMC tərəfindən inşa edilmiş çoxmənzilli binaların ümumi əmlakının, yəni həmin binalardakı mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər, o cümlədən mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər və həmin binaların işçi layihə-smeta sənədlərinin, eskiz layihələrinin, istismara qəbul aktının, yaşayış və qeyri-yaşayış sahələri ilə bağlı payçılarla bağlanmış müqavilələrin təsdiq olunmuş surətlərinin "xxxx" MMMC-yə məcburi qaydada təhvil verilməsi vəzifəsinin ”RTZ” MMC-nin üzərinə qoyulmasını tələb etmişdir. Eyni zamanda "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Məmmədəliyev Eldar Əli oğlu "xxxx" MMMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 60,62 ünvandakı yaşayış binalarının liftlərinin cari təmiri və xidməti özündə ehtiva edən 10409.00 manat vəsaitin "xxxx" MMC-dən tələb olunmasının qanunsuz hesab edilməsini, həmin ünvandakı 1, 2 və 2 saylı yaşayış binalarındakı qeyriyaşayış sahələrinə giriş-çıxışın şəxsiyyəti təsdiq edən sənədlər əsasında buraxılması tələbinin qanunsuz hesab edilməsini, yaşayış binalarının ümumi əmlakından iddiaçıların maneəsiz istifadə hüququnun təmin edilməsi vəzifəsinin "xxxx" MMMC-nin üzərinə qoyulmasını, "xxxx" MMC tərəfindən həm "xxxx" MMC-nin, həm də Məmmədəliyev Eldar Əli oğlunun sahələri üçün “xidmət haqqı” kimi "xxxx" MMMC-yə ödənilmiş 91810.00 manatın "xxxx" MMCyə qaytarılmasını və 20450 manat zərər məbləğinin "xxxx" MMMCdən tutularaq Məmmədəliyev Eldar Əli oğluna ödənilməsini tələb etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-276/2024 nömrəli, 09 fevral 2024-cü il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin iddia tələbi qismən təmin edilmiş, Bakı şəhəri, Nəsimi rayonu, R. Behbudov küçəsi, Ş. Əzizbəyov, S.Əsgərova küçələri ilə Bülbül prospektinin kəsişməsindəki 391-ci məhəllə (indiki Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 60, 62) ünvanında "xxxx" MMC tərəfindən inşa edilmiş çoxmənzilli binaların ümumi əmlakının, yəni həmin binalardakı mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər, o cümlədən mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər və həmin binaların işçi layihə-smeta sənədlərinin, eskiz layihələrinin, istismara qəbul aktının, yaşayış və qeyri-yaşayış sahələri ilə bağlı payçılarla bağlanmış müqavilələrin təsdiq olunmuş surətlərinin "xxxx" MMMC-yə təhvil verilməsi (əmlakların qiyməti (dəyəri) göstərilməmək şərti ilə) vəzifəsinin ”RTZ” MMC-nin üzərinə qoyulması, iddiaçılar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Məmmədəliyev Eldar Əli oğlunun iddia tələblərinin qismən təmin edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 60,62 ünvandakı 1, 2 və 2 saylı yaşayış binalarındakı qeyri-yaşayış sahələrinə giriş-çıxışın şəxsiyyəti təsdiq edən sənədlər əsasında buraxılması tələbinin qanunsuz hesab edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 60,62 ünvandakı yaşayış binalarının ümumi əmlakından iddiaçıların maneəsiz istifadə hüququnun təmin edilməsi vəzifəsinin "xxxx" MMMC-nin üzərinə qoyulması, iddia tələblərinin digər hissələrdə rədd edilməsi qət edilmişdir. Qətnamədən ikinci iddia üzrə iddiaçı "xxxx" MMC-nin və Məmmədəliyev Eldar Əli oğlu ayrı-ayrılıqda apellyasiya şikayəti verərək qətnamənin qismən ləğv, birinci iddianın rədd, ikinci iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3008/2024 nömrəli iş üzrə 15 may 2024-cü il tarixli qətnaməsi apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İkinci iddia üzrə iddiaçılar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Məmmədəliyev Eldar Əli oğlu ayrı-ayrılıqda eyni məzmunlu kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin birinci iddianın təmin olunmuş və ikinci iddianın rədd olunmuş hissələrində ləğv, birinci iddianın rədd, ikinci iddianın tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)- 3552/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə cavabdehlər (iddiaçılar) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin və Məmmədəliyev Eldar Əli oğlunun kassasiya şikayətləri təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3008/2024 nömrəli, 15 may 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış. qərar qəbul edildiyi andan qüvvəyə minmişdir. Belə ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə əsasən, 43.1. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı binanın idarəetmə orqanıdır. 43.2. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının səlahiyyətlərinə aşağıdakılar aiddir: 43.2.1. çoxmənzilli binanın yenidən qurulması (o cümlədən onun genişləndirilməsi və ya üstünün tikilib artırılması), təsərrüfat tikililərinin və digər bina, tikili və qurğuların inşa edilməsi, çoxmənzilli binanın ümumi əmlakının təmiri haqqında qərar qəbul etmək; 43.2.2. çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsindən istifadə hədləri haqqında, o cümlədən ondan istifadəyə məhdudiyyətlər tətbiq edilməsi haqqında qərar qəbul etmək; 43.2.3. çoxmənzilli binanın ümumi əmlakının istifadəyə verilməsi haqqında qərar qəbul etmək; 43.2.4. çoxmənzilli binanın idarəetmə üsulunu seçmək; 43.2.5. bu Məcəllə ilə çoxmənzilli binanın mülkiyyətçilərinin ümumi yığıncağının səlahiyyətlərinə aid edilmiş digər məsələlər. 44.1. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri bu Məcəllənin 43.2-ci maddəsində göstərilən məsələlərlə bağlı qərar qəbul etmək zərurəti yarandıqda ümumi yığıncaqlarını keçirməlidirlər. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının keçirilməsi müddətləri və qaydası, habelə qəbul edilmiş qərarlar barədə məlumat verilməsi qaydası binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı tərəfindən müəyyən edilir. 44.2. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı həmin mülkiyyətçilərin birinin təşəbbüsü ilə çağırıla bilər. 44.3. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı ümumi səslərin əllidən çox faizinə malik olan sahə mülkiyyətçiləri və ya onların nümayəndələri iştirak etdikdə səlahiyyətlidir (yetərsay yaranır). Yetərsay olmadıqda çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının keçirilməsi üçün yenidən ümumi yığıncaq keçirilməlidir. 44.4. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının keçirilməsinin təşəbbüskarı olan mülkiyyətçi həmin binanın sahə mülkiyyətçilərinə yığıncağın keçirilməsi tarixinə ən azı on gün qalanadək onun keçirilməsi barədə məlumat verməlidir. Göstərilən müddət ərzində çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının keçirilməsi barədə məlumat həmin binanın sahə mülkiyyətçilərinin hər birinə sifarişli məktubla (həmin binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarı ilə bu məlumatın göndərilməsinin digər üsulu müəyyən edilməyibsə) və ya binanın sahə mülkiyyətçilərinin hər birinə imza ilə əlbəəl verilməli və ya binada ümumi yığıncağın qərarı ilə müəyyən edilmiş və bütün sahə mülkiyyətçiləri üçün əl çatan yerdə (yerlərdə) yerləşdirilməlidir. 44.5. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının keçirilməsi haqqında məlumatda aşağıdakılar göstərilməlidir: 44.5.1. yığıncağın çağırılması təşəbbüsünü irəli sürmüş şəxs barədə məlumat; 44.5.2. yığıncağın keçirilməsi forması (iclas və ya qiyabi səsvermə); 44.5.3. yığıncağın keçiriləcəyi tarix, yer və vaxt, yığıncaq qiyabi səsvermə yolu ilə keçirilirsə, səsverməyə qoyulmuş məsələlər üzrə mülkiyyətçilərin qərarının qəbulunun başa çatması tarixi və bu qərarın verilməli olduğu yer və ya ünvan; 44.5.4. yığıncağın gündəliyi; 44.5.5. yığıncaqda təqdim ediləcək məlumat və (və ya) materiallarla tanış olmaq qaydası və onlarla tanış olmaq yeri və ya ünvanı. 44.6. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən bu Məcəllənin Xİİİ fəslinə uyğun olaraq mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti yaradıldığı hallarda çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı öz səlahiyyətlərini mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin iştirakçılarının ümumi yığıncağına verilməsi barədə qərar qəbul edə bilər. Bu halda: 44.6.1. çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncaqları keçirilmir və bu yığıncaqlar yalnız çoxmənzilli binanın sahə mülkiyyətçilərinin səslərinin ümumi sayının yarısından çoxuna malik olan şəxslər tərəfindən çağırıla bilər; 44.6.2. bu Məcəllənin 45.6-cı maddəsinin müddəaları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin iştirakçılarının ümumi yığıncağı barəsində öz qüvvəsini saxlayır. 45.1. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin səslərinin ümumi sayının üçdə ikisindən az olmayan səs çoxluğu ilə qəbul edilən bu Məcəllənin 43.2.1-43.2.3-cü maddələrində nəzərdə tutulmuş qərarlar istisna olmaqla, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının səsə qoyulmuş qərarları yığıncaqda iştirak edən ümumi səslərin səs çoxluğu ilə qəbul edilir. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarları həmin binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı tərəfindən müəyyən edilmiş qaydada protokollarla rəsmiləşdirilir. 45.2. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının gündəliyinə daxil olmayan məsələlər üzrə qərarlar qəbul etmək, habelə yığıncağın gündəliyində dəyişiklik etmək hüququ yoxdur. 45.3. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında qəbul edilmiş qərar və səsvermənin nəticələri barədə məlumat binanın sahə mülkiyyətçilərinin nəzərinə ümumi yığıncağın keçirilməsinin təşəbbüskarı olan mülkiyyətçi tərəfindən həmin qərarların qəbul edildiyi gündən on gündən gec olmayan müddətdə bu haqda məlumatın binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarı ilə müəyyən edilmiş və binanın bütün sahə mülkiyyətçiləri üçün əl çatan olan sahədə yerləşdirilməklə çatdırılır. 45.4. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının protokolları və səsə qoyulmuş məsələlər üzrə qəbul edilmiş qərarları həmin yığıncağın qərarı ilə müəyyən edilmiş yerdə və ya ünvanda saxlanılır. 45.5. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının onun səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə bu Məcəllə ilə müəyyən edilmiş qaydada qəbul etdiyi qərarların icrası həmin binada bütün sahə mülkiyyətçiləri, o cümlədən, səsvermədə iştirak etməyən mülkiyyətçilər üçün məcburidir. 45.6. Çoxmənzilli binanın sahə mülkiyyətçisi həmin binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının bu Məcəllənin tələbləri pozulmaqla qəbul edilmiş qərarından məhkəməyə o halda şikayət verə bilər ki, o, həmin yığıncaqda iştirak etməmiş olsun və ya belə qərarın qəbul edilməsinin əleyhinə səs vermiş olsun və həmin qərarla onun hüquqları və qanuni mənafeləri pozulmuş olsun. Belə şikayət haqqında məhkəməyə ərizə mülkiyyətçi qərarın qəbul edildiyi barədə bildiyi və bilməli olduğu gündən altı ay müddətində verilə bilər. 45.7. Əgər çoxmənzilli binada bütün sahələr bir mülkiyyətçiyə məxsusdursa, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının səlahiyyətlərinə aid edilən məsələlər üzrə qərarlar həmin mülkiyyətçi tərəfindən təkbaşına qəbul edilir və yazılı formada rəsmiləşdirilir. Bu halda bu fəslin çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağına hazırlıq, onun çağırılması və keçirilməsi qayda və müddətlərini müəyyənləşdirən müddəaları tətbiq edilmir. 46.1. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarı iclas (gündəliyə daxil edilən məsələlərin müzakirəsi və səsə qoyulmuş məsələlər üzrə qərar qəbul edilməsi üçün həmin binanın sahə mülkiyyətçilərinin birgə əyani iştirakı) keçirilmədən qiyabi səsvermə - səsverməyə qoyulmuş məsələlər üzrə mülkiyyətçilərin qərarlarının yazılı formada çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının keçirilməsi barədə məlumatda göstərilən yer və ya ünvana göndərilməsi yolu ilə keçirilə bilər. 46.2. Qərarları onların təqdim edilməsi tarixinədək təqdim edilmiş çoxmənzilli binanın sahə mülkiyyətçiləri qiyabi səsvermə yolu ilə keçirilən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında iştirak etmiş hesab edilirlər. 46.3. Səsə qoyulmuş məsələlər üzrə mülkiyyətçinin qərarında aşağıdakılar göstərilməlidir: 46.3.1. səsvermədə iştirak edən şəxs haqqında məlumat; 46.3.2. müvafiq çoxmənzilli binada sahəyə səsvermədə iştirak edən şəxsin mülkiyyət hüquqlarını təsdiq edən sənəd haqqında məlumat; 46.3.3. gündəlikdə olan hər bir məsələ üzrə “lehinə”, “əleyhinə” və “bitərəf” sözləri ilə ifadə edilən qərarı. 47.1. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında səsə qoyulmuş məsələlər üzrə səs hüququna həmin binanın sahə mülkiyyətçiləri malikdir. Çoxmənzilli binanın sahə mülkiyyətçisi həmin binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında şəxsən və ya nümayəndəsi vasitəsilə səs verir. 47.2. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında həmin binanın sahə mülkiyyətçisinin nümayəndəsi etibarnaməyə əsaslanan səlahiyyətlərə uyğun olaraq fəaliyyət göstərir. Səsvermə üçün etibarnamədə təmsil olunan müvafiq çoxmənzilli binanın sahə mülkiyyətçisi və onun nümayəndəsi haqqında məlumatlar (adı, yaşadığı və ya olduğu yer, pasport göstəriciləri) göstərilməlidir və Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən tərtib edilməlidir. 47.3. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında həmin binanın sahə mülkiyyətçilərinin hər birinin malik olduğu səslərin sayı onların həmin binanın ümumi əmlakına ümumi mülkiyyət hüququnda payına mütənasibdir. 47.4. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının gündəliyində olan məsələlər üzrə səsvermə mülkiyyətçinin səsverməyə qoyulmuş məsələlər üzrə yazılı formada tərtib edilmiş qərarları vasitəsilə keçirilə bilər. 47.5. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin qiyabi səsvermə formasında keçirilən ümumi yığıncağının gündəliyində olan məsələlər üzrə səsvermə yalnız mülkiyyətçinin səsverməyə qoyulmuş məsələlər üzrə yazılı formada tərtib edilmiş qərarları vasitəsilə keçirilir. 47.6. Səsvermə mülkiyyətçinin səsverməyə qoyulmuş məsələlər üzrə yazılı formada tərtib edilmiş qərarları vasitəsilə keçirildikdə, səsvermədə iştirak edən mülkiyyətçi tərəfindən səsvermənin mümkün olan variantlarından yalnız bir variantın saxlandığı məsələlər üzrə səslər hesablanır. Bu tələbin pozulması ilə tərtib edilmiş göstərilən qərarlar etibarsız hesab edilir, onlarda nəzərdə tutulmuş məsələlər üzrə səslər isə hesablanmır. Əgər səsə qoyulmuş məsələlər üzrə mülkiyyətçinin qərarı səsə qoyulmuş bir neçə məsələləri ehtiva edirsə, bu tələbə bir və bir neçə məsələlər üzrə riayət edilməməsi həmin qərarın bütövlükdə etibarsız hesab edilməsinə səbəb olmur. 122.1. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin aşağıdakı hüquqları vardır: 122.1.1. qanunvericiliyə müvafiq qaydada çoxmənzilli binanın idarə edilməsi haqqında müqavilə, habelə çoxmənzilli binanın ümumi əmlakının saxlanması və təmiri, kommunal xidmətlərin göstərilməsi haqqında və cəmiyyət iştirakçılarının maraqlarına uyğun digər müqavilələr bağlamaq; 122.1.2. illik gəlir və xərclər smetasını, o cümlədən çoxmənzilli binanın ümumi əmlakının saxlanılması və təmiri xərclərini, çoxmənzilli binanın əsaslı təmirinə və ya yenidən qurulmasına çəkilən xərclərin smetasını, ehtiyat fonduna xüsusi haqqı və ayırmaları, habelə bu fəsildə və cəmiyyətin nizamnaməsində müəyyən edilmiş məqsədlər üçün digər xərcləri müəyyən etmək; 122.1.3. cəmiyyətin qəbul olunmuş illik gəlir və xərclər smetası əsasında çoxmənzilli binanın hər bir sahə mülkiyyətçisinin çoxmənzilli binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq onun üçün ödəniş və haqların miqdarını müəyyən etmək; 122.1.4. çoxmənzilli binanın sahə mülkiyyətçiləri üçün işlər görmək və xidmətlər göstərmək;... 122.3. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi xərclərdə iştirak üzrə öz vəzifələrini yerinə yetirmədikdə, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin mütləq ödəniş və haqların əvəzinin məcburi ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır. 122.4. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən mütləq ödəniş və haqların və digər ümumi xərclərin ödənilməsi üzrə öhdəliklərinin yerinə yetirilməməsi nəticəsində vurulmuş zərərin əvəzinin tam ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır. 135.1. Fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. 135.2. Yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi aşağıdakı andan yaranmış hesab edilir: - 135.2.4. yaşayış sahəsinin mülkiyyətçisi üçün – yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan. 136.2. Çoxmənzilli binanın yaşayış sahəsinin mülkiyyətçisinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqq aşağıdakılardan ibarətdir: 136.2.1. çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakının saxlanması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq; 136.2.2. kommunal xidmətlərə görə haqq. 136.3. Yaşayış binalarının mülkiyyətçiləri müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağladıqları müqavilələrə uyğun olaraq, həmin binaların saxlanması və təmiri üzrə xərcləri çəkir, habelə kommunal xidmətlərə görə haqq ödəyir. 136.4. Kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir. 137.10. Mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir. 138.1. Yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq çoxmənzilli binanın ümumi əmlakının qanunvericiliyin tələblərinə müvafiq olaraq saxlanmasını təmin edən miqdarda müəyyən edilir. 138.4. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradılmadığı çoxmənzilli binanın yaşayış sahəsinin saxlanması və təmirinə görə haqqın miqdarı həmin binanın sahə mülkiyyətçilərinin bu Məcəllənin 44-47-ci maddələrində müəyyənləşdirilən qaydada keçirilən ümumi yığıncağında bir ildən az olmayan müddətə müəyyən edilir. 138.5. Çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına və təmirinə görə çəkilən xərclərlə bağlı mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvlərinin (iştirakçılarının) mütləq (məcburi) ödənişləri və (və ya) haqlarının miqdarı bu Məcəlləyə və mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin nizamnaməsinə və ya mənzil-tikinti kooperativinin nizamnaməsinə və ya digər ixtisaslaşmış istehlak kooperativinin nizamnaməsinə müvafiq olaraq mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanları və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanları və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanları tərəfindən müəyyənləşdirilir. 140.1. Çoxmənzilli binanın sahə mülkiyyətçisi ona məxsus olan sahənin saxlanması xərclərini çəkməyə, habelə yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq ödəmək yolu ilə çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına çəkilən xərclərdə onun həmin əmlaka ümumi mülkiyyət hüququnda payına mütənasib olaraq iştirak etməyə borcludur. Hazırkı iş üzrə iddiaçı çoxmənzilli binanın sahə mülkiyyətçiləri üçün görülmüş işlərin və göstərilmiş xidmətlərin əvəzi qismində ödənilməmiş haqların cavabdehdən tutulmasının xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, çoxmənzilli binanın sahə mülkiyyətçisi olan cavabdeh ümumi xərclərdə iştirak üzrə öz vəzifələrini yerinə yetirməmiş, beləliklə cavabdehə məxsus cəmi 1175 m2 sahə üzrə xx.xx.2023-cü il tarixdən hesablanmaqla 25 ay ərzində ümumi yığıncağın protokoluna əsasən, təmirsiz hər kvadrat metr üçün 1 manat olmaqla cəmi 29325 manat ödənilməmiş xidmət haqqı hesablanmışdır. Məhkəmə mülki işin tədqiq edilmiş hallarına qeyd edilən normaları tətbiq edərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Məhkəmə cavabdehin iddiaya etirazına münasibətdə qeyd edir ki, cavabdehin mülkiyyətinə daha az yaşayış sahəsinin verilməsi; təmirsiz hər kvadrat metr üçün daha az məbləğdə hesablama aparılmalı olması; xx.xx.2023-cü il tarixdən və (ya) 25 aylıq müddət üzrə hesablama aparılmasının əsassız olması sübut edilmir. Bundan başqa, çoxmənzilli binanın sahə mülkiyyətçisi olan cavabdehin ona məxsus olan sahənin saxlanması xərclərini çəkmək, habelə yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq ödəmək yolu ilə çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına çəkilən xərclərdə onun həmin əmlaka ümumi mülkiyyət hüququnda payına mütənasib olaraq iştirak etmək öhdəliyi qanunvericilikdən irəli gəlir, cavabdeh tərəfdən bu öhdəliyin icra olunması sübuta yetirilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 177.98 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 29325 (iyirmi doqquz min üç yüz iyirmi beş) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 177 (yüz yetmiş yeddi) manat 98 (doxsan səkkiz) qəpik tutularaq iddiaçı "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli
Məhkəmə qərarları › İş №e-2(125)-2351/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-2351/2025
18.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver