Məhkəmə qərarları › İş №e-2(125)-2436/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-2436/2025

19.01.2026 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-2436/2025 19.01.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X8 İsa oğlunun sədrliyi, məsləhətçi Xudaverdiyeva Nilgün Elbrus qızının katibliyi ilə, İddiaçı etibarnamə üzrə nümayəndəsi, Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı əmlakın naturada bölünməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı əmlakın naturada bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 0.104 ha torpaq sahəsi və onun üzərində olan 91.40 kv. metr daşınmaz əmlakdan İddiaçı 1/2 hissədə payının naturada ayrılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı etibarnamə üzrə nümayəndəsi, Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ünvan 1 ünvanında yerləşən 0.104 ha torpaq sahəsi və onun üzərində olan 91.40 kv. metr daşınmaz əmlakdan İddiaçı 1/2 hissədə payının naturada ayrılması, bu mümkün olmadıqda iddiaçının payına uyğun kompensasiya verilməsi ilə payına xitam verilməsi, bu mümkün olmadıqda paylı mülkiyyətdə olan əmlakın açıq hərracda satılması və satış pulunun paylara mütənasib surətdə bölünməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, R.Qasımov küçəsi 2-ci döngə ev 32 və onun üzərində yerləşən 91.40 kvadrat metr daşınmaz əmlak paylı mülkiyyət hüququ əsasında 1/2 hissədə İddiaçı xüsusi mülkiyyətindədir. Qeyd edilən əmlak paylı mülkiyyətdə olmağına baxmayaraq cavabdehlər Cavabdeh1, Cavabdeh2və Cavabdeh3 a həmin ünvanda olan əmlaka bütövlükdə sahiblənmişlər. Məlumat üçün bildirirəm ki, cavabdehlərdən Zinyət mərhum dayım Aydının arvadı, digərləri isə qızlarıdır. Qeyd edilən əmlak iddiaçının xalası X1 bağışlama müqaviləsi əsasında iddiaçının mülkiyyətinə keçmişdir. Mülkün digər ½ hissəsi məhkəmə qətnaməsi əsasında cavabdehlərin mülkiyyətinə verilsə də hazırki iş üzrə cavabdehlər vərəsəlik hüququ haqqında şəhadətnamə əldə etmədiklərinə çıxarışda həmin hissə mərhum X5 mülkiyyətində qalmışdır. Məlumat üçün bildirir ki, Gəncə Şəhər Məhkəməsinin e-2(125)- 5424/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, xx.xx.2021ci il tarixli 2V-1349 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab olunması, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış xx.xx.2021ci il tarixli, 3M-705 reyestr nömrəli miras payın bağışlanması müqaviləsinin etibarsız hesab olunması, ünvan 1 ünvanında yerləşən 0.104 ha torpaq sahəsi və fərdi yaşayış evinə dair Cavabdeh1 adına qeydə alınmış daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, **********nömrəli çıxarışın ləğv edilməsi, mərhum X4 miras qalmış ünvan 2 ünvanında yerləşən 0.104 ha torpaq sahəsi və fərdi yaşayış evindən ibarət mirasda iddiaçı X2 3/6 hissədə, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 isə hər birinin 1/6 hissədə payları müəyyən edilməsi qət edilmişdir. İddiaçı yuxarıda qeyd edilən ünvan 1 ünvanında yerləşən 0.104 ha torpaq sahəsi və onun üzərində olan 91.40 kv. metr daşınmaz əmlakın ½ hissəsinin sahibi olsa da cavabdehlərin imkanı verməməsi səbəbindən öz əmlakından istifadə edə bilmədiyinə görə məcbur olub paylı mülkiyyətdə olan daşınmaz əmlakın naturada ayrılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi, Vəkil iddianı müdafiə edərək, izahatında bildirdi ki, cavabdehlər naturada ayrılması tələb edilən evə ekspert tərəfindən baxılmasına şərait yaradılmadığına görə ekspert rəy verilməsindən imtina etmişdir. Hesab edir ki, ünvan 1 ünvanında yerləşən 0.104 ha torpaq sahəsi və onun üzərində olan 91.40 kv. metr daşınmaz əmlakdan İddiaçı 1/2 hissədə payının naturada ayrılması mümkün olmadığını və iddiaçının payına uyğun kompensasiya verilməsi ilə payına xitam verilməsi barədə təklifinə cavab verilmədiyindən paylı mülkiyyətdə olan əmlakın açıq hərracda satılması və satış pulunun paylara mütənasib surətdə bölünməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsaslanmaqla işə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iştirakı olmadan baxılmasını və iş üzrə yekun qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə İddiaçı etibarnamə üzrə nümayəndəsi, Vəkil dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia paylı mülkiyyətdə olan əmlakın hərracda satılması və satış pulunun paylara mütənasib surətdə bölünməsi tələbi hissədə əsaslı sayılmalı və təmin edilməlidir. Belə ki, iş materiallarında olan Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(125)-5424/2023 nömrəli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, xx.xx.2021-ci il tarixli 2V-1349 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab olunması, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış xx.xx.2021ci il tarixli, 3M-705 reyestr nömrəli miras payın bağışlanması müqaviləsinin etibarsız hesab olunması, ünvan 3 ünvanında yerləşən 0.104 ha torpaq sahəsi və fərdi yaşayış evinə dair Cavabdeh1 adına qeydə alınmış daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** nömrəli çıxarışın ləğv edilməsi, mərhum X4 miras qalmış ünvan 4 ünvanında yerləşən 0.104 ha torpaq sahəsi və fərdi yaşayış evindən ibarət mirasda iddiaçı X2 3/6 hissədə, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 isə hər birinin 1/6 hissədə paylarının müəyyən edilməsi qət edilmişdir. İşdə olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2025-ci il tarixli, **********47-10301 reyestr nömrəli çıxarışdan görünür ki, ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 0,1040 ha olan torpaq sahəsinin və ümumi sahəsi 91.40 kv/m olan fərdi yaşayış evinin 1/2 hissəsi X5 və 1/2 hissəsi İddiaçı mülkiyyətindədir. İş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvanlanmış bildirişdən görünür ki ünvan 6ərdi yaşayış evininin yarı dəyəri, yəni 120.000 manat pulun ona ödənilməsi barədə təklif irəli sürülmüşdür. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə tikinti-texniki ekspertizasının aparılmasından imtina edilməsi barədə xx.xx.2025-ci il tarixli məlumatından görünür ki, məhkəmə tərəfindən tədqiqat obyektinə baxış keçirilməsi xx.xx.2025-ci il tarixə təyin edilmiş, lakin iş üzrə cavabdeh tərəfindən baxış keçirilməsinə icazə verilmədiyindən, tədqiqat obyektinə baxışın keçirilməsi və qərardadla ekspert qarşısında qoyulmuş suallar üzrə tədqiqat aparılması mümkün olmamışdır. Beləliklə, mülki işin məhkəmədə müəyyən edilmiş halları ondan ibarətdir ki, ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 0,1040 ha olan torpaq sahəsinin və ümumi sahəsi 91.40 kv/m olan fərdi yaşayış evinin 1/2 hissəsi üzərində mərhum X5 vərəsələri-hazırki işdə cavabdeh olan Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 payları müəyyən edilmişdir. Qalan 1/2 hissəsi İddiaçı mülkiyyətindədir. Lakin, tərəflər arasında fərdi yaşayış sahəsindən sahiblik və ondan istifadə qaydalarının müəyyənləşdirilməsi mümkün deyildir. Buna görə də İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı paylı mülkiyyətdə olan əmlakın naturada ayrılması, bu mümkün olmadıqda payına uyğun kompensasiya verilməsi ilə payına xitam verilməsi, bu mümkün olmadıqda paylı mülkiyyətdə olan əmlakın açıq hərracda satılması və satış pulunun paylara mütənasib surətdə bölünməsi tələbinə dair iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il traixli e-2(125)-2436/2025 saylı qərardadına əsasən mühəndis-texniki ekspertizası təyin edilmiş və qərardad rəy alınması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə göndərilmişdir. Lakin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin eksperti tərəfindən 02 iyul 2025-ci il tarixdə tədqiqat obyektinə baxışın keçirilməsində tərəflər iştirak etmədiyindən ekspertizanın aparılmasından imtina edilmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı əmlakın naturada bölünməsi tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il traixli e-2(125)-2436/2025 saylı qərardadı icra edilməsi üçün yenidən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən məhkəməyə tikinti-texniki ekspertizasının aparılmasından imtina edilməsi barədə xx.xx.2025-ci il tarixli məlumat ünvanlanmış və iş üzrə cavabdeh tərəfindən baxış keçirilməsinə icazə verilmədiyindən, tədqiqat obyektinə baxışın keçirilməsi və qərardadla ekspert qarşısında qoyulmuş suallar üzrə tədqiqat aparılmasının mümkün olmadığı bildirilmişdir. İddiaçı ünvan 7 ünvanda yerləşən fərdi yaşayış evinin və torpaq sahəsinin özünə məxsus olan ½ hissəsinin qarşılıqlı razılaşma əsasında əvəzinin ödənilməsini Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 təklif etmişdir. Təklifdə həmin əmlakda iddiaçının ½ payının dəyərinin 120000 (bir yüz iyirmi min) manat olduğu göstərilmişdir. Lakin, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 bu təkliflə razı olmamışlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 213.1-ci maddəsinə görə, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə görə, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 215.1-ci maddəsinə görə, paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. 220.1-ci maddəsinə görə, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə görə, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə görə, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.4-cü maddəsinə görə, bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 220.5-ci maddəsinə görə, mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. 220.6-cı maddəsinə görə, bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. 221-ci maddəsinə görə, ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarına əsasən, məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə mülki işin məhkəmə iclasında müəyyən edilmiş və yuxarıda qeyd olunmuş hallarını nəzərə alaraq, hesab edir ki, iddia qismən-paylı mülkiyyətdə olan əmlakın hərracda satılması və satış pulunun paylara mütənasib surətdə bölünməsi tələbi hissədə əsaslı sayılmalı və təmin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, paylı mülkiyyətin mülkiyyətçilərinin mülkiyyət hüquqlarının müdafiəsi üçün ünvan 3 ünvanında yerləşən torpaq sahəsi və fərdi yaşayış evi (**********47-10301 reyestr nömrəli daşınmaz əmlak) paylı mülkiyyətin iştirakçıları-İddiaçı və Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 üçün hərracda (qapalı hərracda) satılmalı, ünvan 3 ünvanında yerləşən torpaq sahəsi və fərdi yaşayış evi (**********47-10301 reyestr nömrəli daşınmaz əmlak) paylı mülkiyyətin iştirakçıları üçün hərracda (qapalı hərracda) satılması mümkün olmadıqda, həmin əmlak açıq hərracda satılmalı və satışdan əldə olunan vəsait ümumi paylı mülkiyyətin mülkiyyətçiləri İddiaçı (½ hissədə) və Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 (½ hissədə) arasında onların paylarına mütənasib qaydada bölüşdürülməli, ünvan 3 ünvanında yerləşən torpaq sahəsi və fərdi yaşayış evi (**********47-10301 reyestr nömrəli daşınmaz əmlak) paylı mülkiyyətin iştirakçıları üçün hərracda (qapalı hərracda) və açıq hərracda ilkin satış qiyməti 240.000 (iki yüz qırx min) manat məbləğində müəyyən edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. ünvan 3 ünvanında yerləşən torpaq sahəsi və fərdi yaşayış evi (**********47-10301 reyestr nömrəli daşınmaz əmlak) paylı mülkiyyətin mülkiyyətçiləri-İddiaçı və Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 üçün hərracda (qapalı hərracda) satılsın. ünvan 3 ünvanında yerləşən torpaq sahəsi və fərdi yaşayış evi (**********47-10301 reyestr nömrəli daşınmaz əmlak) paylı mülkiyyətin mülkiyyətçiləri üçün hərracda (qapalı hərracda) satılması mümkün olmadıqda, həmin əmlak açıq hərracda satılsın və satışdan əldə olunan vəsait ümumi paylı mülkiyyətin mülkiyyətçiləri İddiaçı və Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 arasında onların paylarına mütənasib qaydada bölüşdürülsün. ünvan 3 ünvanında yerləşən torpaq sahəsi və fərdi yaşayış evi (**********47-10301 reyestr nömrəli daşınmaz əmlak) paylı mülkiyyətin iştirakçıları üçün hərracda (qapalı hərracda) və açıq hərracda ilkin satış qiyməti 240000 (iki yüz qırx min) manat məbləğində müəyyən edilsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar