Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-2595/2024 14.06.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh, onun nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «mənzildən çıxarılma» tələbi barədə iddiasına, Cavabdeh İddiaçı qarşı «pul» tələbi barədə qarşılıqlı iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Orucov X6 Mina Eldar qızına qarşı Cavabdeh İddiaçı mülkiyyətində olan Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən 109 nömrəli evin 57 nömrəli mənzilindən çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmçinin Cavabdeh İddiaçı qarşı İddiaçı Cavabdeh xeyrinə 76.000 manat məbləğində pul vəsaitinin tutulması tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı izahatında göstərdi ki, o, bir müddət Rusiya Federasında yaşamış, Azərbaycan Respublikasına qayıtdıqdan sonra isə tərəvəz, xüsusilə də kartof ticarəti ilə məşğul olmuş, əlində olan nağd pul vəsaitindən gəlir əldə etməyə çalışmışdır. 2019-cu ildə ortaq tanışlarının toy məclisində o, X10 ilə tanış olmuş, B.İ.Kazımlının daşınmaz əmlakın alqı-satqısı ilə məşğul olduğunu bilmişdir. 2022-ci ilin əvvəllərində X10 ilə onun arasında mənzillərin alqı-satqısı barədə razılıq əldə olunmuşdur. Həmin razılığa uyğun olaraq, X10 onun vəsaiti hesabına zəif təmirli mənzillər almalı, həmin mənzilləri onun vəsaiti hesabına təmir etdirməli və daha sonra müştəri tapıb, təmir edilmiş mənzili satmalı, mənzilin alqı-satqısından əldə olunan qazancın 70 faizi ona, 30 faizi isə X7 qalmalı idi. O, Tovuz rayonunda yaşadığına və Gəncə şəhərini, həmçinin Gəncə şəhərində fəaliyyət göstərən ustaları, burada yaşayan insanları tanımadığına, mənzillərin və usta xidmətlərinin qiymətlərini bilmədiyinə görə mənzillərin alqı-satqısı, eləcə də təmiri üçün vəsaiti əksər hallarda X7 vermiş, X7 inanmışdır. Bu qaydada o və X13 2-3 mənzilin alqı-satqısını həyata keçirmişdir. Onlar Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən 109 nömrəli evin 57 nömrəli mənzilini də eyni qaydada 37.000 manat məbləğinə almış, təmir etdikdən sonra 48.000 manata satmaq qərarına gəlmişlər. Bu məqsədlə X2 Mina Eldar qızının Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən 109 evin 57 nömrəli mənzili almaq istədiyini, lakin Cavabdeh əlində nağd 30.000 manat məbləğində pulunun olduğunu, mənzilin dəyəri olan 48.000 manat məbləğində pulun 30.000 manat məbləğində hissəsinin beh müqaviləsi şəklində ilkin, digər 16.000 manat məbləğində hissəsinin isə bir neçə aya hissə-hissə ödəniləcəyini demişdir. O, X1 əsasında Cavabdeh ilə görüşmüş, həmin mənzili Cavabdeh ilə aralarında olan razılaşmaya uyğun olaraq, 48.000 manat məbləğinə Cavabdeh satmışdır. Cavabdeh qeyd olunan məbləğin 2.000 manat məbləğində hissəsini avans şəklində ödədiyinə görə rəsmiləşdirmədə alqısatqı qiyməti 46.000 manat məbləği kimi göstərilmişdir. Qeyd olunan 46.000 manat məbləğində pul vəsaitinin 28.000 manat məbləğində hissəsini Cavabdeh beh olaraq, xx.xx.2023-cü il tarixdə ona ödəmiş, növbəti ayda isə Gəncə şəhəri 3 saylı notariat ofisinin qarşısında X4 iştirakı ilə 2.000 manat məbləğində pul vəsaitini vermişdir. Cavabdeh beh müqaviləsində nəzərdə tutulmuş qaydada 16.000 manat məbləğində borcunu isə xx.xx.2023-cü il tarixədək ona ödəməmişdir. Buna görə də onunla Cavabdeh arasında mübahisəli vəziyyət yaranmışdır. 2023-cü ilin noyabr ayında yaranmış vəziyyətlə əlaqədar o, Gəncə Şəhəri Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinə müraciət etmişdir. Gəncə Şəhəri Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsində aparılmış qeyri-rəsmi araşdırma zamanı X2 Mina Eldar qızının ödəməli olduğu 16.000 manat məbləğində pul vəsaitini B.İ.Kazımlının özünə verdiyini və həmin 16.000 manat məbləğində pulun 10.500 manat məbləğində hissəsini B.İ.Kazımlının öz borcu kimi ona qaytardığını, digər 5.500 manat məbləğində vəsaiti isə alqı-satqı məqsədi ilə Gəncə şəhəri 3 saylı notariat ofisinin arxasında yerləşən mənzilin təmirinə sərf etdiyini bildirmişdir. O, yalnız həmin vaxt B.İ.Kazımlının Cavabdeh onun adından pul vəsaiti aldığından xəbərdar olmuşdur. Buna qədər isə heç vaxt o, Cavabdeh ona çatdırılması üçün B.İ.Kazımlıya pul verməsini bilməmiş, heç vaxt ona çatası pulu B.İ.Kazımlıya verməyi Cavabdeh tapşırmamışdır. X4 ona olan borcu da mənzilin alqısatqısı ilə əlaqədar yaranmışdır. Belə ki, o, Gəncə şəhəri, Kəpəz rayonu, Fərrux Əhmədov küçəsində yerləşən 7 nömrəli evin 16 və 17 nömrəli mənzillərini 48.000 manat məbləğinə almaq üçün mənzilin sahibini görmədən ilkin olaraq, 26.600 manat məbləğində pul vəsaitini X7 vermiş, bundan uzun müddət keçdikdən sonra isə mənzilin həqiqi sahibi ilə görüşərkən həmin şəxs X4 ona heç bir məbləğdə pul vəsaiti vermədiyini bildirmişdir. X11 Cavabdeh aldığı pulu məhz özünün 26.600 manat məbləğində borcunun qaytarılması kimi ona təqdim etmişdir. X10 onunla aralarında olan işgüzar münasibətlərdən daim sui-istifadə etmiş, hətta təmir üçün ustalara verilməli vəsaiti ondan alsa da, bəzi vaxtlar ustalara həmin pulu verməmişdir. Hazırda Cavabdeh onunla bağlanmış beh müqaviləsinin şərtlərini pozduğuna görə o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Onun iddiası əsaslı olsa da, Cavabdeh qarşılıqlı iddiası əsassızdır. Sonda İddiaçı ilkin iddianın təmin, qarşılıqlı iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahatında göstərdi ki, əvvəllər onun yaşamaq üçün mənzili olmadığına görə kirayə mənzil axtararkən daşınmaz əmlakın alqı-satqısı və kirayəsi ilə məşğul olan X10 ilə tanış olmuş, X5 tapdığı Gəncə şəhəri, Dədə Qorqud küçəsində yerləşən mənzildə 3 il müddətində kirayədə yaşamışdır. 2022-ci ilin sonları və 2023-cü ilin əvvəllərində o, mənzil almaq qərarına gəlmiş, bu məqsədlə X7 müraciət etmişdir. X3 şəhəri, Ş.İ.Xətai prospektində yerləşən 109 nömrəli evin 57 nömrəli mənzilini ona göstərmiş və həmin mənzilin 48.000 manat məbləğinə satıldığını ona demişdir. Lakin onun 30.000 manat məbləğində ilkin ödəniş ödəməyə maddi imkanı olmuşdur. Buna görə də X10 mənzilin sahibi ilə əlaqə saxlamış, 30.000 manat məbləğində pul vəsaitinin beh kimi ödənilməsi, digər 18.000 manat məbləğində pul vəsaitini isə xx.xx.2023-cü il tarixədək ödənilməsi barədə razılıq əldə etmişdir. Bundan sonra X10 onunla İddiaçı tanış etmişdir. O, mənzilin dəyərindən ilkin olaraq, 2.000 manat məbləğində pul vəsaitini İddiaçı vermiş, 28.000 manat məbləğində pul vəsaitini isə xx.xx.2023-cü il tarixdə beh müqaviləsi bağlanarkən depozit hesaba köçürmüşdür. 2023-cü ilin fevral ayında isə o, 2.000 manat məbləğində ödənişi İddiaçı ödəmək üçün Gəncə şəhəri 3 saylı notariat ofisinə getmiş, lakin burada ödənişlərin notariat qaydasında aparılmasına ehtiyac olmadığı bildirilmişdir. Bundan sonra o, İddiaçı və X10 3 saylı notariat ofisinin qarşısına getmişdir. Burada o, 2.000 manat məbləğində pul vəsaitini İddiaçı vermiş, İddiaçı ona ödənilməli olan pulları bundan sonra X7 verməyi ona tapşırmış, hətta X10 ilə ortaq iş gördükləri və mənafelərinin eyni olduğunu, eyni adamlar olduğunu ona bildirmişdir. Həmin vaxt onun tanışı X15 isə avtomobildə əyləşib, onu gözləmişdir. Qeyd olunan səbəbdən də həmin danışıqlar əsasında o, mənzilə görə aparmalı olduğu 16.000 manat məbləğində ödənişi X10 vasitəsi ilə İddiaçı ödəmişdir. Lakin İddiaçı müxtəlif bəhanələrlə mənzilin onun adına rəsmiləşdirilməsindən boyun qaçırmış, rəsmiləşdirilmənin aparılmamasının səbəblərini soruşduqda isə onunla hər hansı problemin olmadığını, sadəcə X4 digər borcunun ödənilməsi üçün rəsmiləşdirməni aparmadığını və X4 digər borcunu qaytardığı vaxt rəsmiləşdirməni tamamlayacağını demiş, narahatçılığa əsas olmadığına onu inandırmağa çalışmışdır. Buna baxmayaraq, o dəfələrlə İddiaçıla əlaqə saxlamışdır. 2023-cü ilin noyabr ayında Gəncə Şəhəri Baş Polis İdarəsinin 1 saylı Polis Şöbəsində aparılmış qeyri-rəsmi araşdırma zamanı da X10 onun 16.000 manat məbləğində pul vəsaitini ödədəyini İddiaçı bildirmişdir. Bütün bunlara baxmayaraq, İddiaçı mənzilin rəsmiləşdirilməsini təmin etməmişdir. O, Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən 109 nömrəli evin 57 nömrəli mənzilindən çıxmağa razıdır. Lakin İddiaçı onun xeyrinə 76.000 manat məbləğində pul vəsaiti tutulmalıdır. Sonda Cavabdeh qarşılıqlı iddianın təmin, ilkin iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi (vəkili) Nümayəndə Cavabdeh izahatını müafiə edərək, qarşılıqlı iddianın təmin, ilkin iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsini (vəkilini) və şahidlərin izahatlarını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ilkin iddia və qarşılıqlı iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində göstərdi ki, o, əvvəllər danışınmaz əmlakın alqı-satqısı və kirayəsi xidmətlərinin göstərilməsi ilə məşğul olmuşdur. Lakin «Covid19» pandemiyası dövründə tətbiq olunan karantin müddətində öz fəaliyyətini saxlamış, yalnız öz tanışlarının mülkiyyətində olan daşınmaz əmlakın alqısatqısı və kirayəsindən qazanc əldə etmişdir. İddiaçı o, 2019-cu ildə ortaq tanışlarının toy məclisində tanımış və 2022-ci ilin əvvəllərində İddiaçı ona birlikdə evlərin alqı-satqısı ilə məşğul olub, qazanc əldə etməyi təklif etmişdir. Onlar arasında olan razılığa uyğun olaraq, o, İddiaçı vəsaiti hesabına zəif təmirli mənzillər almalı, həmin mənzilləri İddiaçı vəsaiti hesabına təmir etdirməli və daha sonra müştəri tapıb, təmir edilmiş mənzili satmalı, mənzilin alqı-satqısından əldə olunan qazancın 70 faizi İddiaçı, 30 faizi isə ona qalmalı idi. O və İddiaçı birlikdə 5 mənzil alıb, təmir etdirmişlər. Həmin mənzillərdən biri Cavabdeh satılmış, Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən 109 nömrəli evin 57 nömrəli mənzil; ikincisi və üçüncüsü Gəncə şəhəri, Əziz Nəzərov küçəsində yerləşən 7 nömrəli evin 16 və 17 nömrəli mənzilləri; dördüncü mənzil Gəncə şəhəri, Ş.İ.Xətai prospektində, «Gəncə Cihazqayırma» zavodu ilə üzbəüz binada yerləşən mənzil; beşinci Gəncə şəhəri, F.Əmirov küçəsində 3 saylı notariat ofisinin arxasında yerləşən binadakı mənzil olmuşdur. Həmin mənzillərdən dördünü o və İddiaçı birlikdə almış, təmir etdirmiş və satmış, yalnız Gəncə şəhəri, F.Əmirov küçəsində 3 saylı notariat ofisinin arxasında yerləşən binadakı mənzili birlikdə alıb, təmir etdirsələr də, həmin mənzilin satılmasından onun məlumatı olmamışdır. Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən 109 nömrəli evin 57 nömrəli mənzili o və İddiaçı 37.000 manat məbləğinə almış və təmir etdirmişlər. O, bir neçə il bundan əvvəl Cavabdeh Gəncə şəhəri, Dədə Qorqud küçəsində kirayə mənzil tapmış, Cavabdeh 3 il həmin mənzildə yaşadıqdan sonra 2022-ci ilin sonlarında mənzil almaq istədiyini və 30.000 manat məbləğində nağd vəsaitinin olduğunu ona demişdir. O, bu barədə İddiaçı məlumat vermiş, Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən 109 nömrəli evin 57 nömrəli mənzilini 48.000 manat məbləğinə satmağa razı olduğunu bildirmişdir. Bundan sonra o, İddiaçı və Cavabdeh tanış etmiş, əldə olunmuş ilkin razılaşma əsasında Cavabdeh ilkin ödəniş şəklində 2.000 manat məbləğində pul vəsaitini İddiaçı vermişdir. Buna görə də xx.xx.2023-cü il tarixdə beh müqaviləsi bağlanarkən mənzilin qiyməti 48.000 manat deyil, 46.000 manat kimi göstərilmiş, 46.000 manat məbləğində pul vəsaitinin 28.000 manat məbləğində hissəsi beh müqaviləsi bağlanarkən depozit hesaba köçürülmüşdür. Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən 109 nömrəli evin 57 nömrəli mənzilinin dəyərinin 18.000 manat məbləğində hissəsi isə hissə-hissə ödənilməli idi. Bununla əlaqədar olaraq, 2023-cü ilin fevral ayında o, İddiaçı və Cavabdeh 2.000 manat məbləğində pul vəsaitinin ödənilməsinin rəsmiləşdirilməsi üçün Gəncə şəhəri 3 saylı notariat ofisinə getmiş, lakin notariat ofisində hər ayın ödənişlərinin rəsmiləşdirilməsinə ehtiyac olmadığı və yalnız sonuncu ödənişdə özgəninkiləşdirilmə üçün notariat ofisinə gəlməli olduqları izah olunmuşdur. Buna görə də o, İddiaçı və Cavabdeh Gəncə şəhəri 3 saylı notariat ofisindən çıxaraq, həmin notariat ofisinin qarşısına getmiş və burada Cavabdeh 2.000 manat məbləğində pul vəsaitini İddiaçı vermişdir. Həmin vaxt İddiaçı ona ödənilməli olan digər 16.000 manat məbləğində pul vəsaitini hər ay hissə-hissə çatdırılması üçün ona verməyi Cavabdeh tapşırmış, hətta onunla mənzillərin alqı-satqısı ilə məşğul olduqlarını izah edib, eyni adam olduqlarını Cavabdeh bildirmişdir. Bundan sonra Cavabdeh hər ay razılaşdırılmış vaxtda mənzilin avans, beh və 2.000 manat ödəniş çıxıldıqdan sonra qalan dəyəri qismində 16.000 manat məbləğində pul vəsaitini İddiaçı çatdırmaq üçün ona vermişdir. O, Cavabdeh İddiaçı çatdırmaq üçün ona verdiyi 16.000 manat məbləğində pul vəsaitinin 10.500 manat məbləğində hissəsini şəxsən İddiaçı vermiş, digər 5.500 manat məbləğində pul vəsaitini isə İddiaçı sərəncamı əsasında satmaq üçün birlikdə aldıqları mənzillərin təmirinə sərf etmişdir. 2023-cü ilin noyabr ayında Cavabdeh Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən 109 nömrəli evin 57 nömrəli mənzilin öz adına rəsmiləşdirilməsini tələb etdikdə isə İddiaçı müxtəlif bəhanələrlə rəsmiləşdirilməni aparmaqdan boyun qaçırmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 ifadəsində göstərdi ki, o, əvvəllər Cavabdeh məişət texnikaları satan «Galaxy» firmasında birlikdə işləyərkən tanımışdır. O, Cavabdeh mənzil alması ilə maraqlanmış, Cavabdeh mənzilin dəyərini tam ödəsə də mənzilin alqı-satqısının rəsmiləşdirilmədiyini bilmişdir. Buna görə də o, sonradan tanıdığı İddiaçı ilə 2023-cü ilin 27-28 dekabr tarixində əlaqə saxlamış, pul vəsaiti tam ödənilsə də, rəsmiləşdirmənin aparılmamasının səbəblərini İddiaçı soruşmuşdur. Bu zaman İddiaçı onun Cavabdeh ilə hər hansı probleminin olmadığını, mənzilin rəsmiləşdirilməsini B.İ.Kazımlının borcu ilə əlaqədar aparmadığını bildirmiş, «Yeni il» bayramından sonra rəsmiləşdirilmə aparılacağını demiş, Cavabdeh narahat olmasına əsas olmadığına onu inandırmışdır. Lakin o, daha sonra İddiaçıla əlaqə saxlayarkən İddiaçı onunla hədə tonunda və fərqli məzmunda danışmağa başlamış, mənzili Cavabdeh adına rəsmiləşdirməkdən boyun qaçırmışdır. İşdə olan xx.xx.2022-ci il tarixli ********** nömrəli çıxarışdan görünür ki, Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən 109 nömrəli evin 57 nömrəli mənzil İddiaçı Qafar oğlunun mülkiyyətindədir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli beh müqaviləsindən görünür ki, İddiaçı və Cavabdeh ilə aralarında olan razılaşmaya əsasən İddiaçı ona məxsus Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən 109 nömrəli evin 57 nömrəli mənzili 46.000 manat məbləğinə satmışdır. İddiaçı bu məbləğdən 28.000 manatı əvvəlcədən beh olaraq almış, yerdə qalan 18.000 manatı isə xx.xx.2023-cü il tarixədək alqı-satqı müqaviləsi rəsmiləşdirilən zaman Cavabdeh ödəməyi söz vermişdir. İş materiallarına əlavə olunmuş audio qeydlərdən görünür ki, İddiaçı və X15 arasında olan telefon danışığı zamanı S.F.İsayev pul vəsaitinin Cavabdeh tərəfindən tam məbləğdə X10 vasitəçiliyi ilə ödənildiyini bildirir, İddiaçı isə vəsaitin ona ödənilməsini inkar edir. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən 109 nömrəli evin 57 nömrəli mənzili İddiaçı mülkiyyətində olmuş, İddiaçı həmin mənzili 2022-ci ilin sonu 2023-cü ilin əvvəlində 48.000 manat məbləğinə Cavabdeh satmışdır. İddiaçı və Cavabdeh arasında ilkin razılaşmaya uyğun olaraq, xx.xx.2023-cü il tarixdə tərəflər arasında beh müqaviləsi bağlananadək Cavabdeh evin ümumi dəyərindən 2.000 manat məbləğində ödəniş etmiş, xx.xx.2023-cü il tarixdə isə tərəflər arasında beh müqaviləsi bağlanmışdır. Lakin mənzilin ümumi dəyərindən 2.000 manat məbləğində ödəniş edildiyinə görə həmin beh müqaviləsində mənzilin dəyəri 48.000 manat məbləğində deyil, 46.000 manat məbləği kimi göstərilmişdir. İddiaçı və Cavabdeh arasında bağlanmış qeyd olunan beh müqaviləsinə əsasən İddiaçı ona məxsus Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən 109 nömrəli evin 57 nömrəli mənzilini 46.000 manat məbləğinə satmış, İddiaçı bu məbləğdən 28.000 manatı əvvəlcədən beh olaraq almış, yerdə qalan 18.000 manatı isə xx.xx.2023-cü il tarixədək alqı-satqı müqaviləsi rəsmiləşdirilən zaman Cavabdeh İddiaçı ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh 2023-cü ilin fevral ayında Gəncə şəhəri 3 saylı notariat ofisinin qarşısında 2.000 manat məbləğində pul vəsaitini X4 iştirakı ilə İddiaçı vermişdir. Həmin vaxt İddiaçı növbəti ödənişləri ona çatdırmaq üçün X7 verməyi Cavabdeh tapşırmışdır. Bundan sonra Cavabdeh 2023-cü ilin noyabr ayınadək 16.000 manat məbləğində pul vəsaitini X10 vasitəsi ilə İddiaçı ödəmişdir. Lakin İddiaçı Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən 109 nömrəli evin 57 nömrəli mənzilə mülkiyyət hüququnun Cavabdeh adına rəsmiləşdirilməsini təmin etməmişdir. Orucov X6 Mina Eldar qızına qarşı «mənzildən çıxarılma» tələbi barədə iddia ərizəsi, Cavabdeh İddiaçı qarşı «pul» tələbi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respubikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 140-cı maddəsinə görə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 228.1 və 228.2-ci maddələrinə görə yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair» 16 dekabr 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə imkanını təmin edən əmlak hüququ yalnız notariat qaydasında təsdiq olunan müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yarandığına və istənilən şəxsdən bu hüququn pozulmasının aradan qaldırılmasını tələb etmək səlahiyyətini təmin etdiyinə görə, bu hüquq mahiyyətcə məhdud əşya hüququdur. Bundan fərqli olaraq, yaşayış sahəsi mülkiyyətçisinin hüquqlarının məhdudlaşdırılmasının digər əsaslarından biri kimi Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrində göstərilən ailə münasibətləri əşya hüquqlarına aid edilə bilməz. Belə ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir. Mənzil Məcəlləsinin 30.2-ci maddəsində yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvünün «yaşayış sahəsindən istifadə etmək hüququ» ifadəsi ilə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətləri əsasında yaranmış, yəni ailə hüququ sahəsinə aid olan hüququn (haqqın) həyata keçirilməsi şəkli (forması) nəzərdə tutulmuşdur. Bu hüquq, ailə qanunvericiliyinin ailənin möhkəmləndirilməsi və etibarlı ailə münasibətlərinin təmin edilməsi ilə bağlı ümumi məqsədindən irəli gələn hüquq olmaqla, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinin hüquqlarının sosial təminatı kimi çıxış edir. Bu hüququn yaranması ailə münasibətlərinin mövcudluğu ilə şərtləndiyindən, xüsusi hüquq sahəsinə aid edildiyinə baxmayaraq, onun cəmiyyətin normal mövcudluğu üçün vacib olan ailə, valideyn və uşaq institutlarını qoruyan publik hüquq komponentləri də mövcuddur. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 29.2-ci maddəsinə görə yaşayış sahəsinin mülkiyyətçisi mülki qanunvericiliklə, bu Məcəllə ilə müəyyən edilmiş tələblər nəzərə alınmaqla ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsini kirayə müqaviləsi, əvəzsiz istifadə və ya digər qanuni əsaslarla fiziki və ya hüquqi şəxslərin istifadəsinə vermək hüququna malikdir. Həmin Məcəllənin 30.1-ci maddəsinə görə yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-c maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Mülki işin məhkəmə iclasında tədqiq olunmuş halları ilə Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən 109 nömrəli evin 57 nömrəli mənzilinin İddiaçı mülkiyyətində olduğu və Cavabdeh həmin mənzilə istifadə hüququnun verilməsinə dair Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində nəzərdə tutulan qaydada müqavilə bağlanmadığı, həmçinin Cavabdeh İddiaçıla Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsində təsbit edilmiş qohumluq münasibətinin olmadığı müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, ilkin iddia təmin edilməli, Cavabdeh Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən 109 nömrəli evin 57 nömrəli mənzildən çıxarılmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üqçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəylər ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsində işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə iştirak edən tərəflərin tələblərini müəyyən edə faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarını əsaslandırdığı fatkları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. «Elektron məhkəmə» informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunarsa, həmin ərizə işə tikilir. Mülki iş məhkəmədə tədqiq edilərkən İddiaçı Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən 109 nömrəli evin 57 nömrəli mənzilinin alqı-satqısı ilə əlaqədar Cavabdeh ona xx.xx.2023-cü il tarixdə beh müqaviləsinin bağlanmasınadək 2.000 manat məbləğində pul vəsaitini avans kimi, xx.xx.2023-cü il tarixdə 28.000 manat məbləğində pul vəsaitini beh kimi, 2023-cü ilin fevral ayında 2.000 manat məbləğində pul vəsaitini ödəniş kimi verdiyini, həmçinin X10 ilə aralarında mənzillərin alqı-satqısı üzrə mənzillərin alınmasına, təmir edilməsinə və satılmasına, əldə olunan qazancın bölünməsinə dair razılıq olduğunu etiraf etmişdir. Bununla da Cavabdeh qeyd olunan halları sübut etmə vəzifəsindən azad olmuşdur. Lakin İddiaçı məhkəmə iclasında qarşılıqlı iddiaya etirazının əsası kimi Cavabdeh ona ödəməli olduğu 16.000 manat məbləğində pul vəsaitini X10 vasitəsi ilə ödəməyi Cavabdeh tapşırmadığını göstərmişdir. Məhkəmə İddiaçı qarşılıqlı iddiaya etirazının əsası kimi göstərdiyi həmin halı digər sübutların məcmusu ilə müqayisəli tədqiq edərək, hesab edir ki, həmin xüsusat sübutların məcmusu ilə təkzib olunur, ağlabatan mülahizəyə əsaslanmır və inandırıcı deyildir. Belə ki, İddiaçı məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, 2022-ci ilin əvvəllərində X10 ilə əldə olunmuş razılığa uyğun olaraq, X10 onun vəsaiti hesabına zəif təmirli mənzillər almalı, həmin mənzilləri onun vəsaiti hesabına təmir etdirməli və daha sonra müştəri tapıb, təmir edilmiş mənzili satmalı, mənzilin alqı-satqısından əldə olunan qazancın 70 faizi ona, 30 faizi isə X7 qalmalı idi. O, Tovuz rayonunda yaşadığına və Gəncə şəhərini, həmçinin Gəncə şəhərində fəaliyyət göstərən ustaları, burada yaşayan insanları tanımadığına, mənzillərin və usta xidmətlərinin qiymətlərini bilmədiyinə görə mənzillərin alqı-satqısı, eləcə də təmiri üçün vəsaiti əksər hallarda X7 vermiş, X7 inanmışdır. Bu qaydada o və X13 2-3 mənzilin alqı-satqısını həyata keçirmişdir. Hətta o, Gəncə şəhəri, Kəpəz rayonu, Fərrux Əhmədov küçəsində yerləşən 7 nömrəli evin 16 və 17 nömrəli mənzillərini 48.000 manat məbləğinə almaq üçün mənzilin sahibini görmədən ilkin olaraq, 26.600 manat məbləğində pul vəsaitini X7 vermiş, bundan uzun müddət keçdikdən sonra isə mənzilin həqiqi sahibi ilə görüşərkən həmin şəxs X4 ona heç bir məbləğdə pul vəsaiti vermədiyini bildirmişdir. X11 Cavabdeh aldığı pulu məhz özünün 26.600 manat məbləğində borcunun qaytarılması kimi ona təqdim etmişdir. X10 onunla aralarında olan işgüzar münasibətlərdən daim sui-istifadə etmiş, hətta təmir üçün ustalara verilməli vəsaiti ondan alsa da, bəzi vaxtlar ustalara həmin pulu verməmişdir. Göründüyü kimi İddiaçı öz izahatında X10 ilə aralarında işgüzar münasibətlər olduğunu, hətta mənzillərin təmiri üçün B.İ.Kazımlıya pul vəsaiti verdiyini və B.İ.Kazımlının sözləri əsasında heç bir rəsmiləşdirmə aparmadan heç görmədiyi şəxsdən mənzil almaq üçün 26.600 manat məbləğində pul vəsaitini həmin şəxsə çatdırmaq məqsədi ilə B.İ.Kazımlıya verdiyini qeyd etmişdir. Qeyd olunan xüsusatlar İddiaçı 16.000 manat məbləğində ödənişin ona çatdırılması üçün X7 verilməsinə göstəriş verəcək həddə inanmasının göstəricisidir. Həmçinin Cavabdeh izahatında və şahid X10 ifadəsində 2023-cü ilin fevral ayında İddiaçı mənzilin ödənilməmiş dəyərinin bir hissəsinin əvəzi qismində 16.000 manat məbləğində pul vəsaitinin ona çatdırılması üçün X7 verməyi Cavabdeh tapşırdığını, qeyd olunan səbəbdən də Cavabdeh 16.000 manat məbləğində pul vəsaitini İddiaçı çatdırmaq üçün B.İ.Kazımlıya verdiyini göstərmiş, B.İ.Kazımlı Cavabdeh həmin məbləğdə pul vəsaitini aldığını, onun 10.500 manat məbləğində hissəsini İddiaçı nağd qaydada verdiyini, 5.500 manat məbləğində hissəsini isə İddiaçı sərəncamı əsasında mənzillərin təmirinə sərf etdiyini bildirmişdir. Bundan başqa, şahid X15 məhkəmə iclasında verdiyi ifadəsində 2023-cü ilin İddiaçı ilə 2023-cü ilin 27-28 dekabr tarixində İddiaçıla əlaqə saxlayarkən, İddiaçı mənzilə görə Cavabdeh bütün borcunu ödədiyini və Cavabdeh ilə bağlı heç bir problem olmadığını, mənzilin Cavabdeh adına rəsmiləşdirilməsinin X4 borcu ilə əlaqədar olduğunu dediyini, lakin İddiaçı sonradan öz dediklərinin hamısını təkzib etdiyini göstərmişdir. Məhkəmə iclasında tədqiq edilmiş Cavabdeh izahatı, şahidlər X4 və X9 ifadələri, eləcə də digər sübutlarla İddiaçı ödənilməli olan 16.000 manat məbləğində pul vəsaitinin ona çatdırılması üçün Cavabdeh tərəfindən məhz İddiaçı göstərişi əsasında X7 verildiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 432.1-ci maddəsinə görə əgər kreditor razıdırsa, borclu öhdəliyi hissə-hissə icra edə bilər (öhdəliyin hissə-hissə icrası). Həmin Məcəllənin 433.1-433.3-cü maddələrinə görə borclu öz öhdəliyini kreditora və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. Əgər öhdəliyin icrasını ixtiyarsız şəxs qəbul edərsə, öhdəlik kreditorun buna razılıq verməsi və ya bu icradan fayda götürməsi şərti ilə icra olunmuş sayılır. Öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməsi nəticələrinin riskini daşıyır. Həmin Məcəllənin 491.1 və 491.3-cü maddələrinə görə beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. Behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Beh haqqında razılaşma daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı olduqda, notariat qaydasında təsdiq edilməlidir. Müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır. Həmin Məcəllənin 492.2-ci maddəsinə görə əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. Bundan əlavə, müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, beh məbləği hesaba alınmaqla, zərərin əvəzini digər tərəfə ödəməyə borcludur. Məhkəmə Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən 109 nömrəli evin 57 nömrəli mənzilinin alqı-satqısı ilə əlaqədar Cavabdeh tərəfindən İddiaçı avans qismində 2.000 manat məbləğində, xx.xx.2023-cü il tarixli beh müqaviləsi üzrə beh qismində 28.000 manat məbləğində, mənzilin avans və beh çıxıldıqdan sonra dəyərinin qalan hissəsinin əvəzi qismində 18.000 manat məbləğində pul vəsaiti ödənilməsini nəzərə alaraq, hesab edir ki, avans qismində ödənilmiş 2.000 manat məbləğində pul vəsaiti, beh qismində ödənilmiş 28.000 manat məbləğində pul vəsaitinə görə həmin məbləğin 2 misli qismində 56.000 manat məbləğində pul vəsaiti, mənzilin avans və beh çıxıldıqdan sonra qalan dəyərinin əvəzi qismində ödənilmiş 18.000 manat məbləğində pul vəsaiti, cəmi 76.000 məbləğində pul vəsaiti İddiaçı Cavabdeh xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə mülki işin məhkəmə iclasında müəyyən olunmuş və yuxarıda qeyd edilmiş hallarını nəzərə alaraq, hesab edir ki, ilkin və qarşılıqlı iddia təmin edilməli, Cavabdeh İddiaçı mülkiyyətində olan Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən 109 nömrəli evin 57 nömrəli mənzilindən çıxarılmalı, İddiaçı Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən 109 nömrəli evin 57 nömrəli mənzilinin alqı-satqısı ilə əlaqədar avans qismində ödənilmiş vəsaitin əvəzi qismində 2.000 manat, xx.xx.2023-cü il tarixli beh müqaviləsi üzrə beh qismində ödənilmiş 28.000 manat məbləğində pul vəsaitinə görə həmin məbləğin 2 misli qismində 56.000 manat, mənzilin avans və beh çıxıldıqdan sonra dəyərinin qalan hissəsinin ödənilmiş əvəzi qismində 18.000 manat, cəmi 76.000 manat məbləğində pul vəsaiti Cavabdeh xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, ilkin iddia üzrə ödənilmiş dövlət rüsumu ilkin İddiaçı aid edilməli, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 318 manat məbləğində pul vəsaiti İddiaçı Cavabdeh xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 238-253, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı ilkin iddiası təmin edilsin. Cavabdeh İddiaçı mülkiyyətində olan Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən 109 nömrəli evin 57 nömrəli mənzilindən çıxarılsın. Cavabdeh qarşılıqlı iddiası təmin edilsin. İddiaçı Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən 109 nömrəli evin 57 nömrəli mənzilinin alqı-satqısı ilə əlaqədar avans qismində ödənilmiş vəsaitin əvəzi qismində 2.000 (iki min) manat, xx.xx.2023-cü il tarixli beh müqaviləsi üzrə beh qismində ödənilmiş 28.000 (iyirmi səkkiz min) manat məbləğində pul vəsaitinə görə həmin məbləğin 2 misli qismində 56.000 (əlli altı min) manat, mənzilin avans və beh çıxıldıqdan sonra dəyərinin qalan hissəsinin ödənilmiş əvəzi qismində 18.000 (on səkkiz min) manat, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 318 (üç yüz on səkkiz) manat, cəmi 76.318 (yetmiş altı min üç yüz on səkkiz) manat məbləğində pul vəsaiti Cavabdeh xeyrinə tutulsun. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №e-2(125)-2595/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-2595/2024
14.06.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver