Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-264/2023 30.01.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X3 Əli oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı nümayəndəsi, Vəkil Vdadi oğlunun, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı cavabdehin özünün və əşyalarının mənzildən çıxarılması, iki mənzil arasındakı arakəsmənin bərpa edilməsi və mülkiyyət hüququnun həyata keçirməyə cavabdehin maneə törətməsinə qadağa qoyulması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında, məhkəmə binasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı cavabdehin özünün və əşyalarının mənzildən çıxarılması, iki mənzil arasındakı arakəsmənin bərpa edilməsi və mülkiyyət hüququnun həyata keçirməyə cavabdehin maneə törətməsinə qadağa qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan ünvan 1 ünvandakı mənzildən cavabdehin və cavabdehə məxsus əşyaların çıxarılması, iki mənzil arasındakı arakəsmənin bərpa edilməsi və mülkiyyət hüququnu həyata keçirməyə cavabdehin maneə törətməsinə qadağa qoyulması haqda qətnamə çıxarılmasını xahiş etmişdir. İşin məhkəmədə baxılmağa hazırlanması prosesində İddiaçı nümayəndəsi, Vəkil iddianın dəyişdirilməsi barədə ərizə verərək, mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan ünvan 1 ünvandakı mənzildən cavabdehin çıxarılması və mülkiyyət hüququnu həyata keçirməyə cavabdehin maneə törətməsinə qadağa qoyulması haqda qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi, Vəkil iddianı müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, ünvan 1 ünvandakı mənzil mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Cavabdeh iddiçının böyük qardaşıdır. O, iddiaçıya məxsus həmin mənzilə qanunsuz olaraq yiyələnmək, bu mənzili mənimsəmək istəyir. Belə ki, ondan tələb edilməsinə baxmayaraq mənzildən çıxmır, xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan əmlakı barədə hüquqlarımı həyata keçirməyinə mane olur. Həmçinin cavabdeh öz mənzilinin eyvanı ilə iddiçının mənzilinin eyvanı arasındakı arakəsməni heç bir qanuni əsas olmadan açmışdır və buradan iddiaçının evinə daxil olur. Cavabdehin bu hərəkətləri tamamilə qanunsuzdur və iddiaçının mülkiyyət hüquqları cavabdehin qanunsuz və iddiaçının iradəsi ziddinə olan müdaxiləsindən qorunmalıdır. Odur ki, mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan ünvan 1 ünvandakı mənzildən cavabdehin çıxarılması və iddiaçının mülkiyyət hüququnu həyata keçirməyə cavabdehin maneə törətməsinə qadağa qoyulması haqda qətnamə qəbul qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən etiraf edərək, verdiyi izahatında göstərmişdir ki, qardaşına məxsus ünvan 2 ünvandakı mənzildə qeydiyyatdadır. Həmin mənzilə 2004-cü ildən sonra qeydiyyata düşmüşdür. Mənizilin mülkiyyətçisi qardaşı Asəfdir. Asəfin ona 18000 ABŞ dolları borcu vardır. Bundan əlavə Asəfə məxsus mübahisəli mənzilin təmiri üçün 14000 manat kredir götürüb təmir etdirmişdir. Ona görə də evdən çıxamağa etiraz etmir, lakin çəkdiyi xərcin və Asəfə verdiyi 18000 ABŞ dollarına görə kompensasiya tələb edir. Odur ki, iddiaməhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını, işdə olan sənədləri, yazılı sübutları və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura komitəsi X7 İnventarlaşdırma və Mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli, 22578 saylı Qeydiyyat Vəsiqəsinin surətindən görünür ki, ünvan 3 ünvanında yerlə.ən 29.1 kv.m sahəsi olan 2 yaşayış otağından ibarət 57 mənzil İddiaçı adına mülkiyyət hüququ əsasında qeydə alınmışdır. İşdə olan Azərbaycan Respublikası Gəncə şəhər İcra hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli sərəncamının surıtindın görünür ki, Ş.İ.Xətai prospekti 24 nömrəli binanın yaşayış sahəsi 28.09 kv.m olan 2 otaqlı 57 №-li mənzilinin şəxsi hesab vərəqəsi mərhum X2 adından oğlu İddiaçı adına keçirilmişdir. İşdə olan Forma 2 saylı arayışdan görünür ki, Ş.İ.Xətai prospekti 24 nömrəli binanın yaşayış sahəsi 28.09 kv.m olan 2 otaqlı 57 №-li mənzildə yaşamaq hüququ olan şəxs yalnız İddiaçıdur. İşdə olan Gəncə Dövlət Tİ və MHQİ-nin xx.xx.2005-ci il tarixli 37 saylı qərarından çıxarışın surətindən görünür ki, Ş.İ.Xətai 24/57 saylı mənzil İddiaçı adına özəlləşdirilmişdir. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə ərazi idarəsinin xx.xx.2022-ci il tarixli **********14 saylı məktubundan görünür ki, H.Əliyev prospekti ev 24 ünavnında yerləşən 57 saylı mənzil Gəncə şəhər İcra hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli, 166 saylı sərəncamı və Azərbaycan Respublikası Gəncə şəhər İcra hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Birliyi 5 saylı Mənzil-İstismar Sahəsinin xx.xx.2005-ci il tarixli, 147 nömrəli Forma-2 arayışına əsasən İddiaçı adına qeydiyyata alınaraq xx.xx.2005-ci il tarixli 22578 reyestr nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh İddiaçı oğlu qardaşdırlar. Gəncə şəhəri, H.Əliyev prospekti ev 24 ünavnında yerləşən 57 saylı mənzil Gəncə şəhər İcra hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli, 166 saylı sərəncamı və Azərbaycan Respublikası Gəncə şəhər İcra hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Birliyi 5 saylı Mənzil-İstismar Sahəsinin xx.xx.2005-ci il tarixli, 147 nömrəli Forma-2 arayışına əsasən İddiaçı adına qeydiyyata alınaraq xx.xx.2005-ci il tarixli 22578 reyestr nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Cavabdeh həmin mənzildə qeydiyyatdadır. Mübahisəli mənzildən hazırda Cavabdeh istifadə edir. Odur ki, iddiaçı Cavabdeh cavadehin həmin mənzildən çıxarılması və evdən istifadəyə yaratdığı maneələrin aradan qaldırlması barədə iddia ərizəsi məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olan maddi hüquq normaları əsasında çıxarılır. Məhkəmə iddianın hüquqi əsası ilə bağlı qeyd edir ki, iddia tələbi evdən çıxarılma ilə bağlı olduğundan həmin münasibətlərə mülki qanunvericiliyin istifadə və mülkiyyət münasibətlərini tənzimləyən normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikası MM-nin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Azərbaycan Respublikası MM-nin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüqununun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli Qərarına əsasən 2001-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Göründüyü kimi iş materialları ilə müəyyən olunmuşdur ki, mübahisəli mənzil xx.xx.2005-ci il tarixdə özəlləşdirilərək xx.xx.2005-ci il tarixdə mülkiyyət hüququ ilə iddiaçının adına qeydə alınmışdır. cavabdehin azyaşlı uşaqları ilə birlikdə yaşadığı fərdi yaşayış evi mərhum İddiaçı mülkiyyətindədir. Mənzil özəlləşdirilərkən mənzildə yaşamaq hüququ olan şəxs yalnız İddiaçı olmuşdur. Cavabdeh sonradan həmin evə qeydiyyata düşmüş və həmin mənzildən istifadə etmmişdir. Lakin işin məhkəmədə baxılmağa hazırlamnması zamanı cavabdeh tərəfindən həmin evdən istifadə hüququnun olması ilə bağlı notariat qaydasında təsdiqlənən yazılı razılaşmanın olması, yaxud həmin hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə sübutlar təqdim edilməmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, Gəncə şəhəri, H.Əliyev prospekti ev 24 ünavnında yerləşən 57 saylı mənzil mülkiyyət hüququ ilə iddiaçının adına qeydə alındığından və cavadbehin həmin mənzilə hər hansı hüququ olamdığından iddia təmin edilməli və Cavabdeh ünvan 2 ünvandakı mənzildən çıxarılmalı və iddiaçının mülkiyyət hüququnu həyata keçirməyə cavabdehin maneə törətməsinə qadağan edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220 və 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh ünvan 1 ünvandakı mənzildən çıxarılsın və həmin mənzillə bağlı İddiaçı mülkiyyət hüququnu həyata keçirməyə Cavabdeh maneə törətməsi qadağan edilsin. İş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №e-2(125)-264/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-264/2023
30.01.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver