Məhkəmə qərarları › İş №e-2(125)-2819/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-2819/2024

28.08.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-2819/2024 28.08.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, İddiaçı, mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X10, Xıdırova (Əliyeva) Brilyant Məmməd qızının, X24 və X18 iştirakı ilə, İddiaçı Cavabdeh (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X25, X19, X20, X34, X37 və Əliyeva (Xıdırova) Brilyant Məmməd qızı) qarşı «vərəsəlik hüququ haqqında şəhadətnamə və çıxarışın etibarsız hesab edilməsi, daşınmaz əmlakın dövlət qeydiyyatının ləğv edilməsi, vərəsə kimi tanınma və payının müəyyən edilməsi tələbi» barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X25, X19, X20, X34, X37 və Əliyeva (Xıdırova) Brilyant Məmməd qızı) qarşıGəncə şəhəri 4 saylı Notariat Ofisində xx.xx.1993-cü il tarixində 4-3-47 reyestr nömrə ilə təsdiq edilmiş vəsiyyətnamə əsasında verilmiş xx.xx.2009-cu il tarixli, 2V-1-63 reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və onların əsasında Cavabdeh adına verilmiş ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair xx.xx.2012ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi və ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 1/6 hissəsi üzərində vərəsəlik hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki işin məhkəmədə baxılmağa hazırlanması zamanı İddiaçı iddianın dəqiqləşdirilməsinə dair məhkəməyə ərizə təqdim edərək Gəncə şəhəri 4 saylı Dövlət Notariat Kontorunda xx.xx.1993-cü il tarixində 4-3-47 reyestr nömrə ilə təsdiq edilmiş vəsiyyətnamə əsasında verilmiş xx.xx.2009-cu il tarixli, 2V-1-63 reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və onların əsasında Cavabdeh adına verilmiş ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair xx.xx.2012ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi və X11 və X3 miras qalmış ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin 1/6 hissəsi üzərində vərəsəlik hüququnun tanınması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, izahatında bildirdi ki, X6 və anası X13 xx.xx.1951-ci il tarixdə nikaha daxil olmuşlar. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini X6 və anası X13 birgə nikah dövründə yəni 1961-ci ildə əldə etmişlər və sözügedən ev X6nun adına qeydiyyata alınmışdır. O, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində anadan olmuş, həmin evdə yaşamışdır. 1990-cı il tarixdə nikaha daxil olmuş və bununla əlaqədar başqa ünvana köçsə də 1992-ci il tarixdə nikahı pozulduqdan sonra yenidən həmin ünvana qayıtmış və bu günədək orada yaşamışdır. Belə ki, ataanasının sağlığında onların qulluğunda durmuş və onlara baxmışdır. X6 xx.xx.1994-cü il tarixdə vəfat etmiş, anası X13 xx.xx.2004-cü il tarixdə vəfat etmişdir. Ölən günədək valideyinlərinə o baxmışdır. Ondan başqa ata və anasının vərəsələri X34, X37, Əliyeva (Xıdırova) Brilyant Məmməd qızı, X21r. Onun qardaşı oğlu Cavabdeh vəsiyyətnamə əsasında vərəsəlik hüququ ilə sözügedən əmlaka çıxarış əldə etmişdir. O isə atasından qalan və indiyədək yaşadığı əmlaka dair vərəsə olaraq heç bir hüquq əldə edə bilməmişdir. Qardaşları onun Gəncə şəhəri, Mehdi Hüseynzadə küçəsində yerləşən 42 nömrəli fərdi yaşayış evindən çıxmasını tələb etmişlər. Buna görə də o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonda İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X34 izahatında iddianı qəbul etməyərək bildirdi ki, iddiaçı onun bacısıdır. İddiaçı onun valideynlərinin ölümündən əvvəl və sonra daimi şəkildə Gəncə şəhəri, Mehdi Hüseynzadə küçəsində yerləşən 42 nömrəli fərdi yaşayış evində yaşamışdır. Hətta ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən İddiaçı 1 otaq ayırmışdır. Gəncə Şəhəri Kəpəz Rayon Məkhəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi qəbul olunarkən, onlar dəvət etsələr də İddiaçı məhkəməyə getməmiş və pay tələb etməmişdir. Buna görə İddiaçı iddiası əsassızdır. Sonda T.M.Xıdırov iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Xıdırova (Əliyeva) Brilyant Məmməd qızı izahatında göstərdi ki, izahatında iddianı qəbul etməyərək bildirdi ki, iddiaçı onun bacısıdır. İddiaçı onun valideynlərinin ölümündən əvvəl və sonra daimi şəkildə Gəncə şəhəri, Mehdi Hüseynzadə küçəsində yerləşən 42 nömrəli fərdi yaşayış evində yaşamışdır. Gəncə Şəhəri Kəpəz Rayon Məkhəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi qəbul olunarkən, onlar dəvət etsələr də İddiaçı məhkəməyə getməmiş və pay tələb etməmişdir. Buna görə İddiaçı iddiası əsassızdır. Sonda B.M.Xıdırova (Əliyeva) iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında X37 izahatında göstərdi ki, izahatında iddianı qəbul etməyərək bildirdi ki, iddiaçı onun bacısıdır. İddiaçı onun valideynlərinin ölümündən əvvəl və sonra daimi şəkildə Gəncə şəhəri, Mehdi Hüseynzadə küçəsində yerləşən 42 nömrəli fərdi yaşayış evində yaşamışdır. Gəncə Şəhəri Kəpəz Rayon Məkhəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi qəbul olunarkən, onlar dəvət etsələr də İddiaçı məhkəməyə getməmiş və pay tələb etməmişdir. Buna görə İddiaçı iddiası əsassızdır. Sonda E.M.Xıdırov iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında X20 izahatında göstərdi ki, izahatında iddianı qəbul etməyərək bildirdi ki, iddiaçı onun anası Xıdırova (Ramazanova) Rəfiqə Məmməd qızının bacısıdır. İddiaçı Xıdırova (Ramazanova) Rəfiqə Məmməd qızınınvalideynlərinin ölümündən əvvəl və sonra daimi şəkildə Gəncə şəhəri, Mehdi Hüseynzadə küçəsində yerləşən 42 nömrəli fərdi yaşayış evində yaşamışdır. Gəncə Şəhəri Kəpəz Rayon Məkhəməsinin xx.xx.2013cü il tarixli qətnaməsi qəbul olunarkən, onlar dəvət etsələr də İddiaçı məhkəməyə getməmiş və pay tələb etməmişdir. Buna görə İddiaçı iddiası əsassızdır. Sonda N.Ə.Ramazanov iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Cavabdeh, mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X25 və X19 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdirlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını və müstəqil tələb irəli sürməyən üçüncü şəxsləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İşdə olan İ-ИЕ seriyalı 304547 nömrəli doğum haqqında şəhdətnamənin surətindən görünür ki, xx.xx.1960-cı il tarixdə anadan olmuş İddiaçı X6, anası isə X7r. İş materiallarında olan Gəncə şəhəri 7 saylı dövlət notariat kontorunda xx.xx.2009cu il tarixdə, 2V-1-63 reyestr nömrə ilə təsdiq edilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1993-cü il tarixdə 4-37-47 reyestr nömrə ilə təsdiq edilmiş vəsiyyətnamə üzrə xx.xx.1994-cü il tarixdə vəfat etmiş X14 vəsiyyətnamə göstərilən vərəsəsi Cavabdehdur. Miras əmlak AR DƏDRX-nın xx.xx.2009cu il tarixli çıxarışına əsasən mərhum X15 məxsus olan və ünvan 2 ünvanında yerləşən 0,0312 ha torpaq sahəsində yerləşən 1 otaqdan ibarət evdir. İşdə olan Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(043)- 1567/2013 nömrəli qətnaməsinin surətindən görünür ki, X4 Elçin Eyyub oğluna və X29 qarşı «vəsiyyətnamənin, onun əsasında verilmiş vərəsəlik şəhadətnaməsinin və mülkə dair çıxarışın etibarsız hesab edilməsi» tələbinə dair iddia qaldırmışdır. Xıdırova (Əliyeva) Brilyant Məmməd qızı, Xıdırova (Ramazanova) Rəfiqə Məmməd qızı xx.xx.2008-ci il tarixli və X37 xx.xx.2009-cu il tarixli notarial qaydada təsdiq olunmuş ərizələrini məhkəməyə təqdim edərək ataları X11 miras almış ünvan 2 ünvanında yerləşən əmlaka dair paylarını qəbul etmədiklərini bildirmişlər. Gəncə şəhəri 4 nömrəli Dövlət Notariat kontorunda xx.xx.1993-cü il tarixdə 4-3-37 reyestr nömrə ilə təsdiq edilmiş vəsiyyətnamə, Gəncə şəhəri 7 nömrəli Dövlət Notariat kontoru tərəfindən təsdiq edilərək verilmiş xx.xx.2009-cu il tarixli, 2V-1-63 reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və onların əsasında Cavabdeh adına verilmiş ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair xx.xx.2012-ci il tarili,********** qeydiyyat nömrəli çıxarış qismən etibarsız hesab edilmişdir. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 1/4 hissəsi üzərində X18 vərəsəlik hüququ tanınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin daşınmaz əmlaka dair məlumatın və hüquqmüəyyənedici sənədlərin məhkəməyə göndərilməsi barədə xx.xx.2024-cü il tarixli, 3-21-3-33/2-5072/2024 nömrəli arayışdan görünür ki, 3 saylı Gəncə Ərazi İdarəsinin arxiv sənədlərinə və elektron baza məlumatlarına əsasən, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinə dair «Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid» pasport və xx.xx.1962-ci il tarixli “Torpaq qeydi”nə əsasən, X8 adına olmuşdur. Qeyd olunan sənədlər üzrə X14 adına xx.xx.2000-ci il tarixli, **********17- 10301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Gəncə şəhəri 7 saylı Dövlət notariat kontorunun xx.xx.2009-cu il tarixli, 2V-1-63 reyestr nömrəli «Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında» şəhdətnaməyə əsasən, Cavabdeh X14 vərəsəsi tanınaraq adına xx.xx.2009-ci il tarixli, xx.xx.2012-ci il tarixli, **********17-10301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(043)-1567/2013 nömrəli qətnaməsinə əsasən Gəncə şəhəri 4 nömrəli Dövlət Notariat kontorunda xx.xx.1993-cü il tarixdə 4-3-47 nömrəli reyestrlə təsdiq edilmiş vəsiyyətnamə, Gəncə şəhəri 7 nömrəli Dövlət Notariat kontoru tərəfindən təsdiq edilərək verilmiş xx.xx.2009-cu il tarixli 2V-1-63 reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və onların əsasında Cavabdeh adına verilmiş Gəncə şəhəri, Mehdi Hüseynzadə küçəsi 42 saylı fərdi yaşayış evinə dair xx.xx.2012-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış qismən etibarsız hesab edilmiş, Gəncə şəhəri, Mehdi Hüseynzadə küçəsi 42 saylı fərdi yaşayış evinin 1/4 hissəsi üzərində X18 vərəsəlik hüququ tanınmışdır. Sözügedən məhkəmə qətnaməsi icra olunaraq paylı mülkiyyət hüququ üzrə 1/4 hissədə X22 və 3/4 hissədə Cavabdeh adlarına xx.xx.2022-ci il tarixli, **********17-10301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. İşdə olan Gəncə şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-16-5/8-13-1146/2024 nömrəli məktubdan görünür ki, xx.xx.1994-cü il tarixdə vəfat etmiş X14 ailə üzvləri arvadı xx.xx.1928-ci il təvəllüdlü X13 (xx.xx.2004-cü il tarixdə vəfat edib); uşaqları xx.xx.1950-ci il təvəllüdlü Xıdırova (Ramazanova) Rəfiqə Məmməd qızı (xx.xx.2014-cü il tarixdə vəfat edib); xx.xx.1950-ci il təvəllüdlü X30; xx.xx.1955-ci il təvəllüdlü X37; xx.xx.1958-ci il təvəllüdlü X23; xx.xx.1960-cı il təvəllüdlü İddiaçı və xx.xx.1962-ci il təvəllüdlü X27r. İşdə olan Gəncə şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-16-5/8-13-1188/2024 nömrəli məktubdan görünür ki, X26 və X5 xx.xx.1951-ci il 07 saylı akt qeydi ilə Gəncə şəhər Qeydiyyat şöbəsində nikahları qeyd edilmişdir. İş materiallarında olan İİ-ЖГ seriyalı 459532 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X26 xx.xx.1994-cü il tarixdə ölmüşdür. İşdə olan AZ-İ seriyalı 112869 nömrəli ölüm haqqında şəhadətamənin surətindən görünür ki, X13 xx.xx.2004-cü il tarixdə ölmüşdür. İş materiallarında olan АЗВ seriyalı 037428 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X37 xx.xx.1955-ci ildə anadan olmuşdur. X6, anası isə X7r. İşdə olan X24 xx.xx.2009-cu il tarixli ərizəsinin surətindən görünür ki, mərhum X6na məxsus ünvan 2 ünvanında yerləşən əmlakdan ona çatası payı qəbul etmir. İş materiallarında olan V-ЖГ seriyalı 433339 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1978-ci il tarixdə anadan olmuş Cavabdeh atası X31r. İşdə olan xx.xx.1993-cü il tarixli, 4-3-47 reyestr nömrəli vəsiyyətnamənin surətindən görünür ki, X26 özünə məxsus olan ünvan 2 ünvanında yerləşən əmlakı Cavabdeh vəsiyyət etmişdir. İş materiallarına əlavə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, **********77-10302 reyestr nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin və fərdi yaşayış evinin paylı mülkiyyət hüququ üzrə 1/4 hissəsi X28 və 3/4 hissəsi isə Cavabdeh məxsusdur. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş mübahisə edilməyən hallarından görünür ki, X26 və X13 nikahlarını xx.xx.1951-ci il tarixdə qeydə aldırmışlar. «Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid» pasport və xx.xx.1962-ci il tarixli «Torpaq qeydi»nə əsasən, Gəncə şəhəri, Mehdi Hüseynzadə küçəsində yerləşən 42 nömrəli fərdi yaşayış evi X12 məxsus olmuşdur. X14 və X5 vərəsləri onların birgə nikahlarından anadan olmuş uşaqları xx.xx.1950-ci il təvəllüdlü Xıdırova (Ramazanova) Rəfiqə Məmməd qızı (xx.xx.2014-cü il tarixdə vəfat edib); xx.xx.1950-ci il təvəllüdlü X30 (uşaq yaşlarında vəfat edib); xx.xx.1955-ci il təvəllüdlü X37; xx.xx.1958-ci il təvəllüdlü X23; xx.xx.1960-cı il təvəllüdlü İddiaçı və xx.xx.1962-ci il təvəllüdlü X27r. X2 xx.xx.1993-cü il tarixli, 4-3-47 reyestr nömrəli vəsiyyətnamə əsasında özünə məxsus olan Gəncə şəhəri, M.Hüseynzadə küçəsində yerləşən 42 nömrəli Cavabdeh vəsiyyət etmişdir. X26 xx.xx.1994-cü il tarixdə, X13 xx.xx.2004-cü il tarixdə ölmüşdür. Cavabdeh ölərkən onun sağ qalan vərəsələri arvadı X16, uşaqları Xıdırova (Ramazanova) Rəfiqə Məmməd qızı, X37; X23; İddiaçı və X34 olmuşdur. Məhkəmə tətbiq edilməli hüquq normaları ilə əlaqədar qeyd edir ki, X26 və X13 arasında olan əmlakın hüquqi rejiminə münasibətdə 01 iyun 2000-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikasının Nikah və Ailə Məcəlləsinin müddəaları, X11 qalmış mirasa münasibətdə Azərbaycan SSR-in 11 sentyabr 1964-cü il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan SSR Mülki Məcəlləsinin müddəaları, X3 qalmış mirasa münasibətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəaları tətbiq olunmalıdır. 01 iyun 2000-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikasının Nikah və Ailə Məcəlləsinin 23-cü maddəsinə görə ər-arvadın nikah müddətində qazandıqları onların ümumi bitgə mülkiyyətidir. Əmlakın ər və ya arvadın qazancı (gəliri) hesabına əldə edilibedilməməsindən asılı olmayaraq, ər-arvad bu əmlaka bərabər sahiblik, istifadə və sərəncam hüququna malikdirlər. Ər-arvadın ikisindən biri ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduqda və ya digər üzrlü səbəbə görə onun müstəqil qazancı olmadıqda da onlar əmlak üzərində bərabər hüquqa malikdirlər. Nikah müddətində qazanılmış əmlakın ər-arvaddan birinin adına yazıldığından asılı olmayaraq, həmin əmlak üzərində onların hər ikisinin hüququ vardır. Məhkəmə Gəncə şəhəri, Mehdi Hüseynzadə küçəsində yerləşən 42 nömrəli fərdi yaşayış evinin birgə nikah dövründə əldə olunmasını nəzərə alaraq, hesab edir ki, həmin fərdi yaşayış evinin ½ hissəsi X15, digər ½ hissəsi X9 məxsus olmuş, X26 yalnız özünə məxsus hissə üzərində sərəncam vermək, eləcə də vəsiyyət etmək hüququna malik olmuşdur. Azərbaycan SSR-in 11 sentyabr 1964-cü il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan SSR Mülki Məcəlləsinin 527-ci maddəsinə əsasən vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. Həmin Məcəllənin 528-ci maddəsinə əsasən vərəsəlik miras qoyan şəxsin ölməsi ilə, yaxud onun ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 532-ci maddəsinə əsasən qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbəli vərəsələr hesab olunurlar. Həmin Məcəllənin 552-ci maddəsinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilmiş hərəkətlər vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi mirasın qəbulunun iki forması, notarial qaydada ərizə verməklə qəbul və miras əmlakı idarə edərək əmlaka faktiki yiyələnmə formasında qəbul nəzərdə tutulur. X14 birinci növbə vərəsələri arvadı X13 və uşaqları uşaqları Xıdırova (Ramazanova) Rəfiqə Məmməd qızı, X37; X23; İddiaçı və X27r. Mülki işin məhkəmə iclasında müəyyən edilmiş halları ilə təsdiq olunur ki, X14 və X5 vəfatlarından sonra İddiaçı daşınmaz əmlakın faktiki idarə edilməsini həyata keçirərək ona yiyələnsə də, onun X14 mirasında məcburi payı müəyyən olunmamışdır. Halbuki, İddiaçı Gəncə şəhəri, Mehdi Hüseynzadə küçəsində yerləşən 42 nömrəli fərdi yaşayış evinin X14 mülkiyyətində olan ½ hissəsinin 1/6 hissəsinin (6 vərəsənin sayı 5 uşaq və arvad nəzərə alınmaqla) ½ hissəsinə (məcburi pay qanun üzrə vərəsəyə düşən payın yarısını təşkil etdiyinə görə), yəni 1/24 hissədə payı olmuşdur (½ x 1/6 x ½ = 1/24). X1 da əmlakın öz mülkiyyətində olan ½ hissəsindən əlavə digər vərəsələr kimi X11 miras qalmış əmlakın 1/24 hissəsinə payı olmuşdur. Beləliklə, X5 Gəncə şəhəri, Mehdi Hüseynzadə küçəsində yerləşən 42 nömrəli fərdi yaşayış evinin 13/24 hissəsi (½ + 1/24 = 13/24) üzərində mülkiyyət hüququ olmuşdur. Lakin mübahisələndirilən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən həmin hallar nəzərə alınmamış, bununla da qanunvericiliyin tələbləri pozulmuşdur. Buna görə də həmin vəsiyyətnamə qismən etibarsız hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1151.1-ci maddəsinə görə miras (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1-ci maddəsinə görə qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər) valideynlər (övladlığa götürənlər) bərabər pay hüququna malikdirlər. Həmin Məcəllənin 1274-cü maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Həmin Məcəllənin 1291-ci maddəsinə görə miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Həmin Məcəllənin 1255-ci maddəsinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1133.1-ci maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1151.1-ci maddəsinə görə miras (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1-ci maddəsinə görə qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər) valideynlər (övladlığa götürənlər) bərabər pay hüququna malikdirlər. Həmin Məcəllənin 1162-ci maddəsinə görə sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir. Həmin Məcəllənin 1262-ci maddəsinə əsasən əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. Mülki işin məhkəmədə araşdırılması zamanı X13 vəfat edərkən Gəncə şəhəri, Mehdi Hüseynzadə küçəsində yerləşən 42 nömrəli fərdi yaşayış evinin 13/24 hissəsinin onun mülkiyyətində olduğu müəyyən edilmişdir. Qeyd olunan hal nəzərə alındıqda İddiaçı X3 miras qalmış fərdi yaşayış evinin 13/24 hissəsinin 1/5 hissəsində (miras qoyanın uşaqlarının sayı), yəni 13/120 hissəsində payının olduğu müəyyən edilir. Beləliklə, iddiaçının ümumilikdə Gəncə şəhəri, Mehdi Hüseynzadə küçəsində yerləşən 42 nömrəli torpaq sahəsinə və fərdi yaşayış evinin 3/20 hissədə (atadan miras qalmış 1/24 və anadan miras qalmış 13/120 hissələrin cəmi) payı mövcuddur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Beləliklə, məhkəmə mülki işin məhkəmə iclasında müəyyən edilmiş və yuxarıda qeyd olunmuş hallarını nəzərə alaraq, hesab edir ki, iddia qismən təmin edilməli, Gəncə şəhəri 4 saylı Dövlət Notariat Kontoru tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli, 2V-1-63 reyestr nömrəli «vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə» qismən etibarsız hesab edilməli, həmin şəhadətnamə əsasında xx.xx.2012-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində aparılmış ********** nömrəli qeydiyyat qismən ləğv edilməli, İddiaçı X11 miras qalmış Gəncə şəhəri, Mehdi Hüseynzadə küçəsində yerləşən 42 nömrəli daşınmaz əmlakın ½ hissəsinin 1/12 hissəsinə və X3 miras qalmış Gəncə şəhəri, Mehdi Hüseynzadə küçəsində yerləşən 42 nömrəli daşınmaz əmlakın 13/24 hissəsinin 1/5 hissəsinə payı (daşınmaz əmlakda cəmi payı 3/20 hissə) müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası qismən təmin edilsin. Gəncə şəhəri 4 saylı Dövlət Notariat Kontoru tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli, 2V-1- 63 reyestr nömrəli «vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə» qismən etibarsız hesab edilsin və həmin şəhadətnamə əsasında xx.xx.2012-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində aparılmış ********** nömrəli qeydiyyat qismən ləğv edilsin. İddiaçı X11 miras qalmış Gəncə şəhəri, Mehdi Hüseynzadə küçəsində yerləşən 42 nömrəli daşınmaz əmlakın ½ hissəsinin 1/12 hissəsinə və X3 miras qalmış Gəncə şəhəri, Mehdi Hüseynzadə küçəsində yerləşən 42 nömrəli daşınmaz əmlakın 13/24 hissəsinin 1/5 hissəsinə payı (daşınmaz əmlakda cəmi payı 3/20 hissə) müəyyən edilsin. İddiaçı iddiası qalan hissədə təmin edilməsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar