Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-273/2025 07.05.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X3 İsa oğlunun sədrliyi, Həsənov Ariz Arif oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh nümayəndəsi vəkil Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı əmək haqqı və gecikdirilmiş əmək haqqına görə faizlərin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən işlədiyi müddətdə hər növbədə artıq işlədiyi iş saatına görə 950 manat, gecə növbəsinə görə 330 manat olmaqla, cəmi 1280 manat qeyd olunan məbləğin gecikdirilməsinə görə hər gün üçün faiz pulu olaraq 385 gün gecikdiyi üçün cəmi 6208 manat pulun hesablanaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2023-cu il tarixdə Gəncə Bazar Store MMC ilə əmək müqaviləsi bağlayaraq mühafizəçi işinə qəbul olunmu və aylıq əmək haqqı da 350 manat miqdarında müəyyən edilib. xx.xx.2023-cü il tarixdə işçi sayının ixtisar olunması ilə əlaqədar onunla bağlanmış əmək müqaviləsinə püşkatma nəticəsində ixtisara düşdüyü üçün bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam olunmalı olduğu halda, əmək müqaviləsinə sözügedən Məcəllənin “68.2.a” maddəsinə əsasən (tərəflərdən birinin təşəbbüsü ilə) xitam verilmişdir. Bundan ələvə onunla bağlanmış əmək müqaviləsinin şərtlərinə, eyni zamanda da qanunvericiliyin tələbinə görə onun iş saatı 8 saatdan artıq olmamalı, eyni zamanda da gecə növbəsində olan işçilərə qızaldılmış iş refimi tətbiq edilməli idi, lakin bunun əksinə olaraq cavabdeh orqan onu işlədiyi müddətdə hər növbədə 7 saat artıq işlədib. Belə ki, o, bağlanmış müqavilə üzrə 3 ay işləmişdir, cavabdeh onu hər ay 65 saat artıq işlədib və həmin artıq iş saatına görə də 950 manat pul ödənilməlidir. Eyni zamanda da gecə növbəsinə görə ona əlavə 330 manat olmaqla cavabdeh orqan hazırda ona 1280 manat pul ödəməlidir. Məhkəmədə İddiaçı iştirak etmiş iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, cavabdeh müəssisənin direktoru ona olan əmək haqqı borcunu ödəyəcəyinə söz verdiyindən, Cavabdeh direktoru Mahmud Məmmədzadənin ona heç bir borcunun olmadığı barədə xx.xx.2023-cü il tarixli ərizə vermişdir. Bundan sonra isə ona pul ödənilməmişdir. Aldadıldığını başa düşdükdən sonra, xx.xx.2024-cü il tarixdə ərizədən imtina etmişdir. Sonda iddiaçı iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsi vəkil Nümayəndə məhkəmə iclasında iştirak etmiş və bildirmişdir ki, iş materiallarında olan sənədlərdən, iddiaçının məhkəməyə verdiyi iddia tələbinin məzmunundan və mediasiya müraciət tarixindən aydın olur ki, iddiaçı mübahisələndirdiyi əmək müqaviləsi ilə bağlı mediasiya prosesinin tətbiq olunması ilə bağlı təklif ərizəsini 1 aylıq müddəti ötürməklə göndərmişdir. Bununla da iddiaçı qanunvericiliklə nəzərdə tutulmuş 1 aylıq iddia müddətini ötürmüşdür. Əmək Məcəlləsinin müvafiq maddələrinə görə bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Göstərilənləri rəhbər tutub hazırki mülki iş üzrə iddia müddətini tətbiq etməklə iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra nümayəndəsi vəkil Nümayəndə məhkəməyə İddiaçı Gəncə şəhər 1 saylı notariat ofisində 8İ-7483 reyestr nömrəsi ilə təsdiq edilmiş cavabdeh müəssisənin iddiaçıya heç bir borcunun olmadığı barədə xx.xx.2023-cü il tarixli ərizəsini təqdim edərək, irəli sürülən iddianın əsassız olduğundan rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan xx.xx.2023-cü il tarixli 82 K nömrəli əmrdən görünür ki, Cavabdeh bölməsində "mühafizəçi" vəzifəsində işləyən İddiaçı Zahid oğlu ilə bağlanılmış xxxxxxx000600 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2."a" - tərəflərdən birinin təşəbbüsü» maddəsinə əsasən xx.xx.2023-cü il tarixindən xitam verilmiş, işçinin xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinə qədər istifadə edilməmiş 5.25 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi Maliyyə şöbəsinə/departamentinə həvalə edilmişdir. İşdə olan notarial qaydada təqdiq olunmuş ərizədən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə ərizə imzalayaraq işlədiyi dövr üçün axşam növbəsinə görə ona ödənilməli olan əmək haqqına əlavə hesablanmış vəsaitin tam şəkildə ödənildiyini, onun "xxxx" MMC və direktoru X1 qarşı heç bir iddiasının, şikayətinin və tələbinin olmadığını və gələcəkdə də olmayacağını qeyd etmişdir. İşdə olan notarial qaydada təqdiq olunmuş ərizədən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə ərizə imzalayaraq xx.xx.2023 tarixdə Gəncə şəhər 1 saylı notariat ofisində 8İ- 7483 reyestr nömrəsi ilə təsdiq edilmiş ərizədən ödənişi tam edilmədiyi səbəbindən imtina etdiyini qeyd etmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 294-cü maddəsinin 4-cü bəndinə əsasən məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın çıxardığı qərar işçini və ya işəgötürəni qane etməzsə, həmin mübahisənin həlli üçün onlar məhkəməyə müraciət edə bilərlər. Bu halda məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddəti məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın müvafiq qərar qəbul etdiyi gündən başlanır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2013-cü il tarixli qərarında göstərilir ki, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Məhkəmə iş materiallarında olan sübutları tədqiq edərək, hesab edir ki, hazırki iddianın qaldırılması üçün iddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-ci maddəsi ilə nəzərdə tutulan iddia müddətini ötürməmişdir. Bununla belə, məhkəmə İddiaçı xx.xx.2023-cü il tarixdə verdiyi ərizəsində göstərdiklərini önəçəkib, belə qənaətə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-in 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Beləliklə, işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Doğrudur ki, MPM-in 76.2-ci maddəsi tərəflərin izahatlarını işdə sübut növləri kimi nəzərdə tutur. Məhkəmə bununla yanaşı qeyd edir ki, tərəflər işin nəticəsində maraqlı olduqlarından, MPM-in 106.1-ci maddəsinin tələblərinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Bundan başqa, MPM-in 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə baxılan işdə işin müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddia əsaslı deyildir. Belə ki, iş materiallarından müəyyən olunur ki, İddiaçı xx.xx.2023-cü il tarixdə işlədiyi dövr üçün axşam növbəsinə görə ona ödənilməli olan əmək haqqına əlavə hesablanmış vəsaitin tam şəkildə ödənildiyini, "xxxx" MMC və direktoru X1 qarşı heç bir iddiasının, şikayətinin və tələbinin olmadığını və gələcəkdə də olmayacağını qeyd edərək notarial qaydada təqdiq olunmuş ərizəni imzalamış, həmin müddətdən sonra tərəflər arasında hər hansı bir hüquqi münasibətləri mövcud olmamışdır. Məhkəmə hesab edir ki, ərizədən sonradan imtina edilməsi iddianın təmin edilməsinə əsas vermir. Çünki, İddiaçı xx.xx.2023cü il tarixdə imzaladığı ərizədən qarşı tərəfin öz üzərinə hansısa öhdəliklər götürməsi səbəbindən onun (iddiaçının) ərizəni imzalaması müəyyən edilmir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı Cavabdehnə qarşı əmək haqqı və gecikdirilmiş əmək haqqına görə faizlərin ödənilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi (çatdırıldığı) gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov
Məhkəmə qərarları › İş №e-2(125)-273/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-273/2025
07.05.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver