Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-2645/2025 27.05.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 30000 ABŞ dolları məbləğində pulun, 243 manat ödənilmiş dövlət rüsumunun və 300 manat hüquqi yardıma görə vəkilə ödənilmiş pul vəsaitinin tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, Cavabdeh sonuncunun onun etibarından suiistifadə etməsi nəticəsində ümumilikdə 30000 ABŞ dollar həcmində malları cavabdehə vermişdir. Qeyd edilən əməliyyatda məqsəd Rusiya Federasiyasında həmin malların satışını həyata keçirmək olmuşdur. Sonradan cavabdeh Rusiya Federasiyası ərazisində malların guya ticarət obyektində yerləşdirilməsi barədə video və fotoşəkilləri iddiaçıya göndərmişdir və iddiaçını əmin etmişdir ki, mallar salamatdır və satışa hazırdır. Lakin sonradan cavabdeh iddiaçının zənglərinə cavab verməmiş, 30000 ABŞ dollar həcmində vəsaiti qeyri-qanuni olaraq ələ keçirməklə aradan çıxmışdır. Bundan sonra iddiaçı bu barədə müvafiq hüquq-mühafizə orqanlarına müraciət etmiş, lakin məsələ mülki mübahisə olduğundan HK-1/1417 saylı material üzrə 01 noyabr 2024-cü il tarixli qərarla cinayət işinin başlanması rədd edilmişdir. Bundan sonra iddiaçı xx.xx.2025-ci il tarixli pretenziya məktubu ilə cavabdehə rəsmi müraciət edərək 30000 ABŞ dollar həcmində vəsaitin 3 gün ərzində geri qaytarılmasını tələb etmişdir. Lakin hazırkı tarixədək heç bir vəsait ödənilməmişdir. Bu səbəbdən də, o, məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı məhkəməyə yazılı ərizə təqdim edərək, ərizəsində yazılanları izahatı olaraq qəbul edilməsi, tələbinin təmin olunması və qiyabi qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdeh məhkəmə iclasına gəlmədiyindən, məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçı tərəfi dinləyərək və təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “Cinayət işi başlanılmasının rədd edilməsi haqqında” qərara əsasən, qərarın təsviri hissəsində ğöstərilənlərə əsasən vətəndaş İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işi başlanması rədd edilmişdir. İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixli pretenziyanın (xəbərdarlığın) surətindən görünür ki, sonuncu üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi üçün 30000 ABŞ dolları həcmində vəsaiti 3 gün ərzində ona qaytarmağı təklif etmiş, əks halda məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir (maddə 1091). Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə də şamil edilir (maddə 1092.1). Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Əgər məqsədə çatılması əvvəlcədən qeyrimümkün idisə və verən bunu bilirdisə; əgər verən məqsədə çatmağa vicdansızcasına mane olmuşsa, qaytarma tələbi istisna edilir (maddə 1093). Mülki işin tədqiq edilmiş hallarına əsasən, əldə ediləcək gəlirin, mənfəətin yarıya bölünməsi şərtiylə, cavabdeh tərəfindən həyata keçiriləcək fəaliyyətə iddiaçı tərəfindən 30000 ABŞ dolları pul verilmişdir. İddiaçı həmin fəaliyyətin həyata keçirilmədiyinə əsaslanaraq ödənilmiş pulların geri qaytarılmasını xahiş etmişdir. Beləliklə, varlanmış şəxs olan cavabdehin əməli gözlənilən məqsədə uyğun olmadığından, məhrum olan iddiaçı verdiklərini geri tələb etməkdə haqlıdır. Belə ki, cavabdehin varlanması həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa – gəlir, mənfəət əldə ediləcək fəaliyyətin həyata keçirilməməsi və (ya) gəlirin, mənfəətin bölünməməsinə söykənir. Beləliklə, bu hal, hazırkı iş üzrə əsassız varlanma nəticəsində əldə edilənlərin geri qaytarılmasının tələb hüququnu aradan qaldırmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1 və 106.2-ci maddələrinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Bundan başqa, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 115-ci maddəsinə əsasən, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Bundan başqa, MPM-in 121-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu, həmçinin vəkil xərclərinə ödənilmiş 300 manat cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227,238, 240, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 30000 (otuz min) ABŞ dolları (ödəniş gününə ABŞ dollarının Azərbaycan manatına məzənnəsi nisbətində hesablanmaqla manatla) pul, vəkil xərclərinə ödənilmiş 300 (üç yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 243 (iki yüz qırx üç) manat pul tutularaq İddiaçı ödənilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Gəncə Şəhər Məhkəməsinə ərizə verə bilərlər. Qiyabi qətnamədən qiyabi qətnamənin ləğvi üçün ərizənin verilməsi və həmin ərizəyə baxılması müddəti bitdikdən sonra qətnamənin rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli
Məhkəmə qərarları › İş №e-2(125)-2645/2025
Gəncə Şəhər Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(125)-2645/2025
27.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver