Məhkəmə qərarları › İş №e-2(125)-3760/2024

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №e-2(125)-3760/2024

06.09.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2(125)-3760/2024 06.09.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X8 Tahir oğlunun sədrliyi, Səfxanova Arzu Sabir qızının katibliyi, İddiaçı hüquqi varisi X1 etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə və Cavabdeh iştirakı ilə, İddiaçı hüquqi varisi X1 Cavabdeh qarşı çıxarışın qismən ləğvi, mirasın faktiki qəbulu və vərəsəlik hüququnun tanınması və miras əmlaka müvafiq payın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı hüquqi varisi X3 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 20 avqust 2019-cu il tarixdə vəfat etmiş anası X4 27 iyun 2000-ci ildə vəfat etmiş babası X5 miras qalmış Gəncə şəhəri, Eminbəyli küçəsi, 47 saylı evə dair verilmiş çıxarışın qismən ləğvi, mirasın faktiki qəbulu və vərəsəlik hüququnun tanınması vəmiras əmlaka müvafiq payın müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı hüquqi varisi X1 etibrnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə ərizə təqdim edərək təqdim etdikləri sənədlərin ona qaytarılmasını və işin baxılmamış saxlanmasını xahiş etdi. Məhkəmə islasında Cavabdeh işə mahiyyəti üzrə baxılmasını tələb etmədi. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinin tələbinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Məhkəmə hesab edir ki, İddiaçı hüquqi varisi X1 Cavabdeh qarşı çıxarışın qismən ləğvi, mirasın faktiki qəbulu və vərəsəlik hüququnun tanınması və miras əmlaka müvafiq payın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanmalı, iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu dövlət büdcəsindən İddiaçı hüquqi varisi X2 geri qaytarılmalıdır. İddiaçıya izah olunmalıdır ki, iddia ərizəsinin baxılmamış saxlanması ümumi qaydada yenidən məhkəməyə müraciət etməsinə maneə deyildir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı hüquqi varisi X1 Cavabdeh qarşı çıxarışın qismən ləğvi, mirasın faktiki qəbulu və vərəsəlik hüququnun tanınması və miras əmlaka müvafiq payın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın. İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu dövlət büdcəsindən İddiaçı hüquqi varisi X2 geri qaytarılsın. Qərardadın surəti tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar