Məhkəmə qərarları › İş №e-2(125)-3770/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-3770/2025

03.09.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-3770/2025 03.09.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Musayev Ələddin Anar oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdeh2, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X26, müstəqil tələb irəli sürməyən üçüncü şəxs, həmçinin müstəqil tələb irəli sürməyən digər üçüncü şəxs X27 nümayəndəsi X19 və X26 iştirakı ilə, İddiaçı Cavabdeh2 və Gəncə şəhəri 6 saylı notariat ofisinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X57, X58, X47, X61 və X62) qarşı «miras əmlakda payın müəyyən olunması» tələbi barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Əhmədov X9 Gülüş Yusif qızına və Gəncə şəhəri 6 saylı notariat ofisinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X57, X58, X47, X61 və X62) qarşı mərhum X10 miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə tam həcmdə miras payının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki işin məhkəmədə baxılmağa hazırlanması zamanı iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iddianın dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mərhum X10 miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə mərhum X20 tam həcmdə miras payının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında bildirdi ki, hazırda yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi məhrum babası X21 mülkiyyətində olmuşdur. Onun babası H.Y.Əhmədov xx.xx.2000-ci il tarixdə, nənəsi X48 isə xx.xx.2011-ci il tarixdə ölmüşdür. Mərhum babasının ilk nikahından 4 uşağı olmuş, həmin uşaqlar iddiaçının mərhum atası X49, X57, X62 və Cavabdeh2dır. Müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X58, X47, X61 isə babasının ikinci nikahından anadan olmuş uşaqlardır. Cavabdeh2 hələ X50 yaşayarkən nikaha girərək, daimi yaşamaq üçün başqa ünvana köçmüşdür. Y.H.Əhmədovun digər övladları da Y.H.Əhmədov yaşayarkən başqa ünvanda yaşamışlar. X21 vərəsələrindən yalnız iddiaçının mərhum atası X49 valideynlərinin sağlığından ölən günə kimi sözügedən əmlakda ailəsi ilə birlikdə yaşamış, yəni atasından qalmış miras əmlak yalnız X49 tərəfindən qəbul edilməklə idarə edilmişdir. Həmin miras əmlak mərhum atası X49 tərəfindən qəbul edilsə də, o mirası öz adına rəsmiləşdirmədən xx.xx.2024-cü il tarixində vəfat etmişdir. Onun vəfatından sonra isə sözügedən miras əmlakda yalnız o, öz ailəsi ilə birlikdə yaşamağa davam etməklə mirası qəbul etmişdir. O, miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə almaq istəmiş, lakin X21 vərəsələri sırasında olan Cavabdeh2 ilə aralarında miras payın qəbuluna dair mübahisənin mövcud olması səbəbindən bu mümkün olmamışdır. Lakin Cavabdeh2 X50 yaşayarkən nikaha girərkən daimi yaşamaq üçün başqa ünvana köçmüş və hazırda da başqa ünvanda yaşayır. Qeyd olunan səbəbdən iddia təmin edilməli, mərhum X10 miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə mərhum X20 tam həcmdə miras payının müəyyən edilməsi barədə qətnamə qəbul olunmalıdır. Sonda İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iddianı müdafiə edərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək izahatında göstərdi ki, mərhum X50 onun atasıdır. O, 1966-cı ildə ünvan 2, yəni keçmiş 6-cı Vağzal küçəsi ünvanıda yerləşən 48 nömrəli fərdi yaşayış evində doğulmuş və 1981-ci il tarixdə X39 ilə nikaha daxil olmuş, ünvan 3 ünvanda təxminən bir il yaşamış, baş vermiş münaqişə ilə əlaqədar 1988-ci il tarixdə ünvan 2, ev 48 ünvanında yerləşən fərdi yaşayış evinə geri qayıtmışdır. Lakin əri X39 da onunla birlikdə həmin ünvanda yaşamışdır. 1988-ci il tarixdən 1990-cı il tarixədək o və ailə üzvləri, yəni əri X39 və oğlu X40 ilə birlikdə ünvan 2, ev 48 ünvanında yerləşən fərdi yaşayış evində yaşamışdır. 1990-cı ildə onun qardaşı X57 onun əri X22 3.500 manat məbləğində pul vəsaiti vermiş və onlar həmin pulla Gəncə şəhəri, Gülüstan qəsəbəsində yerləşən 1 nömrəli evin 9 nömrəli mənzilini almışlar. 1990-cı il tarixdə o və ailə üzvləri Gəncə şəhəri, Gülüstan qəsəbəsində yerləşən 1 nömrəli evin 9 nömrəli mənzilinə köçmüşlər. Onlar təxminən 1 il burada yaşadıqdan sonra yenidən ünvan 2, ev 48 ünvanında yerləşən fərdi yaşayış evinə geri qayıtmışlar. 1990-cı il tarixdən 2012- 2013-cü il tarixədək mübahisələndirilən evdə yaşamışlar. 2012-2013-cü il tarixdən sonra isə daimi əsasla ünvan 5 ünvanında yerləşən mənzilə köçmüş, 2015-ci il tarixdən sonra ayda bir neçə dəfə ünvan 2, ev 48 ünvanında yerləşən fərdi yaşayış evinə gəlib, bir neçə gün orada qalmışdır. Onun oğlu Elçin «Vağzal» adlı ərazidə yerləşən məktəbdə 1 il, Gülüstan qəsəbəsi 14 nömrəli məktəbdə isə 10 il təhsil almışdır. Sonda Cavabdeh2 iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X27 nümayəndəsi, həmçinin müstəqil tələb irəli sürməyən üçüncü şəxs X47 izahatında bildirdi ki, mərhum X50 onun atasıdır. O, anası X28 və atası X50 ilə birlikdə ünvan 6 ünvanında yaşamışlar. Həmin evi onun babası yəni anasının atası X63 anası X11 bağışlamışdır.Onun atası X8 olarkən onlar Y.H.Əhmədovun digər nikahından xəbərdar olmuş, hətta ünvan 2, ev 48 ünvanında yerləşən evə gedib-gəlmişlər.Lakin Y.H.Əhmədov xəstə olarkən digər övladları ona qulluq etmələrində və dəfn xərclərində iştirak etməmişdirlər.Ona görə də mərhum atasının digər nikahdan olan övladları ilə onlar arasında olan münasibət pozulmuşdur. xx.xx.2000-ci il tarixdə Y.H.Əhmədov ölmüş, ondan mübahisələndirilən əmlakdan başqa hər hansı miras əmlak qalmamışdır. O və doğma qardaşı X4 şəhəri, Midiya küçəsində yerləşən 48 nömrəli fərdi yaşayış evinin mərhum atalası X21 mülkiyyətində olduğunu bilsələr də, ötən 25 il müddətində mirasa dair tələb irəli sürməmişdir. Sonda müstəqil tələb irəli sürməyən üçüncü şəxs X27 nümayəndəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs X47 iddianın təmin olunmamasını, X10 miras qalmış əmlakda X58 ilə yanaşı onun da payının müəyyən olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X57 izahatında göstərdi ki, xx.xx.2000-ci il tarixdə atası X50 öldükdən sonra o, ünvan 2ndə yerləşən evdə yaşasa da, miras əmlakın mərhum qardaşı Hüseynə məxsus olduğunu bilmişdir. 2007-ci ilin oktyabr ayınadək o, H.Y.Əhmədovun icazə ilə ünvan 2ndə yerləşən fərdi yaşayış evində yaşamış, daha sonra ünvan 7 ünvanında yerləşən mənzilə köçmüşdür. X51 isə 1986-1987-ci ildə X39 ilə nikaha daxil olmuş, 1992-ci il tarixdə İ.Ə.Ələsgərov cinayət törətdiyinə görə 7 il azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, İ.Ə.Ələsgərov cəzasını çəkib qurtardıqdan sonra təxminən 1998-ci ildə G.Y.Ələsgəroba ünvan 2ndən Gəncə şəhəri, Gülüstan qəsəbəsində yerləşən mənzilə köçmüşdür. X50 öldükdən sonra da Cavabdeh2 həmin ünvanda yaşamamışdır. Sonda müstəqil tələb irəli sürməyən üçüncü şəxs X57 iddianın təmin olunub-olunmamasını məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş ərizəsində cavabdeh Gəncə şəhəri 6 saylı notariat ofisinin notariusu mülki işə notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Digər müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X61 və X62 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri və şahid ifadələrini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, o, anadan olduğu vaxtdan ünvan 2ndə yerləşən 46 nömrəli fərdi yaşayış evində yaşayır. X2 Miri kimi tanımış və onunla qonşu olmuşdur. X21 övladları X57, X30, X51 olmuşdur və onlar nikaha daxil olmamışdan əvvəl ünvan 2, ev 48 ünvanında yaşamışlar. X51 nikaha daxil olduqdan sonra mübahisələndirilən evə gedib-gəlsə də daimi olaraq həmin ünvanda yaşamamışdır. X57 özünə ünvan 8 alıb ora köçmüşdür. X50 vəfat etdikdən sonra X51 orada yaşamamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X41 ifadəsində göstərmişdir ki, o, xx.xx.1976-cı il tarixdən ünvan 2ndə yerləşən 40 nömrəli fərdi yaşayış evində yaşayır. X50 onunla qonşu olmuşdur. Belə ki, Y.H.Əhmədovun Cavid, Hüseyn və Yusif adlı 3 uşağının olduğunu bilmişdir. X51 və onun oğlu ünvan 2, ev 48 ünvanında yerləşən evdə daimi yaşamamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X59 ifadəsində göstərmişdir ki, X49 və Cavabdeh2 onun bibisi X31 övladlarıdır. Bundan başqa o da Gəncə şəhəri Midiya küçəsində yerləşən fərdi yaşayış evində yaşadığından onlar qonşu olmuşlar. xx.xx.2000-ci il tarixdə X50 öldükdən sonra həmin ünvanda X49 yaşamışdır. X51 həmin ünvanda yaşamamışdır. X51 nikaha daxil olduqdan sonra başqa ünvanda yaşamış, ərinin cəzaçəkmə müəssisəsində olduğu qısa müddət ərzində orada yaşasa da sonradan başqa ünvana köçmüşdür. İş materiallarında olan AZ-İİ seriyalı 418629 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X50 xx.xx.2000-ci il tarixdə ölmüşdür. İşdə olan AZ-İ seriyalı 499458 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X48 xx.xx.2011-ci il tarixdə ölmüşdür. İş materiallarında olan AZ-İİ seriyalı 405614 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X49 xx.xx.2024-cü il tarixdə ölmüşdür. İşdə olan İ-ИЕ seriyalı 125818 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X50 ilə X60 arasında olan nikah xx.xx.1957-ci il tarixdə Gəncə şəhər Qeydiyyat şöbəsində 1507 akt qeyd nömrəsi ilə qeydə alınmışdır. İş materiallarında olan İ- ИЕ seriyalı 722175 nömrəli doğum haqqında şəhədətnamənin surətindən görünür ki, xx.xx.1958-ci il tarixdə anadan olmuş X20 atası X50, anası isə X42r. İşdə olan АЗ seriyalı 557413 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1963-cü il tarixdə anadan olmuş X26 atası X50, anası isə X32r. İş materiallarında olan Vİİİ-ЖГ seriyalı 264883 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1973-cü il tarixdə anadan olmuş X27 atası X50, anası isə X13r. İşdə olan Vİİİ-ЖГ seriyalı 264899 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1979-cu il tarixdə anadan olmuş X14 atası X50, anası isə X13r. İş materiallarında olan İİİ-ЖГ seriyalı 363383 nöməli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X49 ilə X33 arasında olan nikah xx.xx.1984-cü il tarixdə Gəncə şəhər Qeydiyyat şöbəsində 419 akt qeyd nömrəsi ilə qeydə alınmışdır. İşdə olan XVİİİ-ЖГ seriyalı 409187 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1994-cü il tarixdə anadan olmuş İddiaçı atası X49, anası isə X15r. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, ********** qeydiyyat nömrəli «hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən» arayışdan görünür ki, ünvan 2, ev 48 ünvanında yerləşən fərdi yaşayış evi X21 xüsusi mülkiyyətindədir. İşdə olan Gəncə şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 05/09İS/041470-25 nömrəli arayışın surətindən görünür ki, xx.xx.1934-cü il təvəllüdlü X21 (xx.xx.2000-ci il tarixdə vəfat edib) ailə tərkibi arvadı xx.xx.1935-ci il təvəllüdlü arvadı X48 (xx.xx.2011-ci il tarixdə vəfat edib), oğlu xx.xx.1958-ci il təvəllüdlü X49 (xx.xx.2024-cü il tarixdə vəfat edib), oğlu xx.xx.1963-cü il təvəllüdlü X57, qızı xx.xx.1966-cı il təvəllüdlü Cavabdeh2, oğlu xx.xx.1974-cü il təvəllüdlü X52r. İş materiallarında olan Gəncə şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 05/09İS/041605-25 nömrəli arayışın surətindən görünür ki, xx.xx.1958-ci il təvəllüdlü X20 (xx.xx.2024-cü il tarixdə vəfat edib) atası xx.xx.1934-cü il təvəllüdlü X50 (xx.xx.2000-ci il tarixdə vəfat edib), anası xx.xx.1935-ci il təvəllüdlü arvadı X48 (xx.xx.2011-ci il tarixdə vəfat edib), arvadı xx.xx.1963-cü il təvəllüdlü X33, oğlu xx.xx.1986-cı il təvəllüdlü X53, oğlu xx.xx.1987-ci il təvəllüdlü İddiaçı (xx.xx.1988-ci il tarixdə vəfat edib), qızı xx.xx.1990-cı l təvəllüdlü X34 və oğlu xx.xx.1994-cü il təvəllüdlü İddiaçıdur. İşdə olan Gəncə şəhəri 6 saylı notariat ofisində xx.xx.2025-ci il tarixdə 8İ-2007 reyestr nömrə ilə təsdiq edilmiş X26 ərizəsinin surətindən görünür ki, xx.xx.2000-ci il tarixdə vəfat etmiş atası X10 miras qalmış bütün daşınar və daşınmaz əmlakı qanunla müəyyən olunmuş müddət ərzində qəbul etməmişdir, hal-hazırda da miras əmlakı qəbul etmir, imtina edir. İş materiallarında olan Gəncə şəhəri 6 saylı notariat ofisində xx.xx.2025-ci il tarixdə 8İ-1956 reyestr nömrə ilə təsdiq edilmiş X43 ərizəsinin surətindən görünür ki, xx.xx.2000ci il tarixdə vəfat etmiş atası X10 miras qalmış bütün daşınar və daşınmaz əmlakı qanunla müəyyən olunmuş müddət ərzində qəbul etməmişdir, hal-hazırda da miras əmlakı qəbul etmir, imtina edir. İşdə olan Gəncə şəhəri 6 saylı notariat ofisində xx.xx.2025-ci il tarixdə 8İ-4132 reyestr nömrə ilə təsdiq edilmiş X44 ərizəsinin surətindən görünür ki, xx.xx.2000-ci il tarixdə vəfat etmiş atası X10 miras qalmış bütün daşınar və daşınmaz əmlakı qanunla müəyyən olunmuş müddət ərzində qəbul etməmişdir, hal-hazırda da miras əmlakı qəbul etmir, imtina edir. İş materiallarında olan Gəncə şəhəri 6 saylı notariat ofisində xx.xx.2025-ci il tarixdə 8İ-2682, 8İ-2684 və 8İ-2686 reyestr nömrə ilə təsdiq edilmiş X23, X5 və X6 ərizələrindən görünür ki, xx.xx.2000-ci il tarixdə vəfat etmiş X10 miras qalmış ünvan 2, ev 48 ünvanında yerləşən 0,021 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin İddiaçı adına rəsmiləşdirilməsinı, sənədləşdirilməsinə etiraz etmirlər, razıdırlar. İşdə olan Gəncə şəhəri 6 saylı notariat ofisi tərəfindən İddiaçı oöluna ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubun surətindən görünür ki, miras qoyan X21 qanun üzrə vərəsələri sırasında olan qızı Cavabdeh2 ilə aralarında miras payın qəbuluna dair mübahisə mövcud olduğundan vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina olunmuş və İddiaçı məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Xidməti Daşınmaz Əmlakın Dölvət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-21-3-33/2-7234/2025 nömrəli məktubdan görünür ki, ünvan 2, ev 48 ünvanında yerləşən fərdi yaşayış evi Kirovabad şəhər notariat kontorunun 4 dekabr 1965-ci il tarixli, 17-5825 reyestr nömrəli müqaviləsinə əsasən X1. Fərdi yaşayış evi hal-hazırda 20 may 2025-ci il tarixli, **********65-10301 reyestr nömrəli Hüququn ölmüş şəxsə məxsus olması haqqında Dövlət reyestrindən Arayışa əsasən X21 adınadır. İşdə olan Gəncə şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-16-5/8-13-2351/2025 nömrəli məktubdan görünür ki, X50 barəsindı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin «Vətəndaşlıq vəziyyəti aktları» avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2025-ci il tarixədək yoxlama aparılmış və X58, X62, X45 və X44 onun uşaqları olduğu aşkar edilmişdir. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi X21 mülkiyyətində olmuş və X50 xx.xx.2000-ci ildə ölmüşdür. Y.H.Əhmədovun vərəsələri onun arvadı X16, uşaqları X17, X24, Cavabdeh2, X36, X25, X7 və X37 ibarətdir. X48 xx.xx.2011-ci il tarixdə, X49 isə xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Y.H.Əhmədovun ölümündən əvvəl və sonra X49 Y.H.Əhmədovdan miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yaşamaqla, həmin miras əmlakı qəbul etmiş və onun idarəçiliyini həyata keçirmişdir. Hətta digər vərəsə hesab olunan müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X57 öz izahatında həmin halı etiraf etmişdir. Cavabdeh2, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X27 nümayəndəsi, həmçinin müstəqil tələb irəli sürməyən üçüncü şəxs X47 məhkəmə iclasında iddianı qəbul etməmiş, mirasda paylarının müəyyən olunmasını məhkəmədən xahiş etmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, X50 xx.xx.2000-ci ildə ölmüş və miras həmin tarixdə açılmışdır. Buna görə tərəflər arasındakı hazırki mübahisəyə Azərbaycan SSR-in 11 sentyabr 1964-cü il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan SSR Mülki Məcəlləsinin müddəaları tətbiq olunmalıdır. Azərbaycan SSR-in 11 sentyabr 1964-cü il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan SSR Mülki Məcəlləsinin 527-ci maddəsinə əsasən vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. Həmin Məcəllənin 528-ci maddəsinə əsasən vərəsəlik miras qoyan şəxsin ölməsi ilə, yaxud onun ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 532-ci maddəsinə əsasən qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbəli vərəsələr hesab olunurlar. Həmin Məcəllənin 552-ci maddəsinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilmiş hərəkətlər vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Qeyd edilən normalardan göründüyü kimi mirasın qəbulunun iki forması, notarial qaydada ərizə verməklə qəbul və miras əmlakı idarə edərək əmlaka faktiki yiyələnmə formasında qəbul nəzərdə tutulur. «A.Nadirova və qeyrilərinin şikayəti üzrə» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 mart 2022-ci il tarixli Qərarında göstərilmişdir ki, miras əmlakın hansı üsulla qəbul edilməsindən və vərəsəlik şəhadətnaməsinin olubolmamasından asılı olmayaraq vərəsə tərəfindən miras əmlakın saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin bariz şəkildə nümayiş etdirilməsi onun miras aktivini və miras passivini qəbul etməsinə dəlalət edir. «G.Qəhrəmanovanın şikayəti üzrə» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 iyul 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, miras əmlakın faktiki qəbulu isə vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. «Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 oktyabr 2020-ci il tarixli Qərarında göstərilmişdir ki, mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıqaşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktik sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. «G.Qəhrəmanovanın şikayəti üzrə» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Mülki işin məhkəmədə tədqiqi zamanı cavabdeh X54, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X27 nümayəndəsi, həmçinin müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 Yusif Hüseyn oğlundan miras qalmış ünvan 2 (əvvəlki 6-cı vağzal) küçəsində yerləşən 48 nömrəli fərdi yaşayış evində paylarının müəyyən olunmasını məhkəmədən xahiş etsələr də, məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində dindirilmiş X26 izahatı, şahid qismində dindirilmiş X18 və X38 ifadələri, habelə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X14 faktın etirafı ilə X10 qalmış mirasın yalnız X49 tərəfindən qəbul edildiyi müəyyən edilmiş, Cavabdeh2 öz etirazının əsası kimi istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 106.3-cü maddəsinə görə tərəfin tələb və etirazını əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. «Elektron məhkəmə» informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Həmin Məcəllənin 184.2-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iddia ərizəsinə etirazı və ya sübutları təqdim etməməsi, işdə olan mövcud materiallar əsasında işə baxmağa mane olmur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə mülki işin məhkəmə iclasında müəyyən olunmuş və yuxarıda qeyd edilmiş hallarını nəzərə alaraq, hesab edir ki, iddia təmin edilməli, X10 miras qalmış ünvan 1 ünvanında yerləşən torpaq sahəsindən və fərdi yaşayış evindən ibarət əmlakın (daşınmaz əmlakın reyestr nömrəsi:**********65-10301) tam hissəsinə X20 payı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası təmin edilsin. X10 miras qalmış ünvan 1 ünvanında yerləşən torpaq sahəsindən və fərdi yaşayış evindən ibarət əmlakın əmlakın (daşınmaz əmlakın reyestr nömrəsi:**********65-10301) tam hissəsinə X20 payı müəyyən edilsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar