Məhkəmə qərarları › İş №e-2(125)-3946/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-3946/2024

26.12.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-3946/2024 26.12.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Xurşudov Nadir Şahin oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X7 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “əmrlərin ləğv edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi və ona əlavə edilmiş ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli, 3-29-31/3-1-140K/2024 saylı töhmət və xx.xx.2024-cü il tarixli, 3-29-31/-1-415K/2024 saylı şiddətli töhmətin verilməsinə səbəb olmuş əmrlərin ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh orqan tərəfindən bir neçə illərdir ki, qərəz vardır. Hətta, onu işdən azad belə etmişlər. Ancaq, məhkəmələrin ədaləti nəticəsində onun hüquqlarımın pozulmasının qarşısı alınmışdır. Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(005)-2601/2022 saylı qətnaməsi ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin K-161 nömrəli, xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə xitam verilmə barədə əmri ləğv edilmiş, onun Samux rayon Qaraağaclı qəsəbə tam orta məktəbin direktoru vəzifəsinə bərpa edilməyisi, xx.xx.2022-ci il tarixindən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı, bülletendə olduğu dövr üzrə ödənilməli olan əmək haqqının hesablanaraq ödənilməsi qət edilmişdir. Apellyasiya və Ali Məhkəmə tərəfindən işdən çıxarılmağının qanunsuz olması bir daha təsdiq edilmişdir. Cavabdeh orqan hər vəchlə onda nöqsan axtarır. Bunun üçün bütün vasitələrdən isitifadə edir. Ən sonuncu dəfə isə barəsində qanunsuz intizam tənbehi verilmişdir. Belə ki, 2 il 7 ay işsiz qaldı. İşsiz qaldığı müddətin ödənişini cavabdeh orqan ödəmədiyi üçün bununla bağlı bütün dövlət orqanlarına şikayət ərizəsi yazsa da, bu günədək ona məcburi iş buraxmaya görə haqq ödənilmir. Cavabdeh orqan tərəfindən ünvanına xx.xx.2024-cü il tarixdə məktub göndərilmişdir. xx.xx.2024-cü il tarixli, 3-29-69/2-R-1899/H/2024 saylı məktubda göstərilir ki, xx.xx.2024-cü il tarixdə saat 11:10 radələrində Siz və mühasib X1 rayonu üzrə təhsil sektorunun inzibati binasında əvvəlcədən planlaşdırdığınız kimi icasəzi və böhtan xarakterli video çəkiliş aparmısınız. Samux rayonu üzrə təhsil sektorunun binasında heç bir dövlət atributunda, cənab Prezidentin şəklinə hörmətsizlik olunmamışdır. Bu hallar binanın təhlükəsizlik kamerasında öz əksini tapmışdır. Qərəzli və böhtan xarakterli video çəkiliş müraciətinizdə qeyd etdiyiniz kimi 27 fevral tarixində deyil, 22 fevral 2024-cü il tarixində Sizin tərəfinizdən aparılmışdır. Bu səbəbdən Məcəlləsinin 186.2-cimaddəsinin “a” bəndinə əsasən intizam tənbehi görülmüşdür. Barəsində töhmət verilməsi barədə məlumatı qeyd olunan məktubu rəsmi qaydada aldıqdan - xx.xx.2024-cü tarixdə bilib. Dərhal da, əmək mübahisəsi olduğu üçün cavabdeh orqana mediasiya təklifi göndərib. Təklifin alınmasında 10 gün keçdikdən sonra isə Samux rayon 1 saylı Mediasiya Təşkilatına müraciət edib. Mediatordan arayışı isə xx.xx.2024-cü il tarixdə alıb. Barəsində verilmiş töhmət qanunsuz və əsassızdır. Belə ki, töhmət verilərkən xəbəri olmamış, bununla bağlı olaraq hər hansı izahat alınmamış və töhmət ona elan edilməmişdir. Bu günədək töhmətin tərtib edildiyi vaxt barədə rəsmi məlumat vermirlər. Bu əsasa görə töhmətin verildiyi tarixi tam dəqiq deyə bilmir. Bundan başqa, iş yerini öz başına tərk edərək Samux Rayon Təhsil Sektoruna getməmişdir. xx.xx.2024-cü il tarixdə Samux rayon Təhsil Sektorunun inzibati binasına çağırış əsasında getmişdir. Belə ki, Samux Rayon Təhsil Sektorunun müdiri Nurlana Həsənovanın xx.xx.2024-cü il tarixli, M3-29-69/2-R-1899H/2024 saylı məktubunun 2-ci abzasında göstərilir ki, Samux rayonu, H.Məmmədov adına Qarağaclı qəsəbə tam orta məktəbin gözətçisi X17 şikayəti əsasında xx.xx.2024-cü il tarixdə İddiaçı Samux rayon Təhsil Sektoruna çağırılmışdır. Tərəfindən aparılmış video çəkiliş ilə bağlı hər hansı razılığın alınması tələb olunmadığı üçün həmin videoçəkiliş icazəsiz sayılmır. Video çəkilişin qanunsuz olmasını sübut etmək cavabdehin üzərinə düşür. Cavabdeh orqan tərəfindən İddiaçı etik davranış, intizam və iş rejiminin pozulmasını təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim olunmamışdır. Hətta olmuş, olsa belə yenə bu faktlar töhmətin verilməsi üçün əsas ola bilməz. Çünki əmək müqaviləsinə əsasən İddiaçı rəsmi iş yeri Samux rayonu, Qarağaclı qəsəbə tam orta məktəbidir. xx.xx.2024-cü il tarixli, 3-29-31/3-1- 140K/2024 saylı əmr verilərkən İddiaçı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Gəncə şəhəri Birləşmiş xəstəxanasında stasionar müalicə almışdır. Əmək qabiliyyətinin olmaması barədə vərəqəni ərizəsinə əlavə edir. xx.xx.2024-cü il tarixli, 3-29-31/3-1- 140K/2024 saylı töhmət və xx.xx.2024-cü il tarixli, 3-29-31/-1-415K/2024 saylı şiddətli töhmətin verilməsi üçün Cavabdeh hər hansı hüququ yoxdur. Miibahisələndirilən əmrlərin məzmununa baxdıqda açıq-aşkar görmək olur ki, İddiaçı direktor olaraq töhmət və şiddətli töhmət almışdır. Əslində isə İddiaçı direktor olaraq işə götürən orqan Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyidir. Bu xüsusatm təsdiqi olaraq əmək müqaviləsinin surətini və ƏMAS elektron sistemindən əmək müqaviləsinin bildirişinə surətinə ərizəsinə əlavə edir. xx.xx.2024-cü il tarixli, 3-29-31/-1-415KL/2024 saylı şiddətli töhmətin verilmə əsası xx.xx.2024-cü il tarixli, 3-29-31/3-1-140K/2024 saylı əmrdir ki, həmin əmrin qanunsuz olmasını təkzib edilməz faktlarla sübut edir. Məhkəmə iclasında iddiaçı ərizəsinin məzmununa uyğun izahat verərək tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək bildirdi ki, Samux rayonu üzrə təhsil sektorunun əməkdaşları xx.xx.2024-cü il tarixdə Samux rayonu Qaraağaclı tam orta məktəbində olmuşlar. Məktəbdə olan zaman bir neçə məktəb işçisinin, həmçinin məktəbin direktoru İddiaçı məktəbdə olmadığı məlum olmuşdur. Araşdırma zamanı işçilərin işdə olmaması barədə akt tərtib olunmuş və bir sıra digər nöqsanlar qeydə alınmışdır. Aparılmış araşdırmanın nəticəsində Samux rayonu H.Məmmədov adına Qaraağaclı tam orta məktəbin direktoru İddiaçı barəsində vəzifə funksiyalarının icrasında yol verdiyi nöqsanlara görə sonuncu xəbərdarlıqla şiddətli töhmət intizam tənbehi tətbiq olunmuşdur. Əlavə edir ki, Cavabdeh 3-29-31/3-1 - 140K/2024 nömrəli 07 mart 2024-cü il tarixli əmri ilə İddiaçı töhmət verilmişdir. İddiaçı barədə tətbiq olunan intizam tənbehi qeyd olunanlar və məhkəməyə təqdim olunan sənədlərə əsasən əsaslıdır. Cavabdehin nümayəndəsi iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə, işdə iştirak edən şəxsləri dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1606/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarına əsasən, Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2601/2022) nömrəli, 11 avqust 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək Azərbaycan Respublikasının Təhsil Nazirliyinin K-161 nömrəli, xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə xitam verilmə barədə əmrinin İddiaçı münasibətdə ləğv edilməsi; İddiaçı Samux rayon Qaraağaclı qəsəbə tam orta məktəbin direktoru vəzifəsinə bərpa edilməsi; xx.xx.2022-ci il tarixindən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqının, bülletendə olduğu dövr üzrə ödənilməli olan əmək haqqının hesablanaraq İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7067/2022) nömrəli, 14 noyabr 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh qətnamədən kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yeni apelyasiya baxışına göndərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1606/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarına əsasən, kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7067/2022 nömrəli, 14 noyabr 2022-ci il tarixli dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli əmək müqaviləsinin surətindən görünür ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən İddiaçı Samux rayon Qaraağaclı kənd tam orta məktəbdə direktor vəzifəsinə müddətsiz qəbul edilmişdir. İş materiallarında olan Cavabdeh müdir müavini Rövşən Kərimov, Cavabdeh İnzibati Təşkilat sektorunun müdiri Azər İbrahimov, Cavabdeh İnzibati Təşkilat sektorunun baş məsləhətçisi Nofəl Fərzəliyev, Samux rayonu üzrə təhsil sektorunun böyük mütəxəssisi Zülfiyyə Əsgərova, Cavabdeh Mərkəzləşdirilmiş mühasibatlığın Samux rayonu üzrə mühasibi Edelya Abdullayevə tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli akta əsasən, xx.xx.2024-cü il tarixdə Samux rayonu üzrə təhsil sektorunun yerləşdiri inzibati binada aparılmış video çəkilişdə çıxış edən mühasib Edelya Abdullayevanın regional idarənin əməkdaşları tərəfindən məsələ ilə bağlı izahatı tələb olunsa da, o, izahat verməkdən imtina etmişdir. İş materiallarına əlavə edilmiş Samux rayonu üzrə təhsil sektoru tərəfindən Cavabdehnə verilmiş xx.xx.2024-cü il tarixli təqdimatdan görünür ki, xx.xx.2024-cü il tarixində, saat 11:10 radələrində Cavabdeh Maliyyə-iqtisadiyyat sektorunun Mərkəzləşdirilmiş mühasibatlığının Samux rayonu üzrə mühasibi X9 və Samux rayonu H.Məmmədov adına Qaraağaclı qəsəbə tam orta məktəbin direktoru İddiaçı Samux rayonu üzrə təhsil sektorunun inzibati binasında icazəsiz və böhtan xarakterli video çəkiliş aparmışdır. Daha sonra isə bağıraraq təhsil işçilərinə böhtan xarakterli, hədələyici və təhqiramiz ifadələr işlətmişdir. Nəticədə hər iki şəxs müəssisənin iş rejimini və etik davranış qaydalarını kobudcasına pozmuşdurlar. Həmçinin, Samux rayonu H.Məmmədov adına Qaraağaclı qəsəbə tam orta məktəbin direktoru İddiaçı iş yerini icazəsiz tərk etmişdir. Göstərilən hallar Samux rayonu üzrə təhsil sektorunun təhlükəsizlik kamerasında qeyd olunmuşdur. Hadisə şahidlərinin iştirakı ilə akt tərtib edilmişdir. Qeyd olunanları nəzərə alaraq X9 və İddiaçı barəsində müvafiq intizam tənbehi tədbirinin görülməsini xahiş edilmişdir. İş materiallarında olan Samux rayonu üzrə təhsil sektorunun müdiri X21, Samux rayonu üzrə təhsil sektorunun baş məsləhətçisi X35, Samux rayonu üzrə təhsil sektorunun aparıcı məsləhətçisi X22, Samux rayonu üzrə təhsil sektorunun böyük məsləhətçisi X18, metodist X23, mühasiblər X23, X27, X28, X24, X29, baş məsləhətçi X10, Qaraarx qəsəbə ümumi orta məktəbin direktoru X11, Samux şəhər 1 saylı uşaq bağçasının müdiri X66, Samux UGİM-in fəhləsi X12, xadiməsi X30, gözətçisi X19 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 11:10 radələrində maliyyə-iqtisadiyyat sektorunun Samux rayon üzrə mühasibi X8 və Samux rayonu H.Məmmədov adına Qaraağaclı qəsəbə tam orta məktəbin direktoru İddiaçı Samux rayonu üzrə təhsil sektorunun binasında icazəsiz və böhtan xarakterli video çəkiliş aparmışdır. Daha sonra isə təhsil işçilərinə hədə-qorxulu və təhqiredici ifadələr işlədərək etik davranış qaydalarını və müəssisəinin iş prinsipini pozmuşdurlar. Samux rayonu H.Məmmədov adına Qaraağaclı qəsəbə tam orta məktəbin direktoru İddiaçı icazəsiz olaraq iş yerini tərk etmiş və Samux rayonu təhsil sektorunun binasında mobil telefon vasitəsilə icazəsiz video çəkiliş aparmışdır. İş materiallarında olan Samux rayonu təhsil sektorunun müdiri X21 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli izahatdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 11:10 radələrində Samux rayonu üzrə təhsil sektorunun inzibati binasında Maliyyə-İqtisadiyyat Sektorunun mərkəzləşdirilmiş mühasibatlığının mühasibi X4 yüksək səslə təhsil işçilərinin xüsusilə onun və baş məsləhətçi Pərvanə Cəminskayanın ünvanına hədələyici və təhqiredici ifadələr işlətdiyini eşitmişdir. Daha sonra qəbul otağının qapısı bir neçə dəfə zərblə çırpıldı. İdarənin baş məsləhətçisi X33 Edeliya Samux rayonu H.Məmmədov adına Qaraağaclı qəsəbə tam orta məktəbin direktoru İddiaçı inzibati binanın birinci mərtəbəsində sanitar qovşağının qarşısında gizli çəkiliş etdiklərini, onu görən kimi qışqıraqışqıra ikinci mərtəbəyə qədər arxasınca gəldiklərini dedi. Edeliya Abdullayeva və İddiaçı əlbir planladıqları bu iş etik davranış qaydalarını və sektorun iş prosesini pozduğu üçün dərhal hadisənin şahidlərinin iştirakı ilə akt tərtib edildi. Samux rayonu təhsil sektorunun müdiri 2021-ci ildə vəzifəyə təyin olunmuşdur. Çəkilişdə adı çəkilən lövhə hələ o zaman inzibati binanın 1-ci mərtəbəsində Edeliya xanımın otağının yanındakı divarda olub, lakin üzərində heç bir şəkil olmamışdır. Çərçivələrin qərəzli və düşünülmüş şəkildə çəkiliş zamanı lövhənin üzərinə yerləşdirildiyini düşünür. Çünki bir gün əvvəl ona mühasib kimi vəzifə funksiyasını yerinə yetirmək tapşırıldı, o isə heç bir iş görməyəcəyini, əksinə ondan iş tələb etdiyi üçün peşman olacağını söyləyərək qəbul otağının qapısını çırpıb çıxmışdı. Video çəkilişin əvvəlcədən planlaşdırıldığını inzibati binada quraşdırılmış kameraların yaddaşındakı videokadrlardan tam aydın görmək olur. Əlavə olaraq onu da izah edir ki, təhsil sektorunun inzibati binasında dövlət rəmzlərinə, dövlər qurumlaırna və onların rəhbər şəxslərinə qarşı hər hansı hörmətsizlik olmamışdır. İş materiallarında olan Samux rayonu təhsil sektorunun baş məsləhətçisi X35 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli izahatdan görünür ki, xx.xx.2024-cü il tarixində saat 11:10 radələrində çalışdığı Samux rayonu üzrə təhsil sektorunun inzibati binasının birinci mərtəbəsində yerləşən sanitar qovşağına əlini yumaq üçün daxil olmağa çalışarlən orada mərkəzləşdirilmiş mühasibatlığın Samux rayonu üzrə mühasibi X5 müsahibə verdiyini, ounn danışığının isə Samux rayon H.Məmmədov adına Qaraağaclı qəsəbə tam orta məktəbinin direktoru İddiaçı tərəfindən telefonun kamerası ilə video qeydiyyat almasının şahidi olmuşdur. Onlara heç bir söz demədən geri qayıtmışdır. Həmçinin bildirir ki, onun razılığı olmadan İddiaçı onun video çəkilişini etmişdir. Daha sonra X8 yüksək səslə təhsil işçilərinin ünvanına hədələyici və təhqiredici ifadələr işlədərək onun arxasınca binanın 2-ci mərtəbəsinə qalxdı və qəbul otağının qapısını açaraq sürətlə örtdü. Edelya Abdullayevanın etik davranış qaydalarını pozmasının və sektorun iş prosesini pozmasının şahidi olmuşdur. Samux rayon üzrə təhsil sektoru əvvəllər Samux Rayon İcra Hakimiyyətini yerləşdiyi binada fəaliyyət göstərir. Çəkilişdə adı çəkilən lövhəni o, 2013-cü ildə Samux rayon təhsil şöbəsinə işə qəbul olunarkən görmüşdür. Lövhənin üzərində heç bir şəkil olmamışdır. Çərçivənin qərəzli şəkildə videonu çəkən şəxs və ya şəxslər tərəfindən vurulduğunu düşünür. Əlavə olaraq qeyd edir ki, Samux rayonu üzrə təhsil sektorunun inzibati binasında dövlət rəmzlərinə, dövlət qurumlarına və onların rəhbər şəxslərinə qarşı hər hansı bir səhv hərəkət edilməsinin şahidi olmamışdır. İş materiallarında olan Samux rayonu üzrə Təsərrüfat qrupunun rəhbəri X36 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli izahatdan görünür ki, Samux təhsil sektoru Samux Rayon İcra Hakimiyyəti binasında yerləşir, çəkilişdə göstərilən stend o, Samux təhsil şöbəsinə işə qəbul olunmamışdan əvvəl də (2015) binada olmuşdur. Stendin üzərində heç bir şəkil olmamışdır, qərəzli şəkildə çəkiliş etmək üçün videodakı çərçivələr stendə videonu çəkən şəxs və ya şəxslər tərəfindən vurulmuşdur. Əlavə olaraq qeyd edir ki, təhsil sketorunun inzibati binasında dövlətə və dövlətin qurucularına qarşı heç bir səhv addım atılmamışdır. İş materiallarında olan Samux rayonu H.Məmmədov adına Qaraağaclı qəsəbə tam orta məktəbin direktoru İddiaçı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli izahatdan görünür ki, xx.xx.2024-cü il tarixdə Samux rayon sektor müdiri Nurlana Həsənova onu öz xidməti otağına çağırıb barmaq silkələyərək təhqir etmişdir. Məktəbin təsərrüfat müdiri Əhmədov Elbir işə gəlmir, bütün günü gəlib Nurlana Həsənovanın yanında oturur (buna sübut idarəinin kameralarıdır). Təs. müdiri Əhmədov Elbirin məktəbdəki qalmaqalların daha da genişləndirmək üçün onu haqsız olaraq müdafiə edir, onu isə çağırıb təhqir edir. Boğaza qədər nöqsanlar içində olan Həsənova Nurlana onda nöqsan axtarır. Təbii ki, iş olan yerdə nöqsan da olur. Amma Samux rayonunda ən çox nöqsanı olan Nurlana Həsənovadır. Çəkdiyi video da buna sübutdur. Amma bu cür nöqsanı bağışlamaq olmaz. Bu dövlətin yüksək vəzifəsini zəbt edib çörəyini yeyib xəyanət edənə gözəşt yoxdur. O, dövlətinbi sevir, o, Prezidnetini sevir, şəkilləri belə onun üçün əzizdir. Prezidentinə qarşı bu cür hörmətsizliyi o, qəbul edə bilməzdir. Nurlana Həsənova həddini bilməlidir və həddini ona bildirən orqanlara da müraciət edəcəkdir. İş materiallarına əlavə edilmiş Cavabdeh tərəfindən verilmiş 07 mart 2024-cü il tarixli 3-29-31/3-1-140K/2024 nömrəli əmrin surətindən görünür ki, Samux rayonu H. Məmmədov adına Qaraağaclı qəsəbə tam orta məktəbin direktoru İddiaçı vəzifə funksiyalarının icrasında yol verdiyi nöqsanlara görə töhmət verilmiş; Məktəbin direktoru İddiaçı gələcəkdə oxşar nöqsanlara yol verdiyi təqdirdə barəsində daha ciddi tədbirlərin görüləcəyi diqqətinə çatdırılmış; Əmrin icrasına nəzarət Samux rayonu üzrə təhsil sektorunun müdiri Nurlana Həsənovaya tapşırılmışdır. İş materiallarına əlavə edilmiş X20 tərəfindən veril stasionar xəstənin tibbi kartasından ******* nömrəli çıxarışa əsaəsn İddiaçı İskəndər qızı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək stasionar müalicə almışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixdə “Samux rayon H. Məmmədov adına Qaraağaclı qəsəbə tam orta məktəbdə aparılmış monitorinq yoxlanmasına” dair arayışın surətindən görünür ki, məktəbin direktoru İddiaçı məktəbə saat İ0:34-də, məktəbin psixoloqu X2 işə saal 09:36-da gəlmişdir. Uşaq birliyi təşkilatının rəhbəri X45, xadimə X31 və məktəbin katıbosı X13 (məktəb direktorunun qızı) işdə yoxdur. Şagirdlərin dərsə davamiyyəti Xİ sinif şagirdləri 22 nəfərdən 8 nəfər, X smıf şagirdləri 19 nəfərdən 13 nəfər dərslərdə iştirak etmişdir (İ növbə). Xİ sinifdə 2-ci dərs saəlında riyaziyyat müəllimi Nəzakət Qasımovanın dərsində iştirak edən 8 nəfərdən 3 nəfərin dərsliyi var. 5 nəfərin çantası yoxdur, heç bır şagird məktəbli forması geyinmir. Dərslərdə iştirak etməyən 14şagirddən heç birinə qaib yazılmayıb, X sinifdə 2-ci dərs saatında Azərbaycan tarixi müəllimi İlknur Zeynalovanın dərsində 13 nəfər şagirddən heç birinin məktəbli forması. 6 nəfərin çantası yoxdur. Dərsdə iştirak etməyən şagirdlərə "q" yazılmayıb Xİ sinifdə 3-cu dərs saatında Azərbaycan dili müəllimi Akifə Suleymanovanın dərsində cəmi 3 nəfər şagirdin dərsliyi, 4 nəfər şagirdin isə dəftəri var Həmin dəftərlərdə 15 sentyabr tarixindən bugünədək cəmi 6-7 çalışma yazılmışdır Şagirdlərdən heç bırı keçmiş və bugünkı dərs mövzusunu bilmirlər Müəllim “Oğluma nəsihət" mövzusunu tədris etsə də müəllimin illik perspektiv planlaşdırmasında mövzu “Məcnun Leylinin məzarı üstə”-dir. İİlb sinfində sinif partaları şagirdlərin boyununa uyğun deyil. Belə kı, partaların yüksəkliyi çox qısadır. İİlb sinfinin rəhbəri Yeganə Əliyevanın ılltk perspektiv planlaşdırması məktəb direktoru, direktor müavini və metodbırləşmə rəhbəri tərəfindən təsdiq edilsə də, Azərbaycan dili fənni üzrə 9 səhifə, musiqi və fızıkı tərbiyə fənni uzrə 1 səhifə sənədin surətidir əsli isə yoxdur Baxış keçirilərkən yalnız İ sinif müəllimi Şahnaz Həsənovanın gündəlik planlaşdırmasının olması məlum olmuşdur. "Bacarıqlı əllər" dərnəyində saatlar düzgün bölünməmişdir Belə ki. dərnək saatları 45 dəqiqə ilə tədris olunur Səhər növbəsində olan 10 nəfər dərnək üzvündən 5 nəfəri iştirak edir. Buraxılan və əvəz edilən dərslərin uçotu kitabına təlimata zidd olaraq 2 həftədən artıq olan xəstəlik və seçki ilə bağlı buraxılan və əvəz edilən dərslər yazılmışdır. Sinif jurnallarına baxış keçirilərkən Vt sinifdə İngilis dili müəllimi Munisə Hüseynova, Güney Salamova. V sinifdə Bəsdi Həvılova. təsviri incəsənət müəllimi Səkinə Tağıyevanın İİ yarımildə heç bır şagirdə KSQ qiyməti yazmamışdır Bundan başqa sinif jurnallarında ‘q’ yazılmaması, pozula bilmən qələmdən istifadə olunması ağardıcıdan istifadə olunması, summativ qiymətləndirmələrin düzgün aparılmaması. "Şagirdlərin sağlamiıq vəziyyəti haqamda məlumaf-ın yazılmaması halları üstünlük təşkil edir. Məktəb sənədləri (əmr kitabı, pedaqoji şuranın protokol kitabı və illik iş planı, əlifba kitabı şagird ərin şəxsi işləri, pedaqoji işçilərin və texniki işçilərin şəxsi işləri) direktor tərəfindən teqdim edilmədiyinə görə baxış keçirmək olmadı. İş materiallarına əlavə edilmiş Samux rayonu üzrə təhsil sektorunun müdiri X21 tərəfindən tərtib edilmiş təqdimatın surətindən görünür ki, 07 may 2024-cü il tarixdə saat 09:22-də Samux rayonu üzrə təhsil sektorunun əməkdaşları Samux rayonu H Məmmədov adına Qaraağaclı qəsəbə tam orta məktəbdə olmuşlar. Məktəbin direktoru İddiaçı məktəbə saat 10:34-də, məktəbin psixoloqu X3 işə saat 0935-da gəlmişdir. Uşaq birliyi təşkilatının rəhbəri X45, xadimə X32 və məktəbin katibəsi X14( məktəb direktorunun qızı) işdə yox idilər. Onların işdə olmamaları ilə bağlı icazə ərizəsi , xəstəlik vərəqi və s təqdim edilmədi. Məktəb direktoru məktəbə gələnə qədər siniflərdə tədris prosesi yoxlanılarkən jurnalların yazılmasında, yuxarı siniflərin davamiyyətində, dərnək məşğələsinin təşkilində ciddi nöqsanlar aşkar edilmişdir. Məktəb direktoru məktəbə 10:34-də daxil oldu lakin nə səbəbdən bu saatda gəldiyinin izahını verməkdən imtina etmişdir. Məktəb sənədləri (əmr kitabı, pedaqoji şuranın protokol kitabı və illik iş planı, əlifba kitabı, şagirdlərin şəxsi işləri, pedaqoji işçilərin və texniki işçiərin şəxsi işləri) direktor tərəfindən təqdim edilmədiyinə görə baxış keçirmək olmadı. Əvəzində məktəb direktoru öz mobil telefon vasitəsilə sektorun əməkdaşlarını qərəzli gəlməkdə ittiham edərək onların razılığı olmadan çəkiliş etməyə başlayıb. Əlavə olaraq bildiriəm ki, məktəbin təsərrüfat müdiri X46 və gözətçi X37 direktor İddiaçı onlara fevral ayından qərəzli olaraq əmək haqqı ödməməsi ilə bağlı müxtəlif dövlət orqanlarına şikayət edirlər. Yaranmış problemlə bağlı Samux rayonu üzrə təhsil sektorunun əməkdaşları dəfələrlə məktəbdə olsalar da, məktəb direktoru aidiyyəti sənədləri təqdim etməkdən və izahatdan verməkdən imtina etmişdir. Bu məsələ itə bağlı direktorla məktəbin işçiləri arasında dəfələrlə yaranmış münaqişələrə hüquq mühafizə orqanları müdaxilə etmək məcburiyyətində qalmışdırlar. Təsərrüfat müdiri ilə aralarında yaranan bu münaqişə sosial mediada və müxtəlif telekanallarda işıqlandırılmışdır. Məktəbdə baş vermiş bu kimi xüsusi hallar barəsində məktəb direktoru sektora xəbər vermək əvəzinə müxtəlif kütləvi informasiya xidmətlərinə müsahibələr verir, iş yerini icazəsiz lərk edərək müxtəlif dövlət qurumlarına şikayətlər edir. 07.03 2024-cü il tarixdə vəzifə funksiyalarının icrasında yol verdiyi nöqsanlara göre Cəmilə Rəhımovaya Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186.2 maddəsinin "a" bəndinə əsasən ‘töhmət' verildiyini nəzərə alaraq yuxarıda göstərilən nöqsanlara görə ona sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsim, onun məktəb direktoru olaraq fəaliyyətinin yoxlanılması üçün köməklik göstərməyinizi xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh müdiri tərəfindən verilmiş 10 iyun 2024-cü il tarixli 3-29-31/3-1-415K/2024 nömrəli “İntizam tənbehinin tətbiqi barədə” əmrin surətindən görünür ki, Samux rayonu H. Məmmədov adına Qaraağaclı qəsəbə tam orta məktəbin direktoru İddiaçı vəzifə funksiyalarının icrasında yol verdiyi nöqsanlara görə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmiş; Aşkar olunan nöqsanların aradan qaldırılması məktəbin direktoru İddiaçı tapşırılmış; Samux rayonu H. Məmmədov adına Qaraağaclı qəsəbə tam orta məktəbin direktoru İddiaçı fəaliyyətinə nəzarətin artırılması Samux rayonu üzrə təhsil sektoruna (H. Həsənova) tapşırılmış; Əmrin icrasına nəzarət İnzibati təşkilat sektoruna (A. İbrahimov) tapşırılmışdır. İş materiallarına əlavə edilmiş Gəncə-Daşkəsən Regional İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, məcburi iş buraxmaya görə əməkhaqqının ödənilməməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və digər dövlət orqanlarına ünvanlandığı müraciətə aidiyyəti üzrə Cavabdeh tərəfindən baxılmışdır. Samux rayonu H.Məmmədov adına Qaraağaclı qəsəbə tam orta məktəbinin gözətçisi X6 Rayon İcra Hakimiyyətinə müraciət edərək, işə gedərək əmək funksiyalarını icra etdiyi halda, 2024-cü ilin fevral ayı üzrə ona əməkhaqqı ödənilmədiyini bildirmişdir. Qeyd olunan halın araşdırılması məqsədilə xx.xx.2024-cü il tarixində İddiaçı Samux rayonu üzrə təhsil sektoruna dəvət olunmuşsunuz. İddiaçı X25 əməkhaqqı ödənilməməsinin səbəbi soruşulduqda yüksək səslə haqlı olduğu, Üzeyir Əhmədova əməkhaqqı ödəməyəcəyini bildirmiş və hədələyici ifadələr işlədərək Samux rayonu üzrə təhsil sektorunun inzibati binasını tərk etmişdir. İddiaçı qarşı heç bir etik davranış qaydasına zidd hərəkət olunmamış və heç bir təhqiredici ifadə işlənilməmişdir. Əksinə bu hallara Sizin tərəfinizdən yol verilmişdir. xx.xx.2024-cü il tarixində saat 11:10 radələrində Siz və mühasib X1 rayonu üzrə təhsil sektorunun inzibati binasında əvvəlcədən planlaşdırdığınız kimi icazəsiz və böhtan xarakterli video çəkiliş aparmışdır. Samux rayonu üzrə təhsil sektorunun binasında heç bir dövlət atributuna, cənab Prezidentin şəklinə hörmətsizlik olunmamışdır. Bu hallar binanın təhlükəsizlik kamerasında öz əksini tapmışdır. Qərəzli və böhtan xarakterli video çəkiliş müraciətinizdə qeyd etdiyiniz kimi 27 fevral tarixində deyil, 22 fevral 2024-cü il tarixində İddiaçı tərəfinizdən aparılmışdır. Bu səbəbdən Əmək Məcələsinin 186.2 maddəsinin “a” bəndini rəhbər tutaraq Sizə və X8 barəsində intizam tənbehi tədbiri görülmüşdür. Həmçinin İddiaçı işləmədiyi dövr üçün, məcburi iş buraxmaya görə almalı olduğu əməkhaqqı barəsində müraciətinə cavab olaraq bildirilmişdir ki, həmin vəsait yaxın günlərdə hesablanılaraq ödəniləcəkdir. Qeyd olunanları nəzərə alaraq bildirirlər ki, müraciətində qeyd etdiyi digər hallar öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən, 186.1. İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. 186.2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. 186.3. İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır. 186.4. İşəgötürənin bu maddədə nəzərdə tutulmuş intizam məsuliyyətinə cəlb edilməsi onun işəgötürəni hesab edilən vəzifəli şəxs, müəssisənin mülkiyyətçisi, müəssisə dövlət mülkiyyətində olduqda isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. İşəgötürən inzibati və ya cinayət məsuliyyətinə qanunvericiliklə müəyyən edilmiş qaydada cəlb edilir. 187.1. İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. 187.2. İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. 188.1. İntizam tənbehi, yalnız işçi ilə əmək müqaviləsi bağlamaq, onun şərtlərini dəyişdirmək və ona xitam vermək səlahiyyətinə malik olan işəgötürən tərəfindən verilə bilər. 188.2. Müəssisənin nizamnaməsində (əsasnaməsində) başqa hal nəzərdə tutulmayıbsa, işəgötürən işçilərə intizam tənbehi vermək səlahiyyətini əmri (sərəncamı, qərarı) ilə özünün müavinlərindən birinə, müəssisədən kənarda yerləşən struktur bölməsinin rəhbərinə həvalə edə bilər. Həmin əmrdə (sərəncamda, qərarda) hansı səbəbə görə intizam tənbehi vermək səlahiyyətinin başqa vəzifəli şəxsə həvalə edildiyi əsaslandırılmalı və onun səlahiyyətinin dairəsi dəqiq müəyyən edilməlidir. 188.3. Bu maddənin birinci və ikinci hissələrində göstərilən vəzifəli şəxslərdən savayı başqa vəzifəli şəxslərin işçilərə intizam tənbehi verməyə ixtiyarı yoxdur. Əgər bu qaydaların əksinə olaraq işçiyə intizam tənbehi vermək səlahiyyəti olmayan vəzifəli şəxs tərəfindən verilibsə, onun əmri hüquqi qüvvəsi olmayan puç (əhəmiyyətsiz) əmr hesab edilir. 189.1. Bir intizam xətasına görə yalnız bir intizam tənbehi verilir. Bir dəfə törədilən bir intizam xətasına görə eyni zamanda bir neçə intizam tənbehi verilə bilməz. 189.2. İntizam tənbehi işçiyə işdə olduğu iş günü ərzində verilə bilər. Məzuniyyətdə, ezamiyyətdə olan, əmək qabiliyyətini müvəqqəti itirdiyi müddət ərzində işçiyə intizam tənbehi verilə bilməz. 189.3. İntizam tənbehi işəgötürənin əmri (sərəncamı, qərarı) ilə verilir. İşçi həmin əmrlə (sərəncamla, qərarla) tanış edilməli və onun tələbi ilə əmrin surəti ona təqdim olunmalıdır. 189.4. İntizam tənbehi verilməsi barədə əmrdə (sərəncamda, qərarda) işçinin şərəf və ləyaqətini alçaldan, onun şəxsiyyətini, mənəvi hisslərini gözdən salan, habelə intizamsızlığına görə qisas almaq motivli məlumatların göstərilməsi yolverilməzdir. 190.1. İntizam tənbehi verilən gündən altı ay müddətində qüvvədə olur. 190.3. İşçi intizam tənbehi verilərkən işəgötürən tərəfindən qanunvericiliyin tələblərinin və onun hüquqlarının pozulduğunu iddia edərsə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisəsinin həlli üçün məhkəməyə müraciət edə bilər. Hazırkı iş üzrə iddiaçı ona cavabdeh tərəfindən töhmət verilməsinə dair xx.xx.2024cü il tarixli və şiddətli töhmət verilməsinə dair xx.xx.2024-cü il tarixli əmrlərin ləğv olunmasını xahiş etmişdir. Məhkəmə xx.xx.2024-cü il tarixli əmrə münasibətdə qeyd edir ki, vəzifə funksiyalarının icrasında yol verildiyi nöqsanlara görə cavabdeh tərəfindən İddiaçı töhmət verilsə də, aradan qaldırılması tapşırılan həmin nöqsanların nədən ibarət olması göstərilməmişdir. Bundan başqa, həmin əmrin əsası kimi görtərilən Samux rayonu üzrə təhsil sektoru müdirinin təqdimatında İddiaçı və digər işçinin icazəsiz və böhtan xarakterli video çəkiliş aparması, təhsil işçilərinə qarşı nalayiq ifadələr işlətməsi, iş rejimini və etik davranış qaydlarını pozması göstərilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş çəkilişlə qeyd edilən hallar müəyyən olunmur. Bundan başqa, iddiaçının yol verdiyi hərəkətin araşdırılması çərçivəsində alınan izahatlar əksər hissələrdə eyni məzmunlu olmaqla yanaşı, “Azərbaycan Respublikası Prezidenti X65 Samux Rayonuna Səfəri” sözləri yazılmış lövhənin uzun müddətdir eyni yerdə və vəziyyətdə olduğu və üzərindəki çərçivələrin çəkiliş aparan şəxslər tərəfindən həmin vaxt asıldığı, dövlətə və dövlət qurucularına hər hansı hörmətsizliyə yol verilmədiyi, habelə Edelya Abduallayevanın yüksək səslə danışaraq etik qaydaları pozduğunu bildirmişdir. Həmin izahatlarda əmək qanunvericiliyinin tələblərinə əsasən, işəgötürən tərəfindən intizam tənbehlərindən birininin verilməsi üçün əsaslardan olan işçinin əmək funksiyasını tam və ya qismən yerinə yetirməməsi, yaxud keyfiyyətsiz yerinə yetirdməsi, AR Əmək Məcəlləsinin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozması halı müəyyən olunmur. Bundan başqa, əmrin əsaslandığı həmin təqdimatda Nurlana Həsənova tərəfindən İddiaçı iş yerini icazəsiz tərk etməsi bildirilsə də, xx.xx.2024-cü il tarixli məktubdan Nurlana Həsənova tərəfindən İddiaçı Samux rayon Təhsil sektoruna dəvət edilməsi görünür. Bundan başqa, İddiaçı verdiyi izahatın onun barəsində töhmətin verilməsi üçün nə kimi əsas təşkil etməsi müəyyən olunmur. Bundan başqa, intizam tənbehi işçiyə işdə olduğu iş günü ərzində verilə biləcəyi halda, həmin əmr İddiaçı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək stasionar müalicə aldığı vaxt verilmişdir. Məhkəmə xx.xx.2024-cü il tarixli əmrə münasibətdə qeyd edir ki, həmin əmrdə İddiaçı vəzifə funksiyalarının icrasında yol verdiyi nöqsanlar dəqiq göstərilməməklə yanaşı, əmrin əsası kimi Samux rayonu üzrə təhsil sektoru müdirinin təqdimatı, akt və imtina aktı göstərilmişdir. İstinad edilən təqdimata əsasən, xx.xx.2024-cü il tarixdə aparılmış monitorinq yoxlanılması nəticəsində xx.xx.2024-cü il tarixli əmr qəbul edilmişdir. Belə olan halda, cavabdeh tərəfindən intizam tənbehi, işçi tərəfindən yol verildiyi bildirilən əmək və ya icra intizamı pozuntusunun aşkar edildiyi gündən bir ay keçdikdən sonra verilmişdir. Həmin təqdimatda xx.xx.2024-cü ildə bəzi işçilərin üzrlü səbəbdən işə gəlməməsini təsdiqləyən sənədlərin təqdim olunmaması və müvafiq sənədlərin lazımi qaydada tərtib edilməməsi göstərilmiş, bununla yanaşı aparılan monitorinqdə təsbit olunmayan hallar göstərilmiş və qeyd olunanlara əsasən, İddiaçı barəsində şiddətli töhmət tətbiq olunması xahiş edilmişdir. Beləliklə, araşdırma nəticəsində təsbit edilən hallarla yanaşı digər əsaslandırılmayan hallara istinad edilən təqdimata əsasən İddiaçı barəsində intizam tənbeh tədbiri tətbiq edilmişdir. Bundan başqa, əmrin istinad etdiyi imtina aktı qeyri-müəyyən olmaqla yanaşı töhmətin tətbiq əsası kimi məntiqi ziddiyyət yaradır. Məhkəmə hər iki əmrə münasibətdə qeyd edir ki, intizam tənbehi, yalnız işçi ilə əmək müqaviləsi bağlamaq, onun şərtlərini dəyişdirmək və ona xitam vermək səlahiyyətinə malik olan işəgötürən tərəfindən verilə biləcəyi halda, cavabdehin mübahisələndirilən əmrləri qəbul etmək səlahiyyətini, habelə intizam tənbehi vermək səlahiyyətinin başqa vəzifəli şəxsə həvalə edilməsi və belə həvalənin əsaslandırmasını, onun səlahiyyətinin dəqiq müəyyən edilmiş dairəsini təsdiqləyən hər hansı sübut təqdim olunmamışdır. Belə olan halda, mübahisələndirilən əmrlər hüquqi qüvvəsi olmayan puç (əhəmiyyətsiz) əmr hesab edilir. Bundan başqa, mübahisələndirilən əmrlərlə tətbiq edilmiş intizam tənbehləri verildikləri gündən qüvvədə olduqları altı ay müddət bitsə də, qəbul edildikləri anda əsassız və qanunsuz olmuşdur. Məhkəmə mülki işin tədqiq edilmiş hallarına qeyd edilən qanunvericilik normalarını tətbiq etməklə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, cavabdeh tərəfindən iddiaçı barəsində qəbul olunmuş mübahisələndirilən əmrlər ləğv edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh tərəfindən qəbul olunmuş və İddiaçı töhmət verilməsinə dair xx.xx.2024cü il tarixli, 3-29-31/3-1-140K/2024 saylı əmr və şiddətli töhmət verilməsinə dair xx.xx.2024-cü il tarixli, 3-29-31/-1-415K/2024 saylı əmr ləğv edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar