Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2(125)-2593/2025 15.04.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma dövrü üzrə əməkhaqqı tələbinə dair mülki işə, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən verilmiş 24 fevral 2025-ci il tarixli, 84 nömrəli əmrin ləğv edilməsi, onun əvvəlki vəzifəyə bərpa edilməsi və ona məcburi iş buraxma dövrünün əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı vəsatət verərək məhkəmədə iddiaçı olduğu işə bərpa tələbinə dair hazırkı mülki işin məhkəmənin başqa hakiminin icraatında olan 2(125)-1713/2025 nömrəli “əmək müqaviləsinin müddətsiz hesab edilməsi və əsassız verilmiş töhmətin ləğv edilməsi” tələbinə dair mülki işə birləşdirilərək eyni icraatda baxılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaçı tərəfindən verilmiş vəsatətin təmin edilməsinə etiraz etmədi. İşin məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Gəncə Şəhər Məhkəməsinin hakimi Zaman İmanovun icraatında İddiaçı Cavabdehnə qarşı “əmək müqaviləsinin müddətsiz hesab edilməsi və əsassız verilmiş töhmətin ləğv edilməsi” tələbinə dair 2(125)-1713/2025 nömrəli mülki iş vardır. Məhkəmə, iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iddiaçının vəsatətini və mülki işlərin materiallarını nəzərdən keçirərək hesab edir ki, hər iki iddia tələbi üzrə mülki işlər bir biri ilə bağlı olmaqla eyni tərəflər arasında olan əmək hüquq münasibətlərindən irəli gələn mübahisələr olduğundan bir icraatda birləşdirilməsi ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün məqsədəmüvafiqdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 169.3-cü maddəsinə hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Həmin Məcəllənin 169.4-cü maddəsinə əsasən bu Məcəllənin 169.1-169.3-cü maddələrində göstərilən hərəkətləri hakim çəkişmə prinsipinə əməl etməklə həmin məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər. Həmin Məcəllənin 43.2-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, göstərilən mülki işlər arasında səbəbli əlaqə vardır, habelə bu tələblərə birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxılmaqla nəticələnə bilər. Göstərilənlərə əsaslanaraq məhkəmə hesab edir ki, qeyd edilən iddialar əsasında mülki işlər birləşdirilərək, həmin işlərə bir icraatda baxılmalıdır. Şərh olunanlara əsaslanaraq və MPM-in 43, 169, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Gəncə Şəhər Məhkəməsinin icraatında olan, İddiaçı Cavabdehnə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma dövrü üzrə əməkhaqqı” tələbinə dair iddiası üzrə e-2(125)-2593/2025 nömrəli mülki iş Gəncə Şəhər Məhkəməsinin hakimi Zaman İmanovun icraatında olan İddiaçı Cavabdehnə qarşı “əmək müqaviləsinin müddətsiz hesab edilməsi və əsassız verilmiş töhmətin ləğv edilməsi” tələbinə dair iddiası üzrə 2(125)-1713/2025 nömrəli mülki işə birləşdirilsin. Mülki iş üzrə icraat 2(125)-1713/2025 nömrə altında davam etdirilsin. Sədrlik edən: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №e-2(125)-2593/2025
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №e-2(125)-2593/2025
15.04.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver