Məhkəmə qərarları › İş №e-2(125)-3496/2025

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №e-2(125)-3496/2025

21.08.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2(125)-3496/2025 21.08.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1, onun nümayəndəsi Nümayəndə2, Cavabdeh2 və Cavabdeh3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı fərdi yaşayış evinə köçürülmə tələbinə dair mülki iş üzrə iddiaçı tərəfindən verilən vəsatətə məhkəmənin hazırlıq iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı fərdi yaşayış evinə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, Atatürk prospekti, ev 208, Yeni qaydalarla: AZ2003, Gəncə şəhəri, Atatürk prospekti, 358-də yerləşən daşınmaz əmlakın dövlət reyestri **********20-10301, qeydiyyat nömrəsi ********** olan fərdi yaşayış evinə onun və övladı Nümayəndə1 köçürülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi – iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək göstərmişdir ki, hazırda iddia tələbinin dəqiqləşdirilməsinə zərurət vardır, belə ki, texniki səhv olaraq iddia tələbinin xahiş etdi hissəsində övladı Nümayəndə1 onunla birlikdə mübahisəli mənzilə köçürülməsini xahiş etmişdir. Ona görə də, Gəncə şəhəri, Atatürk prospekti, ev 208, Yeni qaydalarla: AZ2003, Gəncə şəhəri, Atatürk prospekti, 358-də yerləşən daşınmaz əmlakın dövlət reyestri **********20-10301, qeydiyyat nömrəsi ********** olan fərdi yaşayış evinə onun köçürülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. Məhkəmə gedişində iddiaçının ərizəsi əsasında Cavabdeh3 əlavə cavabdeh qismində işə cəlb edilmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak edən iddiaçı həm “Elektron Məhkəmə” İnformasiya sistemi vasitəsilə, həm də yazılı vəsatət təqdim edərək mülki işə baxılmadan iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etdi, əlavə etdi ki, mülki iş üzrə mübahisəni cavabdehlərlə məhkəmədənkənar qaydada həll etmək istəyirlər. Məhkəmənin hazırlıq iclasında iştirak edən cavabdehlər, həmçinin Cavabdeh1 nümayəndəsi iddiaçının iddia ərizəsinin qaytarılması barədə vəsatətinin təmin edilməsini xahiş edərək, mübahisəni məhkəmədənkənar həll etdiklərini bildirdilər. Məhkəmə, tərəfləri dinləyib, iddiaçı tərəfindən verilən ərizə-vəsatəti nəzərdən keçirərək hesab edir ki, verilmiş vəsatət təmin olunmalı, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı fərdi yaşayış evinə köçürülmə tələbinə dair mülki iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə geri qaytarıla bilər. «Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli Qərarının 2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Bundan başqa, MPM-in 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən iddiaçıya qaytarılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170, 263, 264-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı fərdi yaşayış evinə köçürülmə tələbinə dair mülki iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən İddiaçı qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar