Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2(125)-3511/2023 11.04.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 İddiaçı X2in cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Gəncə şəhəri 1 saylı Notariat ofisinin xüsusi notariusu X3 qarşı «vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və miras mülkə mülkiyyət hüququnun tanınması» tələbinə dair iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib, müəyyənetdi: İddiaçı X2 cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Gəncə şəhəri 1 saylı Notariat ofisinin xüsusi notariusu X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri 1 saylı Notariat ofisinin xüsusi notariusu X5 tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 2V-344 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin etibarsız hesab edilməsi, Gəncə şəhəri, Eminbəyli küçəsi, 91 nömrəli fərdi yaşayış evinin miras əmlak kimi qəbul edilməsi faktının müəyyən edilməsi və miras mülkə mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər öyrənilərkən müəyyən edilmişdir ki, iddia ərizəsinin məzmununa dair tələblərə riayət edilməmişdir. İddia ərizəsi “Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə iddiaçının vəkili (nümayəndəsi) Nümayəndə tərəfindən verilmişdir. Elektron qaydada təqdim edilmiş iddia ərizəsində “Elektron Məhkəmə” informasiya sisteminə iddiaçı barədə məlumat daxil edilməmiş, iddia ərizəsinin məzmununda isə iddiaçı “X2” qeyd olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən iddia ərizəsində iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149, 152, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı X2in cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Gəncə şəhəri 1 saylı Notariat ofisinin xüsusi notariusu X3 qarşı «vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və miras mülkə mülkiyyət hüququnun tanınması» tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçıya izah edilsin ki, göstərilən nöqsanları aradan qaldırdıqdan sonra yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tural Qocayev
Məhkəmə qərarları › İş №e-2(125)-3511/2023
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №e-2(125)-3511/2023
11.04.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver