Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-2737/2024 23.07.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X6 Tahir oğlunun sədrliyi, Səfixanova Arzu Sabir qızının katibliyi və Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən xərclər üzrə pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məcburi icra tədbirləri zamanı tələbkar İddiaçı ASC tərəfindən ödənilmiş 7968,75 manat məbləğində hərracın keçirilməsi ilə əlaqədar çəkilən xərclər, 11156,25 manat məbləğində icra ödənişi ilə əlaqədar çəkilən xərclər, 13371 manat sadələşdirilmiş vergi olmaqla, cəmi 32496 manat, həmçinin məhkəməyə müraciət etmək üçün ödənilmiş 187,49 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(104)-2085 saylı qətnaməsi ilə İddiaçı ASC-nin Cavabdeh qarşı “Nağd pul krediti müqaviləsi” üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası təmin edilərək, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 152720-CNS-18302 saylı “Nağd pul krediti müqaviləsi” üzrə xx.xx.2017-ci il tarixə 90420,05 ABŞ dolları məbləğində əsas borc, 12423,71 ABŞ dolları məbləğində faiz borcu, 974.80 ABŞ dolları məbləğində cərimə, cəmi 103818,56 ABŞ dolları məbləğində ödənişin icra ediləcəyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla və ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pulun İddiaçı ASC-nin xeyrinə tutulması, tutmanın X2 məxsus ünvan 1 ünvanında 0.0398 ha torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 611 kv.m, yaşayış sahəsi 84.4 kv.m, yardımçı sahəsi 526.6 kv.m olan 2 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evinin açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitdən 103818,56 ABŞ dolları məbləğdə ödənişin icra ediləcəyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla və ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pulun İddiaçı ASC-nin hesabına keçirilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi icra olunması üçün Gəncə şəhəri İcra və Probasiya şöbəsinə göndərilmiş, X2 məxsus ev hərrac təşkilatçısı "xxxx" MMC vasitəsi ilə açıq hərraca çıxarılmış və hərracın yekunu olaraq, ipoteka saxlayan İddiaçı ASC tərəfindən əldə edilmişdir. Hərrac təşkilatçısı "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 24 saylı hesab-fakturasında X2 məxsus evin açıq hərracdan satılması ilə əlaqədar 6753,18 manat məbləğində xidmət haqqı və 1215,57 manat məbləğində vergi ödənişinin (18% ƏDV) ödənilməsi nəzərdə tutulmuşdur. Hərrac təşkilatçısı "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 24/1 saylı hesab-fakturasında X2 məxsus mənzilin açıq hərracdan satılması ilə əlaqədar 13371 manat məbləğində sadələşdirilmiş vergi ödənişinin ödənilməsi nəzərdə tutulmuşdur. xx.xx.2023-cü il tarixli ********* saylı ödəniş tapşırığı ilə müəyyən olunur ki, İddiaçı ASC tərəfindən "xxxx" MMCnin "xxxx" ASC-də olan hesabına xx.xx.2023-cü il tarixli 24 saylı hesab-fakturaya əsasən X2 məxsus evin hərrac xidmətinin dəyəri olaraq 6753,18 manat ödənilmişdir. xx.xx.2023cü il tarixli ********* saylı ödəniş tapşırığı ilə müəyyən olunur ki, İddiaçı ASC tərəfindən X1 hesabına xx.xx.2023-cü il tarixli EQ EBDH № 257055 əsasən 1215,57 manat ƏDV ödənilmişdir. xx.xx.2023-cü il tarixli ********* saylı ödəniş tapşırığı ilə müəyyən olunur ki, İddiaçı ASC tərəfindən "xxxx" MMC-nin "xxxx" ASC-nin Nərimanov filialında olan hesabına xx.xx.2023-cü il tarixli 24/1 saylı hesab-fakturaya əsasən 13371 manat məbləğində sadələşdirilmiş vergi ödənilmişdir. xx.xx.2023-cü il tarixli ********* saylı ödəniş tapşırığı ilə müəyyən olunur ki, İddiaçı ASC tərəfindən X1 hesabına 11156,25 manat məbləğində məhkəmə ödənişi ödənilmişdir. Ödəniş tapşırıqlarından görünür ki, 7968,75 manat məbləğində hərracın keçirilməsi xərci, 13371 manat məbləğində sadələşdirilmiş vergi və 11156,25 manat məbləğində icra ödənişi cavabdehin əvəzinə tələbkar İddiaçı ASC tərəfindən ödənilmişdir. Lakin qüvvədə olan qanunvericiliyinin tələbinə əsasən həm icra ödənişi, həm də icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən xərclər (hərracın keçirilməsi xərcləri) borclu kimi cavabdeh tərəfindən ödənilməlidir. Borclu məcburi icra tədbirləri zamanı icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən xərcləri ödəməməklə qanunvericiliklə üzərinə düşən öhdəliyi icra etməmişdir və həmin ödənişləri borclunun əvəzinə tələbkar ödəmiş və bunun nəticəsində, borclu tərəfindən İddiaçı ASC-yə maddi zərər yetirilmişdir. Halbuki, qüvvədə olan qanunvericiliyin tələbinə əsasən həm icra ödənişi, həm də icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən xərclər (hərracın keçirilməsi xərcləri) borclu tərəfindən ödənilir. Məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddianı qəbul etməyərək iddia tələbinin heç bir əsası olmadığını və məbləğlərin qeyri-dəqiq olmasını əsas gətirərək iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilmiş:- Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(104)-2085/2018 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 90420,05 ABŞ dolları əsas borc, 12423,71 ABŞ dolları faiz borcu, 974,80 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 103818,56 ABŞ dolları pul qətnamə icra olunacağı gün milli manat ekvivalentində, ipotekanın dövlət qeydiyyatına alınması üçün köçürülmüş 30 manat və iddia ərizəsinin verilməsi üçün köçürülmüş 30 manat dövlət rüsumunun tutulması, tutmanın ünvan 1 ünvanında 0.0398 ha torpaq sahəsində yerləşən, 611 kv.m ümumi sahədən, 84.4 kv.m yaşayış sahəsindən, 526.6 kv.m yardımçı sahədən ibarət 2 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, həmin evin açıq hərracda satılmaqla əldə olunan vəsaitin borcun ödənilməsinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 250000 manat məbləğində müəyyən edilməsi qət edilmişdir. xx.xx.2019-cu il tarixli 44/04-1 saylı hərracın yekunları barədə protokolun surətindən görünür ki, X2 məxsus Gəncə şəhəri, Nizami rayonu, Əhməd Cəmil (Azərbaycan Bayrağı) küçəsində yerləşən 127 saylı fərdi yaşayış evini 159375 manat qiymətlə tələbkar əldə etmişdir. xx.xx.2023-cü il tarixli, ********* saylı ödəniş tapşırığının surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Əhməd Cəmil (Azərbaycan Bayrağı) küçəsində yerləşən 127 saylı fərdi yaşayış evinin hərracda satılması ilə bağlı İddiaçı ASC tərəfindən "xxxx" MMC-nin hesabına 6753,18 manat ödənilmişdir. xx.xx.2023-cü il tarixli, ********* saylı ödəniş tapşırığının surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Əhməd Cəmil (Azərbaycan Bayrağı) küçəsində yerləşən 127 saylı fərdi yaşayış evinin hərracda satılması ilə bağlı İddiaçı ASC tərəfindən "xxxx" MMC-nin hesabına 13371,00 manat ödənilmişdir. xx.xx.2023-cü il tarixli, ********* saylı ödəniş tapşırığının surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Əhməd Cəmil (Azərbaycan Bayrağı) küçəsində yerləşən 127 saylı fərdi yaşayış evinin hərracda satılması ilə bağlı İddiaçı ASC tərəfindən "xxxx" MMC-nin hesabına 1215,57 manat ödənilmişdir. xx.xx.2023-cü il tarixli, ********* saylı ödəniş tapşırığının surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Əhməd Cəmil (Azərbaycan Bayrağı) küçəsində yerləşən 127 saylı fərdi yaşayış evinin hərracda satılması ilə bağlı İddiaçı ASC tərəfindən Gəncə şəhəri üzrə İcra İdarəsinin hesabına 11156,25 manat ödənilmişdir. İşin müəyyən olunmuş hallarından görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(104)-2085/2018 saylı qətnaməsinə əsasən Cavabdeh İddiaçı ASC-nin xeyrinə 90420,05 ABŞ dolları əsas borc, 12423,71 ABŞ dolları faiz borcu, 974,80 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 103818,56 ABŞ dolları pul qətnamə icra olunacağı gün milli manat ekvivalentində, ipotekanın dövlət qeydiyyatına alınması üçün köçürülmüş 30 manat və iddia ərizəsinin verilməsi üçün köçürülmüş 30 manat dövlət rüsumunun tutulması, tutmanın ünvan 1 ünvanında 0.0398 ha torpaq sahəsində yerləşən, 611 kv.m ümumi sahədən, 84.4 kv.m yaşayış sahəsindən, 526.6 kv.m yardımçı sahədən ibarət 2 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, həmin evin açıq hərracda satılmaqla əldə olunan vəsaitin borcun ödənilməsinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 250000 manat məbləğində müəyyən edilməsi qət edilmişdir. Qeyd olunan qətnamənin icrası ilə bağlı hərrac keçirilmiş, hərracın yekunları barədə xx.xx.2019-cu il tarixli, 44/04-1 saylı protokola əsasən tələbkar (hazırkı iddia üzrə iddiaçı) İddiaçı ASC ipoteka predmeti olan Gəncə şəhəri, Nizami rayonu, Əhməd Cəmil (Azərbaycan Bayrağı) küçəsində yerləşən 127 saylı fərdi yaşayış evini 159375 manat qiymətlə əldə etmişdir. İddiaçı Bank VTB (Azərbaycan)” ASC tərəfindən hərracın keçirilməsi ilə bağlı 6753,18 + 1215,57 =7968,75 manat hərracın keçirilməsi üzrə xgrc, 11156,25 manat məbləğində icra ödənişi (icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xəc) və 13371,00 manat sadələşdirilmiş vergi ödənişi edilmişdir. İddiaçı iddia etmişdir ki, cavabdeh məcburi icra tədbirləri zamanı icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən xərcləri ödəməməklə qanunvericiliklə üzərinə düşən öhdəliyi icra etməmiş, həmin ödənişləri onun əvəzinə tələbkar ödəmiş və bunun nəticəsində cavabdeh tərəfindən iddiaçıya zərər yetirilmişdir. Məhkəmə iş üçün əhəmiyyətli halları araşdırıb, tədqiq edilmiş sübutlara hüquq normaları baxımından qiymət verib belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İcra Haqqında Azərbaycan Respublikası Qanununun 74.1-ci maddəsinə əsasən icra məmuru tərəfindən borcludan tutulmuş, o cümlədən borclunun əmlakının satılmasından əldə olunmuş pul məbləğindən əvvəlcə tələbkarın (tələbkarların) tələblərinin təmin olunması üçün istifadə edilir. İcra Haqqında Azərbaycan Respublikası Qanununun 78.1-ci maddəsinə əsasən icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmuru borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir. Qeyri-əmlak xarakterli tələbin nəzərdə tutulduğu icra sənədi icra edilmədikdə, borclu fiziki şəxsdən on bir manat, borclu hüquqi şəxsdən isə əlli beş manat miqdarında icra ödənişi alınır. İpoteka Haqqında Azərbaycan Respublikası Qanununun (Bundan sonra-X5) 4.1-ci maddəsinə əsasən əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir: əsas borc, faizlər, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi. ( Mad. 4.1.1- 4.1.4 ) X3 47.2-ci maddəsinə əsasən ipoteka predmetinə məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldildikdə ipoteka predmetinin satılmasından əldə olunan gəlir icra məmurlarının depozit hesabına daxil olduqdan sonra 7 təqvim günündən gec olmayaraq icra məmuru tərəfindən aşağıdakı qaydada bölüşdürülür: ipoteka saxlayanın ipoteka ilə təmin olunmuş tələbinin, o cümlədən əsas borcun, faizlərin, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, yaxud icranın gecikdirilməsi nəticəsində dəbbə pulunun və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsinə (bu ödənişlər göstərilən ardıcıllıqla həyata keçirilir); bu Qanunun 4.1.4-cü və 5-ci maddələrində nəzərdə tutulmuş xərclərin ödənilməsinə; sonrakı ipoteka saxlayan ipoteka hüququnu həyata keçirdikdə onun tələbinin ödənilməsinə; bu Qanunun 47.2.1‒47.2.3-cü maddələrində qeyd edilən tələblər tam ödənildikdən sonra “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş məbləğdə icra ödənişinin ödənilməsinə. (Mad.47.2.1, 47.2.2, 47.2.3, 47.2.4) “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 440.4-cü və “Məhkəmə Qərarlarının İcrası Haqqında” Azərbaycan Respublikası Qanununun 74.1-ci maddələrinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2002-ci il tarixli qərarnda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 440.4-cü və “Məhkəmə Qərarlarının İcrası Haqqında” Azərbaycan Respublikası Qanununun 74.1-ci maddəsində olan icra ödənişi icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər icra sənədi üzrə icraat zamanı borcluya tətbiq olunmuş cərimələr ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (Bundan sonra-MM) 319.5-ci maddəsinə əsasən hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur. MM-in 431.1-ci maddəsinə əsasən borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. Məhkəmə iş materiallarında olan sübutlara və qeyd olunan hüquq normalarına istinad edərək hesab edir ki, ipoteka predmetinin hərracda satılması ilə bağlı hərracın təşkili ilə bağlı xərclər iddiaçı tərəfindən ödənildiyindən həmin xərclər üzrə ödənilmiş pul vəsaiti cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin olunmalı, Cavabdeh 19 sentyabr 2019-cu il tarixdə hərracın keçirilməsi ilə bağlı 6753,18 + 1215,57 =7968,75 manat hərracın keçirilməsi üzrə xərc, 11156,25 manat məbləğində icra ödənişi (icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərc) və 13371,00 manat sadələşdirilmiş vergi ödənişi olmaqla, ümumilikdə 32496 (otuz iki min dörd yüz doxsan altı) manat alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 187,49 (bir yüz səksən yeddi manat 49 qəpik) manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutub məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh 19 sentyabr 2019-cu il tarixdə keçirilmiş hərracın nəticələri ilə bağlı 6753,18 + 1215,57 =7968,75 manat hərracın keçirilməsi üzrə xərc, 11156,25 manat məbləğində icra ödənişi (icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərc) və 13371,00 manat sadələşdirilmiş vergi ödənişi olmaqla, ümumilikdə 32496 (otuz iki min dörd yüz doxsan altı) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 187,49 (bir yüz səksən yeddi manat 49 qəpik) manat alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №e-2(125)-2737/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-2737/2024
23.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver