Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-2501/2024 01.10.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X30 Şakir oğlunun sədrliyi, X15 iclas katibliyi, İddiaçı oğlunun etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə1, Cavabdeh (üçüncü şəxs X3 qanuni nümayəndəsi) Cavabdeh2 və onun etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil iştirakları ilə, İddiaçı oğlunun cavabdehlər Cavabdeh2, Gəncə şəhər 6 saylı Notariat Ofisinə (üçüncü şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi və X11) qarşı “qanun üzrə vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, miras payın müəyyən edilməsi və sair” tələbinə dair iddiası üzrə mülki işə, Gəncə Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı oğlu cavabdehlər Cavabdeh2, Gəncə şəhər 6 saylı Notariat Ofisinə (üçüncü şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi və X11) qarşı “qanun üzrə vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, miras payın müəyyən edilməsi və sair” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri 6 saylı Notariat Ofisinin xx.xx.2022-ci il tarixli, 2V-57 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin reyestr nömrəsi **********37-10301, qeydiyyat nömrəsi ********** olan xx.xx.2023-cü il tarixli çıxarışın ləğv edilməsi və ünvan 7 Yeni qaydalarla: AZ 2004, ünvan 1 ünvanına 1/3 hissə miras payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun atası X13 xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. Ondan miras qalmış ünvan 10 - Yeni qaydalarla AZ 2004 ünvan 1 ünvanına Gəncə şəhəri 6 saylı Notariat Ofisinin xx.xx.2022-ci il tarixli, 2V-57 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Cavabdeh2 və X11 bərabər hissədə miras əmlakdan irs almışlar. Cavabdeh2 atasının 2-ci arvadı, X11 isə qardaşıdır. Cavabdeh2 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni alarkən birinci növbə vərəsə olaraq onun adını gizlətmişdir. Bu faktı notariat işinə baxmaqla açıq-aşkar görmək olur. Belə ki Cavabdeh2 notariat ofisinə ərizə verərək mirasqoyan X5 yeganə birinci növbəli vərəsəsinin özü və oğlu X3 olduğunu bildirmişdir. Əslində isə İlqar Əliməmmədovun qanun üzrə birinci növbəli vərəsəsi faktiki olaraq 5 nəfərdir. Anası, bacısı, o, Cavabdeh2 və Nurlan Əliməmmədovdur. X25 Məhkəməsində nikahın pozulmasına dair aparılmış akt qeydinin etibarsızlığına dair iddiası vardır. Bacısı isə İlqar Əliməmmədovun övladı olmasına dair DNK analizi vardır. Sənəd üzrə İlqar Əliməmmədovun birinci növbəli vərəsəsi 3 nəfər o, Cavabdeh2 və Nurlan Əliməmmədovdur. Uşaqlıqdan anadangəlmə əlildir. 2010-cu il tarixdən İ qrup əlildir. Həyatı reabilitasiya mərkəzlərində keçir. Atası xx.xx.2015-ci il tarixdə vəfat etməsinə baxmayaraq Cavabdeh2 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni xx.xx.2022-ci il tarixdə almışdır. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni mirasın açıldığı gündən 7 il sonra alınması səbəbsiz deyildir. Anası, bacısı və o atası ölməmişdən qabaq və öldükdən sonra da miras kütləsinə daxil olan evdə qalmışlar. Onlara məxsus olan əşyalar bu gündə ayrıca otaqdadır. Cavabdeh2 onların burda olmamasını fürsət bilərək vərəsələr dairəsini gizlətmiş və nəticədə əsassız olaraq atasından miras qalmış əmlakı özü və övladı tərəfindən qəbul etmişdir. Ona görə də qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və miras payının müəyyən edilməsinə dair iddia qaldırmaq məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı oğlunun etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə1 iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək, əlavə olaraq bildirdi ki, Gəncə şəhəri 6 saylı Notariat Ofisi tərəfindən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilən zaman qanunvericiliyin tələbləri pozulmuş və vərəsələrin dairəsi tam müəyyən edilməmişdir. Nəticədə İddiaçı mübahisəli əmlak üzərində miras payı müəyyən edilməmişdir. Halbuki İddiaçı mərhum atası İlqar Əliməmmədovdan miras qalmış mübahisəli əmlakda yaşamış və ona məxsus əşyalarda həmin evdə yerləşir. Lakin anadangəlmə iflic vəziyyətdə olmaqla əlil olduğu üçün notariat ofisinə miras əmlakı qəbul etmək üçün müraciət etmək imkanı olmamışdır. Nə də notariat ofisi tərəfindən miras bölünən zaman iddiaçıya hər hansı bildiriş göndərilməmişdir. İddiaçı miras əmlakın bölünməsindən yeni xəbər tutmuşdur. Hazırda iddiaçı Rusiya Federasiyasında müalicə olunur. Onun mövcud vəziyyətini əks etdirən görüntülər məhkəməyə təqdim olunmuşdur. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında cavabdeh (üçüncü şəxs N.Əliməmmədovun qanuni nümayəndəsi) Cavabdeh2 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, 2015-ci ildə notariat ofisinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün müraciət etmiş, lakin ala bilməmişdir. Yenidən 2022-ci ildə müraciət edən zaman 2V-57 reyestr nömrəli, 07 aprel 2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında onun və oğlu X3 mirası qəbul etmələri müəyyən olunmuş və hər birinin miras əmlak olan yeni qaydada ünvan 3 ünvanı (köhnə qaydada ünvan 4ayları müəyyən edilmişdir. Həmin şəhadətnamə əsasında miras əmlakla bağlı onların hər birinin 1/2 hissədə payı Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmışdır. Mərhum əri İlqar Əliməmmədov vəfat edən zaman iddiaçı gəlməmişdir. Belə ki, Rusiya Federasiyasında yaşayır. İddiaçı tərəf ona məxsus olan əşyaların mübahisəli ünvanda qaldığını bildirsə də ona məxsus hər hansı bir əşya həmin evdə mövcud deyildir. İddiaçı Süleymanın anası Nümayəndə2 mərhum əri İlqar Əliməmmədova pul borcu olmuş, ona görə də mebellər pul əvəzi olaraq həmin evdə qalmışdır. Süleyman doğulan andan həmin evdə yaşamamışdır. Ümumiyyətlə Süleymanın fiziki qüsurlu olduğunu eşitmiş, lakin onu heç görməmişdir. İddiaçının miras əmlak üzərində hər hansı payı olmamaqla yanaşı iddia müddətini də ötürmüşdür. Odur ki iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil təmsil etdiyi şəxsin qeyd etdiklərinə uyğun izahat verərək iddia müddətinin keçməsini nəzərə alaraq iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh Gəncə şəhər 6 saylı Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, lakin məhkəməyə məktub ünvanlayaraq mülki işə notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılması və məhkəmə tərəfindən qanuna uyğun çıxarılacaq hər hansı bir qərara heç bir etirazları olmadığını bildirmişdir. Məhkəmə işə cavabdeh Gəncə şəhər 6 saylı Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında azyaşlı olduğuna görə üçüncü şəxs X11 iştirak etməmiş, onun prosessual hüquqları qanuni nümayəndəsi olan anası Cavabdeh2 tərəfindən həyata keçirilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq digər üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə digər üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə tərəfləri dinləyib, həmçinin iş materiallarını tam və hərtərəfli araşdırıb hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; 24 avqust 2016-cı il tarixli, AZ-İ seriyalı, 825511 nömrəli, Gəncə şəhər Kəpəz rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X13 30 mart 2015-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 31 mart 2016-cı il tarixdə 71 nömrə ilə qeyd edilmişdir. Ölümün səbəbi qəfləti koronar ölümdür. 24 may 2023-cü il tarixli, 05/09İS/114393-23 nömrəli, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində X5 xx.xx.2023-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyyəti aktları üzrə yoxlama aparılmış və qeyd olunan ailə tərkibinə dair məlumatlar aşkar edilmişdir. əri (arvadı) Cavabdeh2 (xx.xx.1982), oğlu İddiaçı oğlu (xx.xx.1991), oğlu X11 (xx.xx.2012) XVİ-JQ seriyalı, 296113 nömrəli doğum haqqında şəhadətnmənin notarial qaydada təsdiq edilmiş surətindən görüünür ki, İddiaçı oğlu 07 sentyabr 1991-ci il tarixdə doğulmuşdur. Atası: X13 anası: Nümayəndə2dır. AZ-İ seriyalı, 788441 nömrəli nikah haqqında şəhadətnamənin əsli ilə üzləşdirilmiş surətindən görünür ki, X13 ilə Cavabdeh2 arasında nikah 18 sentyabr 2012-ci il tarixdə bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 18 sentyabr 2012-ci il tarixdə 576 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə “Əliməmmədov”, arvada “Babayeva” soyadı verilmişdir. AZ-İİ seriyalı, 977192 nömrəli doğum haqqında şəhadətnamənin əsli ilə üzləşdirilmiş surətindən görünür ki, X11 08 oktyabr 2012-ci il tarixdə doğulmuşdur. Atası: X19, anası: Cavabdeh2dır. Gəncə Şəhər Məhkəməsinin e-2(125)-4530/2023 nömrəli, 25 sentyabr 2023-cü il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Nümayəndə2nın Cavabdeh2 qarşı nikahın etibarsız hesab edilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Gəncə Şəhər Məhkəməsinin 25 sentyabr 2023-cü il tarixli, e-2(125)-4530/2023 nömrəli qərardadının surətindən görünür ki, Gəncə Şəhər Məhkəməsinin icraatında olan e-2(125)-4530/2023 nömrəli mülki işin icraatına iddiaçı Nümayəndə2nın cavabdehlər Cavabdeh2 və Gəncə Şəhər Qeydiyyat Şöbəsinə qarşı nikahın pozulmasının etibarsızlığı tələbinə dair hissəsində xitam verilməsi qərara alınmışdır. 05 aprel 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********24-10301 reyestr nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın X12 görünür ki, Gəncə şəhəri, Mirzağa Əliyev küçəsi, 1-ci döngə, ev 1 ünvanında yerləşən ümumi sahəsi 143 kvadratmetr olan fərdi yaşayış evi və ümumi sahəsi 0.0463 ha olan torpaq sahəsi X5 xüsusi mülkiyyətindədir. 03 aprel 2023-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********37-10301 reyestr nömrəli, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrdən Çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Mirzağa Əliyev küçəsi, 1-ci döngə, ev 1 - Yeni qaydalarla: AZ 2004, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 143 kvadratmetr olan fərdi yaşayış evi və ümumi sahəsi 0.0463 ha olan torpaq sahəsinin ½ hissəsi Cavabdeh2 ½ hissəsi X3 xüsusi mülkiyyətindədir. 2V-57 reyestr nömrəli, 07 aprel 2022-ci il tarixli, Gəncə şəhəri 6 saylı Notariat Ofisi tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2015-ci il tarixdə vəfat etmiş - X5 vərəsələri - ünvan 5 ünvanında qeydiyyatda olan arvadı – Cavabdeh2 və ünvan 6 ünvanında qeydiyyatda olan oğu -X11 onların hər biri miras əmlakdan bərabər hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Gəncə Ərazi İdarəsi tərəfindən xx.xx.2022 tarixdə verilmiş **********24-10301 reyestr nömrəli ********** qeydiyyat nömrəli X16 əsasən miras qoyan X7 məxsus ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 143 kvadratmetr olan fərdi yaşayış evindən və fərdi yaşayış evinin yerləşdiyi mülkiyyyətində olan 0.0463 ha torpaq sahəsindən ibarətdir. Real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrdən əldə edilmiş xx.xx.2022 tarixli qeydiyyat nömrəsi **********UF74102 olan arayışa əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsi ipoteka ilə yüklü edilməmiş həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır. 05 iyun 2015-ci il tarixli, 7E-3973 reyestr nömrəli Cavabdeh2 tərəfindən Notariat kontoruna ünvanlanmış ərizəsindən görünür ki, 30 mart 2015-ci il tarixdə vəfat etmiş əri X7 məxsus ünvan 8 ünvanında yerləşən yaşayış evinə vərəsəliyi qəbul etdiyini bildirmişdir. 07 aprel 2022-ci il tarixli, 8İ-892 reyestr nömrəli, **********892 nömrəli Cavabdeh2 tərəfindən Notariat Ofisinə ünvanlanmış notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, xx.xx.2015-ci ildə onun ünvan 7 ünvanında yaşayan əri – X13 ölmüşdür. Mirasın tərkibi ünvan 9 ünvanında yerləşən mənzildən ondan irs qalmış mirası qəbul edir. Ondan başqa aşağıdakı vərəsələr vardır X1 şəhəri, Qurtuluş küçəsi, ev 61, mənzil 23oğlu. Mirasın tərkibinə daxil olan ünvan 10 ünvanında yerləşən fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsindən ona çatası hissəyə dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir. Rusiya Federasiyası Səhiyyə və Sosial İnkişaf Nazirliyi X28 şəhəri üzrə TSE BB FDM 5 saylı Filial tərəfindən verilmiş MЭE-2007 seriyalı, ******* nömrəli arayışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, xx.xx.1991-ci il təvəllüdlü X2 birinci qrup əlilliyi təyin edilmişdir. Əlilliyin səbəbi uşaqlıqdan əlildir. İş qabiliyyətinin məhdudlaşdırılması dərəcəsi xx.xx.2010-cu ildən qeyd olunmur. Əlillik müddətsiz təyin edilmişdir. Gəncə şəhər Kəpəz rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 03 iyun 2015-ci il tarixli arayışın surətindən görünür ki, X8 xx.xx.2006-cı il tarixdə ölmüşdür. Bu barədə xx.xx.2006-cı il tarixdə kitabın 13 səhifəsində qeydiyyat aparılmışdır. Ölümün səbəbi beyin qan dövranının kəskin pozulmasıdır. Gəncə şəhər Kəpəz rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 03 iyun 2015-ci il tarixli arayışın surətindən görünür ki, X9 xx.xx.1993-cü il tarixdə ölmüşdür. Bu barədə xx.xx.1993-cü il tarixdə kitabın 879 nömrəli səhifəsində qeydiyyat aparılmışdır. Ölümün səbəbi kəskin ürək-damar çatmamazlığıdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin 19 iyul 2024-cü il tarixli, 3-21-3-33/2-7135/2024 nömrəli daşınmaz əmlaka dair məlumatın və hüquqmüəyyənedici sənədlərin məhkəməyə göndərilməsi barədə məlumatdan görünür ki, 3 saylı Gəncə Ərazi İdarəsinin arxiv sənədlərinə və elektron baza məlumatlarına əsasən, ünvan 11 ünvanında yerləşən fərdi yaşayış evinə dair “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid” pasport, Kəpəz Rayon XDS-nin İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli qərarı, Kirovabad şəhəri Tikinti və Memarlıq şöbəsinin xx.xx.1960-cı il tarixli layihəsi və notariat kontorunun xx.xx.1960-cı il tarixli, 12-2254 nömrəli müqaviləsinə əsasən, X6 adına olmuşdur. Gəncə şəhəri 1 saylı Dövlət notariat kontorunun xx.xx.1991-ci il tarixli, 2-8-105 reyestr nömrəli daşınmaz əmlakın bağışlama müqaviləsinə əsasən, fərdi yaşayış evi X9 tərəfindən X10 bağışlanmışdır. Həmin müqavilə üzrə X6 adına xx.xx.1992-ci il tarixli, 5355 reyestr nömrəli qeydiyyat vəsiqəsi və həmin qeydiyyat vəsiqəsi əsasında xx.xx.2022-ci il tarixli, **********24-10301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Gəncə şəhər 6 saylı notariat ofisinin xx.xx.2022-ci il tarixli, 2V-57 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamələrə əsasən, 1/2 hissədə Cavabdeh2 və 1/2 hissədə X3 payları göstərilməklə X6 vərəsələri tanınmışlar və vərəsələrin adlarına xx.xx.2022-ci il tarixli, **********24-10301 reyestr nömrəli və xx.xx.2024-cü il tarixli, **********37-10301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Cavabdeh2 və onun etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil iddia müddətinin tətbiqi barəsində ərizəsindən görünür ki, İddiaçı oğlu cavabdehlər Cavabdeh2 və Gəncə şəhər 6 saylı Notariat ofisinə qarşı qanun üzrə vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, miras payın müəyyən edilməsi və sair tələbə dair məhkəmə iddia qaldıraraq Gəncə şəhəri 6 saylı Notariat ofisinin xx.xx.2022-ci il tarixli, 2V-57 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin etibarsız hesab edilməsi və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin reyestr nömrəsi **********37-10301, qeydiyyat nömrəsi ********** olan xx.xx.2023cü il tarixli çıxarışın ləğv edilməsi və ünvan 7, Yeni qaydalarla: AZ 2004, ünvan 3-ə 1/3 hissə miras payımın müəyyən olunmasına dair qətnamə qəbul edilməsi xahiş etmişdir. İddiaçı iddia tələbinin onunla əsaslandırmışdır ki, atası X13 xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. Ondan miras qalmış ünvan 7, Yeni qaydalarla: AZ2004, ünvan 3 Gəncə şəhəri 6 saylı Notariat ofisinin xx.xx.2022-ci il tarixli, 2V-57 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Cavabdeh2 və X11 bərabər hissədə miras əmlakdan irs almışlar. Cavabdeh2 atasının 2-ci arvadı, X11 isə qardaşıdır. Cavabdeh2 qanun üzrə vərəsəlik şəhadətnaməsi alarkən birinci növbə vərəsə olaraq onun adını gizlətmişdir. Bu faktı notariat işinə baxmaqla açıq-aşkar görmək olur. Belə ki, Cavabdeh2 notariusa ərizə verərək miras qoyan X5 yeganə birinci növbə vərəsəsinin özü və oğlu X3 olduğunu bildirmişdir. Əslində isə İlqar Əliməmmədovun qanun üzrə birinci növbə vərəsəsi faktiki olaraq 5 nəfərdir. Anası, bacısı, özü, Cavabdeh2 və Nurlan Əliməmmədovdur. X25 Məhkəməsində nikahın pozulmasına dair aparılmış akt qeydinin etibarsızlığına dair iddiası vardır. Bacısı isə İlqar Əliməmmədovun övladı olmasına dair DNK analizi vardır. Sənəd üzrə İlqar Əliməmmədovun birinci növbə vərəsəsi 3 nəfər - özü, Cavabdeh2 və Nurlan Əliməmmədovdur. İddiaçı uşaqlıqdan anadangəlmə əlildir. 2010-cu il tarixdən İ qrup əlildir. Həyatı reabiltasiya mərkəzlərində keçir. Atası xx.xx.2015-ci il tarixdə vəfat etməsinə baxmayaraq Cavabdeh2 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni xx.xx.2022-ci tarixdə almışdır. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni mirasın açıldığı gündən 7 il sonra alınması səbəbsiz deyildir. Anası, bacısı və atası ölməmişdən qabaq və öldükdən sonra da, miras kütləsinə daxil evdə olan qalmışlar. Onlara məxsus olan əşyalar bu gündə ayrıca otaqdadır. Cavabdeh2 onların burda olmamaqlarını fürsət bilərək vərəsələr dairəsini gizlətmiş və nəticədə əsassız olaraq atasından miras qalmış əmlak özü və övladı tərəfindən qəbul etmişdir. Ona görə də, qanun üzrə vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi və miras payımın müəyyən edilməsinə dair iddia qaldırmaq məcburiyyətində qalmışdır. İddiaçı atası X13 xx.xx.2015-ci il tarixdə vəfat etdiyindən məlumatı olmuşdur lakin o, atasının dəfnində belə iştirak etməmişdir. Həmçinin iddiaçı mirasın açıldığı yer üzrə nə notariat ofisinə ərizə ilə müraciət etmişdir nədə ki, miras əmlakı faktiki olaraq qəbul etmişdir. İddia müddətinin axımı xx.xx.2015-ci il tarixdən başlayır. İddiaçı mirasın açıldığı yer üzrə nə notariat ofisinə ərizə ilə müraciət etmişdir, nə də ki, miras əmlakı faktiki qəbul etmişdir. Qanunvericilik mirasın qəbulu üçün altı aylıq müddət müəyyən etmişdir. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Beləliklə, iddiaçı mirasın qəbul edilməsi üçün müəyyən edilmiş müddəti ötürərək yalnız 9 il sonra müraciət etmişdir. Odur ki, mübahisə ilə bağlı iddia müddəti tətbiq etməklə iddia tələbin rədd edilməsini xahiş etmişdir. Beləliklə, məhkəmə araşdırılmış sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, İddiaçı mərhum mirasqoyan X5 birinci evliliyindən olan övladı olmaqla anadangəlmə birinci qrup əlildir. Cavabdeh2 isə mirasqoyan İlqar Əliməmmədovun ikinci evliliyindən olan rəsmi nikah üzrə arvadıdır. Belə ki, Cavabdeh2 ilə mirasqoyan İlqar Əliməmmədov 18 sentyabr 2012-ci il tarixdə nikahlarını rəsmiləşdirərək ailə həyatı qurmuş və rəsmi evliliklərindən 08 oktyabr 2012-ci il təvəllüdlü Nurlan Əliməmmədov adında 1 uşaqları doğulmuşdur. Mirasqoyan mərhum İlqar Əliməmmədov xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. 05 aprel 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********24-10301 reyestr nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın X16 əsasən Gəncə şəhəri, Mirzağa Əliyev küçəsi, 1-ci döngə, ev 1 ünvanında yerləşən ümumi sahəsi 143 kvadratmetr olan fərdi yaşayış evi və ümumi sahəsi 0.0463 ha olan torpaq sahəsi X5 xüsusi mülkiyyətindədir. Onun vəfatından sonra mübahisəli miras əmlak olan yeni qaydada ünvan 3 ünvanı (köhnə qaydada Gəncə şəhəri, Mirzağa Əliyev küçəsi, 1-ci döngə, ev 1) miras qalmışdır. X17 ölümündən sonra onun qanun üzrə birinci növbəli vərəsələrindən cavabdeh olan arvadı Cavabdeh2 Gəncə şəhəri 6 saylı Notariat Ofisinə müraciət etmişdir. Bundan sonra Gəncə şəhəri 6 saylı Notariat Ofisi tərəfindən 07 aprel 2022-ci il tarixli, 2V-57 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi verilmişdir. Şəhadətnaməyə əsasən xx.xx.2015-ci il tarixdə ölmüş X5 vərəsələri Cavabdeh2 və X3 mirası qəbul etmələri müəyyən olunmuş və hər birinin miras əmlak olan ünvan 7 ünvanı üzərində bərabər payları müəyyən edilmişdir. Həmin şəhadətnamə əsasında miras əmlakla bağlı Cavabdeh2 və Nurlan Əliməmmədovun hər birinin 1/2 hissədə payı Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmışdır. İddiaçı mərhum atasından miras qalmış mübahisəli evdə yaşamış, hətta ona məxsus əşyalar da mübahisəli miras əmlakda yerləşir. Lakin İddiaçı anadangəlmə İ qrup əlil olduğu və fiziki imkanları məhdud olduğundan miras əmlakı qəbul etmək üçün Notariat Ofisinə müraciət etmək imkanı olmamışdır. Onun fiziki imkanlarının məhdud olması iddiaçının nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilən görüntülərdə də əks olunur. Cavabdeh də məhkəmə iclasında iddiaçının fiziki imkanlarının məhdud olmasını eşitdiyini bildirmişdir. Hazırda İddiaçı oğlu mərhum atası X4 miras qalmış yeni qaydada ünvan 3 ünvanı (köhnə qaydada ünvan 13yı olduğunu bildirərək, Gəncə şəhəri 6 saylı Notariat Ofisinin xx.xx.2022ci il tarixli, 2V-57 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin reyestr nömrəsi **********37-10301 qeydiyyat nömrəsi ********** olan xx.xx.2023-cü il tarixli çıxarışın ləğv edilməsi və ünvan 7 Yeni qaydalarla: AZ 2004 ünvan 3 ünvanına 1/3 hissə miras payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə hazırlıq iclasında iddianı əvvəlcə qəbul edərək bu barədə məhkəməyə yazılı ərizə təqdim etmiş, onun iddianı qəbul etməsi məhkəmə hazırlıq iclası zamanı audio, videoda da əksini tapmışdır. Daha sonra cavabdeh və onun nümayəndəsi iddia tələbini qəbul etmədiklərini, həmçinin iddia müddətinin keçməsini nəzərə alaraq iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Cavabdeh Gəncə şəhəri 6 saylı Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, lakin məhkəməyə məktub ünvanlayaraq mülki işə notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılması və məhkəmə tərəfindən qanuna uyğun çıxarılacaq hər hansı bir qərara heç bir etirazları olmadığını bildirmişdir. Üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etmədiyindən onun iddiaya münasibətini öyrənmək mümkün olmamışdır. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, iddia tələbi əsaslıdır. Məhkəmə əqdin etibarsızlığı anlayışının nədən ibarət olmasını qeyd etməyi lazım bilir. Belə ki, svilistika doktrinasında əqdlərin etibarlı olması üçün dörd qrup şərtin (tələbin) olması göstərilir. Bu şərtlər qanunda nəzərdə tutulmuşdur: əqdin subyekt tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı ədq kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticəni doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdlərin etibarsızlığına səbəb olur. Məsələn, vətəndaş öz bir otaqlı mənzilini qonşusuna satır. Onlar alqı-satqı müqaviləsini notariat qaydasında təsdiq etmirlər, habelə bu müqavilədən əmələ gələn hüquqlar dövlət qeydiyyatına alınmır. Bu müqavilə hüquqi nəticəyə səbəb olmur. Belə ki, həmin müqavilə alıcı rolunda çıxış edən qonşunun mənzil üzərində mülkiyyət hüququnun əmələ gəlməsinə dəlalət etmir. Ona görə ki, belə halda əqdin formasına aid tələbə riayət olunmamışdır. Əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Bu halda əqd kimi həyata keçirilən hərəkətlər hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilmir. Əqdlərin etibarsızlığı əqdlərin etibarlı olması şərtlərinin pozulmasından asılıdır. Bu şərtlərdən birinə riayət edilməməsi etibarsız əqdlərin əmələ gəlməsinə səbəb olur. Etibarsız əqdlər tərəflərin arzu etdikləri hüquqi nəticəyə səbəb olmur. Onlar qanunda nəzərdə tutulan mənfi nəticənin yaranmasına gətirib çıxarır. Etibarsız əqdlər hüquqazidd qeyri hüquqi hərəkətlərdir. Etibarsız əqdlər elə hüquqazidd hərəkətlərdir ki, bu hərəkətlər əqdin etibarlı olması şərtlərindən heç olmasa, birinə uyğun gəlmədiyinə görə arzu edilən hüquqi nəticəyə səbəb olmur. Bu cür əqdlər mülki hüquq və vəzifələrin əmələ gəlməsi, dəyişməsi və xitam olunması ilə nəticələnmir. Əqdin etibarlı olması şərtlərindən biri iradə və iradənin vahidliyi (vəhdəti) hesab edilir. Əgər bu şərt pozularsa əqd etibarsız sayılır. Buna iradəsi qüsurlu olan əqd deyilir. İradəsi qüsurlu olan əqdlər odur ki, bu əqdlər bağlanarkən daxili iradə lazımi olmayan şəraitdə formalaşır və ya bu iradə xaricən düzgün ifadə olunmur. Bu cür əqdlərin iki növü fəqləndirilir. Daxili iradə olmadan bağlanan əqdlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 337-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Yenə Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1151.1-сi maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və ya bununla mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1269-cu maddəsinə əsasən mirasa sahiblik etməyə və ya onu idarə etməyə faktiki başlamış vərəsə mirasın qəbulu üçün müəyyənləşdirilmiş vaxt ərzində mirasın qəbulundan imtina edə bilər. Bu barədə ərizə ilə o, notariat orqanına müraciət eməlidir. 1318-ci maddəsinə əsasən notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür. Konstitusiya Məhkəməsinin Plenumu 2022-ci il 14 oktyabr tarixli Qərarında Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş müddətin xarakteri və mahiyyəti ilə bağlı qeyd etmişdir ki, qanunvericinin müəyyən etdiyi bu müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar. X18 Məhkəməsinin Plenumu onu da vurğulamışdır ki, Mülki Məcəllə ilə vərəsə statusunun yaranmasının xüsusi qəbul müddətinə bağlı tutulması, eyni zamanda mirasdan imtinanın ehtimal oluna bilmə imkanı (Mülki Məcəllənin 1273-1-ci maddəsi) hüquqi baxımdan qeyri-müəyyənliyin yaranmasına, məhkəmə mübahisələrinin çoxalmasına səbəb olmaqla yanaşı, vərəsəlik hüququna dair konstitusiya təminatına da xələl yetirmiş olur. Həmçinin Konstitusiya Məhkəməsinin Plenumu 2022-ci il 14 oktyabr tarixli Qərarında qeyd etmişdir ki, vərəsəlik hüquq münasibətləri miras qoyanın ölümü və ya ölmüş elan edilməsi anından başlamış olur. Qanunvericilik vərəsəlik hüququnun yaranmasını miras qoyanın ölümü və ya ölmüş elan edilməsi ilə şərtləndirmiş və bu hüquqa vəsiyyətnamə olduğu təqdirdə vəsiyyətnamədə göstərilən şəxslərin, əks halda (vəsiyyətnamənin olmadığı və ya etibarsız hesab edildiyi halda) isə qanunla müəyyən edilmiş vərəsələrin malik olduğunu təsbit etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, Notariat Kontorundə rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bu yanaşmanın nəticəsi olaraq Mülki Məcəllənin 1271-ci maddəsində mirasdan nümayəndə vasitəsi ilə imtina üçün bunun etibarnamədə ayrıca göstərilməsi, Məcəllənin 1268.2-ci maddəsində isə fəaliyyət qabiliyyəti tam olmayan vərəsələr baxımından imtinanın həyata keçirilə bilinməsi üçün xüsusi olaraq məhkəmənin təsdiqi tələb olunmuşdur. Konstitusiya Məhkəməsinin Plenumu 2022-ci il 14 oktyabr tarixli Qərarında əks olunmuş hüquqi mövqeyinin davamı olaraq qeyd etmişdir ki, mirasdan imtinanın ehtimal oluna bilmə imkanı mülkiyyət hüququnu və onun davamlılığını təmin edən vərəsəlik hüququnun konstitusion təminatını pozur. Avropa Məhkəməsinin presedent hüququna əsasən, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya dair 1 saylı Protokolun (bundan sonra – Konvensiyaya dair 1 saylı Protokol) 1-ci maddəsinin mühüm tələblərindən biri ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə qanuni məqsəd daşımalıdır. Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Böyük Palatanın Broniovski Polşaya qarşı iş üzrə 2004-cü il 22 iyun tarixli Qərarı, §147- 148, 150; Böyük Palatanın Skordino İtaliyaya qarşı iş üzrə 2006-cı il 29 mart tarixli Qərarı, § 93). Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır; 146.2-ci maddəsinə görə, daşınmaz əmlak üzərinə sərəncam vermək hüququ həmin əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 394-cü maddəsinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir; 406.3-cü maddəsinə əsasən yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə poçt, teleqraf, teletayp, telefon, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən digər rabitə vasitəsilə sənədlər mübadiləsi yolu ilə bağlana bilər; 407.2-ci maddəsinə əsasən sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır; 491.1-ci maddəsinə əsasən beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir; "Daşınmaz əmlakın dövlət reyestri" haqqında Azərbaycan Respublikasının qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Məhkəmə şərh olunanlara əsasən qeyd edir ki, mərhum X4 miras qalmış mübahisə predmeti olan yeni qaydada ünvan 3 ünvanına (köhnə qaydada ünvan 14 6 saylı Notariat Ofisi tərəfindən 2V-57 reyestr nömrəli 07 aprel 2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilən zaman vərəsələrin dairəsi tam müəyyən edilməmiş, mirasqoyanın qanun üzrə 1-ci növbəli vərəsəsi olan İddiaçı oğluna məlumat verilməmiş, onun miras əmlakdan pay almaqdan imtina etməsi barədə fikri öyrənilməmişdir. Başqa sözlə, İddiaçı oğlunun mərhum X5 birinci növbə vərəsəsi olması halı, onun miras əmlakdan imtina edib-etməməsi barədə fikri öyrənilməmiş və qeyd edilən xüsusatlar nəzərə alınmadan əsassız olaraq miras əmlaka dair yalnız miras qoyanın arvadı hazırki iş üzrə Cavabdeh2 və övladı – X3 miras əmlakdan hər birinin 1/2 pay almaq hüququ göstərilməklə onlara 2V-57 reyestr nömrəli, 07 aprel 2022-ci il tarixli “qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə verilmişdir. Digər tərəfdən məhkəmə iclasında müəyyən olunmuşdur ki, iddiaçı birinci qrup əlil olmaqla yanaşı o, faktiki olaraq fiziki əngəllidir. Hərəkət etmək, yazı yazmaq, müraciət etmək imkanına malik deyildir. Belə olan halda onun notariat kontoruna faktiki olaraq müraciət edə bilməməsi kimi işin faktiki halına hazırkı mübahisəyə baxılan zaman xüsusi qiymət verilməlidir. Həmçinin iddiaçıya məxsus olan əşyaların miras əmlakda qalması onun faktiki olaraq mirası qəbul etməsi kimi qiymətləndirilməlidir. Qeyd olunmalıdır ki, mübahisələndirilən vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında da Cavabdeh2 və övladı Nurlan Əliməmmədov yeni qaydada ünvan 3 (köhnə qaydada Gəncə şəhəri, Mirzağa Əliyev küçəsi, 1-ci döngə, ev 1) ünvanının paylı mülkiyyətində olması barədə 03 aprel 2023-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********37-10301 reyestr nömrəli Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrdən Çıxarış almışlar. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı həmin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni mübahisələndirməkdə haqlıdır. Bu səbəbdən məhkəmə hesab edir ki, mərhum X4 miras qalmış mübahisə predmeti olan yeni qaydada ünvan 15 ünvanına (köhnə qaydada ünvan 16 saylı Notariat Ofisi tərəfindən verilmiş 2V-57 reyestr nömrəli 07 aprel 2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ şəhadətnamə qanuvericiliyin müəyyənləşdirilmiş şərtlərini pozmaqla verildiyindən və iddiaçı ilə yanaşı Cavabdeh2 və onun oğlu Nurlan Əliməmmədovun payı da nəzərə alındıqda etibarsız hesab olunmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.3-cü maddəsinə əsasən, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Məhkəmə həmçinin hesab edir ki, mübahisəli ünvana dair Cavabdeh2 və onun oğlu Nurlan Əliməmmədovun adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış törəmə hüquq münasibəti olub, həmin mülkə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən törənmişdir. Buna görə də mübahisəli əmlaka dair verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməli olduğundan, törəmə hüquq münasibəti olan mübahisəli ünvana dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış da ləğv edilməlidir. Məhkəmə həmçinin cavabdeh tərəfin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsinə qiymət verərək qeyd edir ki, miras əmlakın qəbulu müddəti özü özlüyündə iddia müddəti deyildir. Bundan başqa iddiaçı əqdin etibarsızlığını mübahisələndirmişdir ki, həmin məsələ də iddia müddətləri ilə bağlı olmayan anlayışdır. Digər tərəfdən iddiaçı miras açıldığı vaxtdan miras əmlakın faktiki olaraq mülkiyyətçisi olduğundan və mülkiyyət hüququ ilə bağlı mübahisələrə də iddia müddəti tətbiq olunmadığından hazırkı mübahisə ilə bağlı iddia müdddətinin hər hansı bir əsasla tətbiq olunması mümkünsüzdür. Bundan başqa, məhkəmə qeyd edir ki, mirasqoyan İlqar Əliməmmədov xx.xx.2015ci il tarixdə vəfat etmiş, iddiaçının bu barədə məlumat olsa da iş materiallarına əlavə edilmiş Rusiya Federasiyası Səhiyyə və Sosial İnkişaf Nazirliyi X28 şəhəri üzrə TSE BB FDM 5 saylı Filial tərəfindən verilmiş MЭE-2007 seriyalı, ******* nömrəli arayışa əsasən xx.xx.1991-ci il təvəllüdlü İddiaçı oğlunun birinci qrup əlilliyi təyin edilmişdir. Həmçinin iş materiallarına əlavə edilmiş USB Fləş kartda olan görüntülərdən görünür ki, iddiaçı fiziki cəhətdən qüsurlu olmaqla miras əmlakı qəbul etmək üçün notariat ofisinə getmək kimi imkanı olmamış, həmçinin cavabdeh tərəf iddiaçının mübahisəli miras əmlakda yaşamaması barədə hər hansı sübut da təqdim etməmişdir. Belə olan halda məhkəmə cavabdeh tərəfin iş üzrə iddia müddətinin tətbiq edilməsi barədə dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır; 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə məhkəmənin gəldiyi qənaətə görə iddia təmin olunmalı, Gəncə şəhəri 6 saylı Notariat Ofisi tərəfindən verilmiş 2V-57 reyestr nömrəli, 07 aprel 2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməli, həmin şəhadətnamə əsasında Cavabdeh2 və X3 yeni qaydada ünvan 3 (köhnə qaydada Gəncə şəhəri, Mirzağa Əliyev küçəsi, 1-ci döngə, ev 1) ünvanında yerləşən ümumi sahəsi 143 kvadratmetr olan fərdi yaşayış evi və ümumi sahəsi 0.0463 ha torpaq sahəsi üzərində hər birinin 1/2 hissədə paylarının müəyyən edilməsinə dair 03 aprel 2023-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********37-10301 reyestr nömrəli Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrdən Çıxarış ləğv edilməli və yeni qaydada ünvan 3 (köhnə qaydada Gəncə şəhəri, Mirzağa Əliyev küçəsi, 1-ci döngə, ev 1) ünvanında yerləşən miras əmlakda (0.0463 ha torpaq sahəsi və onun üzərində olan ümumi sahəsi 143 kvadratmetr olan fərdi yaşayış evi) X5 qanun üzrə vərəsələri kimi Cavabdeh2, İddiaçı oğlu və X3 hər birinin 1/3 hissədə miras payları müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 115.0.9-cu maddəsinə əsasən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 227, 357-360-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Gəncə şəhəri 6 saylı Notariat Ofisi tərəfindən verilmiş 07 aprel 2022-ci il tarixli, 2V- 57 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilsin. Gəncə şəhəri 6 saylı Notariat Ofisi tərəfindən verilmiş 2V-57 reyestr nömrəli, 07 aprel 2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında Cavabdeh2 və X3 yeni qaydada ünvan 3 (köhnə qaydada Gəncə şəhəri, Mirzağa Əliyev küçəsi, 1-ci döngə, ev 1) ünvanında yerləşən ümumi sahəsi 143 kvadratmetr olan fərdi yaşayış evi və ümumi sahəsi 0.0463 ha torpaq sahəsi üzərində hər birinin 1/2 hissədə paylarının müəyyən edilməsinə dair 03 aprel 2023-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********37-10301 reyestr nömrəli Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrdən Çıxarış ləğv edilsin. Yeni qaydada ünvan 3 (köhnə qaydada Gəncə şəhəri, Mirzağa Əliyev küçəsi, 1-ci döngə, ev 1) ünvanında yerləşən miras əmlakda (0.0463 ha torpaq sahəsi və onun üzərində olan ümumi sahəsi 143 kvadratmetr olan fərdi yaşayış evi) X5 qanun üzrə vərəsələri kimi Cavabdeh2, İddiaçı oğlu və X3 hər birinin 1/3 hissədə miras payları müəyyən edilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №e-2(125)-2501/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-2501/2024
01.10.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver