Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-3499/2025 11.09.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X26 Tahir oğlunun sədrliyi, Əlizadə Ümid Maqsud oğlunun katibliyi, iddiaçı X1 etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə və Cavabdeh1 iştirakı ilə, İddiaçı X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı çıxarışın qismən ləğvi, vərəsəlik hüququnun tanınması və miras əmlaka payın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı X3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, Eminbəyli küçəsi, 47 saylı evə dair verilmiş çıxarışın qismən ləğvi, 20 avqust 2019-cu il tarixdə vəfat etmiş ana X6 27 iyun 2000-ci ildə vəfat etmiş miras qoyan X9 miras qalmış evdə birinci növbədə vərəsə tanıyıb ona düşən paydan X14 hüququ varisi X1 Gəncə şəhəri, Eminbəyli küçəsi, 47 saylı evə 1/3 hissədə vərəsəlik payının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, Nizami rayonu, Eminbəyli küçəsi, 47 saylı fərdi yaşayış evi 27 iyun 2000-ci ildə vəfat etmiş iddiaçı X1 mərhum babası X15 mülkiyyətində olmuşdur. X15 Xatirə , Rafiq, Ramiz, Ofelya, Xalidə və Rəşid adlı övladları olmuşdur. X13, Ramiz, Rəşid dayılarıdır. X2 20 avqust 2019-cu il tarixdə vəfat etmişdir. Cavabdeh1 onun xalasıdır. Digər Cavabdeh2 dayısı X7 oğludur. Mərhum babası İsa Süleymanovun ölümündən sonra X10 mirası faktiki qəbul etmiş və hər il Gəncə şəhərinə gəlib ata mülkündə yaşayaraq mirası faktiki qəbul etmişdir. Bildirmişdir ki, 08 iyul 1990-ci ildə Gəncə şəhərində anadan olmuşdur. Bu yaxınlarda bilmişdir ki, babası X15 mülkiyyətində olan Gəncə şəhəri, Eminbəyli küçəsi, 47 saylı fərdi yaşayış evinə dair Gəncə şəhər 1 saylı notariat ofisinin xx.xx.2021-ci il tarixli, 2V-319 reyestr nömrəli qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən babası X15 vərəsəsi tanınmış və Gəncə Şəhər Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli, e-2(125)-848 nömrəli qətnaməsi ilə evi öz adına keçirmiş və məhkəmədə 20 avqust 2019-cu il tarixdə vəfat etmiş X1 X2nın vərəsəsi olmasını gizlətmişdir. Həmçinin Gəncə şəhəri 1 saylı notariat ofisinin 14 oktyabr 2021-ci il tarixli, 2V-319 reyestr nömrəli qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən Cavabdeh1 və X16 mərhum X15 vərəsələri tanınmış, X16 özünə məxsus payını Cavabdeh1 bağışlamışdır. Bundan başqa Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(104)-2808 nömrəli qətnaməsi ilə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-848/2022 nömrəli qətnaməsi ləğv edilmiş, mərhum X9 miras qalmış Gəncə şəhəri, Nizami rayonu, Eminbəyli küçəsi, 47 saylı evə digər Cavabdeh2 1/3 hissədə vərəsəlik payı müəyyən edilmişdir. Cavabdehlər əvvəllər bütün vərəsələrin paylarını verəcəyinə söz versə də, göründüyü kimi anasını vərəsə kimi göstərməmiş, vərəsə payından məhrum etmişdir. Həmçinin mərhum anası Xatirə Əliyeva miras açıldıqdan sonra mirasdan imtina etməmişdir. Məhkəmə iclasında iddiaçı X1 etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verib əlavə olaraq göstərdi ki, iddiaçı Türkan Haqverdiyeva anası Xatirə Əliyeva ilə birlikdə babasının evinə mütəmadi olaraq gəlibgetmiş, həmin evdə yaşamış, yay aylarında da gəlib Göygölə gəzinti üçün də getmişdirlər. İddiaçının anasının cehiz əşyaları, xalça, samovar və s. hazırda da həmin evdədir. Miras əmlak bölünərkən digər vərəsələr iddiaçının anasının Rusiyada yaşaması səbəbilə onu miras əmlakdan kənarda qoymuşdurlar. İddiaçının anası Xatirə Əliyeva 2019-cu ildə vəfat etmiş və sağlığı dövründə miras əmlakdan imtina etməmişdir. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbinə qarşı etiraz etmədiyini bildirərək sonda iddianın təmin olunmasını xahiş etdi. Digər Cavabdeh2 məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X20 xx.xx.2019-cü ildə Rusiya Federasiyası, Tambov vilayəti, Tambov şəhərində ölmüşdür. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(125)-848/2022 nömrəli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh2 cavabdehlər Cavabdeh1, X11, X8, X5, Gəncə şəhəri 1 saylı notariat ofisinə, 3-cü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin və bəxşeyiş müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, vərəsəlik hüququnun tanınması, payların müəyyən edilməsi tələbinə dair iddia təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(104)- 2808/2022 nömrəli qətnaməsinin surətindən görünür ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(125)-848/2022 nömrəli qətnaməsindən iddiaçı Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(125)-848/2022 nömrəli qətnaməsi ləğv edilərək, yeni qətnamə qəbul edilmiş, iddia tələbi qismən təmin edilməklə, xx.xx.2021-ci il tarixli, 2V-319 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və xx.xx.2021-ci il tarixli, 3M-292 reyestr nömrəli miras payın bağışlanması müqaviləsinin qismən, yəni iddiaçının 1/3 hissədə vərəsəlik payı hissəsində etibarsız hesab edilməsi, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, **********24-10224-10301 reyestr nömrəli, ********* qeydiyyat nömrəli çıxarışın həmin hissədə qismən ləğv edilməsi, mərhum X9 miras qalmış Gəncə şəhəri, Nizami rayonu, Eminbəyli küçəsi, 47 saylı evə iddiaçı Cavabdeh2 1/3 hissədə vərəsəlik payının müəyyən edilməsi qət edilmişdir. İddiaçı iddia etmişdir ki, Gəncə şəhəri, Nizami rayonu, Eminbəyli küçəsi, 47 saylı fərdi yaşayış evi 27 iyun 2000-ci ildə vəfat etmiş babası X15 mülkiyyətində olmuşdur. X15 Xatirə , Rafiq, Ramiz, Ofelya, Xalidə və Rəşid adlı övladları olmuşdur. X2 20 avqust 2019cu il tarixdə vəfat etmişdir. Cavabdeh1 onun xalasıdır. Digər Cavabdeh2 dayısı X7 oğludur. Mərhum babası İsa Süleymanovun ölümündən sonra X10 mirası faktiki qəbul etmiş və hər il Gəncə şəhərinə gəlib ata mülkündə yaşayaraq mirası faktiki qəbul etmişdir. Bu yaxınlarda bilmişdir ki, cavabdehlər babası X15 mülkiyyətində olan Gəncə şəhəri, Eminbəyli küçəsi, 47 saylı fərdi yaşayış evinə dair Gəncə şəhər 1 saylı notariat ofisinin xx.xx.2021-ci il tarixli, 2V-319 reyestr nömrəli qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən babası X15 vərəsəsi tanınmış və Gəncə Şəhər Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli, e-2(125)-848 nömrəli qətnaməsi ilə evi öz adına keçirmiş və məhkəmədə 20 avqust 2019-cu il tarixdə vəfat etmiş X2nın vərəsəsi olmasını gizlətmişdir. Cavabdehlərdən Cavabdeh1 iddia tələbinə qarşı etirazı olmadığını və iddianı qəbul etiyini bildirmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbinə uyğun olaraq iddiaçının nümayəndəsinin (vəkilinin) və cavabdehin izahatlarını dinləyib, işdə olan sübutları qərəzsiz, hərtərəfli və tam araşdıraraq həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçı babasından miras qalmış əmlakın onun anası tərəfindən faktiki qəbul edildiyini iddia etsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Bununla belə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(104)-2808/2022 nömrəli qətnaməsindən görünür ki, məhkəmə kollegiyasında müəyyən edilmişdir ki, miras qoyan X21 27 iyun 2002-ci il tarixdə vəfat etmiş və onun vəfatından sonra Gəncə şəhəri, Nizami rayonu, Eminbəyli küçəsi, 27 saylı fərdi yaşayış evi miras qalmışdır. Mərhumun vəfatından sonra mirası faktiki olaraq mərhum X17, cavabdehlərdən Cavabdeh1 və X16 qəbul edərək idarə etmişlər. Digər birinci növbəli vərəsələrdən Ramiz, Ofelya və Xatirə isə ata sağlığında başqa ünvanda yaşamaqla, mirası notariat kontoruna ərizə verməklə və ya faktiki olaraq qəbul etməmişlər. Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsində göstərilir ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Cavabdeh1 tərəfindən iddianı etiraf etməsi ilə bağlı məhkəmə qeyd edir ki, cavabdehin iddianı etiraf etməsi digər vərəsənin hüququnu pozduğu üçün cavabdehin etirafı qəbul edilməməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin olunmamalıdır. MPM-in 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddiaçı X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı çıxarışın qismən ləğvi, vərəsəlik hüququnun tanınması və miras əmlaka payın müəyyən edilməsi tələbinə dair iddia təmin edilməsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1) ay müddətində (“Elektron məhkəmə”informasiya sistemində yaradılmış elektron kabinet üzərindən) Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №e-2(125)-3499/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-3499/2025
11.09.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver