Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2(125)-2840/2025 11.04.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi X2, İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, işə bərpa olunma, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsinin məhkəmə icrааtının mümkünlüyü məsələsinə məhkəmə binаsındа, məhkəmə iclаsındаn kənаr аyrıcа prоsessuаl qаydаdа bаxаrаq müəyyən etdim: İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, işə bərpa olunma, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbi dair iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Cavabdeh xx.xx.2025-ci il tarixli, 3-13-17/Ə78/2025 nömrəli əmrinin və xx.xx.2025-ci il tarixli, 3-13-17/Ə(ş/h) 412/2025 nömrəli əmrinin ləğv edilməsi, onun X1 İdarəsinə mülki mühafizə xidməti üzrə mühafizəçi (fəhlə) vəzifəsinə bərpa edilməsi və ona xx.xx.2024-cü il tarixdən işə bərpa edildiyi günədək məcburi iş buraxdığı günlər üçün əmək haqqının hesablanıb ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri öyrənərək hesab edirəm ki, iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmədən iddiaçıya geri qaytarılmalıdır. Məhkəmə qeyd edir ki, iddia ərizəsindən görünür ki, hazırki tələb Azərbaycan Respublikası Cavabdehnə qarşı yönəlmiş və iddiaçı tərəfindən iddia ərizəsində cavabdeh Azərbaycan Respublikası Cavabdeh hüquqi ünvanı kimi ünvan 1 olan halda iddia cavabdehin (Azərbaycan Respublikası Cavabdeh) hüquqi ünvanının qeydə alındığı məhkəməyə verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 35.1.-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 152.1.3-cü maddəsinə əsasən iddia ərizəsi əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Buna görə də məhkəmə hesab edir ki, iddia ərizəsi Mülki Prosessual Məcəlləsinin 152.1.1 və 152.1.3-cü maddəsinin tələblərinə əsasən geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 152.4.-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddiaçıya izah olunur ki, qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən cavabdehin hüquqi ünvanının olduğu yerin məhkəməsinə müraciət edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149, 152, 263-264, 268-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldım: İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, işə bərpa olunma, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbi barədə iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçı izah olunur ki, qeyd edilən iddia ərizəsində olan nöqsanlar aradan qaldırıldıqdan sonra cavabdehin hüquqi ünvanının (Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi) olduğu yerin məhkəməsinə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən işə baxan Azərbaycan Respublikası Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №e-2(125)-2840/2025
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №e-2(125)-2840/2025
11.04.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver