Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2(125)-3101/2025 20.05.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X5 Tahir oğlunun sədrliyi, Əlizadə Ümid Maqsud oğlunun katibliyi, İddiaçı, etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə və cavabdeh, eyni zamanda digər Cavabdeh1 qanuni nümayəndəsi Qanuni nümayəndə etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Qanuni nümayəndə, Cavabdeh1 qanuni nümayəndəsi Qanuni nümayəndə, Cavabdeh2, Cavabdeh3 və Abbasova (Kərimova) Ülviyyə İlqar qızına qarşı evdən çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı cavabdehlər Qanuni nümayəndə, Cavabdeh1 qanuni nümayəndəsi Qanuni nümayəndə, Cavabdeh2, Cavabdeh3 və Abbasova (Kərimova) Ülviyyə İlqar qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Qanuni nümayəndə, onun azyaşlı qızı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Abbasova (Kərimova) Ülviyyə İlqar qızının əmlakları ilə birlikdə ona məxsus olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən çıxarılmasına, evin boşaldılaraq ona təhvil verilməsinə, hüquqi yardıma görə ödənilmiş 400 manat və 100 manat dövlət rüsumunun cavabdeh Qanuni nümayəndə alınıb ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 167-ci maddəsinə əsasən işin məhkəmə baxışına təyin edilməsi məsələsi müzakirə edilərkən cavabdeh Qanuni nümayəndə etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə vəsatət təqdim edərək Gəncə Şəhər Məhkəməsinin icraatında olan 2(125)-3040/2025 nömrəli iş ilə Gəncə Şəhər Məhkəməsinin icraatında olan 2(125)-3101/2025 nömrəli mülki işin bir icraatda birləşdirilərək baxılması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə mülki işlərin bir icraatda birləşdirilərək baxılmasına etirazları olmadığını bildirdi. Hazırda icraatda olan 2(125)-3040/2025 nömrəli mülki iş materiallarından görünür ki, iddiaçı X3 cavabdeh İddiaçı qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı ilə aralarında ünvan 2 ünvanında yerləşən yaşayış evinə dair xx.xx.2024-cü il tarixdə bağlanmış AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin və onun əsasında cavabdeh İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, eyni tərəflərin iştirak etdiyi eyni növlü iki iş bir icraatda birləşdirilməlidir. Azərbaycan Respublikası MPM-in (bundan sonra:-MPM) 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. MPM-in 169.4-cü maddəsinə əsasən bu maddədə göstərilən hərəkətləri hakim çəkişmə prinsipinə əməl etməklə həmin məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 169.3, 263 və 264-cü maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı cavabdehlər X2, Cavabdeh1 qanuni nümayəndəsi Qanuni nümayəndə, Cavabdeh2, Cavabdeh3 və Abbasova (Kərimova) Ülviyyə İlqar qızına qarşı evdən çıxarılma tələbinə dair iddia ərizəsi üzrə e-2(125)-3101/2025 nömrəli mülki iş, iddiaçı X1 cavabdeh İddiaçı qarşı alqı-satqı müqaviləsinin və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi tələbinə dair 2(125)-3040/2025 nömrəli mülki işlə bir icraatda birləşdirilsin və birləşdirilmiş işə 2(125)-3040/2025 nömrəsi verilsin. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №e-2(125)-3101/2025
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №e-2(125)-3101/2025
20.05.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver