Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2(125)-3868/2025 01.08.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X4 Tahir oğlunun sədrliyi, Əlizadə Ümid Maqsud oğlunun katibliyi, İddiaçı, etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil və cavabdeh Gəncə şəhəri Vüqar Veysəlov adına 30 nömrəli tam orta məktəbin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Gəncə şəhəri Vüqar Veysəlov adına 30 nömrəli tam orta məktəbə qarşı əmrin ləğv edilməsi, işə bərpa və buraxılmış iş saatlarına görə əmək haqqı tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı cavabdeh Gəncə şəhəri Vüqar Veysəlov adına 30 nömrəli tam orta məktəbə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri Vüqar Veysəlov adına 30 nömrəli tam orta məktəbin İddiaçı vəzifədən azad edilməsi barədə xx.xx.2025-ci il tarixli, 120 saylı əmrinin ləğv edilməsinə, onun Vüqar Veysəlov adına 30 nömrəli tam orta məktəbdə “Azərbaycan dili və ədəbiyyat müəllimi” vəzifəsinə bərpa edilməsinə və məcburi iş buraxma dövrü üçün ona əmək haqqı ödənilməsinə, həmçinin vəkilə xidmət haqqı üçün ödədiyi 400 manat pulun, ödədiyi 100 manat dövlət rüsumunun cavabdehdən alınıb İddiaçı ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə təqdim edərək, hazırda iddiaçı ilə cavabdeh öz aralarında barışıq əldə etdiklərinə görə iddia tələbindən imtina etdiklərindən iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı cavabdehlə öz aralarında barışıq əldə etdiklərinə görə iddia tələbindən imtina etdiyini bldirərək, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iş üzrə icraata xitam verilməsinə etirazları olmadığını göstərdi. Məhkəmə ərizəni və mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının iddia tələbindən imtina etməsi hər hansı başqa şəxsin maraqlarına toxunmadığından iddiaçı tərəfindən verilmiş imtina qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 261.0.4-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa iş üzrə icraata xitam verilməlidir. Tərəflərə izah edilməlidir ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Göstərilənləri nəzərərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261-264, 266, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı cavabdeh Gəncə şəhəri Vüqar Veysəlov adına 30 nömrəli tam orta məktəbə qarşı əmrin ləğv edilməsi, işə bərpa və buraxılmış iş saatlarına görə əmək haqqı tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №e-2(125)-3868/2025
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №e-2(125)-3868/2025
01.08.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver