Məhkəmə qərarları › İş №e-2(125)-2540/2023

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №e-2(125)-2540/2023

08.05.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2(125)-2540/2023 08.05.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X1 qarşı “mirasa payın müəyyən edilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 miras qalmış ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin atası X3 tərəfindən mirası faktik qəbul edilməsi, əmlaka sahiblik etməyi və əmlakı faktik idarə etmək faktının müəyyən edilməsi; Onun ölümündən sonra miras qalmış ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin onun və qardaşı X5 tərəfindən mirası faktik qəbul edilməsi, əmlaka sahiblik etməyi və əmlakı faktik idarə etmək faktının müəyyən edilməsi; ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evininə dair onun 2/4 hissədə payının, cavabdehlər Cavabdeh1 ¼ və Cavabdeh2 ¼ hissədə payının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki iş üzrə xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə baxışı iclasında tərəflər imzaladıqları barışıq sazişi təqdim edərək sazişin məhkəmə tərəfindən təsdiq edilməsini xahiş etmişlər. Sazişin şərtləri aşağıdakı kimidir:

1. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə olan payın əvəzinə xx.xx.2025-ci il tarixədək 15000 (on beş min) manat verməyi öhdələrinə götürürlər.

2. İddiaçı ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə olan payın əvəzinə 15000 (on beş min) manat aldıqdan sonra evə olan payından cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xeyrinə imtina etməyi öhdəsinə götürmüşdür. İddiaçı həmçinin hazırda Gəncə Şəhər Məhkəməsinin icraatında olan 2(125)-2540/2023 saylı iş üzrə iddiasından imtina edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. Tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. Məhkəmə tərəflərin barışıq sazişini təsdiq etdikdə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Qeyd olunan Məcəllənin 262.4-ci maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq tərəflərin barışıq sazişinin göstərilən şərtlərini nəzərdən keçirərək hesab edir ki, barışıq sazişinin qəbul edilməməsi üçün əsaslar yoxdur və həmin saziş üçüncü şəxslərin hüquqlarına toxunmur. Belə olan halda tərəflərin barışıq sazişi təsdiq olunmalı və iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52, 191, 261, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X1 qarşı “mirasa payın müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə tərəflər arasında xx.xx.2023-cü il tarixdə bağlanmış, aşağıdakı şərtlərdən ibarət barışıq sazişi təsdiq edilsin:

1. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə olan payın əvəzinə xx.xx.2025-ci il tarixədək 15000 (on beş min) manat verməyi öhdələrinə götürürlər.

2. İddiaçı ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə olan payın əvəzinə 15000 (on beş min) manat aldıqdan sonra evə olan payından cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xeyrinə imtina etməyi öhdəsinə götürmüşdür. İddiaçı həmçinin hazırda Gəncə Şəhər Məhkəməsinin icraatında olan 2(125)-2540/2023 saylı iş üzrə iddiasından imtina edir. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X1 qarşı “mirasa payın müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Gəncə şəhər Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar