Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-3643/2024 30.07.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X14 İsa oğlunun sədrliyi, Əsgərov Sərxan Eldar oğlunun katibliyi, İddiaçı nümayəndəsi, vəkil Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmədə baxaraq, məhkəmə bu qətnaməni qəbul etdi; İşin halları; Mülki işin materiallarında olan, xx.xx.2008-ci il tarixli evin bağışlama müqaviləsindən görünür ki, X5 xx.xx.2008-ci il tarixdə ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ona məxsus 28.0 kvm. iki otaq, 11.7 kvm. köməkçi sahədən ibarət olan Gəncə şəhəri, Ş.İ.Xətai küçəsi, ev 23, 32 saylı mənzili qızı İddiaçı bağışlanmışdır. Mülki işin materiallarında olan, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı ******* saylı Çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Ş.İ.Xətai küçəsində istifadədə olan 0.0571 ha torpaq sahəsində yerləşən 23 nömrəli, 5 mərtəbəli binanın 3-cü girişində, 2-ci mərtəbəsində, 39.7 kv.m ümumi, 28.kv.m yaşayış sahəsindən ibarət iki otaqlı, 32 nömrəli mənzil tam mülkiyyət hüququ ilə xx.xx.2008-ci il tarixdə İddiaçı adına qeydə alınmışdır. Mülki işin materiallarında olan, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli, 2(043)-942/2008 saylı qətnaməsinin surətindən müəyyən edilir ki, məhkəmənin həmin qətnaməsi ilə Məmmədova (Abdullayeva) Samirə Əhmədiyyə qızının ünvan 1 ünvana istifadə hüququnun tanınması və onun azyaşlı uşaqları Aytac və Ləmanla birlikdə həmin mənzilə köçürülməsi qət edilmişdir. Mülki işin materiallarında olan, DİN “ASAN” Gəncə tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2024-cü il tarixli ******* saylı arayışdan görünür ki, X2 şəhəri, H.Əliyev prospekti, ev 23, 32 nömrəli mənzildə qeydiyyatdadır. Həmin ünvanda xx.xx.1981ci il tarixdə anadan olmuş Cavabdeh3, xx.xx.2002-ci il tarixdə anadan olmuş Cavabdeh1 və xx.xx.2004-cü il tarixdə anadan olmuş Cavabdeh2 qeydiyyatdadırlar. Mülki işin materiallarında olan, Gəncə şəhər İcra Hakimiyyəti başçısının 4 nömrəli sahə inzibati dairəsi üzrə nümayəndəsinin xx.xx.2024-cü il tarixli, 977 saylı arayışından görünür ki, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 2008-ci il tarixdən bu günədək ünvan 3 ünvanında yaşamırlar. Mülki işin materiallarına əlavə olunan, Elektron Məhkəmə İnformasiya sitemindən çıxarışdan görünür ki, Cavabdeh3 adına Gəncə şəhəri, Məmməd Alim küçəsi, 23 saylı ev və Gəncə şəhəri, A.Səhhət Küçəsi, ev 56/7, 3 saylı mənzil qeydə alınmışdır. İddia tələbi barədə məlumatlar; İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər xx.xx.1981-ci il təvəllüdlü Cavabdeh3, xx.xx.2002-ci il təvəllüdlü Cavabdeh1 və xx.xx.2004-cü il təvəllüdlü Cavabdeh2 ünvan 3də (köhnə qaydalarla Gəncə şəhəri, X15 küçəsi) olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlər qardaşı X1 arvadı və onun uşaqlarıdır. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli, 2(043)- 942/2008 saylı qətnaməsi ilə Məmmədova (Abdullayeva) Samirə Əhmədiyyə qızının ünvan 1 ünvana köçürülməsi və həmin evə istifadə hüququnun tanınmasına baxmayaraq köçürülmə baş verdiyi gündən bu vaxtadək cavabdehlər bir dəfə də olsun həmin mənzildə yaşamamışlar. Cavabdehlər 2008-ci ildən bu günədək mülkiyyət hüququ ilə ona məxsus olan mənzildə yaşamırlar. Belə ki, Gəncə şəhər İcra Hakimiyyəti başçısının 4 nömrəli sahə inzibati dairəsi üzrə nümayəndəsinin xx.xx.2024-cü il tarixli, 977 saylı arayışından görünür ki, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 2008-ci il tarixdən bu günədək ünvan 3 ünvanında yaşamırlar. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(043)-363/2011 saylı qətnaməsinin 3-cü səhifəsinin 1-ci abzasında göstərilir ki, “Gəncə şəhər 172 nömrəli evlər üçlüyü tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh3 Gəncə şəhəri, Atatürk prospekti, ev 64-də yaşayır. Bu gün cavabdehlərin mülkiyyət hüququ ilə ona məxsus olan evdə pasport qeydiyyatında qalması mülkiyyət hüququnu pozmaqla yanaşı əlavə kommunal xərclər ödəməyinə səbəb olur. Mülkiyyətində olan mənzillə bağlı sərəncam vermək hüququ məhdudlaşır. Həmçinin, ona ünvanlanan poçt göndərişlərinin tərəfindən qəbul edilməsi səhhətinə mənfi təsir göstərir. Ona görə də, cavabdehlərin istifadə hüququnun itirilmiş hesab edilməsinə dair məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalır. İşin faktiki halından görünür ki, cavabdehlərin istifadə hüququ olub, ancaq onlar evi tərk edib daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə köçməklə evdən istifadə hüququnu itirmişlər. Çünki, cavabdehlərin evdən istifadə etməsi ilə bağlı münasibətlər əvvəlki Mənzil Məcəlləsinin qüvvədə olduğu zaman-2009-cu ilədək yarandığından mübahisə həmin Məcəllənin müddəalarına uyğun həll edilməlidir. Əvvəlki, Mənzil Mənzil Məcəlləsinin 87-ci maddəsinə əsasən cavabdehlərin mübahisə edilən yaşayış sahəsinə istifadə hüququ itirilmişdir. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflərin izahatları; Məhkəmədə iştirak edən İddiaçı nümayəndəsi, vəkil Nümayəndə təmsil etdiyi iddiaçının irəli sürdüyü iddianı müdafiə etmiş, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə iclasında Cavabdeh1 ilə telefon əlaqəsi saxlanılmış, cavabdeh onların məhkəmə işindən məlumatlı olduqlarını bildirmiş, işi ilə əlaqədar olaraq heç bir məhkəmə iclasında iştirak etməyə vaxtı olmadığı üçün iclasların onun iştirakı olmadan keçirilməsini xahiş etmiş və iddiaçının mənzilinə ehtiyaclarının olmadığını və iddia tələbinin təmin olunmasına heç bir etirazlarının olmadığını bildirmişdir. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını və yekun qərar çıxarılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş şahid X10 ifadəsində göstərmişdir ki, iddiaçı ilə uzun illərdir ki qonşudurlar. Cavabdeh3 tanıyır və onun iddiaçının qardaşının keçmiş arvadı olduğunu bilir. Onlar boşanan vaxtdan bəri Cavabdeh3 idddiaçının mülkiyyətində olan mənzildə yaşamır. Məhkəmə baxışı zamanı dindirilmiş şahid X8 ifadəsində göstərmişdir ki, iddiaçı ilə 1990-cı ildən qonşudurlar. Cavabdeh3 tanıyır və onun iddiaçının qardaşının keçmiş arvadı olduğunu bilir. Cavabdeh3 boşanan vaxtdan yəni, 2008-ci ildən bəri idddiaçının mülkiyyətində olan mənzildə yaşamır və həmin vaxtdan qeyd olunan ünvana gəlibgetdiklərini görməmişdir. Məhkəmənin iş üzrə mövqeyi və tətbiq edilən hüquq. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını və şahid ifadələrini dinləyib, işdə olan materialları nəzərdən keçirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, məhkəmədə tədqiq edilmiş sübutlarla işin faktiki halları kimi müəyyən olunur ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli, 2(043)-942/2008 saylı qətnaməsi ilə Məmmədova (hazlrda soyadı Abdullayeva) Samirə Əhmədiyyə qızının ünvan 1 ünvana istifadə hüququnun tanınması və onun azyaşlı uşaqları Aytac və Ləmanla birlikdə həmin mənzilə köçürülməsi qət edilmişdir. Məhkəmə qətnaməsi ilə istfadə hüquqlarının tanınmasına baxmayaraq, bundan sonrakı ötən 15 ildən çox bir müddət ərzində Cavabdeh3 və hazırda yetkinlik yaşına çatmış digər cavabdehlər- Cavabdeh1, Cavabdeh2 heç vaxt həmin mənzildə yaşamamış, həmin mənzildən yaşayış sahəsi kimi istifadə etməmişlər. Bundan başqa, Elektron Məhkəmə İnformasiya sitemi vasitəsilə əldə edilərək, mülki işin materiallarına əlavə olunan, məlumatlardan müəyyən olunur ki, Cavabdeh3 öz adına Gəncə şəhəri, Məmməd Alim küçəsi, 23 saylı ev və Gəncə şəhəri, A.Səhhət Küçəsi, ev 56/7, 3 saylı mənzil əldə etmişdir. Yəni, Cavabdeh3 həmin mənzili öz mülkiyyətinə əldə etdiyi andan onun və ailə üzvlərinin həmin yaşayış sahəsindən istifadə etmək hüququ da əldə edilmiş və bununla da iddiaçının mülkiyyətində olan yaşayış sahəsindən onun istifadə etməyə ehtiyacları aradan qalxmışdır. Digər cavabdehlərin isə iddiaçının mülkiyyətində olan yaşayış sahəsindən istifadə etmək hüquqları Cavabdeh3 həmin mənzilə olan istifadə hüquqlarından əmələ gəlmiş hüquqlardır və hazırki vəziyyətdə onların da ehtiyaclarının olmadığı həmin mənzilə olan istifadə hüquqları itirilmiş hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “İnsan hüquqları və azadlıqlarının müdafiəsi haqqında” Avropa Konversiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüquqi ümumi prinsipləri istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası MM-nin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Həmin Məcəllənin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 82.3-cü maddəsinə əsaən kirayəçi və onun ailə üzvləri başqa yaşayış yerinə köçdükdə, yaşayış sahəsinin sosial kirayə müqaviləsi həmin şəxslərin köçdükləri gündən ləğv edilmiş hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin bəzi müddəalarının şərh edilməsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin müraciətinə dair 22 yanvar 2015-ci il tarixli qərardadında qeyd edilir ki, “nəzərə almaq lazımdır ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsində yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanmadığı qeyd edilmişdir. Bununla belə, əgər tərəflər arasında başqa razılaşma olarsa, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə etmək imkanı artıq ailə münasibətlərini tənzimləyən normalara görə deyil, mülki qanunvericilik əsasında davam edər. (Mənzil Məcəlləsinin 30.7-ci maddəsi).” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 262.6-cı maddəsinə əsasən, əgər ixtiyarı verilmiş daşınmaz əşya üçün servituta hər cür maraq itmişdirsə, yüklü olan daşınmaz əşyanın mülkiyyətçisi ona xitam verilməsini tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarında göstərilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29 mart 2016-cı il tarixli Qərarında qeyd edilir ki, “qeyd olunan xüsusiyyətlər onu göstərir ki, Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan "istifadə hüququ" Mülki Məcəllənin 255.8-ci maddəsində nəzərdə tutulan şəxsi servitutla eyni hüquqi mahiyyətə malikdir. Mülki Məcəllənin 228.5-ci maddəsində istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alınaraq qeyd olunmalıdır ki, bu hüququn kompensasiya ödəmədən xitamı zamanı Mülki Məcəllənin "Servituta xitam verilməsi" adlanan 262-ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır. Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür.” Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən qərarlarında ifadə etmiş olduğu hüquqi mövqeni önəçəkən məhkəmə hesab edir ki, cavabdeh tərəfin iddiaçının mülkiyyətində olan yaşayış sahəsindən istifadəsinə ehtiyacının olmadığı işin faktiki halları kimi müəyyən edildiyindən və Mülki Məcəllənin yuxarıda qeyd edilən normalarının bu hallara tətbiqindən belə nəticə müəyyən olunur ki, irəli sürülən iddia qanuni əsaslıdır, ona görə də təmin olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanlı mənzildən istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ədil Məmmədov
Məhkəmə qərarları › İş №e-2(125)-3643/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-3643/2024
30.07.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver