Məhkəmə qərarları › İş №e-2(125)-289/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-289/2025

06.02.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Ləyaqətsiz vərəsə hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-289/2025 06.02.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X27 Şakir oğlunun sədrliyi X7 iclas katibliyi, İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili) Nümayəndə iştirakları ilə İddiaçı Cavabdeh qarşı “məcburi pay almaq hüququndan məhrumetmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, Gəncə Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “məcburi pay almaq hüququndan məhrumetmə” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun ölümündən sonra məcburi pay almaq hüququndan məhrumetmə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, hal-hazırda yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur. Mülkiyyət hüquqları qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Cavabdeh onun qızıdır. Lakin qızı olmasına və 1-ci qrup əlil olmasına baxmayaraq, cavabdeh nə onunla, nə də ki anası ilə bir dəfə də olsun maraqlanmır. Hətta Xoşqədəm öz azyaşlı qızı X11 onların yanında qalmasına baxmayaraq, onunla da maraqlanmır. Belə ki, cavabdeh əvvəlcə xeyli müddət ərzində Rusiya Federasiyasında yaşamış, daha sonra Türkiyə Respublikasına ərə gedərək orada yaşamışdır. Hazırda isə onun harada yaşaması barədə onda heç bir məlumat yoxdur. Çünki, yuxarıda qeyd etdiyi kimi cavabdeh qızı olmasına baxmayaraq, nə onunla, nə anası ilə, nə də ki, öz doğma qızı ilə bir dəfə də olsun maraqlanmır, qayğısına qalmır. Yəni cavabdeh öz övladlıq və valideynlik borcunu yerinə yetirmir. Hələ bu azmış kimi bir müddət əvvəl yaşadığı evi Xoşqədəmin qızına bağışlamaq istədiyini bildirsə də, onun razılıq verməməsi səbəbindən bunu edə bilməmişdir. Cavabdeh cavabında “mən razılıq vermirəm, əgər mənə bağışlasanız razı olaram, qızıma yox, onsuz da sonda ev mənə qalacaq”-demişdir. Ona görə də yalnız vəsiyyətnamə verməklə kifayətlənməli olmuşdur. Hazırda özünə məxsus olan yaşadığı evi nəvəsi, cavabdehin doğma qızı X18 və həyat yoldaşı X8 vəsiyyət etmişdir. Lakin bilir ki, vəsiyyətnamənin məzmunundan asılı olmayaraq, gələcəkdə Cavabdeh mirasda məcburi payı olacaqdır. Ona görə də onu məcburi pay almaq hüququndan məhrum etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iddiaçı X5 iddia tələbində göstərilənlərə uyğun izahat verdi, əlavə olaraq göstərdi ki, qızı Xoşqədəm təxminən 1 ildən artıqdır ki, onunla eyni küçədə tanımadığı şəxslə ər-arvad münasibətindədir. Qızı əvvəllər 2 dəfə ərdə olmuş və boşanmışdır. Lakin ona qarşı hər hansı nalayiq hərəkət, yaxud cinayət hərəkəti etməmişdir. Onun ayaqlarında problem olsa da arvadı Afər hazırda ona baxır. Həmçinin kənar şəxsin maddi yardımına ehtiyacı da yoxdur. Lakin istəmir ki, qızı Xoşqədəm ona məxsus əmlakdan nə vaxtsa miras pay alsın. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili) Nümayəndə iddia tələbində göstərilənlərə uyğun izahat verərək iddia tələbinin əsaslı olduğu üçün təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh məlumat verilməsinə baxmayaraq heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X19 ifadəsində göstərdi ki, İddiaçı rəsmi nikahdan olan əri, Cavabdeh isə doğma qızıdır. Xoşqədəm 1 ildən artıqdır ki, onların yaşadığı küçədə bir nəfər şəxslə ər-arvad münasibətindədir. Ata-anası ilə maraqlanmır, onlara gedib-gəlmir. Evdən gedən zaman onlara öz həyatını yaşayacağını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərdi ki, İddiaçı qonşusu, Cavabdeh isə Nofəlin doğma qızıdır. Xoşqədəm 1 ildən artıqdır ki, Nofəlin yaşadığı evdə yaşamır. Eşitdiyinə görə qonşuluqda kimsə ilə yaşayır. Xoşqədəmin atasına qarşı hər hansı qeyri-etik hərəkətlər etməsini görməmişdir. Məhkəmə iddiaçı tərəfi və şahidləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AZ İİ 556389 “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, Cavabdeh xx.xx.1990-cü ildə Gəncə şəhərində anadan olmuş, ata qrafasında İddiaçı, anası X12 qeyd edilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən “Çıxarış”ın surətindən görünür ki, ünvan 2 xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına qeydə alınmışdır. - 26 avqust 2024-cü il tarixli vəsiyyətnamənin surətindən görünür ki, İddiaçı harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını ünvan 2 ünvanında qeydiyyatda olan X8 və X18 vəsiyyət etmişdir. Vəsiyyətnamə Gəncə şəhəri 6 saylı notariat ofisinin notariusu X6 tərəfindən təsdiq edilərək reyestrdə 2V-191 nömrə ilə qeyd edilmişdir. - Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, İddiaçı, X13, Cavabdeh, X21, X14, X1 və X2 şəhəri, Nizami rayonu, Əlövsət Məmmədov küçəsi 2ci döngə ev 10A ünvanında pasport qeydiyyatındadırlar. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı cavabdehin doğma atasıdır. Cavabdeh 1 ildən artıqdır ki, iddiaçı ilə eyni küçədə tanımadığı şəxslə ər-arvad münasibətindədir. İddiaçının bildirməsinə görə cavabdeh 2 dəfə ərdə olmuş və boşanmışdır. Lakin cavabdeh iddiaçıya qarşı hər hansı nalayiq hərəkət, yaxud cinayət hərəkəti etməmişdir. İddiaçının ayaqlarında problem olsa da arvadı Afər hazırda ona baxır. Həmçinin kənar şəxsin maddi yardımına ehtiyacı da yoxdur. İddiaçı qızı Xoşqədəmə ona məxsus əmlakdan nə vaxtsa miras pay almaması üçün hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Həmçinin İddiaçı harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını ünvan 2 ünvanında qeydiyyatda olan X8 və X18 vəsiyyət etmişdir. Cavabdeh məhkəmə iclaslarında iştirak etmədiyindən onun iddiaya olan münasibətini öyrənmək mümkün olmamışdır. Məhkəmə hazırkı işin nəticəsi ilə bağlı öz mövqeyini aşağıdakı kimi əsaslandırır. Eyni zamanda məhkəmə hazırkı iş üzrə ləyaqətsiz vərəsə anlayışının nədən ibarət olmasını qeyd etməyi də lazım bilir. Belə ki, müəyyən kateqoriya elə şəxslər vardır ki, həmin şəxsləri Azərbaycan Respublikasının Mülki Məcəlləsi vərəsəlik hüququndan (vərəsə olmaq hüququndan) məhrum edir. Bu şəxslər mülki qanunvericilikdə ləyaqətsiz vərəsə adlanır. Ləyaqətsiz vərəsə dedikdə, müəyyən hallara görə, vərəsəlikdən kənarlaşdırılan və buna görə də vərəsəlik hüququndan məhrum edilən şəxslər başa düşülür. Ləyaqətsiz vərəsə mirası əldə etmək və almaq hüququna malik olmayan şəxsdir. Ləyaqətsiz vərəsə cəmiyyətdəki birgə yaşayış qaydaları baxımından özünün layiq olmayan davranışına görə vərəsəlikdən kənarlaşdırılır. O, özünün etdiyi hüquqa və əxlaqa zidd hərəkətlərin nəticəsində vərəsə olmaq imkanından məhrum olur. Köhnə mülki qanunvericilik ləyaqətsiz vərəsə sırasına üç kateqoriya şəxsi aid edirdi: qanunsuz hərəkət etməklə özlərinin vərəsəliyə çağırılmasına imkan yaradan vətəndaşları; valideynlik hüququndan məhrum edilən vətəndaşları; miras qoyan şəxsi saxlamaq üzrə öz vəzifələrini qəsdən yerinə yetirməyən vətəndaşları (MM-in 531-ci maddəsi). Lakin indiki müasir qanunvericilik valideynlik hüququndan məhrum edilən şəxslərin ləyaqətsiz vərəsə kateqoriyasına aid edilməsi barədə konkret və birbaşa göstəriş ifadə etmir. Amma buna baxmayaraq hesab olunur ki, valideynlik hüququndan məhrum edilmiş şəxslər, miras qoyan şəxsi saxlamaq üzrə öz vəzifələrini yerinə yetirməkdən qəsdən boyun qaçıran şəxslər də ləyaqətsiz vərəsə sırasına daxildir. Beləliklə, Azərbaycan Respublikasının vərəsəlik hüququna görə, ləyaqətsiz vərəsə kateqoriyasına aiddir: müəyyən hallara görə vərəsə olmayan şəxslər (MM-in 1137-ci maddəsi) - İ qrup ləyaqətsiz vərəsələr; valideynlik hüququndan məhrum edilmiş şəxslər (MM-in 1138-ci maddəsi) - İİ qrup ləyaqətsiz vərəsələr; miras qoyanın saxlanması üzrə öhdələrinə qoyulmuş vəzifələrdən qəti surətdə boyun qaçıran şəxslər (MM-in 1138-ci maddəsi) - İİİ qrup ləyaqətsiz vərəsələr. Üçüncü qrup ləyaqətsiz vərəsələr kateqoriyasına o şəxslər daxildir ki, onların üzərinə miras qoyanı saxlamaq vəzifəsi (ailə öhdəliyi) qoyulsun (bu vəzifə qanunla onlara həvalə edilir). Həmin şəxslər miras qoyanı saxlamaq öhdəliyi daşıyan şəxslərdir. Əgər göstərilən şəxslər öhdəliyini yerinə yetirməkdən qəsdən, qərəzli olaraq, qəti surətdə boyun qaçırsalar, ləyaqətsiz vərəsə kimi miras qoyanın qanun üzrə vərəsəsi ola bilmirlər. Miras qoyanın saxlanması üzrə öhdələrinə qoyulmuş vəzifələrdən qəti surətdə boyun qaçıran şəxslərin vərəsəlikdən kənarlaşdırılması yalnız qanun üzrə vərəsəlik zamanı məcburidir. Vəsiyyət üzrə vərəsəlik zamanı isə bu, məcburi deyildir. Valideynlər yetkinlik yaşına çatmayan uşaqlarını saxlamadıqda həmin valideynlər ləyaqətsiz vərəsə kimi uşaqlarının qanun üzrə vərəsəsi ola bilməzlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1137-ci maddəsinə əsasən miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. 1138-ci maddəsinə əsasən valideynlik hüquqlarından məhrum edilmiş və mirasın açıldığı günədək bu hüquqları bərpa edilməmiş valideynlər uşaqlarının qanun üzrə vərəsələri ola bilməzlər. Miras qoyanın saxlanması üzrə öhdələrinə qoyulmuş vəzifələrdən qəti surətdə boyun qaçıran şəxslər də qanun üzrə vərəsə ola bilməzlər, bir şərtlə ki, bu hal məhkəmə tərəfindən təsdiq edilsin. 1139-cu maddəsinə əsasən ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsinə əsas verən hal ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsindən müəyyən əmlak nəticələri əldə edən şəxsin iddiası üzrə məhkəmə tərəfindən müəyyənləşdirilməlidir. 1176.1-ci maddəsinə əsasən vəsiyyət edən qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını vəsiyyətnamə ilə mirasdan məhrum edə bilər və bunu əsaslandırmağa borclu deyildir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 13 dekabr 2011-ci il tarixli Qərarında göstərilir ki, Mülki Məcəllənin 1137-ci maddəsində qeyd olunan miras qoyana qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin hərəkətləri anlayışı həmin Məcəllənin 1203.1ci maddəsinin “məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar” müddəasını tam əhatə etmir. Belə ki, burada miras qoyana qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkətlər məcburi paydan mərhum etmək üçün səbəb kimi götürülsə də, bu cinayətlərin miras qoyanın yalnız son iradəsinin əleyhinə yönəlməsi nəzərdə tutulur. Bununla yanaşı, Mülki Məcəllənin 1138ci maddəsində qanunverici məcburi pay almaq hüququna dair daha bir məhdudiyyət də müəyyən etmişdir. Belə ki, bu maddəyə görə valideynlik hüquqlarından məhrum edilmiş və mirasın açıldığı günədək bu hüquqları bərpa edilməmiş valideynlər uşaqlarının qanun üzrə vərəsələri ola bilməzlər. Miras qoyanın saxlanması üzrə öhdələrinə qoyulmuş vəzifələrdən qəti surətdə boyun qaçıran şəxslər də qanun üzrə vərəsə ola bilməzlər, bir şərtlə ki, bu hal məhkəmə tərəfindən təsdiq edilsin. Göründüyü kimi, Mülki Məcəllənin 1203-cü maddəsi baxımından həmin Məcəllənin 1137 və 1138-ci maddələrində göstərilən hallar qanun üzrə vərəsəlik hüququnun itirilməsinə, eləcə də vəsiyyət edənin öz sağlığında məhkəməyə müraciəti əsasında məcburi pay almaq hüququ olan şəxslərin bu hüquqdan məhrum edilməsinə səbəb olur. Mülki Məcəllənin 1203.1-ci maddəsinin “vərəsəlik hüququndan məhrumetməyə səbəb ola hallar” müddəası həmin Məcəllənin 1137 və 1138-ci maddələrində göstərilən halları əhatə edərək, nəinki miras qoyanın son iradəsinə, həmçinin miras qoyana qarşı yönələn halları ehtiva edir. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququnun təminatına konstitusion zəmanət verir. Konstitusiyanın bu maddəsi vəsiyyət etmə hüququnu geniş anlamda bəyan edərək, vərəsəlik hüququnun təminatı kimi miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilmək hüququnu, digər tərəfdən vərəsə olaraq mirası qəbul edib ona sahib olmaq hüququnu nəzərdə tutur. Vərəsəlik hüquq institutu ailə ilə əmlak hüquq normaları qrupu arasında mövcud ola mülki hüquq münasibətlərini tənzimləyir. Vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə ək etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtləri məhdudlaşdırılmasında özünü göstərir. Roma hüququnun prinsipləri əsas götürülərək əksər Avropa ölkələrinin qanunvericiliyində üzrlü səbəblər olduğu halda miras qoyanın istəyi il mirasda məcburi pay hüququndan məhrumetmə qaydası müəyyən olunmuşdur. Ölkələri bəzilərində məhrumetmə üçün ciddi əsasların olması tələb olunsa da (məsələn, Almaniya v İsveçrə) digərlərində (məsələn, Rusiya və Qazaxıstan) isə bunu əsaslandırmağı zəruriliyi xüsusi olaraq qanunvericiliklə müəyyən olunmamışdır. Azərbaycan Respublikasının qanunvericiliyində vərəsəlik hüquq institutu və bu institutun ayrılmaz tərkib hissəsi olan vərəsəlikdə məcburi pay hüququ Roman-German hüquq sisteminə aid ölkələrin qanunvericiliyi ilə oxşar qaydada həll edilmişdir. Belə ki, Mülki Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır (Mülki Məcəllənin 1133.2-ci maddəsi) “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 2011-ci il 20 oktyabr tarixli Konstitusiya Məhkəməsi Plenumunun Qərarında “mirasda məcburi pay hüququ” ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə əsasən mirasda məcburi pay sosial-iqtisadi və əxlaqi yükü olan vərəsəlik hüququnun ənənəvi hissəsidir. Məcburi pay hüququ ölən şəxsin yaxınlarının müəyyən kateqoriyasına (yəni məcburi vərəsələrinə) münasibətdə sosial təminat rolunu oynayır. Azərbaycan Respublikasının mülki qanunvericiliyi vərəsəlik hüququnda sosial ədalət prinsipindən çıxış edərək, dövlətlə fərd arasında münasibətləri, gender əlaqələrini, gənclə ahıl insan, sabit ailə və digər münasibətləri tarazlayaraq hüquq münasibətlərinin iştirakçısı olan müəyyən kateqoriyalı imtiyazlı şəxslərə (uşaqlar, qadınlar, fiziki qüsurlu insanlar) digərləri ilə nisbətdə bərabər hüquqi imkanlar yaradır. Vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar Mülki Məcəllənin 1137-ci maddəsində öz əksini tapmışdır. Həmin maddəyə əsasən miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. Qanunverici şəxsin ləyaqətsiz vərəsə elan edilərək vərəsəlik hüququndan və məcburi pay almaq hüququndan məhrum edilməsi barədə məhkəməyə müraciət etmək hüququ olan subyektlərin dairəsini Mülki Məcəllənin 1139-cu maddəsi ilə konkret müəyyənləşdirmişdir. Belə ki, Mülki Məcəllənin bu maddəsinə müvafiq olaraq ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsinə əsas verən hal ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsindən müəyyən əmlak nəticələri əldə edən şəxsin iddiası üzrə məhkəmə tərəfindən müəyyən edilir. Mülki Məcəllənin 1203.2-ci maddəsinə əsasən isə məcburi pay almaq hüququndan məhrumetməni miras qoyan hələ öz sağlığında məhkəməyə müraciət etmək yolu ilə həyata keçirə bilər. Nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 1137-ci maddəsi miras qoyanın və yaxud onun yaxınlarının şəxsiyyətinə qarşı törədilmiş hər hansı hüquqa zidd hərəkətləri deyil, məhz miras qoyanın son iradəsinin həyata keçirilməsinə qəsdən maneə törətmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin təqsirinin məhkəmə tərəfindən təsdiq olunduğu təqdirdə onun nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməməsini müəyyən edir. Göründüyü kimi, miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin ləyaqətsiz vərəsə elan olunması yalnız vərəsələrdən birinin və ya bir neçəsinin məhkəməyə müraciəti əsasında həyata keçirilə bilər. Lakin vəsiyyət edən vərəsələrdən hər hansı birinin məcburi pay hüququndan məhrum edilməsi ilə bağlı məhkəməyə müraciət edərkən, həmin şəxslərin Mülki Məcəllənin 1137-ci maddəsi baxımından, onun son iradəsinin həyata keçirilməsinə qəsdən maneə törətməsini, yaxud vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətməsini əsaslandırması mümkün deyil. Bununla yanaşı, Mülki Məcəllənin 1138-ci maddəsində qanunverici məcburi pay almaq hüququna dair daha bir məhdudiyyət də müəyyən etmişdir. Belə ki, bu maddəyə görə valideynlik hüquqlarından məhrum edilmiş və mirasın açıldığı günədək bu hüquqları bərpa edilməmiş valideynlər uşaqlarının qanun üzrə vərəsələri ola bilməzlər. Miras qoyanın saxlanması üzrə öhdələrinə qoyulmuş vəzifələrdən qəti surətdə boyun qaçıran şəxslər də qanun üzrə vərəsə ola bilməzlər, bir şərtlə ki, bu hal məhkəmə tərəfindən təsdiq edilsin. Göründüyü kimi, Mülki Məcəllənin 1203-cü maddəsi baxımından həmin Məcəllənin 1137 və 1138-ci maddələrində göstərilən hallar qanun üzrə vərəsəlik hüququnun itirilməsinə, eləcə də vəsiyyət edənin öz sağlığında məhkəməyə müraciəti əsasında məcburi pay almaq hüququ olan şəxslərin bu hüquqdan məhrum edilməsinə səbəb olur. Cavabdehin məcburi pay almaq hüququndan məhrumetməyə əsas olan hallar mövcud deyildir. Belə ki, cavabdehin bir övlad kimi iddiaçını valideyn hesab etməməsi, ona diqqət göstərməməsi, onu saxlamaq vəzifəsi daşıması, dediklərinin əksinə hərəkət etməsi, adət-ənənələrə, ailə prinsiplərinə zidd hərəkətlər etməsi iş materialları ilə sübut olunmur. Məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı «məcburi pay almaq hüququndan məhrumetmə» tələbinə dair iddiası qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetrilmədiyindən və iddiaçı qeyd edilən əsaslarla bağlı məhkəməyə sübut təqdim etmədiyindən təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 115.0.9-cu maddəsinə əsasən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən İddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qət etdi: İddiaçı Cavabdeh qarşı “məcburi pay almaq hüququndan məhrumetmə” tələbinə dair iddia ərizəsi təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar